Məhkəmə qərarları › İş №2-1(105)-850/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-850/2025

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-850/2025 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı Şamaxı rayon Çarhan bələdiyyəsinin ** saylı ##.##.2004-cü il tarixli qərarı ilə satılmış 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Şamaxı rayon Çarhan bələdiyyəsinin ** saylı, ##.##.2004-cü il tarixli qərarı ilə iddiaçının mərhum X1na kənd təsərrüfatına şərti yararsız 0.30 ha torpaq sahəsi ayrılmışdır. Həmin bələdiyyə qərarı əsasında JN 0614 KOD******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilmişdir. Sözügedən torpaq sahəsinə dair tərtib edilmiş ## #### 2024-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi Şamaxı rayonu Çarhan bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Torpaq sahəsi naturada dəmir torla hasara alınmışdır. cavabdeh1 ** saylı Şamaxı Ərazi Idarəsinin ## #### 2024-cü il tarixli, ************ nömrəli imtina məktubundan görünür ki, Çarhan bələdiyyəsinin ** saylı, ##.##.2004-cü il tarixli qərarı ilə satılmış 0.30 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. cavabdeh1 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin *-**-*-**/*-C-****- **/**** nömrəli, ## ##### 2024 -cı il tarixli məktubu ilə X5 adına verilmiş JN 0614 (********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”-nın tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. cavabdeh1 ** saylı Şamaxı Ərazi Idarəsinin ## ######## 2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubundan görünür ki, Şamaxı rayonu Çarhan bələdiyyəsinin ** saylı ## ##### 2004-cü il tarixli qərarı ilə X7 ayrılmış 0.30 ha torpaq sahəsinin ətrafında yerləşən torpaq sahəsinə reyestr nömrəsi ************ olan çıxarış verilmişdir. cavabdeh1 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin *-**-*-**/*-****/**** nömrəli ## ### 2026 -cı il tarixli məktubundan görünür ki, təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsi Şamaxı rayonu Çarhan kəndi Çarhan təsərrüfatının bələdiyyə mülkiyyəti torpaqlarının bonitet kartoqramına əsasən (2004-cü il) kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh DƏDKR-in ** saylı Şamaxı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəmsinə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, mərhum atasına ayrılmış 0.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şamaxı rayon Çarhan bələdiyyəsinin ** saylı, ##.##.2004-cü il tarixli qərarı ilə iddiaçının mərhum X1na satılmış 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Çarhan bələdiyyəsinin ** saylı, ##.##.2004-cü il tarixli qərarı ilə iddiaçının mərhum X1na 0.30 ha torpaq üsahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onların faktiki istifadəsində və sahibliyindədir. Torpaq sahəsinə dair dövlət aktı da verilmişdir. X1 ## ###### 2011-ci il tarixdə vəfat emtiş və ## #### 2012-ci il tarixdə vərəsəlik işi açılmaqla vərəsələrin dairəsi müəyyən edilmişdir. Miras əmlakın qəbul edilməsi ilə bağlı Şamaxı rejional “ASAN xidmət” mərkəzində notariat offisinə müraciət olunmuşdur. Iddiaçı mərhum atasına məxsus torpaq sahəsinin və vərəsəlik hüququnun rəsmilləşdirilməsi üçün cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Şamaxı Ərazi Idarəsinə tərəfindən müraciət olunmuşdur. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Şamaxı Ərazi Idarəsinin ## #### 2024-cü il tarixli, ************ nömrəli məktubu ilə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə imtina edilmişdir. Imtinaya əsas səbəb isə məhrum atasına satılmış topraq sahəsi örüş torpaqlarına aid edildiyi üçün “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Qeyd edilən torpaq sahəsi artıq uzun müddətdir ki, iddiaçının istifadəsində və sahibliyindədir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, “xxxx” publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi Idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmaması müəyyən edilir. Iddiaçı İddiaçı vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün Şamaxı rayonu Çarhan kəndi ərazisində yerləşən Çarhan Bələdiyyəsinin ** saylı, ##.##.2004-cü il tarixli qərarı ilə satılmış 0.30 ha torpaq sahəsinin üzərində hüquqların mərhum X6 məxsus olması barədə reyestrdən arayışın verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə ** saylı Şamaxı Ərazi Idarəsinə müraciət etmişdir. Qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, Çarhan Bələdiyyəsinin ** saylı ##.##.2004-cü il tarixli qərarı ilə satılmış 0.30 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. Azərbaycan Respublikasının Torpaq qanunvericiliyin tələblərinə əsasən örüş torpaqları alqı-satqı predmeti deyil, yalnız icarə predmeti ola bilər. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi” -nin 16.3-cü maddəsinə, əsasən, Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi” -nin 12.4-cü bəndində qeyd olunmuşdur ki, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq Icra Hakimiyyəti orqanının qərarı ilə yol verilir. Torpaq sahəsi təyinatı üzrə ayrılmadığına görə ərizənin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina olunmuşur. Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi Idarəsinə qarşı iddiası əsassız olduğu üçün rədd edilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək Şamaxı rayon Çarhan bələdiyyəsinin ** saylı ##.##.2004-cü il tarixli qərarı ilə iddiaçının mərhum X1na tikinti məqsədi ilə satılmış 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Şamaxı Ərazi Idarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin yuxarda qeyd edilən digər dəlilinin hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə cavabdeh orqana sorğu ünvalayaraq mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin verilməsini xahiş etmişdir. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, qonşu torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində kənd təsərrüfatı təyinatlı torpaqlar olaraq qeydiyyata alınmışdır. Məhkəmə sorğusu əsasında təqdim edilmiş müayinə aktında torpaq sahəsinin həm hüquqmüəyyənedici sənəd üzrə, həm faktiki ölçüsünün 0.30 ha olduğu, təyinatının kənd təsərrüfatı təyinatlı olduğu qeyd edilmişdir. Məhkəmə cavabdeh orqanın etirazda qeyd etdiyi dəlilinə münasibətdə bildirir ki, həm mərhum X5 torpaq sahəsinin ayrılmasına dair Şamaxı rayonu Çarhan Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** saylı qərarında, JN 0614 KOD******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda torpaq sahəsinin tikinti məqsədilə ayrıldığı qeyd edilmişdir. Beləliklə, göründüyü kimi cavabdehin iddiaçının hüquqlarının qeydiyyatından imtinasının əsası kimi göstərdiyi əsas tamamilə əsassızdır və formal xarakter daşıyır Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66.2 Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. M a d d ə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarı “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Şamaxı rayon Çarhan bələdiyyəsinin ** saylı ##.##.2004-cü il tarixli qərarı ilə iddiaçının mərhum X1na satılmış 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarətdir. Cavabdeh orqan imtina cavabının və apellyasiya şikayətinin dəlili kimi Çarhan Bələdiyyəsinin ** saylı, ##.##.2004-cü il tarixli qərarı ilə satılmış 0.30 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aid olmasını göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n ** saylı Şamaxı Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəzlənmişdir. Iş materiallarından müəyyən olunur ki, Şamaxı rayonu Çarhan bələdiyyəsinin ## ##### 2004-cü il tarixli ** saylı qərarı ilə X5 yaşayış və yardımçı tikilinin inşası məqsədilə 0,30 ha torpaq sahəsi satılmış, həmin qərar əsasında onun adına JN 0614 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. Eyni zamanda torpaq sahəsinin ayrılması zamanı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin ## ##### 2004-cü il tarixli, **-*/*** nömrəli rəyi alınmış və torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Beləliklə, iş üzrə mövcud olan hüquqmüəyyənedici sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi iddiaçının hüquqi sələfinə səlahiyyətli bələdiyyə tərəfindən məhz tikinti məqsədilə satılmış, həmin inzibati qərarın icrası olaraq dövlət aktı rəsmiləşdirilmiş və iddiaçıda torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranacağına dair əsaslı hüquqi gözlənti formalaşdırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən işin tam və obyektiv araşdırılması məqsədilə əlavə sübutlar əldə edilmişdir. Belə ki, cavabdeh1 ** saylı Şamaxı Ərazi Idarəsinin ## ######## 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsinə ************ reyestr nömrəli çıxarış verilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsinin ayrılmasını təsdiq edən bələdiyyə qərarına əlavə edilmiş və arxiv nüsxəsi X2 və Monitorinq Elmi-Istehsalat Mərkəzindən aşkar edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsi tərəfindən verilmiş ##.##.2004-cü il tarixli **-*/*** saylı rəydən görünür ki, tikinti məqsədi ilə satılması nəzərdə tutulan 0.30 ha torpaq sahəsi Çarhan bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Həmin torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün X5 məqsədəmüvafiqdir. Digər tərəfdən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ## ### 2026cı il tarixli məktubunda təqdim edilmiş koordinatlar üzrə torpaq sahəsinin 2004-cü il bonitet kartoqramına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olduğu göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sonuncu hal cavabdehin imtinasını öz-özlüyündə qanuni hesab etməyə əsas vermir. Çünki iş materiallarından görünür ki, torpaq sahəsinin hüquqi taleyi hələ 2004-cü ildə səlahiyyətli dövlət və bələdiyyə orqanlarının iştirakı ilə müəyyən edilmiş, torpaq sahəsinin satılması barədə qərar qəbul edilmiş, bu qərarın icrası üçün müvafiq dövlət orqanının rəyi alınmış və son nəticədə iddiaçının hüquq sələfinin adına dövlət aktı verilmişdir. Həmin inzibati aktlar uzun illər ərzində etibarsız hesab edilməmiş, ləğv olunmamış və hüquqi qüvvəsini itirməmişdir. Bu baxımdan cavabdeh inzibati orqanın yalnız elektron informasiya bazasında torpaq sahəsinin örüş torpağı kimi göstərilməsinə istinad etməklə dövlət qeydiyyatından imtina etməsi hüquqa etimad prinsipləri ilə uzlaşmır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya araşdırması zamanı müəyyən edilmiş hallar cavabdeh inzibati orqanın eyni ərazidə yerləşən və hüquqi vəziyyəti mahiyyət etibarilə analoji olan torpaq sahələri üzrə fərqli inzibati praktika formalaşdırdığını göstərir. Belə ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Qeyd olunmalıdır ki, mübaisəki torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələri əkin torpaqları kimi qeydə alınmışdır ki, bu hal özü də mübahisəli torpaq sahəsinin örüş olmasını şübhə altına alır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Inzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “Inzibati icraat haqqında” Qanunun 13- cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Odur ki, kollegiya bu baxımdan cavabdehin dəlillini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunvericilik normasının tələbinə zidd olmaqla, iddiaçıya münasibətdə mülkiyyət hüququndan əsassız olaraq məhdudlaşdırılmasına səbəb olduğundan, etiraz, imtina və şikayətin dəlilləri əsassız olmuşdur. Məhkəmə kollegiyası iş materiallarından müəyyən etmişdir ki, indiki halda torpaq sahəsi naturada mövcuddur, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər hazırda qüvvədə olmaqla, həmin sənədlərin ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yarandığından, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar ümumi sözlər şəklində ifadə edilməklə, formal xarakter daşımış və əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar