Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-888/2023 21.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-525/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya məxsus НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, o, 1970-1972-cü illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuş, xx.xx.1992-xx.xx.1993-cü tarixlərdə N nömrəli hərbi hissənin tabeliyində Laçın, Turşsu, Ağdam istiqamətlərində döyüş əməliyytarında iştirak etmişdir. SHÇDX-nin Abşeron rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli 321 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1992-xx.xx.1993-cü il tarixədək N və N saylı hərbi hissələrdə hərbi xidmət keçmişdir. SHÇDX-nin Yasamal rayon şöbəsinin xx.xx.2021-ci il tarixli H/761 saylı arayışından görünür ki, səfərbərliklə çağrılmış hərbi vəzifəlilərin Əlifba kitabı üzrə İddiaçı xx.xx.1992-ci il tarixdə keçmiş Yasamal rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar Milli Ordu sıralarına çağırılmağı barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkzəi Arxivinin xx.xx.2019cu il tarixli 9/2 -166674 saylı məktubundan görünür ki, İddiaçı Əlibala oğlu N N-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 169 №-li nizami hissə uzrə əmrində (əsas səh 2 § 5, əmrdə adı Rəhim yazılmışdır) müqavilə müddəti bitdiyi üçun X4 şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Yasamal RHK-na göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N №-li hərbi hissənin aprel, iyul 1992-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Əlibala oğlunun xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Əlibala oğlunun döyüş bölgələrinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməmişdir.N №-li hərbi hissə komandirinin mart 1992-ci il tarixli nizami hissə üzrə əmrləri və N Nq-İİ hərbi hissə komandirinin aprel, iyul 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı Əlibala oğlunun xidməti barədə 27.11 2015-ci ıl tarixli 9/2- 8703 №-li, xx.xx.2019-cu il tarixli 9/2-10577 Nq-İİ, xx.xx.2019-cu il tarixli 9/2-12112 №-li və xx.xx.2019-cu il tarixli 9/2- 13654 №-li məktublarla ünvanına cavab göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanlanmış verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Müharibə veteranı" vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakınızı təsdiq dən sənədləri (hərbi biletinizin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini və ya hərbi bilet əvəzi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, əgər varsa hərbi xidmətiniz haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməyinizi qeyd etməklə ətraflı ərizənizə əlavə edərək Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran. adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərdiyiniz təqdirdə komissiyanın iclasında müraciətinizə baxılaraq barənizdə müvafiq qərar qəbul oluna bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən Yasamal RHK-dan çağırılmış, starşina İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 106 №-li əmrilə (əsas: §-1, sıra-9, səh-15) şəxsi heyətin siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunmuş 4-cü QADN-da feldşer vəzifəsinə təyin edilmişdir.N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 109 №-li əmrilə (əsas: §-8, səh-22) starşina İddiaçı 4-cü QADN-da feldşer vəzifəsinin icrasına başlamış hesab edilmişdir.N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 169 №-li əmrində (əsas: §-5, səh-2, əmrdə adı "Rahim” və atasının adı "Əlibala" yazılmışdır) müqavilə müddəti bitdiyi üçün 4-cü QADN-nun feldşeri, sıravi X5 şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Yasamal RHKna göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin sentyabr-noyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat aşkar olunmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il, xx.xx.1992-06.11,1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı (X8) oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin mart 1992-ci il tarixli nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin mart-oktyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.110 №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7494/2022 saylı qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.1992-ci il tarixdən könüllü olaraq İ Qarabağ müharibəsində iştirak etmişdir. O, Badamdar qəsəbəsində yerləşən N və N saylı hərbi hissələrin tərkibində xidmət etmiş, daha sonra döyüş əməliyyatları gedən bölgələrə ezam olunaraq Laçın rayonu, Ağdam rayonu, Turşsu qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N və N nömrəli hərbi hissənin komandirinin xx.xx.1993-cü il tarixli, batalyon şəxsi heyətinin sıralarından azad edilmişdir. Həmin hərbi hissələr döyüş əməliyyatlarını yerinə yetirən hərbi hissələrin sırasına daxildir. İddiaçı müharibə veteranı statusunun verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müvafiq sənədlərlə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 4/3- 1926 saylı məktubu ilə ona imtina vermişdiur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 30 oktyabr 2019-cu il tarixli 9/2-16674 nömrəli arayışına əsasən 1992-ci il tarixdə N nömrəli hərbi hissənin tərkibində döyüş əməlliyatları aparılan zaman İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteram adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumlar tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədiər əsasında verilməlidir.Lakin, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Müdafiə Nazirliyi hesab edirik ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur, iddiaçının hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-525/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının hərbi xidmət ərzində döyüş əməliyyatları gedən bölgələrə ezamm olunması və qanuni şəkildə təxris edilməsi öz təsdiqini tapmadı. İddiaçının xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etməsi barədə məlumat Müdafiə Nazirliyinin Mərkəzi Arxivində aşkar edilməmişdir, lakin həmin hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatları aparan hərbi hissə olması qeyd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mühüm əhəmiyyət kəsb edən faktların araşdırılmaması ilə bağlı olan hissədə adının arxiv arayışında olmamamsını 1992- 1994-cü illər ərzində hərbi hissədə bəzən adının Rahim, bəzən də Rahib kimi olması, ata adının isə bəzən Əlibala və Əlibaba kimi adlandırılmasından yaranıb. Birinci instansiya məhkəməsinin hakimi isə bütün bunları xidməti vəzifəsinə uyğun olaraq araşdırmamışdır. Onun tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar obyektiv, tam və hərtərəfli araşdırılmamışdır. İddiaçı tərəfindən mühüm əhəmiyyəti kəsb edən bütün sənədlər təqdim edilmişdir. Hərbi biletində və AR Hərbi komissarlığından alınan arayışlarda və diqər sənədlərdə adı və ata adının doğru olduğuna baxmayaraq, Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən döyüşlərdən sonra təxris olunması arayışında texniki səhv səbəbindən İddiaçı (X6) kimi yazılıb. Bu səbəbdən onun xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etməsi barədə məlumat Müdafiə Nazirliyinin Mərkəzi Arxivində aşkar edilməmişdir, lakin həmin hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatları aparan hərbi hissə olması qeyd edilmişdir.Birinci instansiya məhkəməsi belə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının hərbi xidmət ərzində döyüş əməliyyatları gedən bölgələrə ezamın olunması və qanuni şəkildə təxris edilməsi öz təsdiqini tapmadı. Onun xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etməsi barədə məlumat Müdafiə Nazirliyinin Mərkəzi Arxivində aşkar edilməmişdir, lakin həmin hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1994- cü il tarixədək döyüş əməliyyatları aparan hərbi hissə olması qeyd edilmişdir. Adanın qeyd edilməməsi həmin zaman hərbi hissədə komandirlərin onu Rahib kimi yox, Rəhim kimi tanımaları, atanın adının bəzən Əlibala kimi yox, Əlibaba kimi yazılmamaları olubdur. Məhz bu səhvin ucbatından Müdafiə Nazirliyi tərəfindən verilmiş Arxiv arayışında İddiaçı adında olan şəxsin olmamamsı olub. AR Müdafiə Nazirliyi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli məktubunda da qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli əmrində ad Rahim, ata adı isə Əlibala yazılmışdır. Bütün bunlar sübut edir ki, adının arxiv arayında bəzən səhv adlar ilə olmasını Müdafiə Nazirliyi nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ......Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iddia tələbi iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ibarətdir. İddiaçı müharibə veteranı adının verilməsi üçün əsas kimi onun xx.xx.1992-ci il tarixdən könüllü olaraq İ Qarabağ müharibəsində iştirak etməsi, onun Badamdar qəsəbəsində yerləşən N və N saylı hərbi hissələrin tərkibində xidmət etməsi, daha sonra döyüş əməliyyatları gedən bölgələrə ezam olunaraq Laçın rayonu, Ağdam rayonu, Turşsu qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirakçısı olması halına istinad etmişdir. Cavabdeh tərəfin xx.xx.2019-cu il tarixli 9/2 -166674 saylı məktubundan görünür ki, İddiaçı Əlibala oğlu N N-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 169 №-li nizami hissə uzrə əmrində (əsas səh 2 § 5, əmrdə adı Rəhim yazılmışdır) müqavilə müddəti bitdiyi üçun X4 şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Yasamal RHK-na göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N №-li hərbi hissənin aprel, iyul 1992-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Əlibala oğlunun xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Əlibala oğlunun döyüş bölgələrinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməmişdir.N №-li hərbi hissə komandirinin mart 1992-ci il tarixli nizami hissə üzrə əmrləri və N Nq-İİ hərbi hissə komandirinin aprel, iyul 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, müvafiq qanunvericilik normalarının tələbinə əsasən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər olmalıdır, həmin şərtlərə şəxsin müvafiq döyüş əməliyyatlarını həyata keçirən hərbi hissənin tərkibində olması (bununla da aparılmış döyüş əməliyyatlarında iştirak etməsi) və həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması halı daxildir. İndiki halda iddiaçının döyüş əməliyyatları gedən bölgələrə ezam olunması (habelə könüllü olaraq iştirak etməsi) və iddiaçının həmin hərbi hissələrdən qanuni əsaslarla təxris olunası halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatında onun mübaribəyə 1992-ci ildə getdiyi, 3 ay sonra geri qayıtdığı, 3 azyaşlı qızına baxan olmadığı üçün könüllü şəkildə geri qayıtdığını, N və N nömrəli hərbi hissələrin tərkibində döyüşdüyünü, hərbi xidmətdə 1972-1974-cü illərdə olduğunu, müharibəyə Müdafiə Nazirliyinin xətti ilə könüllü olaraq getdiyini göstərmişdir. Göründüyü kimi hətta iddiaçının döyüş əməliyyatlarında iştirakı etməsi halı müəyyən edilsə idi belə, onun hərbi hissədən qanuni əsaslarla təxris olunması halı aşkar olunmadığından (hansı ki bu halı iddiaçı özü də təsdiq edir) iddia tələbi əsaslı olmamışdır. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi hallar yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə və iş materialları əsasında təkzib olunur. Eyni zamanda qeyd edilməlidir ki, “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə qeyd edilmiş normanın tələbinə əsasən müharibə veteranı adının verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməlidir. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı apellyasiya şikayətinin dəlili kimi onun adı və ata adı ilə bağlı sənədlərdə texniki səhv olduğunu, bununla bağlı araşdırmanın tam aparılmadığını, digər ad və ata adı ilə bağlı sənədlərin də araşdırılmadığını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan cavabdeh inzibati orqanın məktubunun məzmununda həm ad olaraq “Rahib” və “Rəhim (Rahim)”, ata adı olaraq “Əlibala” və “Əlibaba” olaraq sənədlərin araşdırılmasının nəticəsinin qeyd edildiyi aşkar olunur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bununla bağlı hissədə də apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi hallar əsassız olmuşdur. Göründüyü kimi, hazırki iddia tələbi qanunvericiliyin qeyd olunan dispozitiv şərtləri ilə uzlaşmır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh inzibati orqannın imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməməklə düzgün nətcəyə gəlmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-525/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-888/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-888/2023
21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver