Məhkəmə qərarları › İş №2-1(105)-850/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-850/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-850/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdeh vəzifəli şəxsin hərəkətsizliyinin aradan qaldırılması, sorğunun mahiyyəti üzrə cavablandırılması və X4 xx.xx.2003-cü il tarixli 20 saylı qərarının əsli ilə doğruluğunun təsdiq edilən qərarının surətinin verilməsi öhdəliyinin cavabdeh “Azərittifaq”ın sədri Cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4054/2020 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh vəzifəli şəxsin hərəkətsizliyinin aradan qaldırılması, sorğunun mahiyyəti üzrə cavablandırılması və X4 xx.xx.2003-cü il tarixli 20 saylı qərarının əsli ilə doğruluğunun təsdiq edilən qərarının surətinin verilməsi öhdəliyinin cavabdeh “Azərittifaq”ın sədri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon XDS İcraiyyə Komitəsinin 16 iyul 1985-ci il tarixli, 168 nömrəli qərarı ilə Quba şəhərində mərkəzi kolxoz bazarının tikintisi üçün şəhərin baş planına uyğun 22-ci məhlləsində 2.0 hektar torpaq sahəsi ayrılmışdır. Keçmiş SSRİ Ticarət Nazirliyinin respublika layihələşdirmə institunun 2442 nömrəli layhə sənədləri əsasında bazar tikilərək 1988-ci ildən istifadəyə verilmişdir. İlkin balans dəyəri ******* min rubl hesablanmışdır. Tikinti dövlət büdcəsi - Ticarət nazirliynin ayırdığı dövlət vəsaiti hesabına inşa olunmuşdur. Quba rayon İHB-nın xx.xx.1994-cü il tarixli 139 nömrəli sərəncamı ilə (Bənd-5) Quba Kolxoz bazarının örtülü hissəsində fəaliyyət göstərən hissəni ərzaq məhsullarının satışı yarmarkasının - sərbəst fəaliyyət göstərən Ticarət-Kommersiya Mərkəzinə çevirmək məqsədə uyğun hesab edilmişdir. Ticarət Kommersiya Mərkəzinin Nizamnaməsinin tərtib edilməsi İHB-nm sosialiqtisadi inkişaf şöbəsinə tapşırmışdır. İHB-nın xx.xx.1994-cü il tarixli 140 nömrəli sərəncamı ilə Quba rayon İcra Hakimiyyəti tərəfindən təsis edilmiş "Ticarət Kommersiya Mərkəzinin” nizamnaməsi təsdiq edilmiş, Ticarət Kommersiya Mərkəzinin Nizamnaməyə uyğun fəaliyyəti qeydə alınaraq, müəsisənin direktoru X8 təyin olunmuşdur. Quba rayon İHB-nın sərəncamı ilə pensiya yaşma çatmış direktorun əvəzinə Quba Ticarət Kommersiya Mərkəzinə mərhum X9 direktor təyin edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Quba Ticarət Kommersiya Mərkəzi - əmlakı heç vaxtı "Azərittifaq" a məxsus paylı mülkiyyət olmamış və İH-i tərəfindən təsis olunaraq dövlət reqistrində qeydiyyatda olmaqla Nizamnaməyə uyğun dövlət qeydiyyatından keçmiş müəsisəsə - hüquqi şəxs kimi fəaliyyət göstərmişdir. Bundan başqa məlum olub ki, "Azərittifaq"ın İdarə heyətinin 20 saylı 30 yanvar 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə birmənalı şəkildə tabeçiliyi, mülkiyyət forması habelə mülkiyyət üzərində sərəncam vermək hüququ - Qanun -Dövlət Proqramına əsasən indiki halda ƏMDX-i olduğu halda , Quba Kolxoz bazarı, xx.xx.1994-cü il tarixli 139-140 nömrəli sərəncamları ilə yaradılan Ticarət Kommersiya Mərkəzi - ilkin balans balans dəyəri 1 438 560 rubl hesablanmış dövlət əmlakını özəlləşdirilmədən, özəlləşdirilmədən dövlət büdcəsinə köçürülməli vəsaitlərin mənimsənilməsi məqsədilə razılaşdırılmış qiymətlərlə Ticarət Kommersiya Mərkəzinin direktoru X1 razılıq verilib. Beləliklə Quba rayon İstehasl - İstehlak Kooperativi isə 2442 nömrəli layihə sənədinə əsasən ilkin balans dəyəri ******* min rubl ilə "xxxx" qiymətləndirmə Firmasının müəyyən etdiyi qiymətlə yaranmış fərqin əlavə kapital fondu hesabına silərək paylı mülkiyyət adı ilə yarımçıq tikili kimi qeyd dərək qanunsuz balansına daxıl edərək iki 17 iyul və 22 avqust 2003-cü il tarixli notariat qaydasında təsdiq edilən 2 ədəd alqısatqı müqavilələri ilə iki dəfə Ticarət Kommersiya Mərkəzinin direktoru X2. Quba KCİ Şurasının 26 vefral 2003-cü il tarixli protokolun 10-cu bəndində Azərittifaq idarə heyətinin xx.xx.2003 cü il tarixli qərarına əsasən RKİ-nm yarımçıq tikili kimi saxlanılmış, "Örtülü bazar"in ötən illər RİH-nin nəzdində fəaliyyət göstərmiş X1 dair RKCİ-nm İdarə heyətinin xx.xx.2003-cü il tarixli qərar (pr- N10) Azərittifaqın təyin etdiyi qiymətə, yəni 30 [otuz] milyon manata satılmasına razılıq vermişdir. Həmin razılıq əsasında RKCİ İdarə heyətinin qərarı ilə yarımçıq tikili kimi qeydiyyatda olan (biləndər qiymətləndirmə firması tərəfindən qiymətləndirilərək İİK-nin balansına yarımçıq tikili adı dəxil edirlən "örtülü bazar"ın yəni İHB-nın sərəncamı ilə yaradılan "Quba Ticarət Kommersiya Mərkəzi" onun direktoruna satılmasına dair qərarı təsdiq edilmişdir. "Azərittifaq" ın İdarə heyətinin 20 saylı 30 yanvar 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə birmənalı şəkildə tabeçiliyi, mülkiyyət forması habelə mülkiyyət üzərində sərəncam vermək hüququ, balans saxlayıcısı müvafiq qaydada müəyyən edilmiş Quba Kolxoz bazarı, həmçinin örtülü hissəsində yaradılmış Ticarət Kommürsiya Mərkəzi razılaşdırılmış qiymətlərlə Ticarət Kommersiya Mərkəzinin direktoru X1 qanunsuz razılıq verməklə Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2005-ci il tarixli 1120 saylı fərmanı ilə təsdiq edirlən Qanun- Dövlət Proqramının 5-ci maddəsinə əsasən məcburi özəlləşdirilməli olan ilkin balans dəyəri ******* rubl hesablanmış dövlət əmlakının indeksləşdirilmədən dövlət reyestrindən çıxarmaqla özəlləşdirlmədən dövlət büdcəsinə köçürülməli olan küllü miqdarda vəsaitlərin, həmçinin dövlət müəssisəsi kimi fəaliyyətinə xitam verilməklə dövlət büdcəsinə köçürülməli olan milyonlarala vəsaitin mənimsənilməsi təşkil edilmişdir. Qeyd edilənlərdən həmçinin Quba RKCİ-ın sabiq sədri Ənvər Hüseynovla söhbətlərdən məlum olub ki, bu dövlət əleyhinə korrupsiya cinayətini həyata keçirilməsində bir başa məsuliyyət "Azərittifaq o cümlədən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Azərittifaq”ın sədri cvabdeh Cavabdeh məsuliyyət daşımalıdır. Qeyd edilənlərə əsasən biz iddiaçılar "Azərittifaqm 30.012003-cü il tarixli 20 saylı qərarın. xx.xx.2003-cü il tarixli 03 saylı məktubla “Azərittifaq"m idarə heyətinə müraciət olunmasına dair məktubun və həmin məktuba əsasən razılığın verilməsi barədə 20 saylı qərarın təsdiq edilən surətlərinin onlara verilməsini və razılığın verilməsində cavabdehin məqsədini bildirməklə yazılı münasibətini bildirməyini xahiş etmişlər. "İnformasiya əldə etmək haqqında” Qanunun 2-ci maddəsində (İnformasiya əldə etmək azadlığı) göstərilir ki, Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır: "Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Eyni Qanunun 10-cu maddəsində (İnformasiya sahibinin vəzifələri) qeyd edilir ki, informasiya sahibi informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir. Lakin Cavabdeh sifarişli məktubla sorğunu cavablandırmamış, Milli Məclisə elektron poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə təkrar sorğu ilə müraciət etmişlər. Azərbaycan Respublikası Milli X3 Məsələləri və Elektron sənəd dövriyyəsinin təşkili sektoruna 2023-cü ilin fevral ayının 23-də saat 11.13 tarixdə elektron formada göndərilmiş MM-2302-1325 saylı sorğu "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən baxılması üçün Milli Məclis Aparatının müvafiq şöbəsinə (Cavabdeh) çatdırılması təmin edilsə də hələ də cavablandırılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4054/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). İddiaçılar qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılması haqqında qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz hesab edirlər və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Onlar 2442 nömrəli layihəyə əsasən ilkin balans dəyəri ******* rubl hesablanan dövlət müəssisələri olan Quba Kolxoz bazarının və örtülü hissəsində Quba RİHB-nın sərəmcamı ilə yaradılmış Quba Ticarət Kommersiya Mərkəzinin cavabdehin sədri olduğu "Azərittifaqın” qanunsuz qərarları ilə balansa daxil etməsi nəticəsində dövlət əmlakının qanunsuz dövlət reyestrindən çıxarılaraq özəlləşdirilmədən yayındırılması nəticəsində pozulmuş hüquqlarının bərpasında ibarətdir. Bu tələbin təmin edilməsi dövlət reyestrindən çıxarılan dövlət əmlakının qanunla özəlləşdirilməsi həm də dövlətin qanunla qorunan maraqlarının təmin olunması deməkdir. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardadı isə məhz onların hüquq və azadlıqlarının pozulması, həmçinin dövlətin qanunla qorunan maraqlarının bərpasını təmin edilməsi məqsədilə qəbul edildiyini sübut edir. Məhkəmə qanunsuz olaraq məcburetmə haqqında - hərəkətsizliyə qarşı iddia tələbini mükünsüz hesab etmişdir. Məhkəmə bununla da dövlətin AR Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramının-Qanunun 5-ci maddəsinə əsasən məcburi özəlləşdirilməli olan Respublika layihə instutu tərəfindən 2442 nömrəli layihəyə əsasən ilkin balans dəyərəri ******* min rubl hesablanan Quba kolxoz bazarının və östü örtülü hissəsində Quba RİH-ti tərəfindən yaradılmış Quba Ticarət Mərkəzi kimi fəaliyyət göstərən dövlət əmlakının özəlləşdirilmədən yayındırılaraq dövlət büdəcəsinə köçürülməli olan vasaitlərin mənimsənilməsini təşkil etmək üçün bilə-bilə qanunsuz qərardad qəbul emişdir. Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına əsasən iddianın əsaslığını yoxlayarkən özünün xidməti vəzifəsini icra etmədən, İPM-nin 12.1-ci maddəsinin tələblərini də pozaraq, zəruri ilkin şərt kimi irəli sürülmüş maddi hüquq tələbinin mövcud olub -olmamasını araşdırmamışdır. Məhkəmə iddia tələbi üzrə subyektiv hüquqlarının olub-olmamasını, cavabdehin həmin iddiya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərədə tutulmuş iddia müddətinə riayət edilibedilmədiyi, prosessual həm iştirakçılığın yol verildiyini, tələbin bu iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinin tələblərinə də riayət etməmişdir. Məhkəmə İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım ilə bağlı onlara yardım etməyə borclu olduğu halda hərəkətsizliyə qarşı iddia tələbinin hansı məhkəmədə baxılmalı olmasını müəyyən etməmişdir. Ona görə də cavabdehin hərəkətsizliyə qarşı məcburetmə haqqında iddia tələbi məhz inzibati məhkəmə qaydasında baxılmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1.1. Həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarının prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi cavabdeh vəzifəli şəxsin hərəkətsizliyinin aradan qaldırılması, sorğunun mahiyyəti üzrə cavablandırılması və X4 qərarının təsdiq eidlmiş surətinin verilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında yaranmış mübhisəli hüquq münasibətinin inzibati xarakterli mübahisə qismində çıxış etməsi üçün tərəflərdən heç olmazsa biri inzibati orqan olmalı və həmin mübahisə məhz inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab olunur. İndiki halda isə cavabdeh qismində fiziki şəxs (Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı, “Azərittifaq” sədri kimi) qeyd edilmişdir. Göründüyü kimi hazırki iş üzrə cavabdeh qismində yuxarıda istinad edilən qanunun müddəasına uyğun olaraq inzibati orqan çıxış etməmişdir. Həmçinin, qeyd edilməlidir ki, fiziki şəxslərin hərəkət və ya hərəkətsiziliyi ilə bağlı yaranmış mübaisəli hüquq münasibətləri iznibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisə predmeti qismində çıxış etməmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 10 aprel 2015-ci il atrixli Qərarında qeyd edilmişdir ki,mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda cavabdeh qismində qanunun müddəasına uyğun olaraq inzibati orqan çıxış etmədiyindən, habelə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti inzibati xarakterli mübahisə premdetini təşkil etmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, məhkəmə kollegiyası iddiaçıların apellyasiya şaikyətinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 05 nömrəli, 10 aprel 2015-ci ıl tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə yuxarıda istinad olunan əsasla iddia mümkün sayılmamalı və birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olduğundan, apellyasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilməməlidir. Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4054/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar