Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-856/2024 05.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2015-ci il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(85)-983/2015 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “01 iyun 1975-ci il tarixdən 13 avqust 1985-ci il tarixədək Ermənistan Respublikası ərazisindəki əmək fəaliyyəti nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq orta aylıq əmək haqqı əsas götürülməklə (2006-2007-ci illər üzrə) hesablanması və yaranmış fərqin 2008-ci il 01 yanvar tarixdən birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(85)-983/2015 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyul 2015-ci il tarixli, 2-1(105)-157/2015 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(85)-983/2015 nömrəli qərarı icraya yönəldilərək icra edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-983/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəzlənmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı Sumqayıt İnzibati Məhkəməsinə 3-17-1/2-87817/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ərizə (məhkəməyə xx.xx.2024-cü ildə daxil olmuşdur) ilə müraciət edərək yeni açılmış hallarla bağlı iş üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İş üzrə icraatın təzələnməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, daxil olan məhkəmə qərarı əsasında pensiya təyinatının aparılmasına baxmayaraq, araşdırma zamanı İddiaçı hüququ olmadığı halda əlilliyə görə və güzəştli şərtlərlə yaşa görə əmək pensiyalarının təyin edildiyi aşkar edilmişdir. İddiaçı yüksək məbləğdə əmək pensiyasının təyin edilməsinə nail olunmasında aşkar edilmiş hallar üzrə aparılmış araşdırma nəticəsində ona hüququ olmadığı halda xx.xx.2010-cu il tarixdən İİ dərəcə ümumi səbəbdən, xx.xx.2012-ci il tarixdən isə İ dərəcə gözdən əlilliyə görə əmək pensiyasının təyin edildiyini xx.xx.2022-ci il tarixli ərizəsi ilə qəbul etmiş və həmin məbləğin ona qanunvericiliklə təyin ediləcək müavinətdən tutulmasına razılıq vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(060)-986/2015 nömrəli qətnaməsi ilə (hakim ilyas Mahmudov) İddiaçı yüksək məbləğdə əmək pensiyasının təyin edilməsinə nail olunmasında aşkar edilmiş hallar üzrə aparılmış araşdırma nəticəsində onun 2015-ci ildə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək “xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixədək hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etdiyi məlum olmuşdur. İş üzrə icraatın təzələnməsi üçün əsaslar təqdim edilir; Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(060)-986/2015 nömrəli qətnaməsi ilə (hakim İlyas Mahmudov) ərizəçi İddiaçı ərizəsi təmin edilərək, xx.xx.1975-ci il tarixdən xx.xx.1985ci il tarixədək Ermənistan Respublikası ərazisində partladıcı vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Maraqlı şəxsə rəsmi qaydada təqdim edilməmiş 27 yanvar 2015-ci il tarixli, 2(060)-986/2015 nömrəli qətnamənin məzmunu ilə bağlı araşdırılma aparılaraq tərəflərindən müəyyən edilmişdir ki, ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki mübahisəyə sabiq hakim İlyas Mahmudov tərəfindən baxılmışdır. Zərurət yarandığından həmin qətnamə üzrə arxivdə olan iş materialları ilə tanış olmaq məqsədilə tərəflərindən xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubla Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixdə qətnamə üzrə iş materialları ilə tanış olarkən həmin qətnamənin qəbul edilməsində ciddi pozuntulara yol verildiyi aşkar edilmiş və işin digər faktiki hallarına dair əsaslı şübhələr yaranmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-601/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(060)-986/2015 nömrəli qətnaməsi ləğv edilərək, ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-3155/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirir ki, sözügedən məhkəmə qərarlarına əsasən İddiaçı xx.xx.2008-ci il tarixdən - 53 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək yenidən hesablanmasına, habelə 2015-ci ilin iyul ayında aylıq pensiya məbləğinin 265,31 manatdan 1403,38 manata çatdırılmasına, növbəti 2 ay ərzində 99817,20 manat məbləğin birdəfəlik ödənilməsinə nail olunmuşdur. Qeyd edildiyi kimi, İddiaçı bilavasitə pensiya təyin edilməsi üçün nəzərə alınan xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixədək əmək fəaliyyəti dövrü Ali Məhkəmənin müvafiq qərarı ilə etibarsız sayılmış və İddiaçı iş stajı kimi öz əksini tapmamışdır. Əlavə olaraq bildirir ki, Sumqayıt İnzibati-lqtisadi Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının yuxarıda bəhs edilən qərarlarına nəzər yetirdikdə həmin qərarlarda hüquqi əsas kimi yalnız Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(060)- 986/2015 nömrəli qətnaməsi göstərilmişdir. Həmin qətnamə isə qeyd edildiyi kimi ləğv edilmişdir. Bu isə inzibati məhkəmənin qərarının hüquqi əsasının da ortadan qalxdığını deməyə əsas verir. Beləliklə qeyd olunanlardan məlum olur ki, İddiaçı 1975-1985-ci illərdə Ermənistan Respublikası ərazisində işləməsi faktı öz təsdiqini tapmamışdır. Belə olan halda həmin dövr nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi də absurddur. Sözügedən qətnaməni qəbul etmiş sabiq hakim X2 müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə bir sıra şəxslərin iş stajı faktını təsdiq etməyi barədə əldə edilmiş materiallara hüquqi qiymətin verilməsi məqsədilə Nazirlik tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunmuşdur. X4 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-227/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 295.1, 308.2, 311.3.2 və 313-cü maddələri ilə təqsirli bilinmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsini və ərizəçi Fondun Sumqayıt şəhər şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəyə dair etirazın dəlilləri İş üzrə icraatın təzələnməsi barədə ərizəyə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(85)-983/2015 nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi xx.xx.2015-ci ildə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası təmin edildikdən sonra, həmin yekun məhkəmə aktını təftiş etməyə çalışır. Bunu edərkən o, İddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin saxtalaşdırılması ilə əsaslandırsa da, qərarın qanuni qüvvəyə minməsindən sonrakı 3 ildən çox müddət ərzində məhkəməyə müraciət etməməsi, hazırda mübahisələndirməyə çalışdığı işin faktiki halların aydınlaşdırılması üçün heç bir tədbir görməməsi, məhkəməyə deməyə imkan verir ki, bu hallar işə baxılarkən ya sonuncuya məlum idi, yaxud da, məlum olmalı idi. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmiş, qanunvericiliklə müəyyən edilmiş və bərpası istisna olunan prosessual müddəti buraxmışdır. Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərini yoxlayır. Hazırki mübahisə isə yeni açılmış hallara dair ərizədir. Eyni zamanda qanunda müddətin ötürülməsinin nəzərdə tutulmaması mümkün hüquq müdafiə vasitələrindən istifadəni məhdudlaşdıran qərarın qəbul edilməsi yol verilməz hesab olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçının vəkili və nümayəndəsi əlavə olaraq bildirdi ki, sabiq hakim İlyas Mahmudovun cinayət işi ilə bu işin əlaqəsi yoxdur, iddiaçı sözügedən cinayət işi ilə bağlı dəvət olunmayıb və ittiham hökmündə adı qeyd olunmayıb. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallar istisna edilməklə yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, İPM-nin 103.1 və 103.2-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə görə bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İstinad olunan normaların tələblərindən də göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2015-ci il tarixli, 2-1(85)-983/2015 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərar 2015-ci ildə qanuni qüvvəyə minmişdir. Cavabdeh isə xx.xx.2024-cü il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh hazırkı məzmunda ərizənin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddəti ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərini yoxlayır. Hazırki mübahisə isə yeni açılmış hallara dair ərizədir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlər üzrə Ali məhkəmənin qərarlarına (Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-643/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı) əsasən formalaşmış mövqe bundan ibarətdir ki, İPM-in 103.2-ci maddəsinin tələbinə görə, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. İPM-in 103.3-cü maddəsinin tələbi baxımından, bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir, bu halda ərizə mümkün hesab edilmir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2015-ci il tarixli, 2-1(85)-983/2015 nömrəli qərarı 2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir və həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçmişdir. İPM-in 103.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bərpasına yol verilmədiyindən, hazırkı ərizə üzrə icraat mümkün sayıla bilməz. Cavabdeh inzibati orqan eyni zamanda qeyd edir ki, ........... Sözügedən qətnaməni qəbul etmiş sabiq hakim X2 müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə bir sıra şəxslərin iş stajı faktını təsdiq etməyi barədə əldə edilmiş materiallara hüquqi qiymətin verilməsi məqsədilə Nazirlik tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunmuşdur. X4 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-227/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 295.1, 308.2, 311.3.2 və 313-cü maddələri ilə təqsirli bilinmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd edilən məhkəmə hökmü araşdırılmış, lakin həmin hökmdə nə iddiaçının barəsində, nə də iddiaçının iştirak etdiyi məhkəmə icraatlarındakı hallarla bağlı cinayət təqibinin aparıldığı müəyyən olunmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(85)-983/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-856/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-856/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver