Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-871/2025 27.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əzizova Vəfa Ehtiram qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı "xxxx" MMC tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən ümumi sahəsi 324 kv m olan qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2-1(85)-2704/2018 nömrəli qərarının icrasına dönüş edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7/2023 nömrəli, 30 may 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən ümumi sahəsi 324 kv m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2704/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərar qanuni qüvvəyə mindiyindən 22 noyabr 2018-ci il tarixli, 2-1(85)- 2704/2018 saylı məktubu ilə icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********73 nömrəli məktubdan müəyyən edilir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-2704/2018 nömrəli qərarı icra edilmiş, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən ümumi sahəsi 324 kv m olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmaqla, bu barədə ona xx.xx.2018-ci il tarixli RX1412552 nömrəli çıxarış və texniki pasport verilmişdir. 05 noyabr 2019-cu il tarixdə "xxxx" MTK ərizə ilə məhkəməyə müraciət edərək həmin inzibati məhkəmə icraatı üzrə üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2704/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmənin 2-1(85)-2704/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və "xxxx" Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat Abşeron rayon Məhkəməsinin icraatında olan iddiaçı X4 cavabdehlər "xxxx" MTK, İddiaçı və qeyrilərinə qarşı müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, tikilinin təhvil verilməsi və tikiliyə dair müvafiq sənədlərin cavabdehə həvalə edilməsi tələbinə dair mülki iş üzrə iddiaya baxılıb qurtarana və məhkəmənin qərarı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2704/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının hüquqi maraqlarına toxunduğunu hesab edən şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2704/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının icrasına dönüş edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2704/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının icrasına dönüş edilməsi qərara alınmışdır. Həmin qərardad İddiaçı apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-399/2025 saylı, 28 aprel 2025-ci il tarixli qərardadı ilə ləğv edilmiş və qərarın icrasına dönüş edilməsi haqqında ərizə mümkün sayılmamışdır. Daha sonra Sumqayıt İnzibati Məhkəmənsinin 2-1(118)-7/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmənin öz təşəbbüsü əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2704/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının icrasına dönüş edilməsi qərara alınmışdır (X8). Qərar xx.xx.2025-ci il tarixdə tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. İddiaçının həmin qərardaddan veriyi apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş 10 gün müddət ərzində verilmədiyindən, şikayətin mümkünlük məsələsinə baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət etdi və izahatında bildirdi ki, Sumqayıt İnzibati Məhkəmənsinin 2- 1(118)-7/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı barədə iddiaçının məlumatı olmamış, qərardad iddiaçının əvvəllər nümayəndəsi və vəkili olan Vəkil2 elektron kabinetinə yerləşdirilmiş, lakin həmin vaxt iddiaçı ilə vəkilin münasibətlərinə artıq son qoyulduğundan vəkil on bu barədə məlumat verməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə şəxsən gəldikdən sonra qərardadın surəti ona təqdim edilmiş və o, xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətini vemrişdir. Bununla bağlı iddiaçının nümayəndəsi apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs "xxxx" MTK məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin nümayəndələri səbəbini bildirmədən məhkəmə kollegiyası iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin dinlənilmə hüququnu təmin edərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti vermə müddətini bərpa edilməsinə dair ərizəsi təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1. İnzibati məhkəmə icraatının elektron qaydada aparılması 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. ... Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axım təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllə: Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. ... Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi ... 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. ... Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. Qeyd edilməlidir ki, İPM-in 9-1.1-ci maddəsi imperativ xarakter daşımamaqla, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçıya inzibati məhkəmə icraatının aparılması qaydası ilə bağlı seçim imkanı verir. İPM-in 9-1.3-cü maddəsi isə imperativ olaraq müəyyən edir ki, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, həmin icraat, o cümlədən, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkilinin xx.xx.2025-ci il tarixli ərizəsində və məhkəmə iclasında izahatında iddiaçının qeyd olunan qərardaddan məlumatının olmaması və vəkili ilə münasibətinin olmamasına halına istinad etsə də, işdən görünür ki, iddiaçı şəxsən xx.xx.2024-cü il tarixdən “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmışdır və məhkəmə qərardadının yerləşdirildiyi elektron kabinet vəkilə deyil, onun özünə aiddir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Sumqayıt İnzibati Məhkəməsi də mübahisələndirilən məhkəmə qərarını tərəflərin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş göndərilən məktubların siyahısından görünür ki, iddiaçıya Sumqayıt İnzibati Məhkəmənsinin 2-1(118)-7/2023 saylı, xx.xx.2025ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə göndərilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə (1 ay 29 gün sonra) poçt vasitəsi ilə göndərmişdir. Apellyasiya şikayəti Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür və bərpa edilməsi üçün üzürlü səbəb mövcud deyildir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizə təmin edilməməli və şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizə təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5
Məhkəmə qərarları › İş №2-1(105)-871/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-871/2025
27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver