Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-872/2024 28.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(118)-163/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10288/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qərardadı ilə sözügedən inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsində icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. İş materiallarına əlavə edilən AT-İV N ******* əmək kitabçasından da göründüyü kimi o, həqiqətən də 1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Sumqayıt Politexnik Texnikumunda texnik-elektromexanik peşəsi üzrə təhsil almışdır. 16 aprel 1985-ci il tarixdən 57 saylı sexə kip avtomatika priborları üzrə elektoslesar vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək 57 saylı sexə kip avtomatika priborları üzrə 3 dərəcəli elektroslesar vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 01 saylı sexdə 4 dərəcəli elektrik montyoru, xx.xx.2006cı il tarixdən-xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də katibə referent, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində satış üzrə menecer vəzifəsində işləmişdir. xx.xx.2009-cu il tarixədək olan müddət üçün ümumilikdə 26 ildən artıq sosial sığorta stajı var və bu müddətin 23 il 05 ay 23 günü yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləmişdir. Belə ki, çalışdığı 3-cü dərəcəli elektroslesar və daha sonra 4-cü dərəcəli elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın X bəndinə “Kimya istehsalatı” 2110B000-1753a peşələr bölməsinin təsiri altına düşür. İddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. O, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Ona ünvanlanmış 19 may 2022ci il tarixli **********2 nömrəli cavab məktubu ilə imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 53760,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17253,92 manat təşkil edirdi. Buna görə də həmin tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı ümumi iş stajı 25 ildən az (21 il 4 ay 10 gün (xx.xx.1985- xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 2 il 8 ay), güzəştli iş stajı isə 18 il 2 ay 17 gün (xx.xx.1986-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Daha sonra cavabdehin nümayəndəsi etiraza əlavə təqdim edərək bildirmişdir ki, İddiaçı ümumi iş stajı 25 ildən az (21 il 4 ay 10 gün (xx.xx.1985- xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 2 il 8 ay), güzəştli iş stajı isə 18 il 2 ay 17 gün (xx.xx.1986-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 9.1-ci maddəsinin hazırki redaksiyasına əsasən qadınların pensiya yaşı 58 yaş müəyyən edildiyindən İddiaçı güzəştli şətlərlə yaşa görə əmək pensiyası təyin etmək qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. İddiaçının adına açılmış AT-İV N ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1985-xx.xx.1993-cü il tarixlərdə 57 saylı sexdə, xx.xx.2001-xx.xx.2006-cı il tarixlərdə 01 saylı sexdə, xx.xx.2006-xx.xx.2008-ci il tarixlərdə "xxxx" MMC-də, xx.xx.2008xx.xx.2009-cu il tarixlərdə "xxxx" MTK- işləmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 13 nömrəli arayışdan görünür ki, İddiaçı 57-ci sexdə və 01 İstehsalatda elektrik montyoru və kip avtomatika priborları üzrə elektrolesar vəzifələrində işləmiş və müəssisə işləmədiyinə görə xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixinə kimi boşdayanmaya buraxılmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 14 nömrəli arayışdan görünür ki, İddiaçı 16 aprel 1985-ci ildə 57 saylı sexə kip avtomatika priborları üzrə elektroslesar vəzifəsinə işə qəbul edilmişdir. Əmr N 74 xx.xx.1985 Əmr N 86 xx.xx.2001-ci il tarixdən 01 saylı sexdə elektrik mantyor vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 2N-li siyahısının X bəndinin 2110 B 000-V53A üzrə ona güzəştli pensiya təyin olunması hüququ verilir. Məhkəmə sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 2001-2006-cı illərə aid əmək haqqı cədvəllərə arayış və kadrlar şöbəsində saxlanılan t2 kartoçkasına əsasən boş dayanma haqqında arayış məhkəməyə göndərilmiş və həmin vaxta aid əmrlərin surətləri saxlanılmamışır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 07 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1986-cı ildən “Sumqayıt Məişət Kimyası” İB-yi indiki "xxxx" ASC-də 57 saylı sexinə işə qəbul edilmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixinə qədər boş dayanmada olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xidməti məktubdan görünür ki, İddiaçı tərəfindən 1983-cü ildən xx.xx.1986-cı il tarixədək olan dövrdə əyani təhsil alması barədə arayış Mərkəzi Filiala təqdim edilmədiyi üçün həmin dövrün onun ümumi stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, Mərkəzi Filiala təqdim olunan sənədlərdə adıçəkilən şəxsin xx.xx.1986-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində əmək fəaliyyətinin olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, Mərkəzi Filiala təqdim edilən "Azərbaycan Məişət Malları’’ ASC-nin İddiaçı dair arayışında qeyd olunanlara əsasən, müəssisə fəaliyyətini dayandırdığı üçün xx.xx.2005- xx.xx.2006-cı il tarixləri arasındakı dövr adıçəkilən şəxsin sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasınin Milli Arxiv İdarəsinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Sumqayıt şəhər Politexnik Texnikumunda 1983-xx.xx.1986-cı illərdə təhsil almışdır. Məhkəmənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1983-xx.xx.1986-cı il tarixləri arasındakı dövr üzrə təhsil aldığı müddətlərin əyani olub-olmamasını təsdiq edən sənədlər Mərkəzi Filiala təqdim edilməmişdir. Bu səbəbdən də, həmin dövrün onun stajına daxil edilməsi mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(118)-163/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilərək ona 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün pensiya fərqi ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1983-cü il tarixli 150-s saylı Sumqayıt Politexnikum Texnikimuna qəbul edildiyi və onun xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həmin texnikumda təhsil alması nəzərə alınmamışdır. Belə ki, cavabdeh iddiaçının əyani şöbədə təhsil alması barədə sənəd təqdim edilmədiyinə istinad etmişdir. Məhkəmənin bununla bağlı verdiyi sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həmin texnikumda əyani şöbədə təhsi almışdır. Lakin məhkəmə iddiaçının xx.xx.1985-ci il tarixdən əmək fəaliyyətinə başladığını və həmin dövrün onun iş stajına daxil edildiyini nəzərə alaraq hesab edir ki, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövr onun sosial sığorta stajına daxil edilməlidir ki, bu halda da qanunun xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi stajı tələbi yetirilmiş olur. Belə ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il (əmək fəaliyyətinə başladığı tarix) tarixədək təhsil aldığı dövr ( 1 il 6 ay 15 gün) xx.xx.2006-cı il tarixədək cavabdehin mübahisələndirmədiyi 18 il 6 ay 10 gün müddətinə əlavə edildikdə 20 il 15 gün alınır ki, bu da ona 52 yaşından əmək pensiyasının təyin olunması üçün əsas verir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 53760,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17253,92 manat təşkil edirdi. Buna görə də həmin tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildi. İddiaçı ümumi iş stajı 20 ildən az (18 il 06 ay 10 gün (xx.xx.1985- xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 18 il 2 ay 17 gün (xx.xx.1986-xx.xx.2004-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə məhkəmə iddiaçı Hacıyevə Sevda İsmayıl qızının ümumi iş stajı və pensiya kapitalı olmadığı halda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı iddia tələbini rədd etməli idi. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Apellyasiya icraatı zamanı cavabdeh inzibati orqanın nümayəndəsi mübahisənin məhkəmədənkənar həlli ilə bağlı vaxt istəmiş, lakin daha sonra cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, Mərkəzi Filialın mütəxəssisi tərəfindən İddiaçı iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı, adıçəkilən şəxsin xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu müəyyən olunmuşdur. Buna görə də, yuxarıda qeyd edilən əmək haqqı ödənilməyən, ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti (ümumilikdə 3 il 7 ay 20 gün ) iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Bu fakt "Azərbaycan Məişət Malları” ASC tərəfindən 9 oktyabr 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəblərdən də, xx.xx.2006-cı il tarixədək İddiaçı ümumi iş stajı 20 ildən az (17 il 22 gün (xx.xx.1983-xx.xx.1986-cı il (təhsil müddəti), xx.xx.1986- xx.xx.2004cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. b) İddiaçının vəkili və nümayəndəsi “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayətinə əlavəyə dair etiraz ünvanlayaraq qeyd etmişdir ki, əvvəlki məhkəmə iclaslarında cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasında rəsmi qaydada bildirdi ki, onlar Apellyasiya şikayətini geri götürürlər, rəhbərliklə də bu məsələ müzakirə olunmuş, məhkəməyə bununla bağlı yazılı ərizə təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsələr də, sonradan bunun əksini gördük. Məlum oldu ki, əksinə olaraq cavabdeh təşkilat yeni sənəd əlavə etmiş və apellyasiya şikayətinə artırma vermişdir. Belə çıxır ki, cavadeh təşkilat məhkəməni və prosesin digar iştirakçılarının aldatmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, təqdim etdiyi sübutları nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar — 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD N°li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...... e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür və cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajı və qanunla tələb edilən yaş həddinə çatması mübahisələndirilmir. Cavabdeh inzibati orqan qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi stajı tamam olmadığından, bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyası təyin edilə bilməz. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının mövcud olması tələb olunur ki, iddiaçı həmin kapitala malik deyildir. Bununla bağlı ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Halbuki, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Eyni zamanda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi əsaslı olmuşdur. Belə ki, məhkəmə iddianı təmin edərək qeyd etmişdir ki, hazırki iş üzrə cavabdeh iddiaçının güzəştli (xüsusi) stajını mübahisələndirməyərək qəbul edir, yalnız onun ümumi stajının 25 ildən az (21 il 4 ay 10 gün (xx.xx.2006-cı ildən sonrakı 2 il 8 ay daxil olmaqla)) olmasına istinad edərək imtina cavabı verir. Halbuki, bu tələb kişilərə aid tələbdir, qadınlara 52 yaşından əmək pensiyasının tələb olunması üçün onların xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi və 10 il xüsusi staja malik olması tələb edilir. Burada məhkəmə xüsusilə onu vurğulamağı zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1983-cü il tarixli 150-s saylı Sumqayıt Politexnikum Texnikimuna qəbul edildiyi və onun xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həmin texnikumda təhsil alması nəzərə alınmamışdır. Belə ki, cavabdeh iddiaçının əyani şöbədə təhsil alması barədə sənəd təqdim edilmədiyinə istinad etmişdir. Məhkəmənin bununla bağlı verdiyi sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1983- cü il tarixdən xx.xx.1986-cı il tarixədək həmin texnikumda əyani şöbədə təhsi almışdır. Lakin məhkəmə iddiaçının xx.xx.1985-ci il tarixdən əmək fəaliyyətinə başladığını və həmin dövrün onun iş stajına daxil edildiyini nəzərə alaraq hesab edir ki, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövr onun sosial sığorta stajına daxil edilməlidir ki, bu halda da qanunun xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi stajı tələbi yetirilmiş olur. Belə ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il (əmək fəaliyyətinə başladığı tarix) tarixədək təhsil aldığı dövr ( 1 il 6 ay 15 gün) xx.xx.2006-cı il tarixədək cavabdehin mübahisiləndirmədiyi 18 il 6 ay 10 gün müddətinə əlavə edildikdə 20 il 15 gün alınır ki, bu da ona 52 yaşından əmək pensiyasının təyin olunması üçün əsas verir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan inzibati orqan apellyasiya şikayəti verərək şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Daha sonra məhkəmə icraatı gedişində cavabdeh inzibati orqan mübahisənin məhkəmədənkənar həllinə nail olmaq üçün müəyyən bir müddət verilməsini xahiş etmiş, həmin müddət ötdükdən sonra isə nəinki mübahisənin məhkəmədənkənar həlli barədə məlumat verilmiş, hətta iddia tələbinə etirazda və apellyasiya şikayətində qeyd olunmayan yeni dəlillər irəli sürülmüşdür. Belə ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə əlavədə yeni dəlil qismində qeyd olunmuşdur ki, iddiaçının xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu müəyyən olunmuşdur. Buna görə də, yuxarıda qeyd edilən əmək haqqı ödənilməyən, ödənişsiz məzuniyyətdə olduğu, işləmədiyi müddəti (ümumilikdə 3 il 7 ay 20 gün ) iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın bu hərəkətini etimad hüququnun qorunması baxımından qanunvericiliklə inzibati orqana verilmiş səlahiyyətlərin məqsədinə uyğun olmayan davranış kimi qiymətləndirir. Məhkəmə kollegiyası yeni irəli sürülmüş həmin dəlili də əsassız hesab edərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş hazırkı işin halları ilə oxşar mübahisəyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(102)-576/2023 nömrəli qərarında da eyni mövqe ifadə olunmuşdur. Belə ki, iddiaçı mübahisə olunan həmin dövrlərdə ödənişsiz analıq məzuniyyətində olmuşdur. Bu məhkəməyə təqdim edilən sənədlərdən də görünür, eyni zamanda qeyd edilən hal tərəflər arasında da mübahisə olunmur. Qeyd olunan müddətin cavabdeh tərəfindən sığorta stajı kimi nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 185-ci maddəsinə əsasən, uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilirdi. Göründüyü kimi, iddiaçının 1990-cı ilin fevral ayından 1993-cü ilin oktyabr ayına üç illik analıq məzuniyyətdə olduğu vaxt qüvvədə olan qanunvericiliyə əsasən qismən ödənişli analıq məzuniyyət dövrü ümumi və fasiləsiz iş stajı kimi qəbul edilirdi. Qeyd olunmalıdır ki, qüvvədə olan Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “b” bəndində, habelə 127-ci maddəsinin 1-ci hissəsində də uşağına qulluq etmək üçün işçilərin məzuniyyət hüququ, o cümlədən, uşağa 3 yaşınadək qulluq etmək üçün sosial məzuniyyət almaq hüququ nəzərdə tutulur. Qanunvericiliyin qeyd olunan normalarının mənası onu deməyə əsas verir ki, üç illik analıq məzuniyyətindən istifadə etmək hüququndan yararlanmaq işçinin qanunvericilikdə nəzərdə tutulan hüququdur və işçinin bu hüquqdan istifadə etməsi heç də onun fasiləsiz iş stajının pozulmasına səbəb olmur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin və həmin maddənin e bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Qeyd olunanlar baxımından, habelə formalaşmış məhkəmə təcrübəsi də nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının 1990-cı ilin fevral ayından 1993-cü ilin oktyabr ayına kimi "Azərbaycan Məişət Malları” ASC-də işlədiyi analıq məzuniyyətində olduğu dövrü onun fasiləsiz iş stajına daxil edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubunda iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi stajı tamam olmaması, bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halına istinad etmiş, iddia tələbinə etirazda və apellyasiya şikayətində də ilkin olaraq qeyd olunan dəlili əsas götürmüşdür. Lakin apellyasiya şikayətinə əlavədə yeni bir hala – iddiaçı xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğundan əmək haqqı ödənilməyən, ödənişsiz məzuniyyətdə olduğu, işləmədiyi müddətin (ümumilikdə 3 il 7 ay 20 gün ) iddiaçının iş stajına daxil edilməsinin mümkün olmaması halına istinad olunmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər dəfə yeni dəlillərə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə, prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilibedilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Əlavə olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati icraatdan kənar yeni fakt və sübutlara istinad olunması qanunvericiliyin tələblərinin pozulması deməkdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 20 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 10 il xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. İddiaçının 10 ildən artıq xüsusi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada yalnız ümumi iş stajını mübahisələndirmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İşin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(118)-163/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.