Məhkəmə qərarları › İş №2-1(105)-85/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-85/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-85/2023 10.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2465/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 902,10 manat dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, X2 Mərkəzi Filial tərəfindən xx.xx.2006-cı tarixindən yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2021-ci il tarixinədək ödənilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İskəndər Bəyəliyev 5 iyun 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlum verilmədiyi üçün onun müvafiq kart hesabına 2020-ci ilin iyun (vəfat etdiyi gündən ayın sonuncu gününədək) ayından etibarən 30 sentyabr 2021-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. X5 məxsus kart hesabına köçürülmüş 1368,97 manat artıq pul vəsaiti bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Tərəflərindən ünvan 1 ünvanında yaşayan mərhum İskəndər Bəyəliyevin həyat yoldaşı Cavabdeh yaranmış 1368,97 manat borcun iddiaçı orqanın hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2022-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin tələblərini nəzərə alaraq, 1 yanvar 2021-ci il tarixinədək vəfat etmiş şəxslərə artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi zamanı "Əmək pensiyaları haqqında" Qanunun 37.8.1-ci maddəsinin həmin tarixdən sonrakı redaksiyasının tətbiq olunması nəticəsində cavabdehin mərhum həyat yoldaşının ölümü haqqında məlumatın, həmçinin, ölüm haqqında şəhadətnamənin vaxtında Mərkəzi Filiala təqdim edilməməsi səbəbindən 2020-ci ilin iyul ayından etibarən 30 sentyabr 2021-ci il tarixinədək əmək pensiyasının mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülməsi və müvafiq kart hesabından pul vəsaitinin götürülməsi səbəbindən ona münasibətdə 902,10 (doqquz yüz iki manat on qəpik) manat artıq ödənilmiş pul vəsaiti hesablanmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2465/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İ.Quliyev). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə məhkəmə aidiyyətinə düzgün hüquqi qiymət verməmişdir. Hesab edir ki, inzibati orqanla cavabdeh arasında mövcud münasibət inzibati münasibətdir və bu münasibətin yaranma əsası Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Nizamnaməsi ilə müəyyən olunmuş hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsində qeyd olunmuşdur: 1.1.Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.1.4. əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək; 2.1.6. əhalinin sosial müdafiəsi ilə bağlı dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Yuxarıda qeyd olunan nizamnamənin müddəalarından göründüyü kimi Fond öz səlahiyyətləri çərçivəsində mərhum İ.S.Bəyəliyevə yaşa görə əmək pensiyası təyin etmiş və onun arvadı Cavabdeh 2020-2021-ci il ərzində əri öldükdən sonra mərhumun pensiyasını almağa davam etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddiaya mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin dinlənilmə hüququnu təmin edib və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, mübahisə predmeti artıq ödənilmiş pensiyanın qaytarılması barədədir. İddiaçı dəlillərində cavabdehin mərhum əri X1 xx.xx.2006-cı tarixindən yaşa görə əmək pensiyası təyin edildiyini, sonuncu 05 iyun 2020-ci il tarixində vəfat etsə də, bu barədə iddiaçı orqana məlum verilmədiyindən onun müvafiq kart hesabına 2020-ci ilin iyun ayından etibarən 30 sentyabr 2021-ci il tarixinədək əmək pensiyasının tam məbləğdə köçürüldüyünü iddia edərək, hazırda artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb edir. İddiaçı artıq ödənilmiş pensiyanın qaytarılması tələbini mərhumun arvadı - Cavabdeh yönləndirdiyini bildirir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı orqan artıq ödənilmiş məbləği tələb etməkdə haqlı olsa da, düzgün olmayan hüquq müdafiə vasitəsi seçmişdir. Belə ki, inzibati orqanla mərhum pensiyaçı arasında olan hüquq münasibətləri inzibati hüquq münasibətləri olsa da, inzibati orqanla hazırkı cavabdeh arasında olan hüquq münasibətləri inzibati yox, mülki hüquq münasibətləridir. Ona görədə məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi əsassız varlanma ilə bağlı normalar tətbiq edilməklə mülki məhkəmə icraatı qaydasında baxıla bilər və hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Cavabdeh isə bu mövqeyi mübahisələndirmiş və “Əmək pensiyaları haqqında” AR Qanunun 39.1-ci maddəsinə istinad etmişdir. Cavabdehin istinadı ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İstinad olunan normada qeyd olunub ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Danılmaz faktdır ki, məhkəmə praktikasında pensiya təyin edən inzibati orqanla pensiyaçılar arasında yaranan mübahisələrə, elə hazırki məzmunda da, yəni artıq ödənilmiş pensiyanın geri qaytarılması iddialarına da inzibati mübahisə hesab olunduğundan inzibati məhkəmələr tərəfindən baxılır. Bu həm də ona görə inzibati mübahisə olmuş olur ki, həmin mübahisələrdə artıq ödəmələrin aparılmasında inzibati orqanın bu və ya digər formada iradəsi təzahür etmiş olur, bununla bağlı hər hansı inzibati akt qəbul olunmuş olur və yaxud da qəbul olunmaması mübahisələndirilir və s. Lakin hazırki mübahisə üzrə tərəflərdən biri inzibati orqan olsa da, digər tərəf pensiyaçı deyil. Pensiyaçı vəfat etdiyi üçün onun ailə üzvü çıxış etməli olur. Eləcə də artıq ödəmənin inzibati orqanın iradəsindən kənar hal nəticəsində (pensiyaçının vəfatı və yaxınlarının bu barədə məlumat verməməsi) baş verməsi müəyyən olunur. Başqa sözlə inzibati hüquq münasibətinin yaranması üçün inzibati orqanın hakimiyyət səlahiyyətinin tətbiqindən söhbət getmir. Bu isə mübahisə tərəflərinin həm subyektiv tərkibinin, həm də məzmununun dəyişikliyə uğraması deməkdir. Belə olan halda, yəni mübahisə tərəflərinin subyektiv tərkibi və məzmunu dəyişdikdə, belə dəyişikliyin hüquq münasibətinin növünə, bu da öz növbəsində məhkəmə aidiyyətinə təsiri aydınlaşdırılmalıdır. Bunun üçün hər şeydən öncə ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Doğrudur, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri inzibati orqan olmalıdır. Lakin bu qayda heç də inzibati orqanın çıxış etdiyi bütün münasibətlərə inzibati hüquqi xarakter vermir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.” İstinad olunanlardan görünür ki, inzibati orqanın çıxış etdiyi münasibətlərdə həmin mübahisənin inzibati hüquq münasibəti hesab olunması üçün inzibati orqanın publik iradəsi hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunur. Hazırki mübahisədə isə yuxarıda da qeyd edildiyi kimi inzibati orqanın hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi və ya edilməməsi məsələsindən deyil, mülki vətəndaşın dövlət orqanına vurduğu zərərdən və həmin zərərin aradan qaldırılmasından söhbət gedir. Bu isə tərəflərin hazırki mübahisə üzrə hüquq bərabərliyi, pozulmuş hüquqların məhkəmə müdafiəsinə ehtiyacının yaranmasını şərtləndirir. Bu dəyərləndirmə isə öz növbəsində hazırki mübahisəni inzibati hüquq münasibəti çərçivəsindən çıxarıb xüsusi hüquq olan mülki hüququn tənzimlənməsinə aid edir. Bu yanaşma təsadüfi deyil. Bununla bağlı qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Qeyd olunan hüquq normasının təhlilindən aydın olur ki, pensiyaçıya ödənilməli olan lakin, ölümü ilə əlaqədar almadığı pensiya məbləği onun ailə üzvlərinə mülki qaydada ödənilir. Yəni, qanunverici pensiyaçının ölümündən sonra vətəndaş (vəfat etmiş pensiyaçının ailə üzvü) ilə müvafiq dövlət orqanı arasında yaranan münasibətləri mülki hüquq münasibətlərinə aid etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, hazırkı işdə də mübahisəli münasibət dövlət orqanı ilə pensiyaçının ailə üzvü olan vətəndaş arasında yarandığından iddia tələbinə mülki qaydada baxılmalıdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati mübahisələrin məhkəmə aidiyyətini tənzimləyən İPM-in 2-ci maddəsi inzibati mübahisələrin başqa aidiyyət qaydasının müəyyən edilə bilməsini də istisna etməmişdir. Nəzərə almaq lazımdır ki, ümumi məhkəmələr tərəfindən baxılan işlərin dairəsi MPM-in 25.1 və 25.3-cü maddələrində göstərilən işlərlə məhdudlaşmır. MPM-in 25.4-cü maddəsinə əsasən ümumi məhkəmələr qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Burada digər işlər dedikdə, qanunda birbaşa göstərilən hallar və ya digər xüsusi yurisdiksiyalı ixtisaslaşdırılmış məhkəmələrin (məsələn, inzibati məhkəmələrin) səlahiyyətlərinə daxil olmayan işlər nəzərdə tutulur.” "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). İddiaçıya həmin tələblə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Bu xüsusda birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəldiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2465/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar