Məhkəmə qərarları › İş №2-1(105)-875/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-875/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-875/2023 22.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi və qarajın bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(118)-1530/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı ərizə ilə cavabdeh Sumqayıt Bələdiyyəsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən “84K” saylı qarajın sökülməsinə və onun yerində fərdi evin inşa edilməsinə əsas olan bələdiyyə qərarının ləğv edilməsi və qarajın bərpa edilməsini xahiş etmişdir. Cavabdeh 16 iyun 2022-ci il tarixli, 1728 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, məsələnin yerində araşdırılması və qarajın göstərilməsi məqsədilə İddiaçı və Sumqayıt Bələdiyyəsinin qulluqçusu ilə birgə torpaq sahəsinə baxış keçirilmişdir. Vətəndaş bələdiyyə qulluqçusu ilə birgə əraziyə uzun müddət baxış keçirmiş, lakin onun tərəfindən qaraj sahəsinin yerində tapılması mümkün olmamışdır. Belə ki, qarajın dəqiq ünvanı barədə məlumatı olmadığından qaraj yerində təyin edilməmiş, bələdiyyə qulluqçusuna göstərilməmiş və bu səbəbdən qarajın araşdırılması və işə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “84K” saylı qarajın sökülməsinə və onun yerində fərdi evin inşa edilməsinə əsas olan bələdiyyə qərarının ləğv edilməsi və qarajın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 25,20 kv.m olan “84K” saylı qaraj iddiaçının mərhum əri X2 məxsus olmaqla, Sumqayıt şəhər XDS-nin xx.xx.1984-cü il tarixli, 2636 saylı qərarı əsasında inşa edilmiş və qeyri-yaşayış obyektinə dair texniki pasport tərtib edilmişdir. Ə.Bayramovun vəfatından sonra həmin əmlak vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Həmin qaraja görə iddiaçı cavabdeh orqana torpaq və əmlak vergisini mütəmadi olaraq ödəmişdir. Halhazırda mülkiyyətçisi olduğu sözügedən qaraj cavabdehin göstərişi ilə sökülərək yerində ev inşa edilmişdir. O, cavabdehə müraciət edərək qarajın sökülməsi və onun yerində fərdi yaşayış evinin inşa edilməsinə əsas olan bələdiyyə qərarının ləğv edilməsi və qarajın bərpa edilməsini xahiş etmiş, lakin cavabdeh qarajın dəqiq ünvanı barədə məlumatın olmadığını əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, işdə olan fotoşəkildə qarajın yerləşdiyi yer əks etdirilmişdir. Həmin ərazinin sxematik planı və digər texniki sənədlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsində saxlanılır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(118)-1530/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı iddia etdiyi qarajın yerləşdiyi yer və onunla bağlı cavabdeh tərəfindən hansı qərarın qəbul edilməsi barədə məlumatlı deyil., İddia tələbində iddiaçının istəyi dəqiq göstərilməli və verilmiş tələb çərçivəsində iddiaya məhkəmə tərəfindən baxılmalıdır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulması ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlük şərtlərindən biridir və belə pozuntunun olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qarajın torpaqayırma sənədləri, mövqe planı və koordinatlarının qeyd edildiyi sənədin olmaması ilə bağlı cavabdehin imtinasını əsaslı hesab edərək iddianı mümkün saymamışdır. Hesab edir ki, məhkəmənin qərardadı qanunsuz və əsassızdır. Belə ki, işə baxan məhkəmə yerləşdiyi yer məlum olmayan qaraja görə iddiaçı tərəfindən cavabdeh orqana müvafiq vergi ödənişlərinin hansı əsasla ödənilməsinə aydınlıq gətirməmiş, işin hallarını tam araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Kollegiya İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mübahisələndirilən qarajın yerləşdiyi ünvanın iddiaçıya məlum olmaması, bununla da cavabdeh tərəfindən onun hüquqlarının pozulmasının əsaslandırılmaması, habelə tələbin qeyri-dəqiq olması əsası ilə iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı iddia tələbi ünvan 1 ünvanında yerləşən iddiaçının mərhum ərinə məxsus olmuş qarajın sökülməsinə və onun yerində fərdi yaşayış evinin inşa edilməsinə əsas olan bələdiyyə qərarının ləğv edilməsi və qarajın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. ”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Plenum Qərarının 5.1-ci bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İPM-nin 35-ci maddəsinin müddəalarına görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla bağlı nəzərə almaq lazımdır ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi qeyri-yaşayış obyektinin (qaraj) sökülməsinə və onun yerində fərdi yaşayış evinin inşa edilməsinə əsas olan bələdiyyə qərarının ləğv edilməsi və obyektin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmaqla, qeyri-müəyyən tələbdir. Əvvəla işdən görünür ki, iddiaçı və cavabdeh orqanın nümayəndəsi tərəfindən mübahisəli qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə baxış keçirilmiş, lakin iddiaçı tərəfindən obyektin yerləşdiyi yer konkret olaraq göstərilmədiyindən, yerində təsbit edilməsi mümkün olmamışdır. Həmçinin, iş materiallarında obyektin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının göstərildiyi texniki sənədlər aşkar edilməmiş, habelə iddiaçı tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə icraatı zamanı mübahisələndirdiyi bələdiyyə qərarının rekvizitlərini göstərməmiş, cavabdeh inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyinin konkret nədə ifadə olunduğunu bildirməmiş, həmin hərəkətə istinad etməmiş və inzibati orqanın hansı hərəkətlərinin onun hüquqlarını pozmaq ehtimalına malik olmasını məhkəmə qarşısında bəyan etməmişdir. Digər tərəfdən, iddiaçı iddia ərizəsinin dəlillərində sözügedən qeyri-yaşayış obyektinin cavabdeh orqanın göstərişi ilə sökülərək yerində yaşayış evi inşa edildiyini bildirmişdir. Halbuki, yerli özünüidarətmə orqanları olan bələdiyyələrin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasının 144-cü maddəsi, habelə, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunları və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir, hansı ki, qeyd olunan hüquq normaları və qanunvericilik aktlarında hər hansı tikilinin söküntüsünə və ya inşasına icazə vermək bələdiyyələrin səlahiyyətlərinə aid edilməmişdir. Qanunun tələbinə görə iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iş üzrə iddia tələbi iddiaya cavab verməli olan inzibati orqana qarşı qaldırılmamışdır və iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilmir. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(118)-1530/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar