Məhkəmə qərarları › İş №2-1(105)-88/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-88/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-88/2025 23.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********581200, **********583600, **********585000, **********586700, **********587400, **********588100, **********590200 və xx.xx.2024-cü il tarixli, **********219000 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(118)- 341/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia qaldıraraq ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********581200, **********583600, **********585000, **********586700, **********587400,**********588100, **********590200 nömrəli qərarların ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********581200, **********583600, **********585000, **********586700, **********587400, **********588100, **********590200 və xx.xx.2024-cü il tarixli, **********219000 nömrəli qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********581200 nömrəli Qərara əsasən 2021-ci ilin noyabr ayına ƏDV üzrə 20 264.37 manat; xx.xx.2022ci il tarixli **********583600 nömrəli qərara əsasən 2021-ci ilin dekabr ayına ƏDV üzrə 28263.94 manat; xx.xx.2022-ci il tarixli **********585000 nömrəli qərara əsasən 2022-ci ilin yanvar ayına ƏDV üzrə 20116.88 manat; xx.xx.2022-ci il tarixli **********586700 nömrəli qərara əsasən 2022-ci ilin fevral ayına ƏDV üzrə 27572.76 manat; xx.xx.2022-ci il tarixli **********587400 nömrəli qərara əsasən 2022-ci ilin mart ayına ƏDV üzrə 32865.80 manat; xx.xx.2022-ci il tarixli **********588100 nömrəli qərara əsasən 2022-ci ilin aprel ayına ƏDV üzrə 20670.26 manat; xx.xx.2022-ci il tarixli **********590200 nömrəli qərara əsasən 2022ci ilin may ayına ƏDV üzrə 14905.67 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunan qərarlarda hesablama ilə bağlı hər hansı əsaslandırma həyata keçirilməmişdir. Yalnız vergi ödəyicisinin elektron kabinetinə daxil olmuş xx.xx.2022-ci il tarixli **********152300 nömrəli “Kameral vergi yoxlaması haqqında” məktubda qeyd edilmişdir ki, “fəaliyyətiniz üzrə xx.xx.2022-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əldə edilmiş uçot sənədləri əsasında xx.xx.2021-ci il tarixdən əvvəlki son 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarınızın həcmi 200000 manatdan çox olduğuna görə xx.xx.2021- ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınma öhdəliyiniz yaranmışdır. Belə ki, xx.xx.2021 xx.xx.2022-ci il tarixləri aralığında tərəfinizdən vergi orqanına bəyan edilmiş dövriyyə məbləğinin 126868,53 manat olmasına baxmayaraq, əldə edilmiş uçot sənədlərinə əsasən həmin dövr üzrə müəyyən edilmiş dövriyyə məbləğinin 1132683,5 manat olması nəticəsində 1005814,97 manat kənarlaşma aşkar edilmişdir”. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********581200, **********583600, **********85000, **********586700, **********587400, **********588100, **********590200 nömrəli qərarları qanunsuz və əsassız hesab edir: Cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı xx.xx.2022-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində əldə edilmiş uçot (qara mühasibatlıq) sənədlərinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, iddiaçının real dövriyyəsi 1132683,5 manat olduğu halda, təqdim edilmiş vergi bəyannamələrində vergiyə cəlb edilən dövriyyə 126868,53 manat bəyan edilmişdir. Bu səbəbdən də cavabdeh vergi orqanı ilk öncə iddiaçını xx.xx.2021-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyat almış və daha sonra 2021-ci ilin noyabr-dekabr və 2022-ci ilin yanvar-may ayları üzrə ƏDV hesablamışdır. Bununla bağlı cavabdeh vergi orqanın istinad etdiyi “qara mühasibatlıq” sənədləri iddiaçının real dövriyyəsini əks etdirmir və cavabdeh vergi orqanı operativ vergi nəzarəti tədbiri zamanı əldə etdiyi qara mühasibatlıq sənədlərində öz əksini tapmış əməliyyatların faktiki olaraq baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmadan, həmin məlumatları mötəbər mənbə qismində qiymətləndirmişdir. Halbuki, həmin cədvəllərdə olan məlumatlar faktiki olaraq baş tutmuş əməliyyatlar deyil və cavabdeh vergi orqanı həmin əməliyyatların faktiki olaraq baş tutmasına dair hər hansı sübutu (malların faktiki olaraq alınması və ya satılması, malların alındığı və ya satıldığı şəxslərin rekvizitləri və izahatları və s.) məhkəməyə təqdim edə bilməz. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarlar əsassız və qanunsuz olduğundan, ləğv edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, vergi ödəyicisinin fəaliyyəti üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əldə edilmiş uçot sənədləri əsasında xx.xx.2021-ci il tarixdən əvvəlki son 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatların həcmi 200000 manatdan çox olduğuna görə xx.xx.2021-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınma öhdəliyi yaranmışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınması təmin edilmişdir. xx.xx.2021 xx.xx.2022-ci il tarixləri aralığında vergi orqanına bəyan edilmiş dövriyyə məbləğinin 126868,53 manat olmasına baxmayaraq, əldə edilmiş uçot sənədlərinə əsasən həmin dövr üzrə müəyyən edilmiş dövriyyə məbləğinin 1132683,5 manat olması nəticəsində 1005814,97 manat kənarlaşma aşkar edilmişdir. Qeyd edilənlərə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin 3-cü rübü üçün 1740,9 manat sadələşdirilmiş vergi üzrə əlavə vergi məbləğinin, 2021-ci ilin noyabr ayı üzrə 20264,37 manat, 2021-ci ilin dekabr ayı üzrə 28263,94 manat əlavə dəyər vergisinin, 2021-ci il üzrə 4031,05 manat gəlir vergisinin, 2022-ci ilin yanvar ayı üzrə 20116,88 manat, 2022-ci ilin fevral ayı üzrə 27572,76 manat, 2022-ci ilin mart ayı üzrə 32865,8 manat, 2022-ci ilin aprel ayı üzrə 20670,26 manat və 2022-ci ilin may ayı üzrə 14905,67 manat əlavə dəyər vergisi hesablanmışdır. Xüsusi olaraq, qeyd etmək lazımdır ki, operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı təqdim etdiyi xx.xx.2022-ci il tarixli satış dövriyyəsi üzrə cədvəllərdə olan rəqəmlərin ona məxsus kompüterlərdən götürüldüyünü və mağazanın sahibkarlıq fəaliyyətini əks etdirdiyini bildirmişdir. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdə vergi uçotuna, xx.xx.2021-ci il tarixdə ƏDV məqsədləri üçün məcburi qeydiyyata alındığı və əsas fəaliyyət növünün "sair ərzaq məhsullarının pərakəndə satışı” olduğu, Quba rayonu, Nügədi 1 ünvanında ümumi sahəsi 700,0 m2 olan təsərrüfat subyektinin (obyektinin) xx.xx.2021-ci il tarixdə uçota alındığı, VS43217S50875 zavod nömrəli, SUNMİ V1S markalı nəzarət kassa aparatının xx.xx.2022-ci il tarixdə qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı, xx.xx.2021 xx.xx.2022-ci il tarixləri aralığında tərəfinizdən vergi orqanına bəyan edilmiş dövriyyə məbləğinin 126868,53 manat olmasına baxmayaraq, əldə edilmiş uçot sənədlərinə əsasən həmin dövr üzrə müəyyən edilmiş dövriyyə məbləğinin 1132683,5 manat olması nəticəsində 1005814,97 manat kənarlaşma aşkar edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması haqqında" xx.xx.2022-ci il tarixli **********152300 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin noyabr ayı üzrə 20264,37 manat, dekabr ayı üzrə 28263,94 manat, 2022-ci ilin yanvar ayı üzrə 20116,88 manat, fevral ayı üzrə 27572,76 manat, mart ayı üzrə 32865,80 manat, aprel ayı üzrə 20670,26 manat və may ayı üzrə 14905,67 manat əlavə dəyər vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********581200, **********590200, **********588100, **********587400, **********586700, **********585000 və **********583600 nömrəli qərarlar qəbul olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, fərdi sahibkarın fəaliyyət göstərdiyi ünvanında yerləşən, Quba rayonu 1 Nügədi ünvanında yerləşən, ümumi sahəsi 700,0 m2 olan “Mağaza“ adlı təsərrüfat subyektində (obyektində) (obyektin kodu: **********45001) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti tədbirlərin keçirilməsi barədə xx.xx.2022-ci il tarixli **********58855 nömrəli Qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 23cü və 43-cü maddələri əsas tutularaq yoxlama predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərin əlavə araşdırılmasına zərurət yarandığından “Nəzarət kitabçasının”, şəxsiyyət vəsiqəsinin surətini, fəaliyyətini həyata keçirildiyi obyekt barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri, gəlir və xərclərin uçotuna dair mühasibatlıq sənədlərini, alkoqollu içkilərin və tütün məmulatının, eyni zamanda aksiz markası olmayan və ya saxta markalar ilə markalanmış alkoqollu içkilərin və tütün məmulatının alış mənbələrini və qiymətlərinin əks etdirən (təsdiq edən) sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətlərini, kompüter prosessorlarının, noutbukların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatların, xidmət müqavilələrinin, digər zəruri sənədlərin və əşyaların götürülməsinin həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli **********8860 nömrəli Qərar qəbul edilmişdir. Qeyd olunan Qərar əsasında fərdi sahibkara məxsus 1 (bir) ədəd yaddaş qurğusunda (flaşkart) olan məlumatların və 2021-2022-ci illər üzrə satış dövriyyəsi barədə cədvəl şəklində məlumatın götürülməsi həyata keçirilmiş və qeyd olunan hal xx.xx.2022-ci il tarixli DVX seriyalı 002723 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında’’ Protokol ilə rəsmiləşdirilmişdir. Götürülmüş sənədlərə əsasən fərdi sahibkarın xx.xx.2021-xx.xx.2022-ci il aralığındakı satış dövriyyəsi “real dövriyyə ədv daxil deyil” qeydi yazılaraq 1137483.52 manat göstərilmişdir. Fərdi sahibkar qeyd olunan dövriyyə məbləği ilə razılaşmış, həmin məbləğin real satış dövriyyəsini əks etdirdiyini bildirmiş və müəyyən edilmiş dövriyyə cədvəli fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmışdır. İddiaçı fəaliyyəti üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş OVN tədbiri zamanı əldə edilmiş uçot sənədlərinə əsasən xx.xx.2021-ci il tarixdə son 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatların həcminin 200000 manatdan artıq olduğu müəyyən edilmişdir. Beləliklə Vergi Məcəlləsinin 157.3-cü maddəsinə əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınması öhdəliyi yaranmışdır. Fərdi sahibkara 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməsi üçün xx.xx.2022-ci il tarixli **********152300 nömrəli məktub göndərilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən məktuba münasibət bildirilməmiş və nəticədə Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınması təmin edilmişdir. xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri aralığında vergi ödəyicisi tərəfindən vergi orqanına bəyan edilmiş dövriyyə məbləğinin 126868,53 manat olmasına baxmayaraq əldə edilmiş uçot sənədlərinə, həmçinin vergi orqanında olan cədvəl məlumatlarına əsasən həmin dövr üzrə müəyyən edilmiş dövriyyə məbləğinin 1132683,5 manat olması nəticəsində 1005814,97 manat kənarlaşma aşkar edilmişdir. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********445200 nömrəli xidməti məruzəsi əsasında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kameral vergi yoxlaması ilə 2021-ci ilin noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üçün ƏDV bəyannamələri üzrə ümumilikdə 164 659,68 manat əlavə vergi məbləği hesablanmışdır. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkar tərəfindən yeni nəsil kassa aparatı vasitəsilə 2022-ci ilin fevral ayı ərzində pərakəndə satış həyata keçirilmədiyi, 2022-ci ilin mart ayı ərzində 287,54 manat, 2022-ci ilin aprel ayı ərzində 489,41 manat və 2022-ci ilin may ayı ərzində 618,26 manat pərakəndə satışın həyata keçirildiyi, nəzarət-kassa aparatına qeyd olunan dövrlər ərzində mədaxil olunan pul vəsaitlərinin ƏDV-dən azad olunan əməliyyatlarla bağlı mədaxil olunmuş pul vəsaitləri olduğu, araşdırılan dövr ərzində elektron qaimə- fakturalarına əsasən 169309,34 manat (ƏDV daxil) dəyərində müxtəlif çeşiddə malların alındığı, Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsi (VÖEN: **********) tərəfindən fərdi sahibkara xx.xx.2022-ci il tarixli EBBV seriyalı, 188162 nömrəli “Açıq məkana reklam yayım haqqı” adı ilə elektron qaimə-fakturasının təqdim edildiyi, araşdırılan dövr ərzində elektron qaimə-fakturalarına əsasən malların (işlərin, xidmətlərin) təqdim edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı, elektron alış aktına əsasən malların alınıb-satılmadığı müəyyən edilmişdir. Fərdi sahibkarın fəaliyyət göstərdiyi təsərrüfat subyektində (obyektində) keçirilən operativ vergi nəzarəti tədbirləri nəticəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu aşkar edilmiş, bu səbəbdən fərdi sahibkara Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1 000,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli **********0620 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və xx.xx.2022-ci il tarixli **********0620 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəuul edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab- faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 4280,05 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və xx.xx.2022-ci il tarixli **********0985 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Vergi Məcəlləsinin 159.7-ci maddəsi ƏDV məqsədləri üçün qeydiyyatda olan şəxsin əldə etdiyi elektron vergi hesab- fakturaları (01.01,2020-ci il tarixdən etibarən elektron qaimə- fakturalar) üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr edildiyi halda ƏDV-ni əvəzləşdirmək hüququnun olmadığı hallara münasibətdə tətbiq edilir. Eyni zamanda ƏDV ödəyiciləri tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilən hallar və məhdudiyyətlər Vergi Məcəlləsinin 175-ci maddəsində təsbit edilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Bu səbəbdən vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyata alınanadək əldə etdiyi, habelə ƏDV məqsədləri üçün qeydiyyatda olan zaman malların dəyərini nağd qaydada ödədiyi halda malların təqdim edilməsi ƏDV-nin vergitutma obyekti hesab edilir. Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin ƏDV ödənilməklə apardığı əməliyyatlara tətbiq edilir və şəxs tərəfindən sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə alınmış malların ƏDV ödəyicisi olduğu dövrdə təqdim edilməsi ƏDV tutulan əməliyyat hesab edilir və ümumi qaydada 18 faiz dərəcə ilə vergiyə cəlb edilir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********581200 nömrəli qərardan görünür ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və sığorta haqqı üzrə məbləğ 20264,37 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 0,00 manat müəyyən edilmişdir. **********583600 nömrəli qərardan görünür ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və sığorta haqqı üzrə məbləğ 28263,94 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 23884,53 manat müəyyən edilmişdir. **********585000 nömrəli qərardan görünür ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və sığorta haqqı üzrə məbləğ 20116,88 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 59242,72 manat müəyyən edilmişdir. **********586700 nömrəli qərardan görünür ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və sığorta haqqı üzrə məbləğ 27572,76 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 83785,32 manat müəyyən edilmişdir. **********587400 nömrəli qərardan görünür ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və sığorta haqqı üzrə məbləğ 32865,80 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 116459,04 manat müəyyən edilmişdir. **********588100 nömrəli qərardan görünür ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və sığorta haqqı üzrə məbləğ 20670,26 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 154649,10 manat müəyyən edilmişdir. **********590200 nömrəli qərardan görünür ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və sığorta haqqı üzrə məbləğ 14905,67 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 178047,83 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, **********219000 nömrəli qərardan görünür ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və sığorta haqqı üzrə məbləğ 21680,68 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 360356,12 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(118)-341/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********581200 saylı, **********583600 saylı, **********585000 saylı, **********586700 saylı, **********587400 saylı, **********588100 saylı, **********590200 saylı və xx.xx.2024-cü il tarixli, **********219000 nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanının bir təsərrüfat subyektində (obyektdə) 11 nəfər vergi müfəttişinin iştirakı ilə tədbir həyata keçirməsi, tədbir zamanı yoxlamanın predmetinə aid olmayan sənədlərin, o cümlədən komputerdən elektron faylların götürülməsi, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli Tələbnamədə sənədlərin və əşyaların vergi orqanına təqdim edilməsi üçün 1 iş günü müddəti müəyyən edilməsinə baxmayaraq, sənədlərin və əşyaların götürülməsi haqqında protokolun həmin gün tərtib edilməsi cavabdehin OVN tədbirini həyata keçirməkdə həqiqi məqsədinin komputer məlumatlarının götürülməsindən ibarət olduğunu təsdiq edir. Bundan başqa, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli Protokolda iddiaçıya məxsus obyektdə yerləşən komputerdən elektron faylın (flaşkartın) götürüldüyü qeyd edilsə də, həmin elektron faylın və ya faylların komputerdən flaşkarta necə emal edildiyi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, komputerdən hər hansı elektron faylın emal edilməsi xüsusi bilik tələb edən sahədir və həmin proses mütəxəssisin iştirakı ilə həyata keçirilməli idi. Həmçinin məhkəmə qeyd edir ki, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli Protokolda iddiaçıya məxsus obyektdən izahat, şəxsiyyət vəsiqəsi və elektron fayl (flaşkart) götürüldüyü qeyd edilsə də, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli protokolda öz əksini tapmamış əlavə 2 sənəd - xx.xx.2022-ci il tarixli 2021-2022-ci illər üzrə satış dövriyyəsi barədə 2 cədvəl təqdim edilmişdir. Bundan başqa, iddia ərizəsinə qarşı etiraza edilmiş təhvil-təslim barədə aktdan görünür ki, OVN zamanı götürülmüş dövriyyə sənədləri və fləşkart cavabdeh vergi orqanına xx.xx.2022-ci il tarixdə, yəni nəzarət tədbirindən 2 ay 24 gün sonra təhvil verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, operativ vergi nəzarəti tədbiri çərçivəsində elektron faylın emalı mütəxəssis iştirakı ilə həyata keçirilmədiyindən, faylın komputerdən fləşkarta necə emal edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən və “Səndələrin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli Protokolda vergilərin hesablanması zamanı istifadə edilən əsas mənbə - xx.xx.2022-ci il tarixli dövriyyə cədvəlləri barədə hər hansı qeyd olmadığından, istinad olunan “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün mötəbər sənəd və əlaqəli məlumat hesab edilə bilməz. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-1(118)-341/2024 nömrəli Qərarında qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 002723 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolda iddiaçıya məxsus obyektdə yerləşən kompüterdən elektron faylın (flaşkartın) götürüldüyü qeyd edilsə də, həmin elektron faylın və ya faylların kompüterdən flaşkarta necə emal edildiyi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, kompüterdən hər hansı elektron faylın emal edilməsi xüsusi bilik tələb edən sahədir və həmin proses mütəxəssisin iştirakı ilə həyata keçirilməli idi. Sumqayıt İnzibati Məhkəməsinin bu mülahizəsi ilə bağlı qeyd edilir ki, vergilərin hesablanması üçün əsas olmuş elektron fayl, sadəcə olaraq, kompüter bazasından flaşkarta köçürülməklə vergi orqanı əməkdaşları tərəfindən əldə edilmişdir və həmin proses zamanı vergi orqanı əməkdaşları tərəfindən hər hansı texniki yanlışlığa yol verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)- 341/2024 nömrəli Qərarında qeyd edilmişdir ki, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamədə sənədlərin və əşyaların vergi orqanına təqdim edilməsi üçün 1 iş günü müəyyən edilməsinə baxmayaraq, sənədlərin və əşyaların götürülməsi haqqında protokolun həmin gün tərtib edilməsi cavabdehin OVN tədbirini həyata keçirməkdə həqiqi məqsədinin kompüter məlumatlarının götürülməsindən ibarət olduğunu təsdiq edir. Bu məsələ ilə bağlı, ilk növbədə, qeyd edilir ki, AR-nın Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron fayİlari 1 iş günü ərzində təqdim etməlidir. Lakin, İddiaçı vergidən yayınması ilə bağlı məlumatları özündə əks etdirən bu sənəd “qara mühasibatlıq” sənədi olduğundan vergi ödəyicisinin dövlət büdcəsindən yayındırdığı məbləğlərin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi və sənədin həmin gün götürülməsi zəruri idi. Belə ki, həmin sənədin 1 gün müddətində vergi ödəyicisindən götürülməməsi, gələcəkdə həmin sənədin üzərində dəyişikliklər edilməsi ilə nəticələ bilərdi ki, belə olduğu təqdirdə, həmin faktların bir daha aşkara çıxarılması mümkünsüz olacaqdır. Keçirilən operativ vergi nəzarətinin adından da müşahidə edildiyi kimi bu məsələdə operativlik faktların aşkara çıxarılmasında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan da vergi orqanı əməkdaşları tərəfindən “qara mühasibatlıq” sənədlərinin həmin gün götürülməsi qanun pozuntusu kimi qəbul edilə bilməzdi. Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-1(118)-341/2024 nömrəli Qərarında, həmçinin, qeyd edir ki, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolda iddiaçıya məxsus obyektdən izahat, şəxsiyyət vəsiqəsi və elektron fayl (flaşkart) götürüldüyü qeyd edilsə də, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli protokolda öz əksini tapmamış əlavə 2 sənəd xx.xx.2022-ci il tarixli 2021-2022-ci illər üzrə satış dövriyyəsi barədə 2 cədvəl təqdim edilmişdir. Bu məsələ ilə bağlı qeyd edilir ki, xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 002723 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolda izahatlar, şəxsiyyət vəsiqəsinin surəti və elektron fayl götürüldüyü qeyd edilmişdir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-341/2024 nömrəli Qərarında da elektron fayl ifadəsi əks etdirilmiş, daha sonra isə açıqlaması kimi flaşkart ifadəsinə yer verilmişdir. Qeyd edilir ki, götürülən sənədlər “qara mühasibatlıq” sənədləri olmaqla vergi ödəyicisinin real dövriyyəsini əks etdirir və vergi ödəyicisindən alınmış izahatlarda da qeyd edilən məlumatlar öz təsdiqini tapmışdır. Hansı ki, vergi ödəyicisi olan İddiaçı xx.xx.2022ci il tarixli izahatında malların elektron-qaimə faktura və digər rəsmi alış sənədləri olmadan əldə edildiyi bildirilmişdir. Əlavə olaraq qeyd edilir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 20 dekabr 2023-cü il tarixli, 9/5507 nömrəli Ekspert Rəyi əsassız və qanunazidd hesab edilir. Belə ki, “qara mühasibatlıq” fərdi sahibkarın aktivləri, passivləri, mənfəətləri, xərcləri ilə bağlı qeyri-rəsmi mühasibat sənədlərinin toplusunu özündə əks etdirir. Yəni qara mühasibatlıq, əslində, həmin vergi ödəyicisinin real mənfəətini və xərclərini göstərir, həmin ödəyicinin dövlətə verdiyi rəsmi vergi bəyannaməsində isə vergidən yayınmaq üçün ya xərclər çox göstərilir, ya da ki, gəlir və yaxud mənfəət az göstərilərək vergi ödəyicisinin real dövriyyəsi gizlədilir. Bu hal vergi ödəyicisi olan İddiaçı xx.xx.2022- ci il tarixli izahatında da öz əksini tapmışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixli izahatında malların elektron-qaimə faktura və digər rəsmi alış sənədləri olmadan əldə edildiyini bildirmişdir. Bu baxımdan “qara mühasibatlıq” sənədlərinin rəsmi sənəd olmaması əsas gətirilərək vergi öhdəliyinin və ƏDV-nin məqsədləri üçün qeydiyyat tarixinin müəyyən edilməsinin mümkün olmaması yanlış qənaətdir və əsaslı hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli Protokolu heç bir əsas olmadan sübut kimi qəbul etməkdən imtina etməkdə haqlı olmamışdır. Ümumiyyətlə birinci instansiya məhkəməsi hazırkı inzibati işə birtərəfli baxmış, iddiaçının mövqeyindən çıxış edərək onun hüquq və mənafelərinə uyğun qərar çıxarmış, cavabdeh vergi orqanı tərəfindən təqdim olunan sübutlara qiymət verməmiş, sübut kimi qəbul etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmiş, beləliklə, büdcəyə çatmalı olan vergilərin yayındırılmasına şərait yaratmışdır. b) İddiaçının vəkili və nümayəndəsi “Elektron məhkəmə” informasiya sitemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayətinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, hazırki işdə cavabdeh vergi orqanı iddiaçıya münasibətdə vergi nəzarətini kameral vergi yoxlaması qaydasında həyata keçirmiş və yoxlama zamanı vergilərin hesablanması məqsədilə mənbə qismində “qara mühasibatlıq” sənədlərinə istinad etmişdir. Hazırki işin hallarından göründüyü kimi, cavabdeh vergi orqanının yeganə sübutu qara mühasibatlıq sənədləridir (elektron fayl və ondan emal edilmiş 2 ədəd cədvəl) və cavabdeh istər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı hesablamaya dair hər hansı digər təkzibolunmaz və dəstəkləyici mənbələr təqdim edə bilməmişdir. Kassasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-840/2024 nömrəli qərarından aydın olur ki, qara mühasibatlıq sənədləri yalnız o halda istifadə edilə bilər ki, həmin sənədlərin iddiaçıya aidiyyəti (ona məxsus olduğu) müəyyən edilsin və həmin sənədlər məzmun baxımından yetərli və inandırıcı (iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir) olsun. Qeyd olunan tələbləri hazırki işə tətbiq etdikdə aydın olur ki, cavabdehin istinad etdiyi qara mühasibatlıq sənədləri aidiyyət, məzmun və yetərliliklə bağlı tələblərə cavab vermir. “Qara mühasibatlıq” sənədlərinin aidiyətlə bağlı tələblərə cavab verməməsinə münasibətdə aşağıdakılar qeyd edilir: Aidiyyətlə bağlı ilk öncə qeyd edilir ki, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli Protokolda iddiaçıya məxsus obyektdən izahat, şəxsiyyət vəsiqəsi və elektron fayl (flaşkart) götürüldüyü qeyd edilsə də, elektron faylların hansı komputerdən götürüldüyü, həmin komputerin kimə məxsus olması barədə hər hansı qeyd mövcud deyil. Halbuki, aidiyyət baxımından faylların hansı komputerdən götürüldüyü dəqiq müəyyən edilməlidir. Belə ki, komputer iddiaçıya məxsus olduğu təqdirdə, götürülmüş sənədlər aidiyyət tələblərinə cavab verə bilər. Bundan başqa, elektron faylların komputerdən necə emal edildiyi də qeyri-müəyyəndir. Belə ki, iş materiallarından göründüyü kimi, elektron fayllar şəxsən iddiaçı tərəfindən verilməmiş, cavabdeh vergi orqanı özü həmin faylları komputerdən hər hansı mütəxəssis cəlb etmədən emal etmişdir. Bu isə o deməkdir ki, hətta götürülmüş komputer iddiaçıya məxsus olsa belə, elektron fayllarıdakı məlumatların mötəbərliyi şübhə altındadır. Bundan başqa, cavabdeh iddiaçının obyektindəki komputerdən emal edilmiş elektron faylları və onların daxil edildiyi flaşkartı məhkəməyə sübut qismində təqdim edə bilməmişdir. Cavabdehin bu halla bağlı yeganə dəlili odur ki, iddiaçı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli Protokolu və iki ədəd dövriyyə cədvəlini imzalamışdır. Bununla bağlı qeyd edilir ki, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli Protokolda iddiaçıya məxsus obyektdən izahat, şəxsiyyət vəsiqəsi və elektron fayl (flaşkart) götürüldüyü qeyd edilsə də, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli protokolda öz əksini tapmamış əlavə 2 sənəd - xx.xx.2022-ci il tarixli 2021-2022-ci illər üzrə satış dövriyyəsi barədə 2 cədvəl təqdim edilmişdir. Bundan başqa, iddia ərizəsinə qarşı etiraza edilmiş təhvil-təslim barədə aktdan görünür ki, OVN zamanı götürülmüş dövriyyə sənədləri və fləşkart cavabdeh vergi orqanına xx.xx.2022-ci il tarixdə, yəni nəzarət tədbirindən 2 ay 24 gün sonra təhvil verilmişdir. Göstərilən faktlar onu göstərir ki, 2 ədəd cədvəl nəzarət tədbirinin həyata keçirildiyi gün tərtib edilməmişdir ki, bu da götürülmüş elektron faylların və həmin fayllar əsasında tərtib edilmiş cədvəllərin mötəbərliyini ciddi şübhə altına alır. Bundan başqa, 2 cədvəl arasında da ziddiyyət mövcuddur. Belə ki, ilk cədvəldə ümumi real dövriyyə 669,328.14 manat göstərilsə də, ikinci cədvəldə həmin dövriyyə 1,137,483.52 manat məbləğində əks etdirilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, obyektin dövriyyəsini əks etdirdiyi iddia olunan 2 ədəd cədvəl müvafiq operativ vergi nəzarəti həyata keçirilən xx.xx.2022-ci il tarixdə deyil, daha sonrakı tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən məcburi qaydada və yalan vədlər nəticəsində iddiaçıya imzalatdırılmışdır. Qara mühasibatlıq sənədlərinin məzmun baxımından yetərli və inandırıcı olmasına münasibətdə isə aşağıdakılar qeyd edilir. Yuxarıda qeyd edildiyi kimi qara mühasibatlıq sənədləri məzmun baxımından yetərli və inandırıcı olmalı, yəni iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir. Lakin iş materiallarından göründüyü kimi, cavabdehin təqdim etdiyi yeganə sübut - 2 cədvəl yuxarıda qeyd olunan tələblərə qətiyyən cavab vermir. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən tərtib edilmiş cədvəllərdə sadəcə ümumi dövriyyə qeyd edilmiş, lakin dövriyyəni təşkil edən satışların iddiaçının sahibkarlıq fəaliyyətinə aid olub-olmadığını, hansı malların satıldığını, onların miqdarını və ya qiymətini, satışa dair ödənişlərin edilib-edilmədiyini və digər halları müəyyən etmək mümkün deyil. Beləliklə, qeyd olunanları ümumiləşdirsək cavabdehin istinad etdiyi qara mühasibatlıq sənədləri məzmun və yetərliliklə bağlı tələblərə də cavab vermir. Bundan başqa qeyd edilir ki, vergi orqanı tərəfindən təqdim edilmiş məlumatlara əsasən iddiaçı vergi uçotuna xx.xx.2021-ci il tarixdə, Quba rayonu, Nügədi 1 ünvanında ümumi sahəsi 700,0 m2 olan təsərrüfat subyekti (obyekti) xx.xx.2021-ci il tarixdə, VS43217S50875 zavod nömrəli, SUNMİ V1S markalı nəzarət kassa aparatı isə xx.xx.2022-ci il tarixdə uçota alınmışdır. Göründüyü kimi, iddiaçının obyekti xx.xx.2021-ci il tarixdə, nəzarət kassa aparatı isə xx.xx.2022-ci il tarixdə uçota alınmışdır. Lakin buna baxmayaraq cavabdeh vergi orqanı qara mühasibatlıq sənədlərinə iddiaçının vergiyə cəlb edilən satışını xx.xx.2021-ci il tarixdən hesablamışdır. Bu zaman sual yaranır ki, əgər iddiaçının obyekti xx.xx.2021-ci il tarixdən, nəzarət kassa aparatı isə xx.xx.2022-ci il tarixdən qeydə alınmışdırsa, o halda iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək satışı necə və harada həyata keçirmişdir. Qeyd edilir ki, cavabdeh vergi orqanı iddiaçının xx.xx.2021ci il tarixdən xx.xx.2022- ci il tarixədək qeyri-qanuni şəkildə, yəni obyektini və nəzarətkassa aparatını uçota aldırmadan hər hansı yerdə satış həyata keçirməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1.6 Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Maddə 2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Maddə 2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********581200, **********583600, **********585000, **********586700, **********587400, **********588100, **********590200 və xx.xx.2024-cü il tarixli, **********219000 nömrəli qərarların ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi orqanı qeyd olunan qara mühasibatlıq sənədlərinə əsasən Vergi Məcəlləsinin 157.3-cü maddəsinə əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınması öhdəliyinin yarandığını müəyyən etmiş və məcburi qaydada ƏDV qeydiyyatına alınmasını təmin etmişdir. Bundan başqa, vergi orqanı qeyd olunan qara mühasibatlıq sənədlərinə əsasən xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri aralığında vergi ödəyicisi tərəfindən vergi orqanına bəyan edilmiş dövriyyə məbləğinin 126,868.53 manat olmasına baxmayaraq, əldə edilmiş uçot sənədlərinə, həmçinin vergi orqanında olan cədvəl məlumatlarına əsasən həmin dövr üzrə müəyyən edilmiş dövriyyə məbləğinin 1,132,683.5 manat olması nəticəsində 1,005,814.97 manat kənarlaşma aşkar etmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması haqqında” xx.xx.2022-ci il tarixli **********152300 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin noyabr ayı üzrə 20264,37 manat, dekabr ayı üzrə 28263,94 manat, 2022-ci ilin yanvar ayı üzrə 20116,88 manat, fevral ayı üzrə 27572,76 manat, mart ayı üzrə 32865,80 manat, aprel ayı üzrə 20670,26 manat, may ayı üzrə 14905,67 manat əlavə dəyər vergisi və 2022-ci il üzrə 21680,68 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********581200, **********590200, **********588100, **********587400, **********586700, **********585000 və **********583600 nömrəli və xx.xx.2024-cü il tarixli **********219000 nömrəli qərarlar qəbul olunmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********581200, **********590200, **********588100, **********587400, **********586700, **********585000 və **********583600 nömrəli və xx.xx.2024-cü il tarixli **********219000 nömrəli qərarların ləğvinə yönəlmişdir. İlk növbədə, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Hazırkı iş üzrə iddiaçı barəsində aparılmış kameral vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını “qara mühasibatlıq” sənədləri təşkil edir. Cavabdehin qeyd olunan sənədlər əsasında vergi hesablanmasının qanuniliyinə dair əsas dəlili ondan ibarətdir ki, həmin sənədlər vergi ödəyicisinin təsərrüfat subyektindən götürüldüyündən mənbəyi bəllidir və bu sənədlər əsasında iddiaçıya vergilərin hesablanması vergi qanunvericiliyində birbaşa nəzərdə tutulmuşdur (Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi). Məhkəmə kollegiyası oxşar işlər üzrə qəbul edilmiş məhkəmə qərarlarındakı hüquqi mövqeni təkrarlayaraq qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda kameral vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, vergi orqanı yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Hazırkı iş üzrə isə cavabdeh mübahisələndirilən qərarların İPM-nin 14.1-ci maddəsi baxımından qanuniliyini sübuta yetirə bilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə edilmişdir. Halbuki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar – cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. Beləliklə, yoxlamada əldə edilən «qara mühasibatlıq» sənədlərindən istifadə edilməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə ziddir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, vergi yoxlamasının aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Həmçinin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2023-cü il tarixli, 9/5507 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, vergilərin hesablanmasına dair ilkin uçot sənədləri tam şəkildə təqdim edilmədiyindən, fərdi sahibkar İddiaçı noyabr 2021-may 2022 hesabat dövrləri üzrə dövlət büdcəsinə ödəməli olduğu vergi məbləğinin müəyyən edilməsi mümkün olmadı. Vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş “qara mühasibatlıq” sənədlərinə əsasən İddiaçı noyabr 2021may 2022 hesabat dövrləri üzrə vergi öhdəliyinin müəyyən edilməsi mümkün olmadı. Vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyat tarixinin müəyyən edilməsi mümkün olmadı. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2021-ci ilin noyabr-dekabr, 2022-ci ilin yanvar-may ayları üzrə hesablanmış ümumilikdə 164659,68 manat əlavə vergi məbləğinin düzgünlüyü öz təsdiqini tapmadı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən sözügedən ekspert rəyinə verilmiş hüquqi qiymətləndirmə ilə də razılaşır. Əlavə olaraq məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-840/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qərarındakı hüquqi mövqeyə diqqət edərək aşağıdakıları qeyd edir: Cavabdeh “qara mühasibatlıq” sənədlərindən yalnız həmin sənədlərin aşağıdakı aidiyyət, məzmun və yetərliliklə bağlı tələblərə cavab verdiyi təqdirdə istifadə edə bilər. İlk növbədə, həmin sənədlərin vergi ödəyicisinə aidiyyəti müəyyən olunmalı, yəni sənədlərin barəsində vergi yoxlaması və hesablama aparılan şəxsə məxsus olduğu müəyyən və təsdiq olunmalıdır. Bu zaman “qara mühasibatlıq” sənədlərinin elektron və ya kağız daşıyıcıda olması hər hansı əhəmiyyət kəsb etmir. Həmçinin, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir. Vergi orqanı tərəfindən bu tələblərə cavab verməyən “qara mühasibatlıq” sənədlərindən istifadə olunmaqla vergilərin hesablanması yolverilməzdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh inzibati orqanın nümayəndəsi xx.xx.2022-ci il tarixli cədvəldə iddiaçıya məxsus imzanın olmasını, həmin sənəddə qeyd olunan rəqəmlərin mağazanın sahibkarlıq fəaliyyətini əks etdirdiyini qeyd etmişdir. İddiaçının vəkili və nümayəndəsi isə həmin dəlilə münasibətdə qeyd etmişdir ki, iddiaçının imzaladığı cədvəlin izahat kimi qəbul edilməsini düzgün hesab etmir. Belə ki, həmin cədvəldə sadəcə rəqəmlər və imza var. Elektron sənədin 2 ildən çox müddət keçdikdən sonra təqdim edilməsi düzgün deyil, mötəbərliyi şübhə altındadır. Əlavə olaraq cavabdeh inzibati orqan tərəfindən təqdim edilən fləşkartın vergi yoxlaması zamanı götürülən fləşkart olub-olmaması da şübhə doğurur. Həmçinin fləşkart götürüldüyü zaman tərtib olunan protokolda hazırda təqdim edilən cədvəl barədə məlumat qeyd olmamışdır. Məhkəmə kollegiyası təqdim edilən “qara mühasibatlıq” sənədləri əsasında mübahisələndirilən qərarların qəbul edilməsini əsassız hesab edir. Belə ki, cavabdeh inzibati orqan yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktların qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı işdə cavabdeh inzibati orqan digər bir vergi orqanının apardığı icraat nəticəsində müəyyən edilmiş “qara mühasibatlıq” məlumatlarına əsaslanaraq hazırkı mübahisələndirilən qərarları qəbul etmişdir ki, məhkəmə kollegiyası bu halı da mübahisələndirilən inzibati aktların qəbul edilməsində etibarlı sübutlardan istifadə edilməmə halı kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(118)-341/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar