Məhkəmə qərarları › İş №2-1(105)-874/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-874/2024

24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-874/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Gərəy kəndində yerləşən 1,0 ha torpaq sahəsinin koordinatlarına edilmiş dəyişikliyin ləğv edilərək texniki pasportda olan əvvəlki koordinatlarına geri qaytarılmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(118)-1652/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Gərəy kəndində yerləşən 1,0 ha torpaq sahəsinin koordinatlarına edilmiş dəyişikliyin ləğv edilərək texniki pasportda olan əvvəlki koordinatlarına geri qaytarılması və cavabdehdən 3000 manat maddi və 2000 manat mənəvi ziyan olmaqla 5000 manat pulun tutulması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Quba rayonu, Gərəy kəndində yerləşən 1,0 ha torpaq sahəsinin koordinatlarına edilmiş dəyişikliyin ləğv edilərək texniki pasportda olan əvvəlki koordinatlarına geri qaytarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus torpaq sahəsinin xəbəri olmadan və qanunsuz olaraq koordinatlarına edilmiş dəyişikliyin bərpa edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Belə ki, Quba rayon Notariot kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4-Ə/716 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu, Gərəy kəndində yerləşən 1.0 hektar torpaq sahəsi iddiaçıya satılaraq xüsusi mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmaqla (seriya MH N0003087) iddiaçının adına çıxarış verilmişdir. Bundan əlavə cavabdeh tərəfindən **********44 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli torpaq sahəsinə dair daşınmaz əmlakın pasportu verilmişdir. Qeyd edilmiş sənədlər ərizəyə əlavə edilmişdir. Sözügedən torpaq sahəsi çay və yol arasında yerləşməklə çay boyunca 200 metr olmuşdur. İddiaçının həmin torpaq sahəsini 2006-cı ildə alması səbəbi də məhz torpaq sahəsinin yol və çay arasında çay boyunca yerləşməsi olmuşdur. Ərizəyə əlavə edilmiş daşınmaz əmlakın pasportunda əks olunmuş koordinatlardan da bu hal açıq-aydın əks olunmuşdur. Həmin dövrdən bugünədək həmin yer iddiaçının istifadəsində olmuş və bu yerlə bağlı hər hansı məhkəmə və ya digər mübahisə olmamışdır. Lakin 2023-cü ildə iddiaçı həmin torpaq sahəsini satmaq istəyərkən ona verilmiş bölgü sxemində həmin torpaq sahəsinin koordinatlarının dəyişdirilərək tam fərqli formada yəni, çay boyunca olan hissəsi iki dəfəyədək azaldılmaqla və torpaq sahəsinin bir hissəsinin ortasından yol keçməklə yolun qarşı tərəfində yerləşdirilməsi məlum olmuşdur. Belə olan təqdirdə isə torpaq sahəsinin dəyəri, mahiyyəti və anlamı qalmamışdır. İddiaçı xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə cavabdeh orqana müraciət etmiş, lakin müraciətlərə cavab olaraq ona həmin idarənin Yerquruluşunun təşkili şöbəsinə müraciət etməyi bildirilmişdir. Bu məktubdan sonra təkrarən 5 saylı Xaçmaz Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinə müraciət edilmişdir. Lakin yenə də cavab gəlməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı ünvan 1 sahəsinin koordinatlarına edilmiş dəyişikliklə bağlı məlumatın verilməsinə və dəyişiklik edildiyi halda həmin torpaq sahəsinin texniki pasportuna uyğunlaşdırılmasına köməklik göstərilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 18 aprel 2023-cü il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. müraciətə 20 iyun 2023-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki: “müraciətinizlə əlaqədar bildirilir ki, müvafiq düzəlişlə əlaqədar ünvan 1 sahəsinə dair sənədlərlə ərazi idarəsinin Yerquruluşu təşkili şöbəsinə müraciət ediləcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxılacaqdır.” İddiaçının müraciətlərinə verilmiş cavab məktublarında qanunvericiliklə nəzərdə tutulan qaydada müraciət olunması göstərilir və həmin məktub ərizənin icrasından imtina olunması barədə deyildir və bununla da inzibati akt mövcud deyildir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciəti olmuş, lakin cavabdeh orqan tərəfindən təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş məktublardan görünür ki, iddiaçı 5 saylı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinə də müraciət etmişdir. **********44 reyestr nömrəli (xx.xx.2010-cu il tarixdə tərtib olunmuş) daşınmaz əmlakın (torpaq sahəsinin) pasportuna əsasən mübahisəli torpaq sahəsinin koordinatları qeyd edilmiş və plan-cizgi çəkilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilmiş mütəxəssis rəyinə əsasən (iddiaçı tərəfindən cavabdehin hesabına müvafiq rüsum ödənilməklə) müəyyən edilmişdir ki, iddiaçı ilə Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4-Ə/716 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu, Gərəy kəndində yerləşən 1,0 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2006-cı il tarixli **********44 reyestr nömrəli çıxarış baza məlumatlarında olan DWJ xəritələrində olan JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilmiş torpaq sahəsinin bölgüsündən sonra tərtib edilmişdir. Həmin çıxarışda qeyd olunmuş koordinatlar JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilən torpaq sahəsinin şimal-şərq hissəsindən ayrılmış və planşetdə göstərilən koordinatlara uyğundur və həmin koordinatlar dəyişdirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(118)-1652/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayonu, Gərəy kəndində yerləşən 1,0 ha torpaq sahəsinin koordinatlarına edilmiş dəyişikliyin ləğv edilərək texniki pasportda olan əvvəlki koordinatlarına geri qaytarılması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus olan daşınmaz əmlakın texniki pasportunda döngə nöqtələrinin koordinatları da qeyd edilmişdir. Çıxarışın koordinatları baza məlumatlarında olan DWJ xəritələrinə əsasən JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilən torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil etmişdir. Lakin həmin koordinatlar əsassız olaraq cavabdeh orqan tərəfindən dəyişdirilmiş, bununla da iddiaçının mülkiyyət hüquqlarının - əmlak üzərində sərəncam hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, İddiaçı adına Gərəy kəndində yerləşən 1.0 ha torpaq sahəsinin koordinatlarında 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən dəyişiklik aparılmamışdır. Həmin koordinatlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş dövlət aktına uyğun göstərilmişdir. Bu barədə 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə verilmiş mütəxəssis rəyində qeyd edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq, torpaq sahəsinin ilkin sənəd üzrə ona tanıdıldığını elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) daxil edilmiş dəyişikliyə razılıq vermədiyini, yeni qeyd edilən torpaqdan faktiki istifadə etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F- 144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi 3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; ... 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; ... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanı

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin

“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi Quba rayonu, Gərəy kəndində yerləşən 1,0 ha torpaq sahəsinin koordinatlarına edilmiş dəyişikliyin ləğv edilərək texniki pasportda olan əvvəlki koordinatlarına geri qaytarılmasının cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Mübahisəli torpaq sahəsinin hüquqi rejimi barədə məlumat verilməsi, eyni zamanda ilkin sənədlər, sonrakı dəyişikliklər bərədə ətraflı məlumat verilməsi məqsədilə cavabdeh inzibati orqana sorğu ünvanlanmış, inzibati orqanın 14 oktyabr 2024-cü il tarixli, 3-21-3- 34/2-11811/2024 nömrəli sorğuya cavab məktubunda arxiv məlumatlarında əmlak üzərində məhdudiyyət və yüklülük barədə məlumat aşkar edilmədiyi bildirilmiş, mübahisəli torpaq sahəsinə dair 23 sentyabr 2006-cı il tarixli, ******* reyestr nömrəli çıxarışın surəti, daşınmaz əmlakın pasportunun surəti, 22 iyul 2016-cı il tarixli, AN-İ ******* nömrəli və 15 sentyabr 2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinin surəti və JN – 0024, KOD 30323028 nömrəli Dövlət Aktının surəti məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərkən mütəxəssis rəyinə istinad olunmuşdur. Həmin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı ilə Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4-Ə/716 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu, Gərəy kəndində yerləşən 1,0 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2006-cı il tarixli, **********44 reyestr nömrəli çıxarış baza məlumatlarında olan DWJ xəritələrində olan JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilmiş torpaq sahəsinin bölgüsündən sonra tərtib edilmişdir. Həmin çıxarışda qeyd olunmuş koordinatlar JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilən torpaq sahəsinin şimal-şərq hissəsindən ayrılmış və planşetdə göstərilən koordinatlara uyğundur və həmin koordinatlar dəyişdirilməmişdir. xx.xx.2006-cı il tarixli **********44 nömrəli çıxarışda göstərilən torpaq sahəsi heç bir mülkiyyət sənədi ilə üstüstə düşmür. Mübahisəli torpaq sahəsinə dair çıxarışın koordinatları baza məlumatlarında olan DWJ xəritələrinə əsasən JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilən torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil edir. Lakin sözügedən DWJ xəritələri ilə faktiki istifadə (naturadakı istifadə vəziyyəti) arasında uyğunsuzluq mövcuddur. Mübahisəli torpaq sahəsi baza məlumatlarında olan torpaqların kadastr uçotu informasiya sistemində (TEKUİS) göstərilmişdir. Sözügedən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilsə də, faktiki olaraq həmin torpaq sahəsinin daxilindən Quba-Susay avtomobil yolu keçir. Həmin avtomobil yolu keçən hissə 0,09 ha təşkil edir. Baza məlumatlarında olan DWJ xəritələri ilə torpaqların elektron uçotu informasiya sistemi arasında uyğunsuzluq mövcuddur. Mübahisəli torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olub uqodiyası əkin kimi göstərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində də eyni mütəxəssis rəyinə istnad edilərək, qeyd olunmuşdur ki, İddiaçı adına Gərəy kəndində yerləşən 1.0 ha torpaq sahəsinin koordinatlarında 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən dəyişiklik aparılmamışdır. Həmin koordinatlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş dövlət aktına uyğun göstərilmişdir. Bu barədə 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə verilmiş mütəxəssis rəyində qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan işlərdə məhkəmə iddiaçının ifadə tərzi ilə bağlı deyil. İddiaçının hüquqi marağı və əldə etmək istədiyi nəticə iddiaçının ifadə tərzindən asılı olmayaraq iddiaya baxılmasında birinci növbədə nəzərə alınmalıdır. İddia ərizəsindən və məhkəmə iclaslarında verilən izahatlardan aydın olur ki, iddiaçının hüquqi marağı sözügedən torpaq sahəsinin müəyyən hissəsinin satışına nail olmaqdan ibarətdir. Bunun üçün isə bölgü sxeminin tərtib edilməsi tələb edilir. Hazırki halda isə torpaq sahəsi ilə bağlı torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) daxil edilmiş məlumatlarda uyğunsuzluq olduğundan iddiaçının hüquqları pozulur. İşdən görünür ki, cavabdeh inzibati orqan iddiaçının əlində olan mülkiyyət sənədləri üzrə olan koordinat üzrə yox, elektron baza məlumatları (TEKUİS) əsasında bölgü sxemi tərtib etmək istəyir. Bu isə yaratdığı hüquqi nəticə baxımından torpaq sahəsinin koordinatlarına edilmiş dəyişiklik kimi qiymətləndirilə bilər. İş üzrə alınmış mütəxəsis rəyindən görünür ki, iddiaçıya məxsus çıxarışda qeyd olunmuş koordinatlar JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilən torpaq sahəsinin şimal-şərq hissəsindən ayrılmış və planşetdə göstərilən koordinatlara uyğundur və həmin koordinatlar dəyişdirilməmişdir. xx.xx.2006-cı il tarixli **********44 nömrəli çıxarışda göstərilən torpaq sahəsi heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Mübahisəli torpaq sahəsinə dair çıxarışın koordinatları baza məlumatlarında olan DWJ xəritələrinə əsasən JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilən torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində torpaq sahəsinin koordinatlarında dəyişiklik aparılmadığı bildirilsə də, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) daxil edilmiş məlumatlarda bunun tam əksi görünür. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən mütəxəsis rəyinə əlavə edilmiş xəritədən də görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi yol ilə çayın arasında yerləşdiyi halda, torpaq sahəsinin yeri dəyişdirilərək başqa konfiqurasiyada və başqa koordinatlarda torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) daxil edilmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi mahiyyəti etibarı ilə onun əlində olan mülkiyyət sənədində olan koordinatların olduğu kimi elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) daxil edilməsindən ibarətdir. Mütəxəssis rəyində qeyd edilir ki, sözügedən DWJ xəritələri ilə faktiki istifadə (naturadakı istifadə vəziyyəti) arasında uyğunsuzluq mövcuddur. Mübahisəli torpaq sahəsi baza məlumatlarında olan torpaqların kadastr uçotu informasiya sistemində (TEKUİS) göstərilmişdir. Sözügedən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilsə də, faktiki olaraq həmin torpaq sahəsinin daxilindən Quba-Susay avtomobil yolu keçir. Həmin avtomobil yolu keçən hissə 0,09 ha təşkil edir. Baza məlumatlarında olan DWJ xəritələri ilə torpaqların elektron uçotu informasiya sistemi arasında uyğunsuzluq mövcuddur. Lakin iddiaçı torpaq sahəsinin ilkin sənəd üzrə ona tanıdıldığını elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) daxil edilmiş dəyişikliyə razılıq vermədiyini, həmin torpaqdan faktiki istifadə etmədiyini bildirmişdir. Yuxarıda qeyd edilən mütəxəssis rəyindən də görünür ki, iddiaçıya məxsus çıxarışda qeyd olunmuş koordinatlar JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilən torpaq sahəsinin şimal-şərq hissəsindən ayrılmış və planşetdə göstərilən koordinatlara uyğundur və həmin koordinatlar dəyişdirilməmişdir. xx.xx.2006-cı il tarixli **********44 nömrəli çıxarışda göstərilən torpaq sahəsi heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Mübahisəli torpaq sahəsinə dair çıxarışın koordinatları baza məlumatlarında olan DWJ xəritələrinə əsasən JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilən torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil edir. Bu isə onu göstərir ki, iddiaçının dövlət tərəfindən tanınan mülkiyyət üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasına əsas ola biləcək real vəziyyət mövcud deyil. Lakin cavabdeh inzibati orqan baza məlumatlarında əsassız dəyişiklik edərək iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdeh inzibati orqan bu uyğunsuzluğu iddiaçının xeyrinə, yəni onda olan sənəd üzrə koordinatları elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) daxil etməklə həll etməli, “torpaq sahəsinin koordinatlarına edilmiş dəyişikliyin ləğv edilərək texniki pasportda olan əvvəlki koordinatlarına geri qaytarılmasını” təmin etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” nin müvafiq bəndlərinə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların daşınmaz əmlakın dövlət reyestrində, daşınmaz əmlakın vahid dövlət kadastrında, dövlət torpaq kadastrında və onun tərkib hissəsi olan torpaq reyestrində elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq, daşınmaz əmlakla, o cümlədən, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq, dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi” nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Həmçinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il, 818 nömrəli Fərmanına əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin edilməlidir. Lakin hazırkı iş üzrə iddiaçıya münasibətdə dürüst olmayan məlumatlar elektron baza məlumatlarına yerləşdirilərək onun hüquqları pozulmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ifadə tərzindən asılı olmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(118)-1652/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar