Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-88/2023 19.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X2 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2-N(NN8)-2N86/20N nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.N973-cü il tarixdə Azərbaycan Respublikası, ünvan N ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). AR Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-2049 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı komandirin N9 mart N992-ci il tarixli N nömrəli əmri ilə hərbi hissəyə qəbul edilməsi və uzun müddət hospitalda müalicədə olduğuna görə Müdafiə Nazirinin 2N nömrəli əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN0 nömrəli əmrilə siyahılardan çıxarılması barədə məlumat vardır. Əlifba qeydiyyatı kitabında qeyd edilmiş xx.xx.N994-cü il tarixli NN0 nömrəli əmr N nömrəli hərbi hissə komandirinin Katibliyin Mərkəzi Arxivdə olan əmrlərində öz əksini tapmamışdır. N nömrəli hərbi hissə komandirinin NN noyabr N992-ci il tarixli 242 nömrəli əmrilə 3 MSR-nın sıravisi iddiaçı manqa komandiri vəzifəsinə təyin edilmişdir. N MAT-un yoxlanması haqqında N nömrəli hərbi hissə komandirinin N6 sentyabr N993-cü il tarixli 30 nömrəli əmrində avqust N993-cü il üçün 3 qat pul təminatı ilə təmin olunmuş şəxsi heyətin siyahısında iddiaçının adı qeyd edilmişdir. N MAT-un yoxlanması haqqında N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli N4 nömrəli əmrində iddiaçının adı döyüş tapşırığını yerinə yetirən şəxsi heyətin siyahısında qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin N9 mart N992-ci il tarixli 5 saylı əmrində, mart-noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N0-cu il tarixli, NN97 nömrəli qərarına əsasən Şamaxı RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü ildə aldığı və xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi 25N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sol saidin yuxarı N/3-nin yumşaq toxumalarını dəlib keçən odlu silahla güllə yaralanması” (Şamaxı RHK-nın xx.xx.20N0-cu il tarixli 683 nömrəli göndərişi, xx.xx.20N0-cu il tarixli, 483 nömrəli arayışı, 25N saylı hərbi hissədən verilmiş xx.xx.N994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 4/3-45N4 saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə MN-nin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-2049 nömrəli arayışına əsasən xx.xx.N994-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyini nəzərə alaraq iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N992-ci ildə Şamaxı rayon hərbi komissarlığından həqiqi hərbi xidmət keçmək üçün çağırılmışdır. Əvvəlcə N nömrəli, daha sonra isə Ağdərə rayonunda yerləşən N nömrəli döyüş təyinatlı hərbi hissədə xidmət keçmişdir. Əvvəlcə “siravi”, daha sonra "çavuş” hərbi rütbəsi verilmiş, manqa komandiri vəzifəsində Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iki dəfə ağır yaralanmış, ilk dəfə yaralanıb müalicə aldıqdan sonra təkrar döyüşlərə qatılmışdır. İkinci dəfə Ağdərə istiqamətində döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü ildə yaralanaraq xəsarət almışdır. 25N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Uzun müddət hospitalda müalicə olunduğu üçün Müdafiə Nazirinin 2N nömrəli əmrinə əsasən hərbi komandirin xx.xx.N994-cü il tarixli əmri ilə siyahılardan çıxarılması barədə arxiv məlumatları mövcuddur. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının NN97 saylı xx.xx.20N0-cu tarixli 59 nömrəli qərarı ilə AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin “a” bəndi əsas götürülərək aldığı xəsarətin hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması təsdiq olunmuşdur. Aldığı xəsarətlərə görə DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən iddiaçıya üçüncü qrup əlillik təyin edilmiş və müvafiq vəsiqə verilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-507/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə AR Dövlət Sosial Kommersiya Şirkətindən 4400 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Ona müharibə veteranı adı vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmr iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2-N(NN8)-2N86/20N nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim V.Əzizova). İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. İddiaçının qanuni əsaslarla hərbi hissədən tərxis olunması təsdiq edilmədiyi üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd edir ki, onun hərbi hissədən tərxis olunmasının rəsmiləşdirilməməsi inzibati orqanın səhvidir. İddiaçının döyüş əməliyyatlarında iştirak etməsi tam sübuta yetmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, 26 mart N992-ci ildə iddiaçı ilə birlikdə həqiqi hərbi xidmətə getmişdir. Onlar Bakı şəhərində, daha sonra Pirəküşkül qəsəbəsində, Gəncə və Ağdərədə döyüş bölgəsində olmuşlar. N7 avqust N992-ci il tarixdə o, yaralanmış, sonra iddiaçının da yaralandığını eşitmişdir. Hospitaldan N ay sonra Ağdərəyə hərbi hissəyə qayıtmışdır. xx.xx.N994-cü ildə yenidən yaralanmış və bir daha ordu sıralarına qayıtmamışdır. İddiaçının nə vaxt və hansı əsasla təxris olunduğunu bilmir. Şahid qismində dindirilən X7 bildirmişdir ki, N992-ci ilin mart ayında həqiqi hərbi xidmətə yollanmış, iddiaçı ilə birlikdə xidmətdə olmuşdur. Onlar Gəncə, sonra Ağdərə istiqamətinə göndərilmişlər. Qlobus adlanan yüksəklikdə xidmət etmişlər, N8 avqust N992-ci il tarixdə Drambon istiqamətində hücuma keçmişlər, 09 sentyabr N992-ci il tarixdə iddiaçı ilə birlikdə Çıldıran deyilən ərazidə vuruşmuşlar. Əvvəlcə iddiaçı yaralanmış, müalicəyə gedib gəlmiş, daha sonra isə N8 oktyabr N992-ci il tarixdə o, özü yaralanmış, Sırxavənddə, Ağdərədə, sonra isə Bakıda müalicə olunmuşdur. Bundan sonra o, döyüş bölgəsinə qayıtmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə səhv nəticəyə gələrək əsassız olaraq iddianı rədd etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə və iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçı həmçinin izahatında əlavə olaraq qeyd etdi ki, ona 20N6-cı ildə 3-cü qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, 202N-ci ildə əlillik müddəti bitdiyindən pensiyanın ödənişi dayandırılmış, bundan sonra ona yenidən əlillik təyin edilməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) 8-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 202N-ci il 23 dekabr tarixli N5N3 nömrəli Fərmanı: N. N997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: (-) N.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; (-).
2. Müəyyən edilsin ki: 2.2. bu Fərmanın 5.N-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsi bu Fərmanın N-ci hissəsində müəyyən edilmiş məbləğlərdə sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilmir. (-)
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 5.N. bu Fərmanın N-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsini bu Fərmanın 4.N-ci bəndində nəzərdə tutulan qaydaya uyğun olaraq təmin etsin; (-)
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi N997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyinin müəyyən edilməsi ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 27N nömrəli Qərarı ilə təsdiq edilmiş “N997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”
2.4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Fərmanın 8-ci hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda qeyd olunan, barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına da sığorta ödənişi proaktiv təyin edilir və bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq bu barədə onlara məlumat verilir. (-) 2.7. Fərmanın N-ci hissəsinə əsasən sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müraciət edildikdə, bu Qaydanın 2.6.N-ci və 2.6.2-ci yarımbəndlərində qeyd olunanlardan əlavə sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı da təqdim edilir. (-) 2.N4. Sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarında qeyd edilən əlillik dərəcəsinə uyğun olaraq, bu Qaydanın 3.N-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi təyin edilir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə N2. İşin hallarının araşdırılması prinsipi. N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. İddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunması təsdiq edilmədiyi üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdə olan AR Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2- 2049 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının komandirin N9 mart N992-ci il tarixli N nömrəli əmri ilə hərbi hissəyə qəbul edilməsi və uzun müddət hospitalda müalicədə olduğuna görə Müdafiə Nazirinin 2N nömrəli əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN0 nömrəli əmrilə siyahılardan çıxarılması barədə məlumat vardır. Əlifba qeydiyyatı kitabında qeyd edilmiş xx.xx.N994-cü il tarixli NN0 nömrəli əmr N nömrəli hərbi hissə komandirinin Katibliyin Mərkəzi Arxivdə olan əmrlərində öz əksini tapmamışdır. N nömrəli hərbi hissə komandirinin NN noyabr N992-ci il tarixli 242 nömrəli əmrilə 3 MSR-nın sıravisi iddiaçı manqa komandiri vəzifəsinə təyin edilmişdir. N MAT-un yoxlanması haqqında N nömrəli hərbi hissə komandirinin N6 sentyabr N993-cü il tarixli 30 nömrəli əmrində avqust N993-cü il üçün 3 qat pul təminatı ilə təmin olunmuş şəxsi heyətin siyahısında iddiaçının adı qeyd edilmişdir. N MAT-un yoxlanması haqqında N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli N4 nömrəli əmrində iddiaçının adı döyüş tapşırığını yerinə yetirən şəxsi heyətin siyahısında qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin N9 mart N992-ci il tarixli 5 saylı əmrində, mart-noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin, iddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletdə (4-cü səhifəsi) iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N nömrəli əmri, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissələrdə qeydiyyata alınması və N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, NN0 nömrəli əmri ilə hospitalda uzun müddət qaldığı üçün hərbi hissənin siyahısından çıxarılması ilə bağlı qeydlər vardır. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N0-cu il tarixli, NN97 nömrəli qərarından görünür ki, iddiaçının diaqnozu – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. Eləcə də iş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.202N-ci il tarixli icra məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-507/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 4400 manat məbləğində sığorta pulunun tutulması qət edilmişdir. xx.xx.20N6-cı il tarixli, 079767 nömrəli əlillik vəsiqəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.20N6-cı il tarixdən xx.xx.202N-ci il tarixədək əlildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının N və N nömrəli hərbi hissələrdə xidmət keçməsi hərbi bilet və arxiv arayışı ilə təsdiq olunduğundan və o, N və N nömrəli hərbi hissələrdə xidmət etdiyi dövrdə hərbi hissələr döyüş əməliyyatlarında iştirak etdiyindən, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin qeydinə əsasən ona mühribə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N0-cu il tarixli, NN97 nömrəli qərarına əsasən, iddiaçının hərbi xidmət zamanı aldığı xəsarətlərin səbəb əlaqəsi – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmiş, xx.xx.20N6-cı ildə iddiaçının əlilliyi məhz həmin səbəb əlaqə ilə müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının 202N-ci il tarixində əlillik müddəti bitdikdən sonra yenidən əlilliyi müəyyən edilməsə də, onun ən azından xx.xx.20N0-cu il tarixdən sonuncu müayinə tarixinədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs statusunda olması işin mübahisəsiz halıdır. Həmçinin, AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N0-cu il tarixli, NN97 nömrəli qərarı inzibati akt kimi ləğv olunmamış, geri çağırılmamış və hazırda qüvvədədir. İddiaçının hərbi biletinin 23-cü səhifəsində qeyd edilir ki, o, Tərtər Hərbi Prokurorluğunun N9HP/47 saylı, xx.xx.20N0-cu il tarixli məktubuna əsasən hərbi qeydiyyata götürülmüşdür. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən Tərtər Hərbi Prokurorluğunun sözügedən xx.xx.20N0-cu il tarixli, N9HP/47 saylı məktubundan görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi yoxdur. Yuxarıda qeyd olunan sübutlara məcmu halda qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iddia tələbini rədd edərkən haqlı olmamışdır. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2-N(NN8)-2N86/20N nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.