Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-853/2023 31.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı “ona 65 yaşının tamam olduğu 8 mart 2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1687/2023 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin 188 saylı, 16 mart 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. İddiaçı məxsus 03 yanvar 1974-cü il tarixdə açılmış əmək kitabçasının surətinən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilədək, xx.xx.1989-cu ildən xx.xx.2009-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 22 aprel 2022-ci il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1,0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın surətinə və hərbi xidmət haqqında arayışa əsasən sığorta stajınız (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr) 17 il 1 ay təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb.Əlavə olaraq bildiririk ki, adınza tərtib olunmuş əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2006 il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Fondunun 2 saylı Mərkəzi-Aran regional filialının aktına əsasən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" MMC-nin əmək haqqı cədvəlləri və arxiv sənədləri Göyçay rayon Dövlət Arxivinə təhvil verilməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" MMC 08 iyun 1996-cı il tarixindən qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb, rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2118-ci il tarixədək dayandırılıb. "xxxx" Məhdud Məsuiiyyətli Cəmiyyətinin baza məlumatlarına əsasən fəaliyyət növü Broyler təsərrüfatı”, digər fəaliyyət növü isə “Ev (kənd təsərrüfatı) quşlarından yumurtaların istehsalı” və hüquqi ünvanı Göyçay rayonu, İkinci Ərəbcəbirli kəndi, cəmiyyətin təsisçisi və rəhbəri X3 olaraq qeyd olunmuşdur. Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Göyçay Rayon İcra Hakimiyyətində "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı məlumatlar mövcud deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “onun 03 may 1976-cı il tarixindən 13 iyun 1978-ci il tarixə kimi Sovet Silahlı qüvvələrində hərbi xidmət keçdiyi dövrün, 1973-2009-cu il tarixlərdə işlədiyi müddətlərin pensiya hüququ verən iş stajı kimi nəzərə alınması və iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “iddiaçıya 65 yaşının tamam olduğu 8 mart 2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1957-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə etdiyi sənədlərdən, arayış və hərbi xidmət vəsiqəsindən də göründüyü kimi o, 03 may 1976-cı il tarixdən 13 iyun 1978-ci il tarixə kimi Sovet Silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Bundan başqa iddiaya əlavə etdiyi əmək kitabçasının təsdiq olunmuş surətindən də görünür ki, o, 05 sentyabr 1973-13 avqust 1974-cü il tarixlərdə Göyçay PMK-52, Azselstroy N-5 trestində-də hörgüçü-kamenşik işləmiş-2-ci bölməsində, daha sonra 10 sentyabr 1974- 1 noyabr 1974-cü il tarixlərdə Göyçay PMK-52, Azselstroy N-5 trestində-də hörgüçükamenşik işləmişdir-3-cü bölməsində. Daha sonra 1974-cü il 1 noyabr-05 may 1975-ci il tarixlərdə Göyçay Kommunal Təsərrüfat şöbəsində fəhlə işində işləmişdir. 25 iyun 1975- 01 aprel 1976-cı il tarixlərdə Rostovda kombayn zavodunda elektrik qaynaqçısı işləmişdir. 30 aprel 1979-cu il-15 fevral 1981-ci il tarixlərdə Göyçay rayon tikilməkdə olan çörək zavodunun anbar müdiri işləmişdir. 23 fevral 1981-ci il- 31 may 1982-ci il tarixlərdə Göyçay şəhər 17 nömrəli çörək zavodunda anbar müdiri işləmişdir. Vəzifə ixtisarı ilə əlaqədar həmin idarədə 31 may 1982-ci ildən-kompresorluq vəzifəsində işləmişdir. Daha sonra 1983-cü il 29 iyun tarixdə əvvəlki vəzifəmə anbar müdirliyinə bərpa edilmişdir. 20 fevral 1989-cu il tarixdə öz ərizəmlə işdən azad edilmiş, Daha sonra da 30 yanvar 1989-cu ildən-03 avqust 2009-cu ilə qədər Göyçay rayon Quşçuluq fabrikinə anbar müdiri təyin olunmuşdur. Təxmini 37 ilə yaxın bir dövr mən müxtəlif işlərdə işləmişdir və hal hazırda 66 yaşı vardır.Odur ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X5 filialına müraciət etmiş və 22 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən müraciətinə verilən imtina məktubunda qeyd edilir ki, onun 01 yanvar 1992-ci il tarixindən 01 yanvar 2006-cı il tarixə kimi "xxxx" MMC-nin əmək haqqı cədvəlləri və arxiv sənədləri arxivə təhvil verilmədiyindən yoxlanılması mümkün olmadığı üçün sosial sığorta stajı öz təsdiqini tapmadığından, həmin illəri əmək stajı hesablanan zaman nəzərə alınmasından imtina edilmişdir. Hansı ki qanunvericilikdən açıqaydın görünür ki, iş stajı əmək kitabçasına əsasən müəyyən edilir və mən də həmin sənədi cavabdehə təqdim etmişdir. Hansısa sənədlər yoxa çıxıbsa, ona arayış verilə bilmirsə bu onun təqsirindən yaranan bir hal deyil və o, buna görə cavabdehlik daşımalı deyil. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı ümumi sosial sığorta stajının 17 il 01 ay olmaqla qanunla tələb edilən 25 ildən az olması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı mərkəzi filiala təqdim etdiyi əmək kitabçasının surətinə və hərbi xidmət haqqında arayışa əsasən onun sosial sığorta stajı (xx.xx.1976- cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) 17 il 01 ay təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş 01.01 1992-ci il tarixdən xx.xx.2006 il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmış, araşdırma zamanı məlum olmuşdur ki, Fondun 2 saylı Mərkəzi- Aran regional filialının aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "A.L.Z Quşçuluq” MMC-nin əməkhaqqı cədvəlləri və arxiv sənədləri Göyçay rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçı K.İddiaçı əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1687/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu 08 mart 2022-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan yaş həddinə çatdığından və 25 ildən artıq iş stajına malik olduğundan, cavabdehin ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuzdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin 188 nömrəli 16 mart 2022-ci il tarixli arayışına əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı məxsus 03 yanvar 1974-cü il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1974cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək, xx.xx.1975-ci ildən 01,04.1976-cı ilədək, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilədək, 30.01,1989-cu ildən xx.xx.2009-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Göyçay rayon Dövlət Arxivinin 10 aprel 2023-cü il tarixli 98 nömrəli arayışına əsasən "xxxx" MMC əmr kitabları və əməkhaqqı cədvəllərini Dövlət Arxivinə təhvil verməmişdir. İddiaçı mərkəzi filiala təqdim etdiyi əmək kitabçasının surətinə və hərbi xidmət haqqında arayışa əsasən onun sosial sığorta stajı 17 il 01 ay təşkil etmişdir. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş 01.01,1992-ci il tarixdən xx.xx.2006 il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmış, Fondun 2 saylı Mərkəzi-Aran regional filialı tərəfindən iş stajının qarşılıqlı yoxlanılması həyata keçirilmişdir. Həmin akta əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992- ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi "xxxx" MMC-nin əməkhaqqı cədvəlləri və arxiv sənədləri Göyçay rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2-1(118)-1687/2023 nömrəli qərarı əsassız və qanuna zidd olduğundan ləğv edilməlidir. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti;.... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının 25 ildə az iş stajına malik olması, xx.xx.2006-xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması halı təşkil etmiş, habelə iddiaçının sığorta stajının hesablanması zamanı əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMCdə işlədiyi dövrlərə dair əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən nəzərə alınmasının mümkün olmaması halı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına-65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 17 il 01 ay iş stajına malik olması halını qəbul edərək, məhz əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövrləri sosial sığorta stajının hesablanması zamanı nəzərə almamış, bunun səbəbi kimi isə həmin dövrlərə aid əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən müəssisədə xx.xx.1989-cu il tarixdə işə qəbul olunmuş, xx.xx.2009-cu il tarixdə isə işdən azad olunmuş, bu barədə qeydlər məhz əmək kitabçasında öz əksini tapmışdır. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının eyni müəssisədə işlədiyi dövrlərdən 1989-1992-ci illərə aid olan dövrlərin sosial sığorta stajına daxil etdiyi halda, 1992-2006-cı illərə aid olan dövrlərin arxiv sənədləri olmaması əsası ilə (halbuki bütün dövrlərə aid arxiv sənədlərinin təhvil verilməməsi halı mövcud olmuşdur) sosial sığorta stajına daxil edilməməsi halı özlüyündə imtina əsası kimi həmin hala istinad edilməsinin formal xarakter daşıması və əsassız olmasını ehtiva edir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən eyni faktiki hallara müxtəlif yanaşma tətbiq edilməklə, qiymətləndirilməsi halı özlüyündə inzibati icraat haqqında qanunvericiliyin prinsiplərinə zidddir. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin 1996-cı ildə yaradılmış Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Reyestrində 08 iyun 1996-cı il tarxidən qeydiyyatda olması, habelə dövlət qeydiyyatına alınması, xx.xx.2023-cü il tarixdən fəaliyyətinin dayandırılması halı müəyyən edilmişdir. Belə olan halda qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən bununla bağlı inzibati icraat çərçivəsində araşdırma aparmaqla, həmin müəssisənin özündən müvafiq məlumatları əldə edilməsi təmin edilə bilərdi. Lakin cavabdeh inzibati orqan tərəfindən bununla bağlı heç bir araşdırma aparılmamış, formal olaraq, arxiv sənədlərinin olmaması halına istinad etmişdir. Həmçinin, qeyd edilməlidir ki, müəssisənin müvafiq sənədlərinin arxiv idarəsinə təhvil verilməməsi halı özlüyündə iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Belə olan halda isə həmin əsasa istinad edilməklə, iddiaçının pensiya hüququnun məhdudlaşdırılması halı konstitisuion hüququn pozulması kimi çıxış etməklə, qanunvericiliyin tələbinə zidd olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən sosial sığorta stajının hesablanması zamanı nəzərə alınmayan (mübahisələndirilən) dövrlərə dair qeydlər məhz iddiaçıya məxsus əmək kitabçasında öz əksini tapmış və inzibati orqan tərəfindən həmin qeydlərin mötəbər olmaması halı ilə bağlı heç bir dəlilə istinad edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, indiki halda iş materialları əsasında iddiaçının 25 ildən artıq sosial sığorta stajına malik olması öz təsdiqini tapmışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1687/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.