Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-870/2023 22.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə Abşeron rayon Saray qəsəbə İcra nümayəndəliyində xx.xx.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində anasının adının “Tamilə”dən “Tamilla”ya düzəliş olunması vəzifəsinin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(118)-4039/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə Abşeron rayon Saray qəsəbə İcra nümayəndəliyində xx.xx.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində anasının adının “Tamilə”dən “Tamilla”ya düzəliş olunması vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, İİ paralel küçə, məhəllə 9 ünvanında qeydiyyatdadır və hal-hazırda yuxaıdda qeyd olunan ünvanda yaşayır. X2, anası isə X3r. X2 xx.xx.2018-ci ildə, anası isə X4 xx.xx.2022-ci ildə vəfat etmişdir. Anasının adı “Tamilla”dır. Bu ölüm haqqında şəhadətnamə və iddia tələbinə əlavə etdiyi doğum haqqında şəhadətnamələrlə də öz təsdiqini tapır. Lakin Abşeron rayonu Saray qəsəbə icra nümayəndəliyində xx.xx.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində anasının adı “Tamilə” kimi qeyd edilmişdir. Halbuki yuxarıda qeyd etdiyi kimi anasının adı “Tamilla”dır. Bunun üçün o, Cavabdehnə müraciət edərək, Abşeron rayonu Saray qəsəbə icra nümayəndəliyində xx.xx.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində ana adının “Tamilə”dən - “Tamilla”ya düzəliş olunmasını xahiş etmişdir. Lakin Qeydiyyat şöbəsi tərəfindən xahişi təmin olunmamışdır. Qeydiyyat şöbəsindən izah olunmuşdur ki, məhkəməyə müraciət etsin. İddiaçı hesab edir ki, Abşeron rayonu Saray qəsəbə icra nümayəndəliyində 14:02.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində ana adı “Tamilə”dən - “Tamilla”ya düzəliş olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Anasına məxsus doğum haqqında akt qeydində və ona verilən doğum haqqında arayışda adının ‘Tamilə”, ölüm haqqında akt qeydində adının “Tamilla" olması iddiaçıya bir sıra hüquqların realizə olunmasına çətinlik yaradır. Ona görə də hesab edir ki, cavabdeh orqan bu yalnışlığa düzəliş etməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(118)-4039/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi, işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Şikayətdə göstərilir ki, iddiaçının anasına verilmiş ilkin doğum haqqında şəhadətnamədə onun adı “Tamilla” kimi qeyd olunub. Buna əyani sübut ölüm haqqında şəhadətnamədir. Çünki anası həmin doğum haqqında şəhadətnamənin əsasında şəxsiyyət vəsiqəsi almış və vəfat etdikdən sonra onun vəsiqəsini təqdim edib ölüm haqqında şəhadətnamə almışlar. Həmçinin iddiaçıya və bacılarına məxsus doğum haqqında şəhadətnamdə də anasının adı “Tamilla” kimi qeyd olunub. Bu da onu sübut edir ki, anasının adı “Tamilə” yox, “Tamilla”dır. Məhkəmənin yanaşması ilə yanaşsa belə çıxır ki, qeydiyyat şöbəsi doğumu qeydə alarkən səhvə yol verə bilməz. Halbuki bu hallara kifayət qədər rast gəlmişlər. Ona görə də hesab edir ki, bu səhv cavabdeh orqanın səhvidir və düzəldilməlidir. Bunun üçün də ilk olaraq iddia tələbi mümkün sayılmalıdır. İddiaçı inzibati məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan əlavə, analoji iş Sumqayıt İnzibati Məhkəməsinin hakiminin icraatında olmuş və iddia mümkün sayılaraq təmin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra- qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X8: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı. 8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəfləri dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2023cü il tarixli, 2-1(118)-4039/2023 nömrəli qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İddia tələbindən göründüyü kimi iddiaçının tələbi Abşeron rayon Saray qəsəbə İcra nümayəndəliyində xx.xx.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində anasının adının “Tamilə”dən “Tamilla”ya düzəliş olunması ilə bağlıdır. Şikayətin dəlilləri onunla bağlı olmuşdur ki, ölüm haqqında şəhadətnamədə anasının adı “Tamilla” kimi qeyd olunub. İddiaçıya və bacılarına məxsus doğum haqqında şəhadətnamdə də anasının adı “Tamilla” kimi qeyd olunub. Hesab edir ki, bu səhv cavabdeh orqanın səhvidir və düzəldilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və hesab etmişdir ki, doğum haqqında akt qeydi şəxs doğulan andan onunla bağlı ilkin məlumatların, yəni adının, soyadının, ata, ana adının və soyadının qeydə alındığı sənəddir. Digər sənədlər isə həmin qeydiyyat əsasında aparılmalıdır. Digər sənədlərdə qeydiyyat başqa cür aparılmışdırsa, bu ilkin sənədin özlüyündə ilkin sənədin düzgün olmaması kimi qiymətləndirilə bilməz. Bu halda baş vermiş uyğunsuzluqlar mülki məhkəmə icraatı qaydasında həll edilməlidir. Hazırkı halda iddiaçının anasının doğum haqqında akt qeydinə düzəliş edilməsi cavabdehin səlahiyyətləri çərçivəsində olmadığından iddia mümkün hesab edilməməlidir. Hazırda iddiaçının tələbinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən həlli üçün əsas mövcud deyil. Mübahisələndirilən qeydiyyat qeydiyyat orqanın səhvi nəticəsində aparıldığı halda, həmin düzəliş qeyd edilən normaya əsasən qeydiyyat orqanı tərəfindən düzəldilə bilər. Lakin belə bir hal hazırkı işdə mövcud deyil. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən şəxsiyyət vəsiqəsində X7 kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci və 2-ci bəndlərinə əsasən:
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 4-cü bəndinə əsasən:
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ..... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; 12-ci bəndinə əsasən:
12. qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası yuxarıda sadalanan normaların və Plenumunun Qərarının 9.1ci bəndinin tələbləri baxımından hesab edir ki, hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.3-cü bənd). İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(118)-4039/2023 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin.