Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-852/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi və vurduğu mənəvi zərərə görə 5000 manat kompensasiyanın tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)- 2498/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin müddətsiz təyin edilməsi və vurduğu mənəvi zərərə görə 5000 manat kompensasiyanın tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur. xx.xx.2016-cı ildən “Astiqmatizm OU-mürəkkəb hipermetropik astiqmatizm HM 7.0 dərəcə və 6.0 dərəcə VİZUS OD-1.0 (vahid) VİZUS OS-0,04 k/etmir (yüzdə dörd)” əsas diaqnozla Sumqayıt şəhər 1 №-li Xəstəxananın Poliklinika şöbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 12 saylı TSEK tərəfindən ona xx.xx.2016-cı ildə “Qabarıq asteno nevrotik sindrom. Kəllə daxili hipertenziya. OS – mürəkkəb hipermetropik astiqmatizm. OSrefraksion ambiolopiya. VİSOD-1,0 (vahid), VİSOS-0,03 (yüzdə üç). Xroniki dəmirdefisi anemiya” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2021-ci il təyin edilmişdir. Əlillik dərəcəsinin təyini məqsədilə xx.xx.2021-ci ildə qeydiyyatda olduğu 1 №-li Sumqayıt Xəstəxanasının Poliklinika Şöbəsi TQS №088 formalı 0531003AALSX saylı göndərişlə tibbi sənədləri Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti Agentliyinə göndərilmişdir. Göndərişə qədər xx.xx.2021-ci ildə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində və xx.xx.2021-ci ildə Sumqayıt 4 №-İi şəhər xəstəxanasında stasionar müalicə almışdır. Əsas diaqnozla (Astiqmatizm OU mürəkkəb hipermetropik astiqmatizm HM 7.0 dərəcə və 6.0 dərəcə VİZUS OD-1.0 (vahid) VİZUS OS-0,04 k/etmir (yüzdə dörd)) yanaşı göndərişdə yanakı xəstəliklər də qeyd edilmişdir. Həmçinin göndəriş zamanı onda “Monokulyar Korluq VİZUS OD-1,0 (vahid) VİZUS 05-Q04 k/etmir (yüzdə dörd) ağırlaşma halı” qeyd edilmişdir. TSEK-nin xx.xx.2021-ci il tarixli cavabı ilə əlilliyin təyinindən imtina olunmuşdur. İmtinaya səbəb kimi sənəddə “şəxsin son 6 ay ərzində 2 fərqli xəstəlik əsasında göndərişinin rəsmiləşdirilməsinin mümkün olmaması” göstərilmişdir. O, imtina ilə razılaşmamış və məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Qərarın icrası kimi cavabdeh əlilliyin təyin edilməsi barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul etmiş, lakin əlilliyi 5 il müddətinə təyin etmişdir. Halbuki, iddiaçının səhhətinin vəziyyəti və qoyulmuş diaqnozlar ona əlilliyin müddətsiz təyin edilməsinə əsas vermişdir. Bununla bağlı o, cavabdehə şifahi qaydada müraciət edərək əlilliyin müddətsiz təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli qərarı 30 gün ərzində mübahisələndirilməli olduğu halda 2 il 5 aydan sonra mübahisələndirmək istədiyi halda iddiaçı müddəti ötürdüyündən iddianın mümkünsüz hesab olunmasını xahiş etmişdir. Mənəvi zərərin nə olduğunu şəxsin keçirdiyi bəzi sarsıntı və iztirabları sadalayaraq daha aydın bir şəkildə göstərmək olar. 3 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi və s. kimi örnəklərlə qeyd olunur. Qeyd edilən hallar iddiaçıda olmadığından iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-2498/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Vəfa Əzizova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan qərarla onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi və ya dəyişdirilməsi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın iddiaçıya məlum olduğu vaxtdan o, iddia ərizəsi ilə məhkəməyə 1 ildən çox müddət keçdikdən sonra müraciət etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia müddətinin bərpa edilməsi barədə vəsatətlə müraciət etmək üçün hüquqi yardımın göstərilməsinə ehtiyac qalmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi üçün ilkin olaraq cavabdeh inzibati orqana müraciət edilməsi tələb olunur. Lakin iddiaçı bu tələblə bağlı cavabdehə müraciət etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Belə olan halda həmin tələb də məhkəmə tərəfindən mümkün sayılmamalıdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməli, iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Belə ki, məhkəmə qərardad qəbul edərkən tətbiq edilməli olan normanı deyil, tətbiq edilməli olmayan normaya istinad etmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçı müvafiq iddia ilə müraciət etməsi üçün iddia müddətini ötürmüşdür. O, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, hazırki mübahisə üzrə iki tələb ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ona əlillik müddətsiz təyin edilməlidir. Belə ki, sağlamlıq durumu, qoyulmuş diaqnozlar təsdiq edir ki, əlillik müddətsiz təyin edilməlidir. Onu da bildirir ki, cavabdehin günahı üzündən bu mübahisə xx.xx.2023cü ilə qədər davam etmişdir. Belə ki, cavabdehin kassasiya şikayətinə həmin tarixdə baxılmışdır. Cavabdeh məhkəmənin son qərarından sonra geriyə tarixə ona əlillik təyin etmişdir. Bir daha bildirir ki, AR-sı Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından sonra ona əlillik təyin edilmiş və ona keçmiş müddət üçün pensiya ödənilmişdir. Göründüyü kimi burada müddətin buraxılmasından söhbət gedə bilməz. Belə olan halda məhkəmə kompensiyanın ödənişi üçün ilk əvvəl ona köməklik göstərməli, cavabdehə müraciət etmək zəruriliyini bildirməli idi. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razı olmasa da iddianı mümkün saymayaraq gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad edərək iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, hüquqi əsaslandırması ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, hazırki iddia tələbi iki hissədən ibarətdir: 1) iddiaçıya ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi, 2) vurulmuş mənəvi zərərə görə 5000 manat kompensasiya tutulması. Birinci tələblə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2582/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 26 aprel 2021-ci ildən “Qabarıq asteno nevrotik sindrom. Kəllədaxili hipertenziya. OS-mürəkkəb hipermetropik astiqmatizm. OS – refraksion ambliopiya. VİSOD-1,0 (vahid), VİSOS-0,03. Xroniki dəmir defisitli anemiya” diaqnozu ilə ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-137/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 26 aprel 2021-ci ildən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi iddiaçıya 2021-ci ildən ikinci dərəcəli əlillik təyin edilməsi qərara alınmışdır. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı əvvəllər də oxşar iddia tələbi ilə məhkəmədə iddia qaldırmış, onun iddia tələbi təmin edilmiş və həmin tələblə bağlı qərar qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi ilə bağlı iddiaçıya 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı isə məhz əlilliyin 5 il müddətinə təyin edilməsi ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüquqi marağının təmin edilməsi məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qərarının düzgün icra edilməsini icra icraatı qaydasında tələb edə bilər və ya Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-137/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarına izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Nəzərə almaq lazımdır ki, yeni iddianın qaldırıldığı xx.xx.2023-cü il tarixədək iddiaçının tələbinin faktiki və hüquqi əsasları ilə bağlı hər hansı dəyişikliyin baş verməsi iş üzrə materiallardan müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). İdddiaçının hüquqi marağı baxımından hazırda baxılan işə yeni bir iddia kimi baxıla bilməsi üçün iddianın mümkünlük şərtləri ödənilməlidir. Lakin hər iki tələb üzrə xüsusi mümkünlük şərti olan iddiaçının ilkin olaraq öz tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmadığından bu hissədə də iddia tələbi mümkünsüz sayılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, hazırkı tələblə bağlı inzibati orqana müraciət müvafiq tibb müəssisəsi vasitəsi ilə həyata keçirilə bilər. Lakin belə bir müraciətin olması müəyyən edilmir. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-2498/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-852/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-852/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver