Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-846/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X10 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(118)- 1521/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: 31 iyul 2014-cü il tarixli, 4Ə-20 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” nə X5 mülkiyyətində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. Qusar bələdiyyəsinin 30 mart 2018-ci il tarixli, 03 nömrəli qərarı ilə Qusar rayonunda yerləşən 0,0275 ha torpaq sahəsi X4 ayrılmış, həmçinin, sözügedən torpaq sahəsinə dair Qusar bələdiyyəsi ilə S.H.Paşayeva arasında 04 aprel 2018-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Bundan sonra 0,0275 ha torpaq sahəsi üzərində S.H.Paşayevanın mülkiyyət hüququ dövlət reyestrində 31 iyul 2018-ci il tarixdə qeydiyyata alınaraq, ********** nömrəli, **********50 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı S.H.Paşayevaya 0,0275 ha torpaq sahəsinin ayrılmasına dair Qusar bələdiyyəsinin 30 mart 2018-ci il tarixli, 03 nömrəli qərarını məhkəmə qaydasında mübahisələndirmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1850/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-4/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı ilə isə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia təmin edilmiş, Qusar bələdiyyəsinin 30 mart 2018-ci il tarixli, 03 nömrəli qərarı ləğv edilmişdir. Qərardan kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Bundan sonra İddiaçı 11 avqust 2023-cü il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Quba şəhərində yerləşən 0,0275 ha torpaq sahəsinə dair X3 adına verilmiş ********** nömrəli, **********50 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. İnzibati orqan 05 sentyabr 2023-cü il tarixli, 3-21-3-34/2-7-0450-8/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar şəhərində yerləşən 0,0275 ha torpaq sahəsinə dair X3 adına verilmiş ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli dövlət reyestrindən çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X3 adına 0,0275 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsini iddiaçıya bağışlamışdır. Evin həyətyanı torpaq sahəsi sənəd üzrə 0,06 ha olsa da, faktiki istifadə olunan torpaq sahəsi 0,0875 ha-dır. Sənəddə göstəriləndən artıq 0,0275 ha torpaq sahəsi fərdi yaşayış evi torpaq sahəsi ilə ona bağışlananda atasının istitadəsində olmuşdur. Atasının istifadəsində olmuş 0,0275 ha torpaq sahəsi Qusar rayonu, Qusar bələdiyyəsinin 30 mart 2018-ci il tarixli, 03 nömrəli qərarı ilə X1. Bu hal ona məlum olanda Qusar bələdiyyəsinə qarşı (üçüncü şəxs X6) 30 mart 2018-ci il tarixli 03 nömrəli qərarın ləğv edilməsinə dair iddia qaldırmış, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-4/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı ilə iddiası təmin edilərək Qusar bələdiyyəsinin S.H.Paşayevaya 0,0275 hektar torpaq sahəsinin satılmasına dair 30 mart 2018-ci il tarixli, 03 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Hesab edir ki, bələdiyyə qərarı ləğv olunduğundan həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış da ləğv olunmalıdır. Çıxarışın ləğv edilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən ərizəsi təmin edilməmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(118)-1521/2024 nömrəli qərardadı ilə X6 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(118)-1521/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, X3 həmin torpaq sahəsinin mülkiyyətçisi olmasına əsas Qusar Bələdiyyəsi ilə Sevda Paşayevanın bağladığı xx.xx.2018-ci il tarixli, 4ə-508 reyestr nömrəli alqı-satqı müqaviləsi olmuşdur. Məhz həmin alqı-satqı müqaviləsi nəticəsində hazırkı işdə üçüncü şəxs olan X3 xx.xx.2018-ci il tarixli, **********50 reyestr nömrəli çıxarış əldə etmişdir. Həmin çıxarışa əsas olmuş hüquqmüəyyənedici sənədlərdən müvafiq bələdiyyə qərarı ləğv olunsa da, lakin digər hüquqmüəyyənedici sənəd olan xx.xx.2018-ci il tarixli, 4ə-508 reyestr nömrəli alğı-satqı müqaviləsi qüvvədədir. Alğı-satqı müqaviləsinin qanunsuz və ya qanuni olması məsələsi ayrıca iddia predmeti olmaqla mülki mühakimə icraatı qaydasında baxılmasını zəruri edir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, 0,0275 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq, onun həyətyanı sahəsi üçüncü şəxsə satılmışdır. Hazırki iddia tələbi Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1521/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında göstərilən hüquqi yardıma əsasən qaldırılmışdır. İddiaçı isə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə isə onun iddiasını mümükün saymamışdır. Bu səbəbdən məhkəmənin qərardadını qanunsuz və əsassız hesab edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdilər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İşdən görünür ki, üçüncü şəxsin adına 0,0275 ha torpaq sahəsinə dair mübahisələndirilən qeydiyyatın aparılmasına əsas Qusar bələdiyyəsinin 30 mart 2018-ci il tarixli, 03 nömrəli qərarı və bələdiyyə ilə onun arasında bağlanmış 04 aprel 2018-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” olmuşdur. Bələdiyyənin həmin qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş 2-1(105)-4/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı ilə ləğv edilsə də, işdən göründüyü kimi alqı-satqı müqaviləsi hazırda qüvvədədir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı halda da, reyestrdə qeydiyyatın aparılması üçün həm bələdiyyə qərarı, həm də alqı-satqı müqaviləsi birgə hüquqi əsas təşkil edir. İddiaçı yuxarıda qeyd edildiyi kimi bələdiyyə qərarını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirsə də, alqı-satqı müqaviləsini mülki məhkəmə icraatı qaydasında mübahisələndirməmişdir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(118)-1521/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4
Məhkəmə qərarları › İş №2-1(105)-846/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-846/2024
20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver