Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-858/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:57 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 57 yaşının tamam olduğu 1 iyul 2021-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-1686/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. İddiaçıya məxsus xx.xx.1979-cu ildə qeydiyyata alınmış ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək, xx.xx.1986-cı ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olmuşdur, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası 412 saylı Hərbi Hissənin 12 saylı, xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı göstərilən peşələr üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təsdiq olunmuş siyahıya əsasən müəssisədə işləmişdir : xx.xx.1986- cı ildən xx.xx.1993-cü ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr), 2 nömrəli siyahıya əsasən bölmə 14 (metal emalı), bənd 2151200a-1753a; xx.xx.1994-cü ildən xx.xx.1997ci ilə kimi aşındırıcı vəzifəsində, 2 nömrəli siyahıya əsasən bölmə 14 (metal emalı), bənd 2150400a-19182; xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilə kimi istehsalat ustası (qalvanika sahəsində) vəzifəsində, 2 nömrəli siyahıya əsasən bölmə 14 (metal emalı) bənd 2150500b- 23428; xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilə kimi qalvanik vəzifəsində, 2 nömrəli siyahıya əsasən bölmə 14 (metal emalı), bənd 2150500a-11629; xx.xx.2002-ci ildən xx.xx.2023-cü ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr), 2 nömrəli siyahıya əsasən bölmə 14 (metal emalı), bənd 2151200a-1753a. Avisasiya mühərrikinin təmiri üzrə çilingər aviasiya mühərriklərinin metal hissə və detallarının abraziv dairə ilə kəsilməsi, metal səthim cilalayıcı dairə ilə cilalanması, korroziyaya uğramış metal hissələrin soyulması (təmizlənməsi) ilə məşğul olur, bu işlər də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarının 2 nömrəli siyahısının bölmə 14 (metal emalı), 2151200a-1753a bəndinə uyğundur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının 30 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 412 №li Hərbi Hissəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində çilingər (aviamühərrik üzrə) vəzifəsində işləyir. Çilingərin (aviamühərrik üzrə) əmək funksiyasına uyğun olaraq yerinə yetirdiyi işlərin xarakteri vəzifə təlimatına əsasən müəyyən edilir və əsasən aşağıdakılardan ibarətdir:-aviasiya mühərrikinin yanma borularının abraziv dairə ilə kəsilərək hissələrə ayrılması;-ayrılmış hissələrin birləşmə yerlərindən metal qalıqlarının alətlərlə çıxarılması;-çıxarılmış metal qalıqların yerlərinin abraziv dairə ilə təmizlənməsi;-yanma borularının korroziyaya uğramış hissələrinin abraziv dairə ilə soyulması (təmizlənməsi);-ayrılmış hissələri yenidən bərpa etmək məqsədilə soyulmuş (təmizlənmiş) birləşmələrin bir-birinə uyğunlaşdırılması üçün abraziv dairə ilə yonulması;-qaynaq olunmuş birləşmələrdə qaynaq tikişlərinin cilalayıcı dairə ilə təmizlənməsi və cilalanması;-soplonun çatlarının yarılması (dərinləşdirilməsi), qaynaqdan sonra qaynaq yerlərinin abraziv dairə ilə təmizlənməsi;stabilizatorun kronşteynlərinin yenilənməsi, qaynaqdan sonra çatların abraziv dairə ilə təmizlənməsi;-diffuzorun daxili divarının ekranının sökülməsi, ekranın abraziv dairə ilə təmizlənilməsi və bərpa olunması. Birinci instansiya məhkəməsində icraat İddiaçın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “zərərli və ağır olan istehsalatda işləməyi ilə əlaqədar güzəştli şərtlərlə əmək pensiyasının iddiaçıya verilməsi və pensiyanın verilmə tarixinin 57 yaşının tamam olduğu tarixdən hesablanmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ona 57 yaşının tamam olduğu 1 iyul 2021-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissəyə N yanvar 1986-cı ildə aviasiya mühərrikinin söküntüsü üzrə çilingər vəzifəsində, N oktyabr 1986- cı ildən N dekabr 1993-cü ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması) ilə məşğul olan fəhlə kimi çalışmışdır. 01 dekabr 1992-ci ildə N nömrəli hərbi hissənin adı dəyişdirilərək N2 nömrəli hərbi hissə adlandırılmışdır. N dekabr 1993-cü ildən -03 mart 1994-cü ilə qədər həmin hərbi hissədə uçuş aparatlarının yığıcı çilingəri işləmidir, 03 mart 1994-cü ildən- 15 oktyabr 1997-ci ilə qədər aşındırıcı vəzifəsində 15 oktyabr 1997-ci ildən -23 mart 2000-ci ilə kimi qalvanika sahəsində istehsalat ustası, 23 mart 2000-ci ildən -10 aprel 2002-ci ilə kimi qalvanik vəzifəsində işləmişdir. 10 aprel 2002-ci ildən -21 fevral 2022-ci ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması) ilə məşğul olan fəhlə və halhazıra kimi də həmin hərbi hissədə həmin işdə çalışmışdır. 10 noyabr 2015-ci ildə N2 nömrəli hərbi hissə N nömrəli hərbi hissə adlandırılmışdır.O, N oktyabr 1986-cı ildən N dekabr 1993-cü ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması) ilə məşğul olan fəhlə kimi çalışmışdır ona verilən əmək kitabçasında da bu hallar öz təsdiqini tapır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissədən 21 fevral 2022-cı ildə 138 nömrəli verilən arayışda da qeyd olunmuşdur ki, o həqiqətən N oktyabr 1986-cı ildən N dekabr 1993-cü ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması) ilə məşğul olan fəhlə siyahıya əsasən bölmə 11.14 “a" bəndi 03 mart 1994-cü ildən 15 oktyabr 1997-ci ilə kimi aşındırıcı vəzifəsində, siyahıya əsasən bölmə 11.3 “a" bəndi 15 oktyabr 1997-ci ildən 23 mart 2000-ci ilə kimi isteıstehsalat ustası (qalvanika sahəsində) vəzifəsində, siyahıya əsasən bölmə 11.7 “b" bəndi 23 mart 2000-ci ildən 10 aprel 2002-ci ilə kimi qalvanık vəzifəsində, siyahıya əsasən bölmə 11.7 “a" bəndi 10 aprel 2002-ci ildən 21 fevral 2022-ci ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi cilalanması ilə məşğul olan fəhlələr), siyahıya əsasən bölmə 11.14 “a" bəndi. İşlədiyi müddətdə 1028 (min iyirmi səkkiz) təqvim günü əmək məzuniyyətində, 479 (dörd yüz yetmiş doqquz) təqvim günü ödənişsiz məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 412 Hərbi Hissədən verilən arayışda da qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 26 iyul 2022-ci ildə N nömrəli N nömrəli hərbi hissədə N oktyabr 1986-cı ildən N dekabr 1993-cü ilə kimi və 10 aprel 2002-ci ildən aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr) işləyir. O, zərərli və ağır olan istehsalatda işləməyi ilə əlaqədar güzəştli şərtlərlə əmək pensiyası almaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala dəfələrlə müraciətlər etmişdir, lakin cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq onun qanunvericiliklə tələb olunan güzəştli iş stajının olmadığı səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmədiyi bildirilmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Vətəndaşın güzəştli şərtlərlə pensiya hüququ 01,07.2021-ci il tarixində- 57 yaşdan yarandığı üçün ona “Əmək pensiyları haqqında" Qanunun 9.8-ci maddəsi ilə imtina verilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9. f- ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş aşağıdakı şərt ödənilməlidir: 1) xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajının və 12 il 6 ay güzəştli stajının olması. Lakin İddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsində müəyyən edilmiş şərtlər ödənilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Metal emalının digər peşələri bölməsinin (11.14) fəhlələr yarımbəndində metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Lakin iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissənin 21 fevral 2022-ci il tarixli 138 nömrəli arayışında iddiaçının xx.xx.1986-xx.xx.1993-cü il və xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən hərbi hissədə aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr vəzifəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (5 il 7 ay 29 gün (xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1686/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2021-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İnzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtinasının əsası kimi xx.xx.1986-1N2.1993-cü il və xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsininin metal məmulatlarının və alətlərinin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr vəzifəsinə uyğun olmamasını göstərmişdir. Beləliklə iddiaçıya pensiya təyini ilə bağlı mübahisənin birinci əsasını iddiaçının xüsusi iş stajına malik olub-olmaması təşkil edir. Cavabdehin bununla bağlı dəlili əsassızdır. İş materiallarında olan Azərbaycan Respublikası 412 saylı Hərbi Hissənin 12 saylı, xx.xx.2023-cü il tarixli arayışında da qeyd edilmişdir ki, avisasiya mühərrikinin təmiri üzrə çilingər aviasiya mühərriklərinin metal hissə və detallarının abraziv dairə ilə kəsilməsi, metal səthin cilalayıcı dairə ilə cilalanması, korroziyaya uğramış metal hissələrin soyulması (təmizlənməsi) ilə məşğul olur, bu işlər də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarının 2 nömrəli siyahısının bölmə 14 (metal emalı), 2151200a-1753a bəndinə uyğundur. İddiaçının vəzifə funksiyalarını yerinə yetirdiyi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsininin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin siyahısında metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr adında 2151200a-1753a kodu ilə qeyd edilməsi, iddiaçıya pensiya təyin edilməsi üçün mane deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həm ümumi, həm də xüsusi iş stajına malik oduğundan ona hüququnun yarandığı 01 iyul 2021-ci il tarixindən , yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Metal emalının digər peşələri bölməsinin (11.14) fəhlələr yarımbəndində metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Lakin iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissənin 21 fevral 2022-ci il tarixli 138 nömrəli arayışında iddiaçının xx.xx.1986-xx.xx.1993-cü il və xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən hərbi hissədə aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr vəzifəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (5 il 7 ay 29 gün (xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa Sumqayıt İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2-1(118)- 1686/2023 nömrəli qərarından görünür ki, məhkəmə iddiaçının həm ümumi, həm də güzəştli stajının xx.xx.2006-cı il tarixədək tamamlandığı qənaətinə gələrək iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli 12 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək aşındırıcı vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək istehsalat ustası (qalvanika sahəsində) vəzifəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək qalvanik vəzifəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində işləmişdir. Bundan başqa sonuncu arayışda İddiaçı işlədiyi müddət ərzində 1055 təqvim günü əmək məzuniyyətində, 479 təqvim günü isə ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. İddiaçı təxmini olaraq 16 ay müddətində ödənişsiz məzuniyyətdə olmuş, bu hal məhkəmə araşdırılması zamanı qanunvericiliyin tələbləri nəzərə alınmaqla tam şəkildə araşdırılmamış və iddiaçının xx.xx.2006-cı il tarixədək həm ümumi, həm də güzəştli stajının tamamlanması qənaətinə gəlinmişdir. İddiaçının apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri ..... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrindəvəbirləşmələrindəolmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktora nturada və klinik ordinaturada təhsil müddəti .... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq eidlmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Əvvəllər qüvvədə olmuş Əmək Qanunları Məcəlləsi: Maddə 74. Əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 112. Məzuniyyətin növləri 1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri 1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. 2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyinedilməsi üçün güzəştli şərtlərləpensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1986xx.xx.1993-cü illərdə və xx.xx.2002-xx.xx.2006-ci illərdə müvafiq hərbi hissədə aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində işləmiş, işlədiyi həmin vəzifə müvafiq Qərarda qeyd edilmiş metal məmulatlarının və alətlərinin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr vəzifəsinə uyğun deyil, ona görə də iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan az (5 il 7 ay 29 gün (xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2002-ci illər nəzərə alınmaqla)) təşkil etdiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin eidlməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuş, xx.xx.2021-ci ildə 57 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 57 yaşının tamam olması, 2) xx.xx.2006-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması və 3) xx.xx.2006-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi xx.xx.1986-xx.xx-1993-cü illərdə və xx.xx.2002-xx.xx.2006-ci illərdə aviasiya mühərriki üzrə təmir çilingəri vəzifəsində işlədiyi dövrlərin müvafiq Qərarın 11-ci bölməsinin 11.14 yarımbəndində qeyd edilmiş vəzifəyə uyğun olmaması halına istinad edərək, həmin dövrləri iddiaçı ilə bağlı sosial sığorta stajının hesablanması zamanı güzəştli iş stajı kimi nəzərə almamış, ona əsasən iddiaçının güzəştli iş stajının malik olmadığını bildirir, habelə iddiaçının işlədiyi dövrdə 16 ay ödənişsiz əmək məzuniyyətdə olduğunu, bu halın da stajın hesablanması zamanı nəzərə alınmalı olduğunu, bununla da iddiaçının ümumi və güzəştli iş stajının tamalanmamasını qeyd etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iş materiallarında olan sənədlər əsasında hərbi xidmət illəri, habelə arayışlar və əmək kitabçasında göstərilə dövrlər cəmləndikdə, iddiaçının xx.xx.2006-ci il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında əks olunmuş qeydlər əsasında onun işlədiyi dövrlər, habelə xx.xx.1983-xx.xx.1985ci illərdə hərbi xidmətdə olduğu dövrlər nəzərə alındıqda, iddiaçının ümumilikdə 27 il 4 ay 30 gün təşkil edir. Həmçinin, iş materialları əsasında müəyyən edilir ki, iddiaçı işlədiyi dövrdə 479 gün ödənişsiz məzuniyyətdə olmuşdur. Bu halda həmin dövr iddiaçı barəsində sodial sığorta stajının hesbalanması zamanı nəzərə alındıqda isə iddiaçının ümumi iş stajı 26 il 30 gün təşkil edəcəkdir. Bu hal özlüyündə cavabdehin həmin hissədə apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib edir. Göründüyü kimi, hazırki iş üzrə iş materialları əsasında iddiaçının güzəştli şərtlər yaşa görə əmək pensiya hüququnun yaranması üçün tələb olunan ümumi iş stajının tamamlanması halı öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə kollegiyası cavabdehin mübahisələndirdiyi güzəştli iş stajı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İstinad olunan 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarda 14-cü Metal email bölməsində 2151200a-1753a kod üzrə metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-ci il tarixli arayışının məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun təsdiq edilmiş siyahı üzrə müəssisədə (sexdə, istehsalatda) işləmişdir: xx.xx.1986-cı ildən xx.xx.1993-cü ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr), 2 nömrəli siyahıya əsasən bölmə 14 (metal emalı), bənd 2151200a-1753a; xx.xx.1994-cü ildən xx.xx.1997ci ilə kimi aşındırıcı vəzifəsində, 2 nömrəli siyahıya əsasən bölmə 14 (metal emalı), bənd 2150400a-19182; xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilə kimi istehsalat ustası (qalvanika sahəsində) vəzifəsində, 2 nömrəli siyahıya əsasən bölmə 14 (metal emalı) bənd 2150500b- 23428; xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilə kimi qalvanik vəzifəsində, 2 nömrəli siyahıya əsasən bölmə 14 (metal emalı), bənd 2150500a-11629; xx.xx.2002-ci ildən xx.xx.2023-cü ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr), 2 nömrəli siyahıya əsasən bölmə 14 (metal emalı), bənd 2151200a-1753a. Avisasiya mühərrikinin təmiri üzrə çilingər aviasiya mühərriklərinin metal hissə və detallarının abraziv dairə ilə kəsilməsi, metal səthim cilalayıcı dairə ilə cilalanması, korroziyaya uğramış metal hissələrin soyulması (təmizlənməsi) ilə məşğul olur, bu işlər də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarının 2 nömrəli siyahısının bölmə 14 (metal emalı), 2151200a-1753a bəndinə uyğundur. İşlədiyi müddətdə 479 təqvim günü ödənişsiz məzuniyyətdə olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı işəgötürən tərəfindən məhkəməyə təqdim edilmiş işin xarakterik xüsusiyyətinə, əmək funksiyasının məzmununa dair məlumat və vəzifə (peşə) təlimatı tədqiq edilmiş və həmin peşə üzrə işin xarakteri, əmək funskiyasının məzmununun nədən ibarət olması aydınlaşıdırılmış, nəticə etibarilə həmin peşənin yuxarıda istinad olunan Siyahı üzrə nəzərdə tutulmuş peşə ilə uyğunsuzluq təşkil etməsi halı müəyyən edilməmişdir. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar əsasında iddiaçının işlədiyi xx.xx.1986-xx.xx-1993-cü illərdə və xx.xx.2002-xx.xx.2006-ci illərdə aviasiya mühərriki üzrə çilingər peşəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə güzəştli şərtlər əmək pensiya hüququ verən peşələrə aid olması halı müəyyən edildiyindən, cavabdeh tərəfindən bu halı təkzib edən heç bir dəlilə istinad edilmədiyindən, iddiaçının 12 il 6 aydan artıq (16 il 6 ay 16 gün olması) güzəştli iş stajına malik olması halı öz təsdiqini tapmışdır Başqa sözlə desək, hazırki mübahisə üzrə iddiaçının xx.xx.2006-ci il tarixədək ümumi iş stajı 25 ildən artıq və güzəştli iş stajı 12 il 6 aydan artıq olduğundan onun 57 yaşı tamam olduğu dövrdən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1686/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-858/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-858/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver