Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-86/2021 12.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər şöbəsinə qarşı “xx.xx.2009-cu ildən 2018-ci ilin 29 avqustunadək əmək haqqından əsassız tutulmuş gəlir vergisinin qaytarılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-627/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxx 2019 cu il tarixli 1744/7 saylı qərarının ləğv edilməsi, xx.xx.2009-cu ildən 2018-ci ilin 29 avqustunadək əmək haqqından əsassız tutulmuş gəlir vergisinin qaytarılması, həmçinin bundan sonra əmək haqqından tutulan gəlir vergisinə nəzərdə tutulmuş güzəştin tətbiq edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, cavabdehin xx xxxxxx 2019-cu il tarixli 1744/7 saylı imtinasının əsassız hesab edilməsi və xx.xx.2009-cu ildən 2018-ci ilin 29 avqustunadək əmək haqqından əsasız tutulmuş gəlir vergisinin qaytarılması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1994-cü ilin yanvar ayında Sumqayıt şəhər Hərbi komissarlığı tərəfindən həkim-terapevt kimi hərbi xidmətə çağrılmışdır və 2008-ci ildən həkim kimi orduda xidmət etmişdir. 2008-ci ildə yaşına görə hərbi xidmətdən təxris olunmuşdur. xx.xx.2009-cu ildə Sumqayıt şəhər Təcili və X1 Stansiyasında çağırışçı həkim terapevt kimi işə qəbul edilmişdir. İşə başladığı 2009-cu ildən 2018-ci ilədək işlədiyi yerdə əmək haqqından hər ay gəlir vergisi tutulmuşdur, səbəbi də bu olmuşdur ki, Müdafiə Nazirliyinin günahı ucbatından müharibə veteranı vəsiqəsini gec verdiklərindən onu iş yerinə vaxtında təqdim edə bilmədiyindən əmək haqqından vergi tutulmuşdur. Sonradan onun ərizəsinə əsasən Sumqayıt İnzibati-İqtisadi məhkəməsində iddia tələbinə baxılaraq xx.xx.2018-ci il tarixli 2-1(85) 252/2018 saylı qərar çıxarılmışdır. Həmin qərara əsasən ona müharibə veteranı vəsiqəsi verilmişdir. Vəsiqənin sahibi olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir, yəni ondan vergi tutulmamalıdır. Veteranlar haqqında Qanunun 7-ci maddəsinə görə müharibə veteranı adı verilməsi və qaydaları və şərtləri müvafiq İcra Hakimiyyəti orqanları (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir və veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikası vergi qanunvericiliyinin tələbinə əsasən “müharibə veteranı”nın əmək haqqından gəlir vergisi tutulmamalıdır. xx.xx.2009-cu ildən xx.xx.2018-ci ilədək onun əmək haqqından gəlir vergisi tutulduğu üçün xx.xx.2019-cu ildə ərizə ilə cavabdeh təşkilata müharibə veteranına dair vəsiqənin surətini də əlavə etməklə müraciət etmişdir ki, ondan əsassız tutulmuş gəlir vergisinin məbləği ona qaytarılsın. Cavabdeh təşkilat özünün xx.xx.2019-cu il tarixli 1744/7 saylı ərizəsinə cavab məktubunda göstərmişdir ki, tərəfindən “müharibə veteranı” vəsiqəsi təqdim edilmədiyindən qanunvericilikdə nəzərdə tutulan vergi güzəştləri ona tətbiq edilə bilməz. Halbuki, vəsiqəni 2018-ci ilin avqust ayında almışdır, ərizəni isə 2019-cu ilin noyabr ayının 7-də cavabdeh təşkilata təqdim etmişdir, vəsiqənin surətini də əlavə etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı 2009-cu ilin yanvar ayından X3 Stansiyasında çağırışçı həkim vəzifəsində işləyir. Ona xx.xx.2018-ci il tarixdə “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın qərarına əsasən müharibə veteranı adı verilmişdir. X2 təqdim edildiyi vaxtdan onun əmək haqqından tutulan gəlir vergisinə qanunverciliklə nəzərdə tutulan güzəşt tətbiq edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-627/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev) İddiaçı həmin qərardan iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək şikayətin verilmə müddətinin bərpa edilərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)-453/2020 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-627/2020 saylı qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmiş, həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı öz hüquqlarından vaxtında istifadə etməmiş, müharibə veteranı adını və vəsiqəsini gec əldə etmişdir. Cavabdeh inzibati orqan isə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra iddiaçının əmək haqqından tutulan gəlir vergisinə qanunverciliklə nəzərdə tutulan güzəşti tətbiq etmiş, qanunvericiliklə ona həvalə edilmiş vəzifələri düzgün icra etmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Həmin Məcəllənin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.7-ci bəndinə əsasən, əmək haqqıdan tutulan vergi hesablanarkən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteran adı almış şəxslərin güzəşt hüququ müharibə veteranı vəsiqəsi əsasında müəyyənləşdirilir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məhkəmə qərarı əsasında müharibə veteranı vəsiqəsi xx xxxxxx 2018-ci il tarixdə verilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına görə isə, müharibə veteran adı almış şəxslərin əmək haqqı hesablanarkən güzəşt hüququ müharibə veteranı vəsiqəsi əsasında müəyyənləşdirilir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-627/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-86/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-86/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver