Məhkəmə qərarları › İş №2-1(105)-857/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-857/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-857/2025 23.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (X22, X7, X46, X28, X9, X29 və X23 iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: texniki pasportun ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestirindən çıxarışın etibarsız hesab edilməsi) Sədrlik edən və məruzəçi hakim X14, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “texniki pasportun ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestirindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-679/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İş materiallarından görünür ki, 3706 saylı bağ, Sumqayıt, Novxanı, bağın ümumi sahəsi 1100 kv.m bağın istifadəçisi X52, sahənin ayrıldığı il 1985-ci il qeyd edilməklə, vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportu tərtib edilmiş, 5000 №li icarə müqaviləsi bağlanılmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X52 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4308V ünvanında yerləşən 0.0991 ha torpaq sahəsi üzərində hüquqlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarəsinin verdiyi 462 nömrəli, xx.xx.2004-cü il tarixli bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə müqavilə və Sumqayıt bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışla rəsmləşdirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4308V ünvanında yerləşən 0.0991 ha torpaq sahəsi X12 mülkiyyətindədir. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4308V ünvanda yerləşən 0.0991 ha torpaq sahəsi üzərində X12 hüquqları Sumqayıt şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarəsinin verdiyi 462 nömrəli, xx.xx.2004-cü il tarixli bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə müqavilə və Sumqayıt Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışla rəsmləşdirilmişdir. Sözügedən torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınan zaman X12 adına verilmiş bağ icarə müqaviləsinin arxiv qovluğu idarənin arxiv saxlananda mövcud olub, bundan əlavə idarənin mütəxəssisi tərəfindən torpaq sahəsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsi mişar daşı ilə hasarlanıb, mübahisəli hal yoxdur. Sonradan, xx.xx.2020-ci il tarixində İddiaçı etibarnamə üzrə nümayəndəsi X63 oğlu Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3706 ünvanda yerləşən 0.11 ha torpaq sahəsi üzərində mərhum X30 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmişdir. Müraciətə Sumqayıt şəhəri XDS İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsinin X31 adına verdiyi 21 avqust 1985-ci il tarixli 5000 nömrəli icarə, müqaviləsi və Sumqayıt Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu əlavə olunmuşdur, Sumqayıt Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş texniki paportda qeyd olunan torpaq sahəsi ilə xx.xx.2019-cu il tarixdə X12 adına tərtib olunmuş texniki papsortda qeyd olunan torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmçinin arxiv qovluğunu araşdırarkən müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən sahəsi 0.22 ha 3706 saylı bağ torpaq sahəsinə 10 (on) il müddətinə 21 avqust 1985-ci il tarixli 5000 nömrəli icarə müqaviləsi verilmişdir, Sumqayıt şəhəri 1 saylı dövlət notariat kontorü tərəfindən təsdiq edilmiş 20 fevral 1990-cı il tarixli razılıq ərizəsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 3706 saylı 0,22 ha bağ torpaq sahəsinin 0.11 ha hissəsinə X38 adına 14 iyun 1990-cı il tarixli 6737 nömrəli tearə müqaviləsi vermiş, yerdəqalan 0.11 ha torpaq sahəsinə dair yeni icarə müqaviləsinin arxiv qovluğu aşkar olunmamış, 21 avqust 1985-ci il tarixli 5000 nömrəli icarə müqaviləsinin üzərində düzəliş edilmişdir. Qeyd olunanları nəzərə alaraq, mərhum X5 torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və ərizəçinin ünvanına **********42 nömrəli, xx.xx.2020-ci il tarixli bildiriş göndərilmişdir. Sumqayıt şəhəri, Saray bağlar massivi, 4308V ünvanında yerləşən 0.0991 ha bağ torpaq sahəsi X29 tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusunun 9 fevral 2020-ci il tarixli 4Ə- 318, 28 fevral 2020-cı il tarixli 46-442, 30 mart 2020-ci il tarixli 4Ə-643 reyestr nömrəli alqt-satqı müqavilələrinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaşın qanunsuz sənədləşdirildiyini iddia etdiyi, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4308V ünvanda yerləşən 0.0991 ha torpaq sahəsi üzərində X12 hüquqları Sumqayıt şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarəsinin verdiyi 462 nömrəli, xx.xx.2004-cü il tarixli bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə müqavilə və Sumqayıt Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışla rəsmləşdirilmişdir. Sözügedən torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alman zaman X12 adına verilmiş bağ icarə müqaviləsinin arxiv qovluğu idarənin arxiv saxlananda mövcud olub, bundan əlavə İdarənin mütəxəssisi tərəfindən torpaq sahəsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsi mişar daşı ilə hasarlanıb, mübahisəli hal yoxdur. Sonradan, xx.xx.2020-ci il tarixində İddiaçı etibarnamə üzrə nümayəndəsi X63 oğlu Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3706 ünvanda yerləşən 0.11 ha torpaq sahəsi üzərində mərhum X30 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmişdir. Müraciətə Sumqayıt şəhəri, XDS İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsinin X31 adma verdiyi 21 avqust 1985-ci il tarixli 5000 nömrəli icarə müqaviləsi və Sumqayıt Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş vətəndaşın İstifadəsində olan bağ təsərrüfatının texniki pasportu əlavə olunmuşdur. Sumqayıt Bələdiyyəsi tərəfindən xx.xx.2019- cu il tarixdə tərtib olunmuş texniki paportda qeyd olunan torpaq sahəsi ilə xx.xx.2019- cu il tarixdə X12 adına tərtib olunmuş texniki papsortda qeyd olunan torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmçinin arxiv qovluğunu araşdırarkən müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən sahəsi 0.22 ha 3706 saylı bağ torpaq sahəsinə 10 (on) il müddətinə 21 avqust 1985-ci il tarixli 5000 nömrəli icarə müqaviləsi verilmişdir, Sumqayıt şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 20 fevral 1990-cı il tarixli razılıq ərizəsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 3706 saylı 0.22 ha bağ torpaq sahəsinin 0.11 ha hissəsinə X38 adına 14 iyun 1990-cı il tarixli 6737 nömrəli icarə müqaviləsi vermiş, yerdə qalan 0.11 ha torpaq sahəsinə dair yeni icarə müqaviləsinin arxiv qovluğu aşkar olunmamış, 21 avqust 1985-ci il tarixli 5000 nömrəli İcarə müqaviləsinin üzərində düzəliş edilmişdir. Qeyd olunanları nəzərə alaraq, mərhum X5 torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və ərizəçinin ünvanına **********42 nömrəli, xx.xx.2020-ci il tarixli bildiriş göndərilmişdir.Sumqayıt şəhəri, Saray bağlar massivi, 4308V ünvanında yerləşən 0,0991 ha bağ torpaq sahəsi X29 tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusunun 9 fevral 2020-ci it tarixli 4Ə-318, 28 fevral 2020-ci if tarixli 4Ə- 442, 30 mart 2020-ci il tarixli 4Ə-643 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirilmişdir. Mütəxəssis rəyindən görünür ki, X16 məxsus Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 4308V saylı torpaq sahəsinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları eynidir. Sumqayıt İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı ilə X53 arasında bağlanmış 21 avqust 1985-ci il tarixli 5000 saylı icarə müqaviləsi ilə X39 icarəyə verilmiş torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X16 məxsus Sumqayıt şəhəri, Saray bağları massivində yerləşən 4308V saylı torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsi bütövlüklə düşür. Qeyd edilən torpaq sahəsi Saray bağları massivində yoxsa Novxanı bağları massivinə aiddir? Bu ərazidə sərhədlər dəqiq məlum olmadığı üçün torpaq sahəsinin hansı bağlar massivinə aid olmasını təyin etmək mümkün deyil. Sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri həm Saray və həm də Novxanı bağları massivi kimi qeydiyyatdan keçmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4308A ünvanında yerləşən bağ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilmədi. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sxemdə göstərilən bağ sahələri Saray bağlar massivində yerləşir. 4308A saylı bağ sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 4308B və 4308C saylı bağ sahələri sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşmir. Müayinə aktından görünür ki, texniki invertarlaşdırma işləri aparıldı. İddiaçı göstərdiyi torpaq sahələrinin ikisinin daxilində ölçü işləri aparıldı. Qalan 1 torpaq sahəsi isə bağlı olduğundan çöl hasarlarının koordinatları götürüldü. Ərazi 3 hissəyə bölünmüşdür, torpaq sahəsinin 0.03 ha (4308E) hissəsi **********68-11301 reyestr nömrəsi ilə X9 adına, 0.0291 ha (4308V) hissəsi **********37 reyestr nömrəsi ilə X22 adına, 0.04 ha (4308F) hissəsi **********36-11301 reyestr nömrəsi ilə X32 adına özəlləşmişdir. Torpaq sahəsinin 129 kv.m hissəsi isə 10 KVt-lıq elektrik xəttinin mühafizə zolağına düşür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, “atası X40 məxsus torpaq sahəsi üzrə cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019- cu il tarixdə X16 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “4308V bağ sahəsinə dair X12 adına verilmiş texniki pasportun ləğv edilməsi və həmin sənəd əsasında da cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0.0991 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X16 verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və 3-cü şəxslər 1. Sumqayıt şəhər 4 saylı Notariat ofisinə; 2. X6; 3. X24; 4. X33 qarşı onun tərəfindən aşağıdakı məzmunda iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Sumqayıt İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı ilə atası- X53 arasında bağlanmış 21 avqust 19985-ci il tarixli 5000 saylı icarə Müqaviləsinə əsasən Növzxanı bağlar masivindəki 0,22 ha torpaq sahəsi bağçılıq təsərrüfatı üçün bizim ailənin istifadəsinə və sahibliyinə verilmiş və müqavilə 10 il müddətinə bağlanmışdır. Bundan sonra, atası tərəfindən verilmiş 20 fevral 1990-cı il tarixli razılıq ərizəsinə əsasən istifadəsində və sahibliyində olan 0,22 ha torpaq sahəsinin 0,11 hə hissəsinə X38 adına 14 iyun 1990-cı il tarixli icarə müqaviləsi verilmiş və həmin vaxtdan da bağırı həmin hissəsi onun ailəsinin sahibliyinə və istifadəsinə keçmiş, eyni zamanda bizə verilmiş bağ sahəsinin icarə müqaviləsi də qeyd olunan tarixdən yenilənərək müqavilənin üzərində də müvafiq qeyd aparılmışdır. Beləliklə, 1985-ci il tarixli Müqavilə üzrə, 0,22 ha bağ sahəsi 14 iyun 1990-cı il tarixədək bizim sahibliklərində və istifadələrində olmuş, qeyd olunan tarixdən 2020-ci ilin avqust ayınadək isə, həmin bağın 0,11 ha hissəsi ailəmizin sahibliyində və istifadəsində olmuşdur. Azərbaycan Respublikasının 1994-cü il tarixdə qəbul edilmiş Torpaq Məcəlləsinə və 1996-cı il tarixdə isə qəbul edilmiş “Torpaq İslahatı haqqlnda” Qanununa əsasən vətəndaşların istifadəsində və sahibliyində olan torpaq sahələri və bağçılıq təsərrüfatları əvəzsiz olaqar onların mülkiyyətinə verildiyindən həmin tarixlərdən də hər hansı müqavilələrin başlanılması zərurətinin olmadığı bizə bildirilmişdir. 1996-cı və 1997-ci illərdən başlayaraq atası tez-tez xəstələndiyindən və 2006-cı ilin mart ayında vəfatı ilə əlaqədar olaraq, həmçinin maliyyə çətinliyi ilə əlaqədar olaraq, istifadələrində və sahibliklərində olan bu torpaq sahəsinin adlarına dövlət qeydiyyatına alınması üzürlü səbəblərdən mümkün olmamışdır. Nəhayət, 15 oktyabr 2019-cu il tarixdə, Sumqayıt şəhəri, Sumqayıt Bələdiyyəsinin Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsindən istifadəmizdə və sahibliyimizdə olan 3706 saylı bağ sahəsinin Texniki Pasportu əldə edilmiş və bu bağın vərəsəlik qaydasında adıma keçirilməsi üçün müvafiq prosessual hərəkətlər həyata keçirilməyə başlanılmış və bu məqsədlə, atamdan miras əmlakın qəbulu üçün Sumqayıt şəhəri 3 saylı Notariat ofisinə ərizə ilə müraciət edilmişdir. Bununla yanaşı, 2020-ci ilin iyul ayında bağda olarkən mənə məlum olmuşdur ki, bağın bir hissəsi X7 tərəfindən zəbt edilərək həmin sahədə tikinti işləri aparılmaqdadır. Bununla əlaqədar olaraq, tərəfindən dərhal Sumqayıt şəhər Məhkəməsinə müraciət olunaraq, cavabdeh X4 həyata keçirdiyi tikililəri öz hesabına sökməklə, zəbt etdiyi və iddiaçıya məxsus bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edilməklə yanaşı, eyni zamanda, iddianın təmini tədbiri kimi, ərizə Nə məhkəməyə müraciət olanaraq, mənə məxsus, Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3706 saylı ünvQnda yerləşən bağ şahəmdə, tikinti işlərinin aparılmasının cavabdeh X6 və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərardadı ilə, tərəflərindən təqdim edilmiş ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 5 ünvanda yerləşən bağ sahəsində tikinti işlərinin aparılması cavabdeh X6 və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin bu qərardadından apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarddı ilə, Cavabdeh S.N.Qardaşxanovun verdiyi şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 05 avqust 2020-cı il tarixli, 2(060)-4611/2020 saylı qərardadı cavabdeh S.N.Qardaşxanova münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Elə bu ərəfədə də, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi və Sumqayıt şəhəri, 4 saylı notariat ofisində həyata keçirilən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən məlum olmuşdur ki, "Satıcı, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4308V ünvanda yerləşən ümumi sahəsi 0,0991 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,03 ha torpaq sahəsini 7000 manata X1 və bu torpaq sahəsi- ƏMDKnin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X16 verilmiş **********82 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,0991 ha Satıcıya məxsusdur. Bundan başqa, həmin alqı-satqı müqaviləsindən o da məlum olur ki, X29, faktiki olaraq Moskva şəhəri, Biryulevskaya küçəsi ev 32, mənzil 4 ünvanda yaşayır və alqısatqı zamanı onun adından verilmiş etibarnamə üzrə, Sumqayıt, H.Zeynalabdin qəs., SKZ yat-2 ünvanda pasport qeydiyyatında olan X47 çıxış etmiş və ona belə bir etibarnamə, Sumqayıt şəhəri, 4 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmişdir. Bununla yanaşı, Vəkilimiz X41 tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisinə ünvünlanmış müraciəti əsasında, ona göndərilmiş 27 noyabr 2020- ci il tarixli, 3456 saylı cavab məktubundan məlum olmuşdur ki, eynilə X11-oğlu ilə aparılan alqı-satqı müqavilələri üzrə olduğu kimi, birinci alqı-satqıdan sonra, X2 qalan 0,0691 ha torpaq sahəsinin 0,04 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 10500 manata X25 və yerdə qalan 0,0291 hə hissəsi isə, 30.03,2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında, ünvan 7 ünvanda qeydiyyatda olan X3 və bu alqı satqı üzrə də X12 adından həmin X48 çıxış etmişdir. Göstərilənlərdən əlavə, Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən Vəkilləri X26 ünvünlanmış 27 noyabr 2020-ci il tarixli, 3456 saylı cavab məktubundan oda məlum olmuşdur ki, X29 tərəfindən ilkin olaraq Etibarnamə, ünvan 8 ünvanda qeydiyyatda olan X17 adına, xx.xx.2019-çu il tarixdə 1 il müddətinə, RF, Moskva Vil., Zveniqorod notariusunda, NC)T. P.N.Qriqoryevna tərəfindən verilmiş və bu etibarnamə əsasında da, 4 saylı notariat ofisi tərəfindən X34 xx.xx.2019-cu il tarixli etibarnamələr ilə yuxarıda qeyd olunan alqı-satqı müqavilələri həyata keçirilmişdir. Lakin, həmin Etibarnamənin təsdiq olunmuş surətinin onlara təqdim olunması barədə həm 4 saylı notariat ofisinə, həmçinin də Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə olunan sorğuları isə cavabsız qalmışdır. Bu cür əməliyyatın həyata keçirilməsini qanunsuz hesab edir, istisna etmirlər ki, X29 tərəfindən X27 verilmiş qeyd olunan etibarnamə saxtadır. Yəni, 3 ildən artıq müddətdir ki, həmin torpaq sahəsinin onların istifadələrində və sahibliklərində olmasına baxmayaraq, qış aylarında, torpaq sahəsi sahibsiz qaldığı müddətlərdə həmin torpaq sahəsinə heç bir aidiyyəti olmayan sənədlərlə onların torpaq sahələri faktiki olaraq zəbt edilərək tərtib edilmiş saxta sənədlərlə X12 adına dövlət reyestrindən çıxarış alınmış və törətdikləri bu cinayət əməlinin izinin itirilməsi məqsədi ilə də, həmin torpaq sahəsinin ayrı-ayrı şəxslərə olmaqla dərhal özgəninkiləşdirilməsi həyata keçirilmişdir. Ona görə də hesab edir ki, ona məxsus torpaq sahəsi koordinatlarında, X12 tam mülkiyyət hüququnu təsdiq edən 0,0991 ha torpaq sahəsi üzrə adına verilmiş reyestrdən çıxarış ləğv edilməli və həmin çıxarış əsasında həyata keçirilmiş bütün əməliyyatlar etibarsız hesab edilməklə, X30 vərəsəsi kimi, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 0,11 ha ölçüdə olan 3706 saylı bağ sahəsinin dövlət qeydiyyatına alınması və həmin sahəyə onun adına reyestrdən çıxarışın verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması bərədə məhkəmə qərarı çıxarılmalıdır. Onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisə üzrə iş Sumqayıt şəhər Məhkəməsinin icraatında olduğu müddətdə yuxarıda qeyd olunan məsələlər müəyyən edildikdən sonra məlum olmuşdur ki, mübahisəyə aidiyyəti üzrə İnzibati Məhkəmədə baxılmalı olduğundan, ərizə ilə məhkəməyə müraciət olunaraq iddia ərizəsinin geri qaytarılması və bu barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. Bununla əlaədar olaraq məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli qərardad qəbul edilmiş, həmin qərardad sənədlərlə birgə bizə xx.xx.2020-ci il tarixdə təqdim edilmiş və dərhal da tərəflərindən, qoşmalar də əlavə edilmklə, yeni iddia ərizəsi ilə Sumqayıt inzibati Məhkəməsinə müraciət olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Rüstəmov Əliabbas Fəxrəddin oğlu Sumqayıt şəhəri, Saray bağları massivi, 4308V ünvanında yerləşən bağ sahəsinə dair X12 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və həmin bağ sahəsi üzərində X31 yeganə vərəsəsi olan İddiaçı hüquqlarının qeydiyyata alınması barədə 17 mart 2021ci il tarixli ərizə ilə Daşınma Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar İddiaçı etibarnamə üzrə nümayəndəsi Rüstəmov Əliabbas Fəxrəddin oğluna bildirilmişdir ki, Sumqayıt şəhəri, Saray bağları massivi 4308V ünvanda yerləşən 0.0991 ha torpaq sahəsi üzərində hüquqlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində Bağ Təsərrüfatı İdarəsinin verdiyi 20 avqust 2004- cü il tarixli, 462 nömrəli bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə müqavilə və Sumqayıt Bələdiyyəsi tərəfindən 29 avqust 2019-cu il tarixdə tərtib olunmuş vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 26 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bildirilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Odur ki, sözügedən torpaq sahəsi üzərində qeydiyyata alınmış hüquqların mübahisələndirilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi İddiaçı etibarnamə üzrə nümayəndəsi Rüstəmov Əliabbas Fəxrəddin oğluna tövsiyyə olunmuş və bu barədə ona 06 aprel 2021-ci il tarixli **********99 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazır ki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının İdarəyə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-679/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən 3706 saylı bağ sahəsi “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” haqqında 21 avqust 1985-ci il tarixli müqavilə əsasında mərhum X31 icarəsinə verilmişdir. Buna dair onun adına “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportu”da tərtib edilmişdir. AZ-İ № 187719 saylı “Ölüm haqqında şəhadətnamə”dən aydın olur ki, X53 17 mart 2006-cı il tarixdə ölmüşdür. Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 11 mart 2023-cü il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.2006-cı il tarixdə ölmüş atası X30 miras əmlakının qəbulu üçün Sumqayıt şəhəri 3 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş və X30 vərəsəsi kimi tanınmışdır. Hal-hazırda iddiaçı mərhum atasına ayrılan 3706 saylı bağ sahəsinə dair X12 adına verilmiş texniki pasportun və xx.xx.2019-cu il tarixli, **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsini məhkəmədən xahiş edir. İddiaçı cavabdeh orqana da eyni müraciəti etmiş və müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin adına tərtib edilmiş texniki pasportun və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd 462 saylı, 20 avqust 2004-cü il tarixli “Bağ sahəsinin uzun müddətli icarəyə verilməsi üçün” müqaviləsidir. Yəni iddiaçı hal-hazırda X12 adına tərtib edilmiş texniki pasportun və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ı deyil, onun verilməsinə əsas olmuş 462 saylı, 20 avqust 2004-cü il tarixli “Bağ sahəsinin uzun müddətli icarəyə verilməsi üçün” müqaviləsini mübahisələndirməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş texniki pasportun və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsinə əsas olmuş müqaviləni mübahisələndirdiyi və buna nail olduğu halda həmin şəhadətnamənin ləğvini tələb edə bilər. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instasiya məhkəməsinin qərarı qanunsuz va tamamilə əsassız hesab edir. Belə ki, qərarın 4-cü səhifəsində etibarnamə üzrə nümayəndəsi Rüstəmov Əliabbas Fəxrəddin oğlunun cavabdehə olan 17 mart 2021-ci il tarixli sorğusu ilə bağlı, aşağıdakı məzmunlu cavabında-"...X8 bildirilmişdir ki, Sumqayıt şəhəri, Saray bağlan massivi 4308V ünvanda yerləəşən 0,0991 ha torpaq sahəsi üzərində hüquqlar Sumqayıt Şəhər İcra Hakimiyətinin nəzdində Bağ Təsərrüfatı İdarəsinin verdiyi 20 avqust 2004-cü il tarixli, 462 nömrəli bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə müqavilə və Sumqayıt Bələdiyyəsi tərəfindən 29 avqust 2019-cu il tarixdə tərtib olunmuş vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 26 noyabr 2019-cu il tarxli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. "Daşınmaz Əmlakın Dövllət Reystri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4.-cü maddəsinə əsəsən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisəndirilə bilər. Odur ki, sözügedən torpaq sahəsi üzərində qeydiyyata alınmış hüquqların mübahisələndirilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi onun etibarnamə üzrə nümayəndəsi Rüstəmov Əliabbas Fəxrəddin oluna tövsiyyə olunmuş və bu barədə ona 06 aprel 2021-ci il tarixli **********99 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də onun idarəyə qarşı iddiası mümkün sayılmamalıdır..." kimi qeydlərini əsassız kimi dəyərləndirilməlidir. Hərçənd ki, məhz, iddia ərizəsində də həmin sorğu ilə bağlı, eyni qərarda qeyd olunan cavabın hərif və hərif məzmununa oxşar bildirişin nümayəndəsinə təqdim edilməsi qeyd edilməklə yanaşı, o da vurğulanmışdır ki, "Lakin, bu sorğumuzla bağlı bizə heç bir sənəd təqdim edilməmişdir. Bu sənədlər də məhz ona görə bizə təqdim edilməmişdir ki, X12 adına verilmiş çıxarışın verilməsi zamanı, həmin sənədlər vasitəsi ilə saxtakarlığın hansı mərhələdə və kim tərəfindən həyata keçirilməsini görmək mümkün olmasın. Belə ki, X16 Bələdiyyədən texniki pasportun verilməsi zamanı, başqa ünvanda olan 0,10 ha torpaq sahəsinə aid cizgilərin onların torpaq sahəsinə oxşarının tərtib edilməsi, həmçinin, Reyestr Xidmətinin əməkdaşı (texniki) tərəfindən yerində müayinə apararkən, başqa ünvandakı torpaq sahəsinə, onlara məxsus torpaq sahəsinin texniki göstəricilərini əks etdirməklə, onun bazaya yerləşdirilməsi və bu zaman Reyestr Xidmətinin müvafiq qrumunun əməkdaşlarının həmin göstəriciləri qonşuluqdakı olan faktiki ünvanlarla müqayisə etməməsi olmuşdur. Əgər belə bir müqayisə aparılsa idi, X12 adına olan çıxarışın verilməsi ilə onun göstəricilərinin ümumi bazaya işlənilməsi zamanı, qonşuluqda X18 olduğu və onun adına, hələ xx.xx.2018-ci il tarixdə reyestrdən çıxarışın verilməsi və torpaq sahəsinin B-3706 ünvanda yerləşdiyi dərhal görünməli idi. (Məhz məktubda göstərilən, Novxanı bağ massivi ünvanda yerləşən 3706 saylı 0,22 ha bağ torpaq sahəsinin 0,11 ha hissəsinə X38 adına 14 iyun 1990-cı il tarixli 6737 nömrəli icarə müqaviləsi əsasında onun istifadəsinə verilmiş, hazırda da həmin sahə onun həyat yoldaşı X18 adınadır) Belə olan halda, necə ola bilirdi ki, 4308V saylı Saray bağlar massivindəki torpaq sahəsi, 3706 saylı Novxanı bağlar massivindəki torpaq sahəsi ilə üst-üstə düşməklə yanaşı, həmin əraziyə dair, X12 adına 26 noyabr 2019-cu il tarixdə reyestrdən çıxarış verilmişdir. Hərçənd ki, Sumqayıt Bələdiyyəsi, Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi tərəfindən onların istifadəsində olan torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli texniki pasportun göstəricilərindən də açıqdan-açığa müəyyən olunur ki, "A"-dan "D"-yə olan sahədə qonşuluqda yerləşən bağ sahəsi- B- 3706 saylı bağ sahəsidir, yəni, onların razılığı əsasında 0,22 ha torpaq sahəsindən X49 verilmiş, hazırda da onun həyat, yoldaşının adına olan bağ sahəsidir. Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2019-cu il tarixli texniki pasportuna əsasən X16 "verilməli olan" 0,10 ha torpaq sahəsi tamamilə başqa ünvanda, Saray bağlar massivi ünvanda yerləşən sahəsi 0,10 ha torpaq sahəsi olmalı idi. Hazırda da, faktiki olaraq əlindən alınmış həmin torpaq sahəsinin də faktiki daş hasara alınmış sahəsi ona məxsus torpaq sahəsinin plan və ölçülərini özündə əks etdirən Texniki Pasport göstəriciləri ilə eyniyyət təşkil etməklə 0,11 ha torpaq sahəsindən ibarətdir. X12 adına reyestrdən çıxarışın verilməsi zamanı isə, onların hasara bitişik ərazidən, Texniki Pasportdakı-Plan miqyası cizgisinin "A”-dan "B"-yə olan məsafədən yüksək gərginlikli elektrik xətti keçdiyindən, Reyestrdən çıxarışın verilməsi qaydalarının müvafiq müddəasına əsasən həmin xəttdən 6 metr məsafə çıxılmaqla, 0,0991 ha torpaq sahəsinə reyestrdən çıxarış verilmişdir. Bu fakt da növbəti dəfə, qarşı tərəfin bütün sənədləri saxtalaşdırdığını bir daha sübuta yetirir," Sözün bitdiyi an... Bundan sonra isə, məhkənin qəbu etdiyi qərarının 9-cu səhifəsinin 2-5-ci abzaslarında məhkəmə sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, X10 məxsus Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 noyabr 2019-cu il tarixli ********** qeydiyat nömrəli çıxarışda qeyd olunan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 4308V saylı torpaq sahəsinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları eynidir; Sumqayıt İcraiyyə Komitəsinin Bağlar Tsərrüfatı ilə X53 arasında bağlanmış 21 avqust 1986-cı il tarixli 5000 saylı icarə müqaviləsi ilə X42 icarəyə verilmiş torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 noyabr 2019-cu il tarixli, ********** nömrəli çıxarışla X16 məxsus Sumqayıt şəhəri, Saray bağlar masivində yerləşən 4308V saylı torpaq sahəsi ilə bütövlükdə üst-üstə düşür; Bu ərazidə sərhədlər dəqiq məlum olmadığı üçün torpaq sahəsinin hansı bağlar massivinə aid olmasını təyin etmək mümkün deyil. Sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri həm Saray, həm də Novxanı bağlar massivi kimi qeydiyyatdan keçmişdir." kimi qeydlər aparmaqla, həmin səhifənin 6-8ci abzaslarındakı qeydlərlə belə nəticəyə gəlmişdir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin adına tərtib edilmiş texniki pasportun və ********** qeydiayyat nömrəli, xx.xx.20019-cu il tarixli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlt reyestrindən çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqverici sənəd 462 saylı, 20 avqust 2004-cü il tarixli "Bağ sahəsinin uzun müddətli icarəyə verilməsi üçün" müqaviləsidir. Yəni iddiaçı halhazırda X12 adına tərtib edilmi texniki pasportun və ********** qeydiyyat nömrəli, xx.xx.20019-cu il tarixli "Hüquqları Dvlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlt reyestrindən çıxarış"ı deyil, onun verilməsinə əsas olmuş 462 saylı, 20 avqust 2004-cü il tarixli "Bağ sahəsinin uzun müddətli icarəyə verilməsi üçün" müqaviləsini mübahisələndirməlidir. Belə olan halda məhkəmə hesab edir ki, o, üçüncü şəxsin adına tərtib edilmiş texniki pasportun və ********** qeydiyyat nömrəli, xx.xx.20019-cu il tarixli "Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxanşın veriməsinə əsas olmuş müqaviləni mübahisəndirdiyi və buna nail olduğu halda həmin şəhadətnamənin ləğvini tələb edə bilər." Məhkəmənin bu cür mülahizəsini qanunsuz və əsassız hesab edir. Məlum olduğu kimi, 1 ildən artıq müddətdir ki, bu məhkəmə prosesi davam etməkdədir. Bundan əvvəlki məhkəmə prosesində da, məhkəmə buna irad tutmuşdur ki, onlar, işi qəsdən yubadırıq va iki prosesdir ki, ard-arda onun nümayəndəsi ya vəkili X41 qəsdən məhkəmə prosesində iştirak etməkdən yayınır. Bela ki, sənədlərin saxtalaşdırıldığı hər kəsə məlum olduğundan, X35 tərəfindən üçüncü şəxslərə satılmış torpaq sahələri ən azından 2 və 3-cü dəfədir ki, başqa və başqa şəxslərin adlarına özgəninkiləşdirilməkdədir. Göstərilənlərdən əlavə, vəkili va nümayəndəsi X19 xx.xx.2021-ci il tarixdən məhkəməyə təqdim etdiyi 4 vəsatətindən, bir qismi üzrə cavabdehdən va 3-cü şəxslərdən alınan məlumatlar yarımçıq xarakterli olmaqla, mübahisənin tam va ətraflı araşdırılmasına imkan vermədiyi halda, vəsatətlərin bir qismi isə açıq saxlanılmaqla, zərurətin olduğu halda, sonrakı mərhələdə baxılması qarara alınsa da, həmin vəsatətlərə bu günədək baxılmamışdır. Belə ki, xx.xx.2021-ci il tarixda məhkəməyə təqdim edilmiş 4 vəsatət üzrə X29 tərəfindən X27 verilmiş xx.xx.2019-cu il tarixli etibarnamənin təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması barədə Sumqayıt şəhər 4 saylı notariat ofisinə sorğu məktubunun göndərilməsini, eyni zamanda, həmin etibarnamənin va qeyd olunan razılıq ərizəsinin həqiqiliyinin tasdiq edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xarici Əlaqələr İdarəsi vasitəsilə, Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə Məhkəmə tapşırığının göndərilməsi barədə qərardad qabul edilməsi, Daşınmaz Əmlakın Dövlat Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən X16 xx.xx.2019-cu il tarixdə, **********82 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş ilkin bütün sənədlərin, o cümlədən X13 adından çıxış edan şəxsin səlahiyətini təsdiq edan sənədin va hamin şəxs tərəfindən torpağa aid idarəyə təqdim edilmiş sənədlərin tasdiq olunmuş surətləri; torpağın plan ölçüsünün va cizgilərinin, həmçinin, plan ölçüsünün və cizgilərinin aparılmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri; X12 adına olan torpaq sahəsinin üçüncü şəxslərin adlarına özgəninkiləşdirilməsini təsdiq edən bütün sənədlərin, alqı-satqı müqavilələrinin va reyestrdən çıxarışların təsdiq olunmuş sürətlərinin məhkəməyə təqdim edilməsi üçün sorğu məktubunun göndərilməsi; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri "Mərkəz" Vəkil Bürosuna ünvanlanan 02 dekabr 2020-ci il tarixli məktubunda qeyd olunan həmin sənədlərin, o cümlədən- X61 iştirakçısı kimi X20 adına 23 avqust 1990-cı il tarixli icarə müqaviləsinin, cizgisinin və koordinatlarının, plan ölçüsünün, ayrıc aktının, Sumqayıt şahari, XDS İcraiyyə Komitəsinin Bağ Təsərrüfat İdarasirtin 20 avqust 2004-çü il tarixli 462 nömrəli bağ sahəsinə dair icara müqaviləsinin və bu kimi digər sənədlərin, razılıq ərizələrinin, ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətlərinin, bunun sorğu məktubu şəklində va ya cavabdehin işdə iştirak edən nümayəndəsi vasitəsilə məhkəməyə təqdim edilməsi bərədə, müvafiq tapşırıq verilməsi xahiş edilmişdir. Beləliklə, vasatətlar üzrə birinci vəsatət üzrə X29 tərəfindən X36 verilmiş xx.xx.2019-cu il tarixli etibarnamənin təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması barədə Sumqayıt şəhər 4 saylı notariat ofisinə sorğu məktubunun göndərilməsi bu günədək təqdim edilməmişdir. Eyni zamanda, həmin etibarnamənin və qeyd olunan razılıq ərizəsinin həqiqiliyinin təsdiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xarici Əlaqələr idarəsi vasitəsilə, Rusiya Federasiyasinin Ədliyyə Nazirliyinə Məhkəmə tapşırığının göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilsə də, həmin məsələyə baxılması bu günədək açıq saxlanılmişdır. Hərçənd ki, vəsatətdə bu məlumatlarla hərisi məsələlərə aydınlıq gətiriləcəyi tam şəkildə qeyd edilmiş, hatta o da göstərilmişdir ki, X29 tərəfindən X17 adına verilmiş etibarnamə bela saxta olmuş va bunu təsdiq edən sənəd də vəsatətə əlavə edilmişdir. İkinci vəsatət üzrə Daşınmaz Əmlakın Dövlat Reyestr Xidmətinin 2 saylı Sumqayit Ərazi idarəsi tərəfindən X16 xx.xx.2019-cu il tarixdə, **********82 Reyestr nömrəsi, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş ilkin bütün sənədlərin, o cümlədən X12 adından çıxış edən şəxsin səlahiyyətini təsdiq edən sənədin va həmin şəxs tərəfindən torpağa aid idarayə təqdim edilmiş sənədlərin təsdiq olunmuş surətləri bu günədək məhkəməyə təqdim edilməmişdir. Torpağın plan ölçüsünə və cizgisinə dair saxta Texniki Pasport taqdim edilsə də, plan ölçüsünün va cizgilərinin aparılmasına asas olmuş sənədlərin təsdiq olunmuş surətləri bu günədək məhkəməyə təqdim edilməmişdir. Torpağın plan ölçüsünə va cizgisinə dair saxta Texniki Pasporta gəldikdə isa, mübahisəli bağ sahəsi faktiki olaraq Novxani bağlar ərazisində yerləşməsinə baxmayaraq, 29 avqust 2019*cu il tarixdə Texniki Pasportu tərtib edən T.S.Əhmədov tərəfindən Pasportun üst hissəsində bilərəkdən "Saray" əvəzində, "Novxanı" sözünü yazmışdır. Bundan əlavə, Texniki Pasportun 3-cü səhifəsinə əlavə edilmiş, bağ sahəsinin plan ölçüləri va cizgisində də, səhifənin yuxarı hissəsində, yenidən qəsdən, "Saray" əvəzində, "Novxanı" sözunu qeyd etmişdir. Hərçənd ki, X78a əlavə edilmiş, həm X20 adına olan 1990-ci il tarixli icarə müqaviləsindən, həmçinin, atasının vəfatından sonra X12 adına olan xx.xx.2004-cü il tarixli icarə müqaviləsindən da açıqdan-açığa görünür ki, torpaq sahəsi Saray bağlar torpaqlarına aiddir. Ən əsası isə, X78un tərtibatından təxminən 40 gün sonra adına alınmış Texniki Pasportun həm üz hissəsində, həmçinin də 3-cü səhifəsinə əlavə edilmiş, bağ sahəsinin plan ölçüləri və cizgisində, səhifənin yuxarı hissəsində isə açıqdan-açığa "Novxanı" sözləri qeyd edilmişdr. X78 da xx.xx.2019-cu il tarixdə, məhz, həmin T.S.Əhmədov tərəfindən tərtib edilmişdir. Bununla da, saxtalaşdırmanın məhz cavabdeh vasitəsilə həyata keçirildiyi tam sübut olunsa da, bu məsələ ilə bağlı cavabdehdən va ya Texniki Pasportu tartib etmiş həmin şəxslərdən alınması zaruri olunan hər hansi məlumatın məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. Bakı şəhəri "Mərkəz" Vəkil Bürosuna ünvanlanan 02 dekabr 2020-ci il tarixli məktubunda qeyd olunan həmin sənədlərin, o cümlədən- X61 iştirakçisi kimi X20 adına 23 avqust 1990-ci il tarixli icarə müqaviləsi təqdim edilsə də, həmin vaxt, yəni, 1990-cı ildə torpaq sahəsinin ona ayrılması barədə cizgisinin və koordinatlarının, plan ölçüsünün, ayrıc aktının məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. Bu da qəsdən edilməmişdir ki, bela olan halda, sənədlərin saxtalaşdırılmasında iştirtakçı olmuş cavabdehin aidiyyəti xidmətinin əməkdaşlarının müəyyənləşdirilməsi mümkün olmasın. Cavabdeh isə, mübahisəyə elə yanaşma sərgiləyir ki, "guya hər iki torpaq sahəsi" eyni torpaq sahəsidir, eyni torpaq sahəsi olduğundan həmin torpaq sahələrinin kordinatları va plan ölçüləri də bir-biri ilə eyniyyət təşkil edir. Bela olan halda da, 1990-cı ildə, 3706 saylı torpaq sahəsindən ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinə 3706B nömrəsinin verilməsinə va ya 4308V saylı torpaq sahəsinin, hansı səbəbdən "gəllib" 3706B saylı torpaq sahəsinin qonşuluğuna çıxması barədə sualları bu günədək cavablandrılması mümkün olmamış va bu barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı məlumatın verilməsi təmin edilməmişdir. Cavabdehin məntiqi ilə guya, onun atasının adına olan torpaq sahəsi istifadəsiz qaldığından, 2004-cü ildə, həmin torpaq sahəsinə dair X29 ilə icarı müqaviləsi bağlanmışdır. Bela olan halda da, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli maktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş sənədlərlə fevral ayının 23-də tanış ola bildi. Beləliklə, xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş X20 adına olan xx.xx.1990-cı il tarixli bağ sahəsinə dair İcarə Müqaviləsindən va X20 Sumqayıt şəhər Bağlar idarəsinin rəisinin adına, öz xətti ila yazdığı, xx.xx.1990-cı il tarixli ərizəsindən bir daha tam təsdiq olunur ki, onun adına olan bağ sahəsi saxta sənədlər tərtib edilməsi yolu ilə ələ keçirilərək özgəninkiləşdirilməsi həyata keçirilmişdir. Qurd dərəsi sahəsində, 4308 nömrəli bağırı yanıq zibillik olan yeri 1985-ci ildə öz əməyilə təmizləyib, yararlı hala salıb bağ düzəldib, əkib-becərir. Odur ki, onun 2-ci dərəcəli əlil, X61 iştirakçısı olmağını nəzərə alaraq o bağ sahəsini onun adına sənədləşdirilsin. Beləliklə, X20, məhz bu Ərizəsi ilə də bir daha təsdiq olunur ki, 4308V saylı və 3706 saylı bağ sahələri tamamilə başqa başqa bağ sahələridir. 4308V saylı bağ sahəsi, hələ 1385ci ildən etibarən X20 istifadəsində və sahibliyində olmuş, zibillik ərazisi olan həmin sahə onun tərəfindən abadlaşdırıldıqdan sonra da, ərizəsi əsasında 1990-cı ilin 23 avqust tarixində, onunla icarə müqaviləsi da bağlanmışdır. 1985-ci il tarixdən isə, başqa ərazidə, yani Novxanı bağlar sahəsində yerləşən, 3706 saylı bağ sahəsi ona 10 illik müddətinə icarəyə verilmişdir. Bu torpaq sahələri ümumiyyətlə ayrı-ayrı torpaq sahələri olmaqla, başqa-başqa ünvanlarda yerləşirlər. Məhz ona görə də, əvvəldən qeyd etdiyi kimi, cavabdeh tərəfindən 4308 saylı bağın va ondan ayrlılmış 4308A, 4308B, 4308D, 4308Q və sair bu kimi bağların kordinatiarının və plan ölçülərinin məhkəməyə təqdim edilməsi barədə məlumatların məhkəməyə təqdim edilməsi barədə xahişi də sonadək tamin edilməmişdir. Məhkəmə cavabdehə bu barədə tapşırıq versə də, bu məlumatların məhkəməyə təqdim edilməsi yuxarıda qeyd olunan səbəblərdən cavabdehin marağında olmadığından həmin məlumatlar da məhkəməyə taqdim edilməmişdir. Bela olan halda da, məhkəmənin qəbul etdiyi qərarındakı tərəfindən ilkin olaraq X29 ilə 4308V savlı bağ sahəsinə dair bağlanmış 2004-cü il tarixli icarə müqaviləsinin etibarsızlığı məsələsi həll edilmədən, onun adına verilmiş çıxarışın etibarsız hesab edilməsinin mümkünsüzlüyü barədə gəldiyi nəticəsi qanunsuz və əsassız olmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X43 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .... Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:....560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.... Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X24 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; ... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi daşınmaz əmalka dair tərtib edilmiş texniki pasportun ləğv edilməsi və həmin əmalka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən əmlaka dair tərtib edilmiş müvafiq bağ icarə müqaviləsi və texniki pasport əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarışın verilməsi halına istinad edərək, iddiaçının müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının atasının adına müvafi Bağ Təsərrüfat İdarəsi tərəfindən 21 avqust 1985-ci il tarixli 5000 saylı icraə müqaviləsi əsasında Novxanı ərazisində yerləşən 0,22 ha ölçüdə olan 3706 nömrəli bağ torpaq sahəsi uzun müddətli istifadəsinə verilmişdir. Daha sonra iddiaçının mərhum atasının yazılı ərizəsi və X38 yazılı müraciəti əsasında (həmin sahənin birlikdə əkib becərilməsi halına istinad edərək) sözügedən 0,22 ha ölçüdə olan 3706 saylı bağ torpaq sahəsinin 0,11 ha ölçüdə olan hissəsi X38 adına sənədləşdirilmişdir. Nəticə olaraq X38 adına 14 iyun 1990-cı il tarixli 6737 saylı bağ icarə müqaviləsi bağlanılmış, habelə Bağ Təsərrüfat İdarəsi tərəfindən torpaq sahəsinin müayinə aktı tərtib edilmişdir. Daha sonra X38 faktiki istifadəsində olan bağ torpaq sahəsi kimi Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən xx.xx.2016-cı il tarixdə texniki pasport tərtib edilmiş, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən torpaq sahəsi müayinə edilərək, mövcud sənədlərin (icarə müqaviləsi, akt və s.) əsasında onun adına mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış, hazırda X44 həmin torpa sahəsinin mülkiyyətçisi qismində çıxış edir. Yerdə qalan 0,11 ha torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılmamış, ona dair arxiv qovluğu mövcud olmamış, yalnız xx.xx.1985-ci il tarixli icarə müqaviləsinin üzərində düzəliş qeydi aparılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, X45 məhz xx.xx.1990-cı il tarixli yazılı ərizə ilə müvafiq Bağ Təsərrüfat İdarəsinə müraciət edərək, 4308 nömrəli bağın yanında zibillik olan yeri 1985-ci ildən öz əməyi ilə təmizləyib yararlı hala saldığını, bağ sahəsini düzəldib, əkib-becərdiyini, ikinci dərəcə əlil olması və X61 iştirakçısı olmasının nəzərə alınaraq, həmin sahənin onun adına sənədləşdirilməsini xahiş etmiş, ikinci dərəcə əlil olması və ailə tərkibi barədə müvafiq Bağ Təsərrüat İdarəsinin adına alınmış arayışlar mövcud olmuşdur. Bundan sonra müvafiq ünvanda yerləşən 4308V saylı 0,10 ha ölçüdə olan bağ torpaq sahəsinə dair müvafiq Bağ Təsərrüfat İdraəsi tərəfindən xx.xx.1990-cı il tarixli 462 nömrəli bağ icarə müqaviləsi bağlanılmış,həmin müqavilə müvafiq İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 26 nömrəli protokolu əsasında bağlandığı, Saray bölgəsində yerləşən 0,10 ha 4308V nömrəli bağ torpaq sahəsinin onun uzunmüddətli istifadəsinə verilməsi qeyd edilmiş, habelə Bağ idarəsi tərəfindən torpaq sahəinin yerləşmə vəziyyəti müayinə edilmiş, ona dair inventarizasiya kartası və müayinə aktı tərtib edilmiş, həmin sənədlərin məzmununda torpaq sahəsinin metal tel ilə hasarlandığı, ağacların əkildiyi, tikilinin mövcud olmadığı qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, X45 vəfat etmişdir. Daha sonra X12 müraciəti əsasında 4308V saylı bağ torpaq sahəsi X12 adına rəsmiləşdirilmiş, 462 nömrəli 20 avqust 2004-cü il tarixli bağ icarə müqaviləsi Sumqayıt şəhəri XS İK-nin xx.xx.1988-ci il tarixli 26 nömrəli protokolu əsasında X29 ilə müvafiq Bağ Təsərrüfat İdarəsi arasında icarə müqaviləsi bağlanılmış, Saray bölgəsində yerləşən 4308v saylı 0,10 ha torpaq sahəsi uzunmüddətli istifadəsinə verilmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, həmin bağ torpaq sahəsinin müayinə olunmasına dair Sumqayıt Şəhər Bağ Təsərrüfat idarəsi tərəfindən 13 avqust 2004-cü il tarixli akt tərtib edilmiş, həmin aktın məzmununda orada 1 ədəd incir, ümumilikdə 14 ədəd ağac olması, hasara alınması, arqotexniki vəziyyətin orta olmasının müəyyən edildiyi, X45 tərəfindən X16 verməsi qeyd edilmişdir Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X12 adına vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportu tərtib edimiş, texniki pasportun tərtib edilməsinə əsas olan sənəd 462 saylı 2004-cü il tarixli bağ icarə müqaviləsi olduğu, torpaq sahəsinin ölçüsünün 1000 kv.m. olduğu,qonşuluğunda üç tərəf yol ilə, bir tərəf B-3706 saylı bağ torpaq sahəsinin yerləşdiyi qeyd edilmişdir. Daha sonra həmin sənədlər əsasında 4308V saylı bağ torpaq sahəsinə dair X12 adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, xx.xx.2019-cu il tarixdə çıxarış verilmişdir. Bundan sonra X29 tərəfindən sözügedən 4308V saylı 0,0991ha ölçüdə olan bağ torpaq sahəsi üç hissəyə bölünərək, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında ayrı-ayrı şəxslərə satılmış, hazırda, həmin torpaq sahəsi 0,03 ha, 0,0291 ha və 0,04 ha hissələrdə mövcud olmaqla, başqa şəxslərin adına (hazırki iş üzrə üçüncü şəxs qismində çıxış edən şəxslər) mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum atasının adına ayrılmış 3706 saylı 0,11 ha ölçüdə olan bağ torpaq sahəsinin yerini müəyyən edən sxematik plandan çıxarış və s. sənəd tərtib edilməmiş, xx.xx.2019-cu il tarixdə müvafiq bələdiyyə tərəfindən texniki pasport tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, üçüncü şəxs X12 adına tərtib edilmiş texniki pasportda əks olunmuş göstəricilərdə olan torpaq sahəsi ilə iddiaçının mərhum atasının adına tərtib edilmiş texniki pasportda əks olunmuş göstəricilərdə olan torpaq sahələri üst-üstə düşür. İndiki halda iddiaçının hüquqi marağı məhz ilkin mülkiyyətçi qismində çıxış edən X12 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli texniki pasportun ləğv edilməsinə və onun əsasında həmin koordinatlar üzrə aparılmış qeydiyyatın etibarsızlığına nail olmaqdan ibarətdir. Başqa sözlə desək, indiki halda iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin mötəbərliyi ilə bağlı olmamaqla, məhz həmin hüquqmüəyyənedici sənədlər əsasında ayrılmış bağ torpaq sahəsinin yerini və texniki göstəricilərini əks etdirən sənədin düzgün tərtib edilməməsi və həmin koordinatlar əsasında qeydiyyatın aparılmasının mötəbərliyini mübahisələndirmişdir. Nəticə etibarilə iddiaçının çatmaq istədiyi məqsəd məhz mərhum atasının adına ayrılmış 3706 saylı 0,11 ha bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyata alınmasına nail olmaqdan ibarət olmuşdur. Kollegiya iddianın əsaslılığı ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçının mərhum atasının adına 1985-ci il tarixli bağ icarə müqaviləsi əsasında 0,22 ha bağ torpaq sahəsi ayrılsa da, 1990-cı il tarixdə məhz onun özünün yazılı ərizəsi əsasında digər şəxs istifadə etdiyindən onun adına rəsmiləşdirilmişdir. Yerdə qalan 0,11 ha torpaq sahəsi ilə bağlı yeni icarə müqaviləsi bağlanılmamış, habelə onun yerini və texniki göstəricilərini müəyyən edən heç bir sənəd tərtib edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı sözügedən bağ sahələrinin yerləşdiyi yerə dair sxematik planın mövcudluğu müəyyən edilməmişdir. Halbuki, iddianının əsaslılığı baxımından sözügedən bağ torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilməsi üçün zəruri olsa da, həmin sənəd mövcud olmadığından, bağ torpaq sahələrinin nömrələr üzrə ardıcıllıqla yerləşibyerləşməməsi, hər bir bağ torpaq sahəsinin öz yerinin olub-olmaması və öz yerlərində yerləşibyerləşməməsi, qonşu sahələrinin hansı nömrələr üzrə yerləşməsinin müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddianının əsaslılığını və cavabdeh inzibati orqanının hərəkətlərinin qanuniliyini məhz bağ torpaq sahələrinin ayrıldığı vaxt tərtib edilmiş sənəd üzrə koordinatların düzgün işlənilib-işlənilməməsi ilə bağlı yoxlanılması mümkün olmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, iddianının əsaslılığının məhz iddia tələbinin əsası kimi istinad edilmiş digər əsaslar üzrə yoxlanılması zəruridir. İndiki halda iddiaçı 1990-cı ildə 2020-ci ilədək həmin bağ torpaq sahəsini istifadə etdiklərini qeyd etsə də, faktiki sahiblik və istifadə etməsi halına dair heç bir mötəbər sübut (əkib-becərilməsi halına dair fotoşəkillər və ya video, hər hansı tikilinin mövcudluğu, vergi məbləğlərinin ödənilməsi və s.) təqdim etməmişdir. Bundan əlavə, işin yuxarıda müəyyən edilmiş halları da iddiaçının istinad etdiyi həmin halları təkzib etmişdir. Belə ki, işin yuxarıda müəyyən edilmiş hallarından görünür ki, X45 məhz 15 iyul 1990-cı il tarixdə yazılı ərizə ilə müraciət edərək, 4308 saylı bağ sahəsinin yanında olan torpaq sahəsinin baxımsız olması, onun tərəfindən əkilib-becərilməsi, faktiki istifadəsində olması və digrə halların nəzərə alınaraq müvafiq Bağ Təsərrüfat İdarəsi tərəfindən onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Məhz iddiaçının mərhum atasının adına bağ icarə müqaviləsini bağlanmış müvafiq Bağ Təsərrüfat İdarəsi tərəfindən X20 faktiki sahibliyində və istifadəsində olan 4308v saylı bağ torpaq sahəsinin müayinə olunmasına dair akt, inventarizasiya katı tərtib edilmiş, yeni 1990-cı il tarixli icarə müqaviləsi bağlanılmış, həmin icarə müqaviləsi əsasında eyni qaydada bağ torpaq sahəsi müayinə olunaraq, bu barədə akt tərtib edilərək, X12 adına rəsmiləşdirilmiş, yeni icarə müqaviləsi bağlanılmışdır. Göründüyü kimi, işin müəyyən edilmiş həmin halları sözügedən bağ torpaq sahəsinin məz X45, daha sonra X12 faktiki sahibliyində və istifadəsində olması halını müəyyən etməyə imkan verir. Bu hal isə özlüyündə iddiaçının istinad etdiyi arqumenti (onların sahibliyində və istifadəsində olması halını) təkzib edir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının mərhum atasının yazılı razılığı əsasına X49 verilmiş 0,11 ha torpaq sahəsinə dair faktiki istifadə vəziyyətinə dair məhz müvafiq Bağ Təsərrüfat İdarəsi tərəfindən onun müayinə olunmasına dair akt tərtib edilməklə, yeni icarə müqaviləsi bağlanılmış, onun adına da məhz müvafiq bələdiyyə tərəfindən xx.xx.2016-cı il tarixdə faktiki istifadəsində olan bağ torpaq sahəsi kimi texniki pasport təritb edilmiş, həmin sənədlər əsasında mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İndiki halda isə iddiaçının mərhum atasının və ya onun vərəsəsi kimi idiaçının adına 3706 saylı bağ torpaq sahəsinin yerdə qalan 0,11 ha hissəsi ilə bağlı müvafiq Bağ Təsərrüfat İdarəsi tərəfindən yeni icarə müqaviləsi bağlanılmaqla, onun texniki göstəricilərinə, müayinə olunmasına və ya yerləşmə yerinə dair hər hansı sənəd (ilkin olaraq da belə bir sənəd mövcud olmamışdır) tərtib edilməsi halı müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları özlüyündə iddianın əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, işin müəyyən edilmiş halları əsasında X12 mülkiyətində olmuş 0,0991 ha torpaq sahəsi üç hissəyə bölünməklə, başqa şəxslərin mülkiyyətində olmuş, həmin hala dair rəngli ortofoto görüntüsü təqdim edilmişdir. Həmin ortofoto görüntüsündən görünür ki, onların adına ayrılmış torpaq sahələrində tikili inşa edilmiş, nəticə etibarilə başqa şəxslərin mülkiyyətində (faktiki sahibliyində və istifadəsində) olmuşdur. İddiaçı mərhum atasının adına ayrılmış 3706 saylı bağ torpaq sahəsinin üçüncü şəxs tərəfindən zəbt edilməsi barədə 2020-ci ildə məlumatlı olduğunu, 2020-cı ilədək faktiki istifadələrində olsa da, atasının xəstəliyi və vəfatı ilə bağlı mülkiyyət hüququnun dövlət qeydyyatına alınması üçün müraciət edə bilmədiyini qeyd etmişdir. Kollegiya iddiaçının iddia tələbinin əsaslılığı baxımından istinad etdiyi həmin hallara münasibətdə onu qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən mülki hüquqların həyata keçirilməsi zamanı hüquqdan sui-istifadə, yəni hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, həmçinin digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi halı hüquqdn sui-istifadə kimi xarakterizə olunmuşdur. Kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddiaçının hərəkətlərinin məhz hüquqdan-sui istifadənin yolverilməzliyi prinsipinin tələbləri baxımından da dəyərləndirilməsini zəruri hesab edir. Belə ki, indiki halda işin müəyyən edilmiş hallarından görünür ki, X45 məhz 4308 saylı bağın yanında yerləşən sahə baxımsız olduğundan, onun tərəfindən əkilib-becərildiyindən, faktiki onun sahibliyində və istifadəsində olduğundan və s. amillərin nəzərə alınmaqla, ona verilməsinə dair müvafiq bağ Təsərrüfat İdarəsinə 1990-cı ildə yazılı müraciət etmişdir. Məhz səlahiyyətli qurum kimi həmin İdarə tərəfindən 1990-cı ildə və 2004-cü ildə torpaq sahəsi müayinə olunaraq ona, daha sonra X16 verilmiş, 2004-cü ildə yeni icarə müqaviləsi bağlanılmış, həmin sənədlər əsasında 2019-cu ildə texniki pasport tərtib edilmiş, X12 adına müvafiq çıxarış rəsmiləşdirilmişdir. Daha sonra onunla başqa şəxslər arasında 2020-ci ildə alqı-satqı müqavilələləri bağlanılmış, onun əsasında sözügedən bağ torpaq sahəsini satın alaraq, adlarına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, çıxarış rəsmiləşdirilmiş, faktiki istifadələrində (tikili, fərdi yaşayış evi inşa edilmişdir) olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh inzibati orqanının veridyi məlumat əsasında həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması zamanı müayinə edilərkən, hər ahnsı mübahisəli halın baş vermədiyini qeyd etmişdir. Nəticə etibarilə bu qədər uzun müddət ərzində (1990-ci ildən 2020-ci ilədək) isə sözügedən 4308v saylı bağ torpaq sahəsinin istifadəsi ilə bağlı hə hansı mübahisəli hal ortaya çıxmamışdır. İndiki halda isə işin yuxarıda müəyyən edilmiş halları əsasında sözügedən 4308V saylı bağ torpaq sahəsinin yerləşdiyi sahənin məhz 1985-ci il tarixli bağ icarə müqaviləsi əsasında iddiaçının mərhum atasına ayrılmış bağ torpaq sahəsi kimi həmin vaxtdan onların faktiki sahibliyində və istifadəsində olması halı müəyyən edilmədiyi, habelə iddiaçının mərhum atasının adına ayrılmış bağ torpaq sahəsinin yerini müəyyən edən sxematik plan və s. sənəd mövcud olmadığı halda, iddiaçının uzun müddət (30 ilə yaxın) keçdikdən sonra sözügedən bağ torpaq sahəsinin yerləşdiyi yerə dair texniki göstəricilərini ehtiva edən sənədin mötəbərliyini, habelə həmin koordinatlar əsasında aparılmış qeydiyyatın mötəbərliyini mübahisələndirməsinin hüquqdan sui-istifadə kimi dəyərləndirilməsinə əsas verir. Nəticə etibarilə kollegiya qeyd edir ki, indiki halda iddiaçı tərəfindən 4308v saylı bağ torpaq sahəsinin yerləşdiyi yerə dair texniki göstəricilərini müəyyən edən sənədin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edilmədiyindən, habelə məhkəmə araşdırması zamanı həmin halın müəyyən edilməsi mümkün olmadığından, işin yuxarıda müəyyən edilmiş halları iddianının əsaslılığını müəyyən etməyə imkan vermədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Eyni zamanda kollegiya onu qeyd edir ki, işin yuxarıda müəyyən edilmiş halları sözügedən bağ torpaq sahəsinə dair texniki göstəricilərini müəyyən edən sənədin mötəbərliyini şübhə altına alan hal müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın həmin texniki göstəricilər əsasında üçüncü şəxsin adına əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı hərəkətlərinin qanunazidd olması halı müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməsə də (iddiaçının hüquqi marağına uyğun olaraq), iddia tələbini təmin etməməklə bağlı gəldiyi nəticə qanuni olmuş, iddiaçının şikayətinin dəlilləri işi yuxarıda müəyyən edilmiş halları əsasında təkzib edildiyindən, əsassız olmuşdur. İPM-52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-679/2025 nömrəli, xx.xx.2025-ci il tarixli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar