Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-842/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X4 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “iddiaçının şəhid ailəsi qismində mənzillə təmin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2- 1(118)-1166/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının X2 xx.xx.2007-ci il tarixdən şəhid ailəsi kimi mənzil növbəsinə alınmışdır. X7 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-99/2019 saylı, 11 aprel 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 21 may 2007-ci il tarixdən şəhid ailəsi kimi mənzil növbəsində olan X2nın 01 may 2015-ci il tarixdə ölümündən sonra anasının ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməməsi əsassız hesab edilmiş və onun yerinə mənzil növbəsinə bərpa edilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.
3. Həmin qərardan görünür ki, X5 hüquqi varisləri X8, X11, X12, X9 notarial qaydasında təsdiqlənmiş ərizələri məhkəməyə daxil olmuş və onlar X5 vəfatından sonra mənzil növbəliliyinin İddiaçı adına keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Digər hüquqi varis X17 etibarnamə ilə məhkəmədə İddiaçı tərəfindən təmsil olunmuş və etirazı olmadığı müəyyən edilmişdir.
4. Qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin müvafiq qərarı ilə İddiaçı şəhid ailəsi imtiyazı əsasında xx.xx.2007-ci il tarixdən yaşayış yeri üzrə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və şəhid valideynlərinin birgə növbəlilik siyahısına bərpa edilmişdir. Həmin siyahı xx.xx.2022-ci il tarixli 1919 saylı məktubla AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə göndərilmişdir. (Sumqayıt şəhər İcra Hakimiyyətinin 04 may 2023-cü il tarixli, 5-6/2- 736/2023 nömrəli məktubu)
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
5. İddiaçı şəhid ailəsi qismində mənzillə təmin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 16 may 2022-ci il tarixli, B-49-068 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)- 99/2019 nömrəli qərarı ilə İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “21 may 2007-ci il tarixdən mənzil növbəsində olan X2nın 01 may 2015-ci il tarixdə ölümündən sonra anasının ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməməsinin əsassız hesab edilməsi və onun yerinə mənzil növbəsinə bərpa edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmiş, İddiaçı 21 may 2007-ci il tarixdən şəhid ailəsi kimi mənzil növbəsində olan X2nın 01 may 2015-ci il tarixdə ölümündən sonra anasının ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməməsi əsassız hesab edilmiş və onun yerinə mənzil növbəsinə bərpa edilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli B-49-068 nömrəli imtina cavabı aşağıdakı məzmunda verilmişdir. “Mənzillə təmin olunmanız barədə tərəfinizdən Azərbaycan Respublikası Prezidentinin ünvanına daxil olmuş müraciətə aidiyyatı üzrə şəhər İcra Hakimiyyətində baxılmışdır. Müəyyən olunmuşdur ki, ananız X7 şəhid ailəsi kimi xx.xx.2007-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə alınmış, xx.xx.2015-ci il tarixdə ölümü ilə əlaqədar mənzil növbəliyi ləğv edilmişdir. Sizin cavabdeh sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddianız əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(085)- 99/2019 nömrəli qərarı ilə şəhid ailəsi kimi xx.xx.2007-ci il tarixdən mənzil növbəsində olan ananız X5 xx.xx.2015-ci il tarixdə ölümündən sonra ananızın ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməniz öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarı icra olunmuş, Siz şəhid ailəsi imtiyazı əsasında xx.xx.2007-ci il tarixdən mərhum ananızın yerinə mənzil növbəsinə bərpa edilmisiniz. Bildiririk ki, AR Mənzil Məcəlləsinə uyğun olaraq vətəndaşlar yaşayış sahəsi ilə yalnız növbəlilik qaydasında təmin olunurlar. Eyni zamanda bildiririk ki, mənzil təminatı və onunla bağlı məsələlər şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyildir.” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 25 avqust 2022-ci il tarixli **********6 saylı imtina məktubu aşağıdakı məzmundadır: Mənzil şəraitinizin yaxşılaşdırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə daxil olmuş olmuş müraciətinizə aiddiyyəti üzrə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına” na əsasən şəhidin arvadı(əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının mədudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları, qardaşları və bacıları (uşaq evlərində tərbiyə olunanlar), texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alanlar isə bu məktəbi bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhid ailəsi üzvü hesab edilirlər. Yuxarıda qeyd edilən qərarla təsdiq olunmuş qaydalarda müəyyən olunan ailə üzvü hesab edilmədiyinizdən Sizin sosial-məişət şəraitinizin yaxşılaşdırılması Nazirliyin səlahiyyəti xaricindədir.” İddiaçının qardaşı X18 10 yanvar 1994-cü ildə Ağdam istiqamətində, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən, qardaşına “Şəhid” statusu, ailəsinə isə “Şəhid ailəsi” statusu verilmişdir. Azərbaycan Respublikası, Sumqayıt şəhər ƏSMM tərəfindən X2na 007585 nömrəli vəsiqə verilmişdir. X2 21 may 2007-ci il tarixdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi Sumqayıt şəhər İcra Hakimiyyətində mənzil növbəsinə alınmışdır. Anası 01 may 2015-ci il tarixdə vəfat etmişdir. Bu yaxınlarda Sumqayıt şəhər İcra Hakimiyyətinin mənzil təsərrüfatı və mənzillərin uçotu şifahi olaraq bildirilmişdir ki, X7 mənzil növbəsindən çıxarılmışdır. İddiaçının X2 01 may 2015-ci il tarixdə vəfat etdikdən sonra qanunvericiliyin tələblərinə zidd olaraq, “şəhid ailəsi” X7, ailə üzvləri, hüquqi varisi kimi onun yerinə mənzil növbəsinə uçota alınmamışdır. X5 mənzil növbəsindən çıxarılmasının səbəbi və vaxtı barədə heç bir məlumat verilməmişdir. Anasının 01 may 2015-ci il tarixdə ölümündən sonra hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə iddiaçının uçota alınmamağı və anasının mənzil növbəsindən çıxarılmasının səbəbi və vaxtı barədə heç bir məlumat verilməməsi nəticəsində hüquqları pozulmuşdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli 36 nömrəli Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.2.16-cı bəndinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Azərbaycan SSR Mənzil Məcəllənin 29-cu maddəsinə əsasən, həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailənin hər bir üzvü üçün rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə müəyyən edilmiş səviyyədən aşağı olan mənzil sahəsinə malik vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilirlər. Mənzil Məcəlləsinin 33-cü maddəsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə uçota götürülürlər. Mənzil Məcəlləsinin 34-cü maddəsinə əsasən, aşağıdakı hallarda vətəndaşların yaşayış sahəsi almaq üçün uçotda qalmaq hüququ saxlanılır: Uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür. Beləliklə, göstərilən qanunvericiliyin tələblərinə əsasən, uçotda olan vətəndaş öldükdə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür. Lakin, Sumqayıt şəhər İcra Hakimiyyətinin mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsi tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və ailəm ilə birlikdə uzun illər mənzil növbəsində olan, “şəhid ailəsi” X2nın 01 may 2015-ci il tarixdə ölümündən sonra hüquqi varisi kimi, ailə üzvlərindən heç kim onun yerinə mənzil növbəsinə uçota götürülməmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Ailəsi ilə birlikdə uzun illər mənzil növbəsində olan, “şəhid ailəsi” X5 01 may 2015-ci il tarixdə ölümündən sonra hüquqi varisi kimi, ailə üzvlərindən heç biri onun yerinə mənzil növbəsinə uçota götürülməmişdir. Göründüyü kimi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 21(085)-99/2019 nömrəli qərarı ilə İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “21 may 2007-ci il tarixdən mənzil növbəsində olan X2nın 01 may 2015-ci il tarixdə ölümündən sonra anasının ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməməsinin əsassız hesab edilməsi və onun yerinə mənzil növbəsinə bərpa edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmiş, İddiaçı 21 may 2007-ci il tarixdən şəhid ailəsi kimi mənzil növbəsində olan X2nın 01 may 2015-ci il tarixdə ölümündən sonra anasının ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməməsi əsassız hesab edilmiş və onun yerinə mənzil növbəsinə bərpa edilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi iddiaçını şəhid ailəsi kim mənzillə təmin etməkdən imtina edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 2-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. İddiaçı 1978-ci ildə anadan olmuş və mərhum anası xx.xx.2007-ci ildə mənzil növbəsinə ailə üzvü kimi götürüləndə onun 29 yaşı olmuşdur. Qanunvericiliyin tələbinə əsasən o artıq şəhid ailəsi statusuna malik deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsinə əsasən vətəndaş vəfat etdikdə yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotundan çıxarılır. Əlavə olaraq onu da bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul 322 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası” mövcuddur. Sözügedən normanın adından və Mənzil Məcəlləsinin 55.3-cü maddəsindən görünür ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsin vəfatı ilə əlaqədar, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması yalnız əlilliyi olan şəxsə münasibətdədir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)-1166/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı şəhid ailəsi növbəliyində (şəhid ailəsi imtiyazı əsasında xx.xx.2007-ci il tarixdən bərpa edildiyi yaşayış yeri üzrə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və şəhid valideynlərinin birgə növbəlilik siyahısı əsasında) mənzillə təmin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum anası şəhid ailəsinin üzvü olduğuna görə, iddiaçının vərəsəlik qaydasında mənzillə təmin edilmək hüququ var. Qeyd edilən məsələyə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “21 may 2007-ci il tarixdən mənzil növbəsində olan X2nın 01 may 2015-ci il tarixdə ölümündən sonra anasının ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməməsinin əsassız hesab edilməsi və onun yerinə mənzil növbəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair inzibati işə baxılan zaman aydınlıq gətirilmişdir. Belə ki, Məhkəmənin 2-1(85)-99/2019 saylı, 11 aprel 2019-cu il tarixli Qərarı ilə iddia təmin edilməklə İddiaçı 21 may 2007-ci il tarixdən şəhid ailəsi kimi mənzil növbəsində olan X2nın 01 may 2015-ci il tarixdə ölümündən sonra anasının ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməməsi əsassız hesab edilsin və onun yerinə mənzil növbəsinə bərpa edilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsi xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
11. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı 1978-ci ildə anadan olmuş və mərhum anası 01 05.2007-ci ildə mənzil növbəsinə ailə üzvü kimi götürüləndə onun 29 yaşı olmuşdur. Qanunvericiliyin tələbinə əsasən o artıq şəhid ailəsi statusuna malik deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 2-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Göründüyü kimi, məhkəmə tərəfindən qanunvericiliyin qeyd edilən normaları nəzərə alınmamış və iddia tələbi əsassız olaraq təmin edilmişdir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı ... Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Maddə 5. Şəhid və şəhid ailələrinin məsələləri ilə məşğul olan dövlət orqanları və onların qarşılıqlı əlaqəsi Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi,
15. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi 1.1. Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 1.2. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. 1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur. ...3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: ...3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək;
16. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
17. “İnzibati icraat haqqında” Qanun: Maddə 81 . İnzibati aktların icra edilməsi qaydası ... 81.5. İnzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir.
18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
19. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçının şəhid ailəsi qismində mənzillə təmin edilməsi barədədir.
21. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, cavabdehin qeyd olunan imtinası əsassızdır. Çünki, iddiaçını şəhid ailəsinin üzvü kimi qəbul etmək öhdəliyi, qanuni qüvvəsini almış məhkəmə qərarı və həmin qərarın icrası qaydasında səlahiyyətli dövlət orqanı tərəfindən birgə növbəlilik siyahısına bərpa edilməsi ilə onun üzərinə düşən öhdəliyindən irəli gəlir. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-99/2019 saylı, 11 aprel 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 21 may 2007-ci il tarixdən şəhid ailəsi kimi mənzil növbəsində olan X2nın 01 may 2015-ci il tarixdə ölümündən sonra anasının ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməməsi əsassız hesab edilmiş və onun yerinə mənzil növbəsinə bərpa edilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.
22. Konkret halda da, iddiaçı hazırkı cavabdehə qarşı yönələn iddia tələbində onun güzəştli növbəsinin daha da reallaşdırılaraq, cavabdeh Agentlikdən tələb edir ki, bilavasitə onun mənzillə təmin edilməsini həyata keçirsin. Beləliklə də cavabdeh iddiaçının mənzillə təmin edilməsi ilə bağlı müraciətinə imtina cavabı verməklə, onun qanunla qorunun hüquqlarını pozmuşdur.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 81.5-ci maddəsinə görə inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir.
24. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın digər inzibati orqan tərəfindən məhkəmə qərarı əsasında qəbul edilən və qüvvədə olan inzibati aktın məzmununa qiymət vermək səlahiyyəti yoxdur. Əksinə, hazırkı qərarın 17-ci bəndində də qeyd olunduğu kimi inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər, o cümlədən cavabdeh üçün məcburidir.
25. Yəni cavabdeh qanuna zidd hərəkət edərək məhkəmə qərarı əsasında İddiaçı şəhid ailəsi imtiyazı əsasında xx.xx.2007-ci il tarixdən yaşayış yeri üzrə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və şəhid valideynlərinin birgə növbəlilik siyahısına bərpa edilməsini nəzərə almadan iddiaçının şəhid ailəsi kimi mənzillə təmin edilməsindən imtina etmişdir. Cavabdehin həmin hərəkəti qanunsuz olmaqla iddiaçının hüquqlarının, eləcə də, inzibati aktların icra edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin kobud surətdə pozulmasına səbəb olmuşdur.
26. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)-1166/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.