Məhkəmə qərarları › İş №2-1(105)-872/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-872/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-872/2025 02.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “qeyri yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-424/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarının icrasına dönüş edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən, sahəsi 68 kv.m olan qeyriyaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-424/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, HAYAN-E” MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun 1ci mərtəbəsində yerləşən, İddiaçı "xxxx" MMC-dən 20 may 2010-cu il tarixli müqavilə ilə aldığı 216 kv.m qeyri-yaşayış sahəsinin 68 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-424/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizəçi X5 “Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2- 1(085)-424/2019 saylı qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və X5 üçüncü şəxs qismində işə cəlb edilməsi barədə ərizəsinin təmin edilməsi, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(085)-424/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması təzələnməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2/2023 nömrəli, xx.xx.2023-cü il il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı "xxxx" MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən, sahəsi 68 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-424/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarının icrasına dönüş edilməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı əsassız və qanunsuzdur. Belə ki, məhkəmə nəzərə almamışdır ki, X12 mübahisəli qeyri-yaşayış sahəsinin 116 kv.m hissəsini xx.xx.2022-ci il tarixli müqavilə əsasında əldə etmişdir və Sumqayıt İnzibatilqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı qəbul edilərkən və qərar icra edilərək Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən ümumi sahəsi 324 kv.m olan qeyri-yaşayış sahələri üzərində onun mülkiyyət hüququ qeydiyyata alınmaqla, bu barədə ona xx.xx.2018-ci il tarixli RX1412552 nömrəli çıxarış və texniki pasport verilərkən, X6 həmin qeyri-yaşayış sahəsi üzərində hüququ olmamışdır. Bu səbəbdən ləğv edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının icrası X6 maraqlarına toxunmur və onun Azərbaycan Respublikası MPM-in 236-1.3-cü maddəsinə əsasən ləğv edilmiş qərarın icrasında dönüş haqqındakı məsələyə dair ərizə verməyə subyektiv hüququ olmadığı müəyyən edilir. Çünki, X12 Azərbaycan Respublikası MPM-in 236-1.3-cü maddəsinə əsasən ləğv edilmiş qərarın icrasında dönüş haqqındakı məsələyə dair ərizə vermək hüququ olan şəxslərə aid deyildir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-399/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qərarı ilə İddiaçı şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-7/2023 nömrəli qərardadı ləğv edilmiş, X6 iş üzrə ləğv edilmiş Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-2704/2018 nömrəli qərarının icrasına dönüş edilməsi haqqında ərizəsi mümkün sayılmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Prezidentinin 9 iyul 2021-ci il tarixli, № 363-VİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununun 1.84-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 236-1-ci maddə əlavə edilmişdir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əlavə edilmiş 236-1-ci maddə 2021 -ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Eyni zamanda Qanunun 2.2-ci maddəsində göstərilmişdir ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. "xxxx" MTK-nın ərizəsinə əsasən xx.xx.2019- cu il tarixli qərardadla Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı iəğv edilərək, "xxxx" MTK iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Göründüyü kimi, qərar ləğv edilən zaman Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 236-1-ci maddəsi Məcəlləyə əlavə edilməmiş və qüvvədə olmamışdır. Eyni zamanda onun tərəfindən 2023-cü ilin fevral ayında Abşeron Rayon Məhkəməsində cavabdehlər "xxxx" MTK-ya və X9 qarşı “Cavabdeh "xxxx" MTK tərəfindən İddiaçı tam mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, b 1 A saylı Ünvanda yerləşən 96 kv.metr qeyri-yaşayış sahəsinin içəri hissəsindən binanın həyətinə doğru genişləndirilərək böyüdülmüş özbaşına tikilinin sökülməsi; "xxxx" MTK ilə digər cavabdehlər X12 ilə onun tam mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 96 kv.metr qeyriyaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasına” dair iddia qaldırmışdır. Daha sonra 2024-cü ildə X12 tərəfindən cavabdehlər "xxxx" MTK-ya və İddiaçı qarşı “müqavilələri etibarsız hesab edilməsi, çıxarış ləğv edilməsi”nə dair iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin icraatında olan sözügedən mülki iş üzrə ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10-8750/2024 nömrəli, 04 iyun 2025-ci il tarixli rəyinə əsasən, X12 ilə "xxxx" MTK arasında bağlanmış 05 iyul 2022-ci il tarixli mənzil tikintisi barəığdə müqavilənin tərkib hissəsi olan 116 kv.m qeyri-yaşayış sahəsinin iş materiallarında olan sxemində həmin tikilinin ölçüləri (en, uzunluq, kolonlar arası məsafə və s.) qeyd olunmadığından iş materiallarında olan 2006 və 2013-cü illərdə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihə ilə üst-üstə düşüb- düşməməsinin və yerləşmə mövqeyinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, mübahisəli qeyriyaşayış sahəsi onun tərəfindən X2 və hazırda Aslan Əliyevin tam mülkiyyətindədir. Bundan başqa, X11 notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə və reyestrdən verilmiş çıxarışa əsasən sözügedən qeyri-yaşayış sahəsini əldə etmişdir. X10 sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı mübahisənin olması və s barədə heç bir məlumatı olmamış və qanunvericiliyin tələbinə əsasən qeyri-yaşayış sahəsini vicdanlı şəkildə əldə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 236-1. İcrada dönüş 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. 236-1.6. Bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırki iş üzrə iddiaçının iddia tələbi müvafiq əmlak üzəridnə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Məhkəmənin qərarı ilə iddia tələbi təmin edilmiş (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 424/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarı), daha sonra X5 ərizəsi əsasında məhkəmə qərardadı ilə həmin məhkəmə qərarının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi, adıçəkilən şəxsiniş üzrə üçüncü şəxs qimsində cəlb edilməsi qərara alınmışdır. Bundan sonra məhkəmə araşdırmasının nəticəsində müvafiq məhkəmə qərardadı ilə adıçəkilən şəxsin və digər hüquqi şəxsin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilməsi və hazırki iddia tələbi cavabdeh tərəfindən icra edildiyindən, mübahisə qalmadığından, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İndiki halda hazırki inzibati iş üzrə məhkəmə öz təşəbbüsü ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 424/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarının icrasına dönüş etməklə, bu barədə qərardad qəbul etmişdir. Məhkəmə bununla bağlı gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə qəbul edilmiş və icra edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 424/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarı ləğv edildiyindən, qərarın icrası ilə bağlı icrada dönüş edilməlidir. Kollegiya hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Yuxarıda istinad edilən mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə icra edilmiş qərarını ləğv edərkən, icrada dönüş edilməsi barədə məsələni də həll etməklə, müvafiq tədbirlər görməlidir. Məhkəmə həmin vaxtda ləğv edilmiş məhkəmə qərarının icrasında dönüş haqqında məsələni həll etmədiyi halda, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qərar və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir (MPM-in 236-1.3-cü maddəsi). Kollegiya qanunvericiliyin qeyd edilən normasını müqayisəli təhlil edərək, belə qənaətə gəlir ki, icra edilmiş məhkəmə qərarı ləğv edilərkən, həmin vaxtda məhkəmə tərəfindən qərarın icrasının dönüşü ilə bağlı tədbir görmədiyi halda, sonradan yalnız müvafiq normanın dispoztiv şərtində adıçəkilən şəxslərin ərizəsi əsasında icrada dönüş məsələsini həll edə bilər. Başqa sözlə desək, məhkəmə öz təşəbbüsü ilə qərarın icrasına dönüş edilməsi ilə bağlı müvafiq tədbirlər görmək imkanına məhz həmin qərarın ləğv edilməsi zamanı malik olur, bunu həmin vaxtda etmədiyi halda isə sonradan yalnız müvafiq şəxslərin ərizəsi əsasında həmin məsələni həll etmək imkanına malik olur. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 424/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-424/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə ləğv edilmiş, məhkəmə tərəfindən qərar ləğv edilərkən qərarın icrasınnın dönüşü ilə bağlı tədbir görülməmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə öz təşəbbüsü ilə həmin qərarın icrasının dönüşü ilə bağlı məsələ həll edilmişdir. Bu hal isə yuxarıda istinad edilən prosessual qanunvericiliyin tələbinə zidd olmuşdur. İndiki halda isə sözügedən qərarın icrasının dönüşü ilə bağlı müvafiq normada adıçəkilən şəxslərin hər hansı əzrisənin olması halı müəyyən edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, ləğv edilmiş sözügedən məhkəmə qərarının icrasının dönüşü ilə bağlı məsələnin məhkəmənin öz təşəbbüsü ilə həll edilməsi imkanının qanuni əsasları mövcud olmadığından, yolverilməzdir. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulduğundan, iş üzrə icrada dönüş məsələsinin həlli ilə bağlı gəldiyi qənaəti yanlış olmuş, iddiaçının şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar