Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-87/2025 13.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “cavabdehin iddiaçıya yaşa görə pensiyanın təyin edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi, həmin orqan üzərində ona yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(118)-1356/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “cavabdehin iddiaçıya yaşa görə pensiyanın təyin edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi, həmin orqan üzərində ona yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. İlk dəfə əmək fəaliyyətinə xx.xx.1971-ci ildə başlamış və 09 iyun 1971-ci il tarixli, 69 nömrəli əmri ilə Xaçmaz rayonunun keçmiş Engels sovxozuna 8-ci briqadaya müvəqqəti fəhlə işə qəbul olunmuş və xx.xx.1974-cü il tarixli, 01 nömrəli əmri ilə 92 nömrəli Xaçmaz şəhər X6 məktəbinə əyani qəbul olana qədər həmin sovxozda mövsümü olaraq işləmişdir. 02 sentyabr 1974-cü il tarixdən 25 avqust 1975-ci il tarixədək o, X5 məktəbini “ərzaq malları satıcısı” ixtisası üzrə əyani bitirmişdir. 14 noyabr 1975-ci il tarixdən 25 oktyabr 1977-ci il tarixədək Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Sovet Ordu sıralarından tərxis olunduqdan sonra o, müxtəlif idarələrdə işləmiş və 01 sentyabr 2000ci il tarixdə əmək fəaliyyətini dayandırmışdır. xx.xx.2020-ci il tarixdə o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi uçota alınmış və xx.xx.2020-ci il tarixə qədər olan dövrə aid o, ümumilikdə 144 manat ödəniş etmişdir. Onun əmək fəaliyyəti 15 iyun 1971ci il tarixdə adına verilmiş əmək kitabçasında öz əksini tapmışdır. Bundan da əlavə onun sorğusuna əsasən Rusiya Federasiyasının Volqoqrad vilayətinin Dövlət Arxivindən xx.xx.2023-cü il tarixli, 7636 nömrəli arayışla onun 10 aprel 1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Volqoqrad ixtisaslaşdırılmış “Montajximzaşita” İdarəsində işləməyi öz təsdiqini tapmışdır. Beləliklə, 16 oktyabr 2022-ci il tarixdə onun 65 yaşı tamam olmuş və yuxarıda göstərilən rəsmi sənədlərlə təsdiq olunur ki, onun əmək stajı 25 ildən də artıqdır. İddiaçı ona yaşa görə pensiyanın təyin edilməsi üçün DSMF-nun 1 saylı Quba- X3 müraciət etmiş, həmin müraciətinə DSMF-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının direktor müavini Arif Qurbanovun imzası ilə imtina məktubu verilmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız olmaqla, onun konstitusion hüquqlarının pozulmasına əsas olmuşdur. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etiraz onunla əsasladırılmışdır ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının, diplomunun, hərbi biletinin və digər sənədlərin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil aldığı illər, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 3 ay 7 gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir və xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək və xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu (işdən azad olma əmrlərinə möhür vurulmadığı) üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin, Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayn-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Xaçmaz rayonu “Müşkür” sovxozunda olan əmək fəaliyyəti dövrü ilə xx.xx.1993cü il tarixdən xx.xx.1994-cü il tarixədək Xaçmaz rayonu Gəncəli kənd əsas məktəbində olan əmək fəaliyyəti dövrü üst-üstə düşdüyü üçün Gəncəli kənd əsas məktəbində xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixədək olan dövr sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu (işə daxil olma tarixində qaralama olduğundan) üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin bildirilir ki, iddiaçının təqdim etdiyi arxiv arayışında qeyd edilmiş xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək olan dövrlər sığorta stajının hesablanmasında nəzərə alınmışdır. Beləliklə, Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) Pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İş materiallarından aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Beləliklə, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxxxxxx 1957-ci ildə anadan olmuşdur. H3 N ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı 14 noyabr 1975-ci ildən 27 oktyabr 1977-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Xaçmaz rayon Xalq Məhkəməsinin 24 may 1984-cü il tarixli hökmündən görünür ki, İddiaçı Qulu oğlu Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 86 maddəsinin İ hissəsi ilə təqsirli bilinib 3 (üç) il ticarət və ictimai iaşə müəssisələrində maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il azadlıqdan məhrum, Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 169-cu maddəsi ilə təqsirli bilinib 01 (bir) il azadlıqdan məhrum etmə cəzaları ilə cəzalandırılmışdır. Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cəzaları birləşdirib qəti cəza 3 (üç) il ticarət və ictimai iaşə müəssisələrində maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il azadlıqdan məhrum edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsinin 21 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci ildə vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır. İddiaçı şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən məcburi dövlət sosial sığorta üzrə xx.xx.2021-ci il tarixdə 42 manat, xx.xx.2021-ci il tarixdə 48 manat, xx.xx.2022-ci il tarixdə 18 manat, xx.xx.2022-ci il tarixdə 18 manat, xx.xx.2022-ci il tarixdə 18 manat olmaqla ümumilikdə 144 manat ödənişinin olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(118)-1356/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə əlavə olunmuş sənədlərlə iddiaçının zəruri olan pensiya kapitalına və ya ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sığorta stajına malik olması müəyyən edilmir. Belə ki, onun ümumi sığorta stajı 25 ildən azdır. Həmçinin inzibati iş materiallarında olan Xaçmaz rayon Xalq Məhkəməsinin 24 may 1984-cü il tarixli hökmündən görünür ki, iddiaçı 29 aprel 1984cü il tarixindən başlayaraq, 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırki işdə iddiaçının 1991-ci ildən 1998-ci ilədək olan dövrlərdə işləməsi müəyyən edilmədiyindən, iddiaçı ona pensiya təyin edilməsi üçün zəruri olan pensiya kapitalına da malik deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmənin iş üzrə qəbul etdiyi qərar qanunsuz və əsassızdır, aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi işdə olan sənədləri tam araşdırmamış və nəticə etibarı ilə belə qənaətə gəlmişdir ki, iddiaçının ümumi sığorta stajı guya 25 ildən azdır. İşdə olan sənədlərdən aydın görünür ki, onun əmək fəaliyyəti xx.xx.1971-ci ildən başlanır, bundan da əlavə onun Rusiya Federasiyasında 10 aprel 1986-cı ildən xx.xx.1987-ci ilədək işlədiyi müddət nəzərə alınmamışdır. Həmçinin cavabdeh onun əmək kitabçasında qeyd edilmiş xx.xx.1984-cü ildən xx.xx.1986-cı il tarixədək olan dövrün əmək stajına hesablanmaması mövqeyi ilə razılaşmışdır. Əmək kitabçasında həmin qeydlə bağlı qaralamanın olması səbəbindən sığorta stajına hesablanmamışdır. Halbuki həmin qaralamanın işə götürən tərəfindən edilməsi onun günahı deyildir. Hazırda həmin müəssisə mövcud olmadığından hər hansı düzəlişin edilməsi qeyri-mümkündür. Daha sonra iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, o, təkrarən iş stajına aid olan bütün sənədləri nəzərdən keçirmiş və dəqiqləşdirmişdir ki, onun cəmi 26 il 4 ay 11 gün əmək stajı vardır. İş stajı əmək kitabçasında olan qeydlərə, hərbi xidmət dövrünə, texniki peşə məktəbində təhsil aldığı müddətə və arxiv arayışlarına əsasən hesablanmışdır. Dövlət Sosial Müdafiə Fondu onun xx.xx.1977-ci ildən xx.xx.1982ci ilədək Xaçmaz rayon istehlak cəmiyyətində işlədiyi dövrü əmək stajına daxil etməmiş və nəzərə almamışdır ki, o, xx.xx.1977-ci ildə Xaçmaz rayon istehlak cəmiyyətinə işə qəbul edilmiş və 21 iyul 1982-ci ildə heç bir gün də fasilə verilmədən Xaçmaz rayon istehlak cəmiyyətinin tabeliyində olan Xaçmaz şəhər kooperativ ticarətinə satıcı köçürülmüşdür. Xaçmaz şəhər kooperativ ticarətindən isə xx.xx.1984-cü ildə azad edilmişdir. Qeyd olunan dövrdə onun fasiləsiz iş stajı 6 il 1 ay 23 gün təşkil etdiyi halda Dövlət Sosial Müdafiə Fondu heç bir səbəb göstərmədən xx.xx.1982-dən xx.xx.1984-cü ilədək hesablamışdır. Bundan əlavə Rusiya Federasiyası Volqoqrad vilayəti "Vətəndaşların sosial-hüquqi müdafiəsi sənədlərinin Dövlət arxivi" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 7636 nömrəli arxiv arayışında onun Rusiya Federasiyası Volqoqrad vilayəti "Montajximzaşita" trestinin X1 İdarəsində xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək və xx.xx.1987-cildən xx.xx.1987-ci ilədək idarənin müxtəlif sahələrində fəhlə işləməyi qeyd olunub. Hətta arayışda onun işə qəbulu haqda əmrin müddətinin uzadılması da öz əksini tapmışdır. xx.xx.1987-ci ildən xx.xx.1987-ci ildək o, Rusiya Federasiyası Astraxan vilayətindəki "Astraxansənayetikinti" Trestində də fəhlə işləmişdir. Əmək kitabçasında bu qeyd olunsa da, DSMF həmin dövrü də əmək stajına daxil etməyib. xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilədək Xaçmaz rayonu Müşkür sovxozunda fəhlə işləmişdir. Eyni zamanda xx.xx.1993-cü ildə Gəncəli kənd məktəbinə yarım ştatla fəhlə qəbul edilmiş və xx.xx.2000-ci ilədək orada işləmişdir. Belə olan vəziyyətdə onun əmək stajı xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilədək olan dövr fasiləsiz hesablanmalıdır. b) Cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş, etiraz iddia tələbinə etirazla eyni məzmunda əsaslandırılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) .... Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki iş üzrə iddia tələbi cavabdehin iddiaçıya yaşa görə pensiyanın təyin edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi, həmin orqan üzərində ona yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati mübahisə birinci instansiya məhkəməsi tərəfindən həll edilərkən lazımi qaydada araşdırma və qiymətləndirmə aparılmamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, işə əlavə olunmuş sənədlərlə iddiaçının zəruri olan pensiya kapitalına və ya ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sığorta stajına malik olması müəyyən edilmir. Belə ki, onun ümumi sığorta stajı 25 ildən azdır. Həmçinin inzibati iş materiallarında olan Xaçmaz rayon Xalq Məhkəməsinin 24 may 1984-cü il tarixli hökmündən görünür ki, iddiaçı 29 aprel 1984-cü il tarixindən başlayaraq, 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırki işdə iddiaçının 1991-ci ildən 1998-ci ilədək olan dövrlərdə işləməsi müəyyən edilmədiyindən, iddiaçı ona pensiya təyin edilməsi üçün zəruri olan pensiya kapitalına da malik deyildir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilən iddia tələbinə etirazdan aydın olur ki, cavabdeh iddiaçının 23 il, 3 ay, 7 gün sığorta stajına malik olmasını qəbul etmişdir. Apellyasiya icraatı zamanı İddiaçı əmək pensiyası təyin olunarkən ona məxsus əmək kitabçasında qeyd olunan hansı dövrlərin nəzərə alınması və hansı dövrlərin nəzərə alınmaması barədə (konkret müddətlər və nəzərə alınmayan hissələrdə alınmama səbəbi göstərilməklə), eyni zamanda xx.xx.2023-cü il tarixli, 7636 nömrəli arayışda qeyd olunan dövrlərin nəzərə alınıb-alınmaması, alınmamışdırsa bunun səbəbləri barədə, eyni zamanda 3S ƏVİ-nin 21.10 2022-ci il tarixli məktubunda qeyd edilən və sosial sığorta üzrə ödənişləri ilə bağlı məlumatlar əsasında araşdırma aparılması, iddiaçının həmin dövrlərdə fərdi sahibkar kimi sosial sığorta ödənişlərinin nəzərə alınmadığı halda bunun səbəbləri barədə məhkəməyə məlumat verilməsi və qeyd edilənlərlə əlaqədar sənədlərin ən qısa zamanda məhkəməyə təqdim edilməsi məqsədilə cavabdeh inzibati orqana sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 30 yanvar 2025-ci il tarixli, 3-17-1/2-21389/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, iddiaçının təqdim etdiyi 170 nömrəli attestatın surətində qeyd olunan məlumatlara əsasən onun xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil dövrü, ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1975ci il tarixindən xx.xx.1977-ci il tarixinədək olan hərbi xidmət dövrü, xx.xx.1971-ci il tarixli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək. xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, Volqoqrad vilayətinin vətəndaşların sosial-hüquqi müdafiəsi üzrə dövlət sənədləri arxivinin xx.xx.2023-cü il tarixli 7636 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, Xaçmaz Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 956 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən xx.xx.1988-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Müşkür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş əmək haqqı cədvəlində qeyd olunan məlumatlara əsasən xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, 1995ci il üzrə 10 ay, 1996-cı il üzrə 11 ay, 1998-ci il üzrə 12 ay, 1999-cu il üzrə 9 ay, 2000-ci il üzrə 6 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 21 il 6 ay 9 gün, xx.xx.2006-cı il tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya kapitalı qeydə alınan 2 il 6 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı ümumilikdə 24 il 9 gün təşkil edir. Adıçəkilən şəxsin xx.xx.1971-ci il tarixli əmək kitabçasının surətində qeyd olunan xx.xx.1971-ci il tarixli və xx.xx.1972-ci il tarixli işdən azad olma qeydi möhür ilə təsdiq edilmədiyindən xx.xx.1971-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək, xx.xx.1972-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, Xaçmaz Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 956 nömrəli arayışına və Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Müşkür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş əmək haqqı cədvəlinə əsasən 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 2 ay, 1996-cı il üzrə 1 ay, 1999-cu il üzrə 3 ay, 2000-ci il üzrə 6 ay əmək haqqı qeydə alınmadığından sözügedən dövrlər sığorta stajına daxil edilməmişdir. Həmçinin İddiaçı “Caparidze” (“Müşkür”) adına sovxozdan xx.xx.1994-cü il tarixindən azad edildiyindən Xaçmaz Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 956 nömrəli arayışında qeyd olunan xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövr sığorta stajına daxil edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə təqdim edilmiş və onunla əsaslandırılmışdır ki, iddiaçının cəmi 26 il 4 ay 11 gün əmək stajı vardır. İş stajı əmək kitabçasında olan qeydlərə, hərbi xidmət dövrünə, texniki peşə məktəbində təhsil aldığı müddətə və arxiv arayışlarına əsasən hesablanmışdır. Dövlət Sosial Müdafiə Fondu onun xx.xx.1977-ci ildən xx.xx.1982-ci ilədək Xaçmaz rayon istehlak cəmiyyətində işlədiyi dövrü əmək stajına daxil etməmiş və nəzərə almamışdır ki, o, xx.xx.1977-ci ildə Xaçmaz rayon istehlak cəmiyyətinə işə qəbul edilmiş və 21 iyul 1982-ci ildə heç bir gün də fasilə verilmədən Xaçmaz rayon istehlak cəmiyyətinin tabeliyində olan Xaçmaz şəhər kooperativ ticarətinə satıcı köçürülmüşdür. Xaçmaz şəhər kooperativ ticarətindən isə xx.xx.1984-cü ildə azad edilmişdir. Qeyd olunan dövrdə onun fasiləsiz iş stajı 6 il 1 ay 23 gün təşkil etdiyi halda Dövlət Sosial Müdafiə Fondu heç bir səbəb göstərmədən xx.xx.1982-dən xx.xx.1984-cü ilədək hesablamışdır. Bundan əlavə Rusiya Federasiyası Volqoqrad vilayəti "Vətəndaşların sosial-hüquqi müdafiəsi sənədlərinin Dövlət arxivi" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 7636 nömrəli arxiv arayışında onun Rusiya Federasiyası Volqoqrad vilayəti "Montajximzaşita" trestinin X1 İdarəsində xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək və xx.xx.1987-cildən xx.xx.1987-ci ilədək idarənin müxtəlif sahələrində fəhlə işləməyi qeyd olunub. Hətta arayışda onun işə qəbulu haqda əmrin müddətinin uzadılması da öz əksini tapmışdır. xx.xx.1987-ci ildən xx.xx.1987-ci ildək o, Rusiya Federasiyası Astraxan vilayətindəki "Astraxansənayetikinti" Trestində də fəhlə işləmişdir. Əmək kitabçasında bu qeyd olunsa da, DSMF həmin dövrü də əmək stajına daxil etməyib. xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilədək Xaçmaz rayonu Müşkür sovxozunda fəhlə işləmişdir. Eyni zamanda xx.xx.1993-cü ildə Gəncəli kənd məktəbinə yarım ştatla fəhlə qəbul edilmiş və xx.xx.2000ci ilədək orada işləmişdir. Belə olan vəziyyətdə onun əmək stajı xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilədək olan dövr fasiləsiz hesablanmalıdır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının 24 il 9 gün iş stajına malik olması halını qəbul etmiş, xx.xx.1971-ci il tarixli və xx.xx.1972-ci il tarixli işdən azad olma qeydi möhür ilə təsdiq edilmədiyindən əmək kitabçasında qeyd edilmiş xx.xx.1971-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək, xx.xx.1972-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək dövrləri, eləcə də 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 2 ay, 1996-cı il üzrə 1 ay, 1999-cu il üzrə 3 ay, 2000-ci il üzrə 6 ay əmək haqqı qeydə alınmadığından sözügedən dövrləri, həmçinin iddiaçı “Caparidze” (“Müşkür”) adına sovxozdan xx.xx.1994-cü il tarixindən azad edildiyindən Xaçmaz Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 956 nömrəli arayışında qeyd olunan xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrləri iddiaçının sığorta stajına daxil etməmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 2 ay, 1996-cı il üzrə 1 ay, 1999-cu il üzrə 3 ay, 2000-ci il üzrə 6 ay əmək haqqı qeydə alınmadığından sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməməsi əsassız olmuşdur. Belə ki, həmin dövrlər üzrə cavabdeh inzibati orqan məhz iddiaçının əmək haqqı almadığı dövrləri sosial sığorta stajının hesablanması zamanı nəzərə almamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının işlədiyi dövrlərə aid əmək haqqı cədvəllərinin tərtib edilməsi, habelə həmin sənədlərin arxivləşdirilməsi məhz işəgötürənin vəzifəsi olmaqla, onun öhdəliyi kimi ortaya çıxmışdır. Bu baxımından işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas hal kimi çıxış etməməlidir. Beləliklə də, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının çalışdığı 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 2 ay, 1996-cı il üzrə 1 ay, 1999-cu il üzrə 3 ay, 2000-ci il üzrə 6 ay müddət sığorta stajına daxil edilməlidir. Belə olduğu təqdirdə isə cavabdeh inzibati orqan tərəfindən qəbul edilən 24 il, 9 gün sığorta stajı ilə yuxarıda qeyd olunan müddətlər toplandığı zaman iddiaçının malik olduğu ümumi sığorta stajı 25 ildən artıq olur. Bu səbəbdən də kollegiya qeyd edir ki, iddiaçının malik olduğu sığorta stajı 25 ildən artıq olduğundan cavabdeh inzibati orqanın mübahisələndirdiyi xx.xx.1971-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək, xx.xx.1972-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək dövrlərin, eləcə də Xaçmaz Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 956 nömrəli arayışında qeyd olunan xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrlərin iddiaçının sığorta stajına daxil edilib-edilməməsi istiqamətində əlavə araşdırılma aparılmasına zərurət olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadığına və tətbiq edilən hüquqi əsasları düzgün tətbiq etmədiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçının tələbi yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla 65 yaşı xx.xx.2022-ci il tarixdə tamam olduğundan ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 16 oktyabr 2022-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Belə ki, sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin ediləcək pensiya təyinat tarixindən hesablanaraq ona ödənilməlidir. Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(118)-1356/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.