Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-848/2025 12.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı Məddud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(118)-2773/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Məddud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Quba rayonu Amsar kəndində iddiaçının faktiki ərazisində yerləşən, sahibliyində və istifadəsində olan 0.92 ha torpaq sahəsinə dair vətəndaş X5 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışın verilməsi ilə bağlı cavabdehin əməkdaşlarının hərəkətlərini qanunsuz hesab etməklə həmin torpaq sahəsi üzərində onun adına qeydiyyata alınmış mülkiyyət hüququnun və müvafiq çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(118)-2773/2025 nömrəli qərardadı ilə X8 hazırki iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin ümumi ərazisi təxminən 120 ha-dır. X2 cəmiyyətə pretenziya ilə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu Amsar kəndində İddiaçı MMC-nin faktiki ərazisində yerləşən, sahibliyində və istifadəsində olan 0,92 ha torpaq sahəsinin ona məxsus olduğunu iddia etmişdir. Bildirilir ki, İddiaçı MMC 2012-ci ilin sentyabr ayında təsis olunmuş "xxxx" MMC-nin hüquqi varisidir və vətəndaş Ə.Ə.Ağammədovun iddia etdiyi torpaq sahəsi həmin vaxtdan bu günə kimi ümumi ərazinin tərkib hissəsi kimi cəmiyyətin faktiki sahibliyində və istifadəsindədir. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ərazidə olan əvvəlki mülkiyyətçilərin pulu ödənilərək bütün torpaq sahələri vicdanlı şəkildə əldə edilmişdir. Həm də, Ə.Ə.Ağammədovun iddia etdiyi torpaq sahəsi ölkə ərazisində Qolf idmanı üçün önəmli maliyyə vəsaitləri xərclənərək yaradılmış iki Qolf idman sahəsindən birinin ərazisində yerləşir. İddiaçı Məddud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs olan Ə.Ə.Ağammədovun sözügedən torpaq sahəsinin uzun müddət İddiaçı MMC-nin istifadəsində olduğunu bildiyi və ondan əvvəlki mülkiyyətçiyə pulun ödənilməsinə baxmayaraq həmin əraziyə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığı üçün vicdanlı əldə edən hesab olunmamalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nin ərazisində yerləşən, faktiki istifadəsində və sahibliyində olan torpaq sahəsinə vətəndaş Ə.Ə.Ağammədovun adına mülkiyyət hüququna dair 22 oktyabr 2022-ci il tarixdə hansı hüquqi əsaslarla müvafiq çıxarışın verilməsi "xxxx" MMC-də əsaslı şübhələrin yaranmasına səbəb olmuşdur. Sözügedən torpaq sahəsinin cəmiyyətin faktiki ərazisində, sahibliyində və istifadəsində olduğu müddət ərzində vətəndaş Ə.Ə.Ağammədovun adına mülkiyyət hüququna dair çıxarışın verilməsini 5 saylı Xaçmaz ərazi idarəsinin əməkdaşlarının qeyri-qanuni fəaliyyətinin nəticəsi hesab edirlər. Belə ki, 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən əsaslı araşdırmalar aparılmadan, "xxxx" MMC-nin faktiki sahiblik və istifadə hüquqları pozularaq vətəndaş Ə.Ə.Ağammədovun adına mülkiyyət hüququna dair çıxarış verilmişdir. Tərəflərindən Quba rayonu Amsar kəndində "Fəsil Turizm” MMCnin faktiki ərazisində yerləşən, sahibliyində və istifadəsində olan 0,92 ha torpaq sahəsinə dair X2na verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışın verilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və bununla bağlı həmin torpaq sahəsi üzərində X6 qeydiyyata alınmış mülkiyyət hüququnun və müvafiq çıxarışın ləğv edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 06 sentyabr 2024-cü il tarixdə göndərilmiş müraciətə bü günə kimi cavab verilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarında olan **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla mübahisəli torpaq sahəsinin inzibati icraata cəlb edilmiş üçüncü şəxs olan X7 məxsus olduğu görünür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən əldə edilmiş 08 aprel 2025-ci il tarixli müayinə aktına əsasən mübahisəli torpaq sahəsi yuxarıda qeyd edilmiş çıxarış baza məlumatlarında olan xəritə materialları üzrə X7 məxsusdur, lakin həmin torpaq sahəsi İddiaçı MMC tərəfindən qolf meydançası kimi istifadə olunmaqdadır. Habelə torpaq sahəsi heç bir mühafizə zolağında yerləşməyərək heç bir mülkiyyət sənədi ilə üst-üstə düşməməkdədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilə əsasən torpaq sahəsi X8 tərəfindən satın alınmış və tam pay hüquqda olmaqla adına xx.xx.2022-ci il tarixli çıxarış əldə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(118)-2773/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən mübahisəli torpaq sahəsi İddiaçı MMC-nin istifadəsində olan ümumi torpaq sahəsinin tərkibinə daxil edilərək qolf meydançası kimi faktiki olaraq istifadə edilsə də, həmin torpaq sahəsi üzərində başqa şəxsin - X6 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq Çıxarışla təmin edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, tərəflərindən birinci instansiya məhkəməsində torpağın əvvəlki sahiblərinin məhkəməyə dəvət olunmaqla həqiqətən də onlar tərəfindən mübahisəli torpağın faktiki olaraq kimə satılımasının müəyyən edilməsi barədə vəsatət verilsə də, məhkəmə tərəfindən bu faktın araşdırılması təmin edilməmişdir. Halbuki həmin faktın araşdırılması iş üçün olduqca əhəmiyyətli halların ortaya çıxmasına gətirib çıxaracaqdır ki, bu da iddianın əsaslı olmasına dəlalət edir. Hesab edilir ki, Quba rayonu Amsar kəndində "xxxx" MMC-nin faktiki ərazisində yerləşən, sahibliyində və istifadəsində olan 0,92 ha torpaq sahəsinə dair X2na verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməklə həmin torpaq sahəsi üzərində X6 adına qeydiyyata alınmış mülkiyyət hüququnun və müvafiq çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsi tərəfindən qərar ədalətli və qanuni deyildir. Hesab edilir ki, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, mübahisə predmeti üzrə vəsatətdə qeyd edilən əsaslar üzrə araşdırma aparmadan bu məsələyə səthi yanaşmış və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən ədalətsiz və qanuna uyğun olmayan qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Hazırda İddiaçı Məddud Məsuliyyətli Cəmiyyəti məhkəmədən X7 verilmiş müvafiq çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu tam yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayəti qismən təmin edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 6-cı maddəsinin tələblərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmçinin sözügedən qərarın 8-ci bəndinin tələblərinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilib ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını........ yoxlamalıdırlar. Hazırkı mübahisə 0,92 ha torpaq sahəsinə dair X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə aparılmış qeydiyyat əsasında verilmiş ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədədir. Kollegiya ilkin olaraq qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsinin faktiki istifadə vəziyyətinə istinad etməklə mülkiyyət sənədinin ləğv edilməsini tələb etməsi onun hazırki iddia tələbinə münasibətdə subyektiv hüququnun olması anlamına gəlmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia mümkünlüklə bağlı şərtlərdən biri olan subyektiv hüququn mövcudluğu şərtinə cavab vermir. Torpaq sahəsinin iddiaçının istifadəsində olması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsindən faktiki istifadə həmin torpaq sahəsi üzərində üçüncü şəxsin qeydə alınmış mülkiyyət hüququnun mübahisələndirilməsi üçün yetərli deyil. Bu zaman torpaq sahəsi üzərində hüquqların yaranması əsasları ilə bağlı sübutlar da məhkəməyə təqdim edilməlidir. İddiaçı mübahisəli torpaq sahəsinin üçüncü şəxsdən əvvəl satın alındığını qeyd etsə də, bununla bağlı hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi isə yalnış olaraq ünvan 1ində yerləşən 0,92 ha torpaq sahəsinin iddiaçının istifadəsində olmasını onun subyektiv hüququnun mövcudluğu kimi dəyərləndirmişdir. Məhkəmə kollegiyası bundan əlavə qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması onun hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olması kimi qiymətləndirilsə belə, hazırkı iddia digər əsaslarla da mümkün hesab edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 04 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********84 reyestr nömrəli çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 0,92 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətində olmuşdur. Bundan sonra Məhəmməd Rüstəmov mülkiyyətində olan 0,92 ha torpaq sahəsini X1. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1i ünvanında yerləşən 0,92 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı torpaq sahəsinin iddiaçıdan əvvəl onlar tərəfindən əldə edildiyinə və faktiki istifadələrində olduğuna istinad edərək, həmin torpaq sahəsinə dair sonuncu mülkiyyətçinin adına aparılmış qeydiyyatı mübahisələndirir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı mübahisə predmeti isə alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın və onun əsasında verilmiş **********84 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədədir. Yuxarıda da qeyd edildiyi kimi üçüncü şəxs X8 həmin torpaq sahəsi üzərində hüquqları alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının subyektiv hüququ olduğu halda, üçüncü şəxsə aid olan mülkiyyət hüququnu mübahisələndirə bilməsi üçün, əvvəlcə həmin hüququn əldə edilməsinin ilkin əsaslarını mübahisələndirməlidir. Konkret olaraq iddiaçı tərəfindən subyektiv hüququnun yaranması əsasları təqdim edildiyi və mübahisəli torpaq sahəsinin üçüncü şəxsdən əvvəl əldə edildiyi iddia edildiyi halda, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının17-ci bəndində qeyd edilən tələblərə uyğun olaraq, mülki məhkəmə icraatı qaydasında üçüncü şəxsin torpaq sahəsi ilə bağlı alqı satqı aktı və onun əsasında aparılmış qeydiyyat mübahisələndirilə bilər. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini tam yoxlamadan işə mahiyyəti üzrə baxaraq, qərar qəbul etmiş, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin halları diqqətdən qaçırmış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi ilə bağlı olduğundan, apellyasiya şikayəti qismən-məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia mümkün sayılmadığından, şikayət qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(118)-2773/2025 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4