Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-89/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: Məmmədov Zaur İkram oğlu, X1 və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli 3-21-2-9/2-1271/2024 və 03 sentyabr 2024-cü il tarixli 3-21-2-9/2-20449/2024 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(118)- 180/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Kameral vergi yoxlaması üçün zəruri olan sənədələrin (məlumatların) tələb edilməsi haqqında və xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC-dən sənədlərin təqdim edilməsi tələb olunmuşdur. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 03 mart 2022-ci il tarixli **********206800 saylı qərarından görünür ki, İddiaçı MMC barəsində kameral qaydada yoxlama keçirilmiş və 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 116779.7 manat əlavə vergi hesablanmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 04 aprel 2023-cü il tarixli **********402000 saylı qərardan görünür ki, İddiaçı MMC-də keçirilmiş kameral qaydada yoxlama nəticəsində 2022-ci ilin mənfəət vergisi üzrə 40233.56 manat məbləğində əlavə vergi hesablanmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli 3- 21-2-9/2-1271/2024 saylı qərardan görünür ki, İddiaçı MMC-yə 2022-ci ilin mənfəət vergisi üzrə 40233.53 manat məbləğində əlavə vergi hesablanmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 03 sentyabr 2024-cü il tarixli 3-21-2-9/2-20449/2024 saylı qərardan görünür ki, İddiaçı MMC-yə 2021-ci ilin mənfəət vergisi üzrə 110.409,34 manat məbləğində əlavə vergi hesablanmışdır. İddiaçı MMC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 2021ci il mənfəət vergisi üzrə 03 mart 2022-ci il tarixli **********206800 saylı “Vergilərin, sosial və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim etmiş, sonuncu ərizədə cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 03 mart 2022-ci il tarixli **********206800 saylı və 04 aprel 2023-cü il tarixli **********402000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı müəssisəyə 03 mart 2022-ci il tarixli qərarla kameral vergi yoxlaması nəticəsində əlavə vergi borcu hesablanmışdır. Bundan əvvəl vergi orqanı tərəfindən iddiaçıya uyğunsuzluq məktubu ünvanlanmış və iddiaçı cavab olaraq bildirmişdir ki, 2-ci bəndə uyğun olaraq idxal olunan nəqliyyat vasitəsindən əlavə xx.xx.2021-ci il tarixdə X4 tərəfindən EBBP seriyalı 042581 nömrəli e-qaimə ilə 367372.88 manat məbləğində nəqliyyat vasitəsi mədaxil olunmuş və həmin avtomobil müəssisənin əsas vəsaiti olaraq qeydiyyata alınmışdır. Nəqliyyat vasitəsinin invoys dəyəri 73950,00 manat, gömrük xərcləri isə 12021,32 manat olmuşdur. Belə ki, ümumilikdə 453344.20 manat dəyərində əsas vəsait alınmışdır. 3-cü bəndə uyğun olaraq idxal olunan nəqliyyat vasitəsinin əlavə eqaimə ilə alınan nəqliyyat vasitəsinə də amortizasiya hesablanmışdır. 1-ci və 4-cü bəndlərdə qeyd olunan uyğunsuzluqla əlaqədar dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Mənfəət bəyannaməsinin 221.2-ci sətrində (sosial sığorta haqları) qeyd olunan 5581,50 manat məbləğ 2021-ci il üzrə təqdim edilən vahid bəyannamələrdə qeyd olunan sığorta haqlarının cəminə bərabərdir. Yaranan 291,19 manat fərq isə 4 rüb üzrə icbari tibbi sığorta xərclərinin cəmidir. Xərclər əmək haqqı, sosial sığorta haqları, satılan malın maya dəyəri, icarə haqqı, bank xərcləri, əsas vəsaitin amortizasiyası, nəqliyyat xərcləri və gələn e-qaimələrə əsasən formalaşmışdır. Məhkəmədə iddia qaldırdıqdan sonra xx.xx.2022-ci il tarixdə cavabdeh təkrarən uyğunsuzluq məktubu göndərmiş və elə həmin gün əlavə vergi borcunun hesablaması barədə qərar qəbul etmişdir. Daha sonra məhkəmə araşdırması zamanı xx.xx.2022-ci il tarixli qərar vergi orqanının özü tərəfindən ləğv edilərək eyni məzmunlu 04 aprel 2023-cü il tarixli qərar qəbul edildiyindən iddiaçı həmin qərarı mübahisələndirir. Cavabdeh orqan iddia tələbinə etirazlarında qeyd etmişdir ki, 2021-ci il ərzində vergi ödəyicisi tərəfindən ƏDV-siz ümumi dəyəri 540783.35 manat olan dövriyyə üzrə elektron qaimə-faktura əldə edilmişdir. Həmin dövriyyənin 367372.9 manat məbləğində (ƏDV-siz) olan hissəsi “Mercedes Benz G63 AMG Minik” avtomobilinin alınmasına aid olmuşdur. Nəqliyyat vasitəsinin dəyəri istisna edilməklə elektron qaimə-faktura üzrə alış 173410,45 manat (5407xx.xx-367372.9=173410.45) təşkil etmişdir. Bundan başqa, 2021ci il ərzində 1616136,67 manat (ƏDV-siz) dəyərində mal idxal edilmişdir ki, həmin malların tərkibində də 1 ədəd dəyəri 91915,92 manat (ƏDV-siz) olan "BMW X5” markalı minik avtomobilinin idxal edildiyi müəyyən olunmuşdur. Minik avtomobilinin dəyəri istisna edilməklə 1524220.75 manat məbləğində (1616136,67-1915,92) idxal əmliyyatı həyata keçirilmişdir. Ümumilikdə elektron qaimə-faktura və idxal üzrə 459288.82 manat dəyərində nəqliyyat vasitəsi alınaraq, 1 nömrəli əlavədə dövr ərzində əldə edilmiş nəqliyyat vasitəsi kimi qeyd edilmiş və 1697631.20 manat məbləğində (nəqliyyat vasitəsiz) alış və idxal əməliyyatı olmuşdur. Əvvəlki il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (219292,71 manat)+cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların məbləği*(173410,45 manat)+cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləği (1524220,75 manat) ilə 1 №-li Əlavənin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (53596,38 manat) çıxılması nəticəsində yaranan 1863327,53 manat məbləğin təqdim edilmiş bəyannamənin "Xammal və materiallar”, “Malın dəyəri”, “Enerji xərcləri", "Qaz xərcləri”, "Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, "Rabitə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” və "Digər xərclər” sətirlərində” göstərilmiş xərclərin cəmi məbləği ilə (2447226,41 manat) müqayisəsi nəticəsində 583898.88 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Həmin məbləğin vergisi isə 116779.78 manat (583898,88*20%=116779.78) təşkil etdiyindən mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması ilə əlaqədar olaraq vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” və 8, 10, 17 fevral və 2 mart 2022-ci il tarixli **********268500, **********653900, **********615500 və **********562200 nömrəli məktublarla müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla bağlı əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmamışdır. "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********206800 nömrəli Qərara əsasən vergi ödəyicisinə 116779,78 manat məbləğində əlavə vergi hesablanmışdır. Həmçinin, 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində aşağıdakı məzmunda kənarlaşmalar yaranmışdır:
1. İddiaçı tərəfindən bank çıxarışı təqdim edilmişdir. Lakin xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan 17844.98 mənfi fərq təqdim etdiyi sənədlərdə öz təsdiqini tapmamışdır.
2. 09.03.2023-cü il tarixli **********761000 nömrəli müraciətində xx.xx.2022-ci il tarixində xarici nəqliyyat şirkəti (X7 ve Lojistik Dıs Ticaret Limited Sirketi) ilə 67000 USD (113900.00 AZN) dəyərində idxal olunan malların daşınması ilə əlaqədar müqavilə bağlanıldığı və xx.xx.2022-ci il tarixində müqaviləyə əsasən ödəniş edildiyi, mənfəət vergisi bəyannaməsinin 229.2-ci (Qeyri-rezident üzrə nəqliyyat xərci) sətrində xərc olaraq qeyd olunduğu bildirilsə də, nəqliyyat xidmətləri üçün ödəmələr ödəmə mənbəyində vergiyə cəlb edilməmiş, qeyd olunan nəqliyyat xərcləri xərc maddələrində göstərildiyi halda malın dəyərində təkrar göstərilmişdir.
3. 2022-ci il ərzində iddiaçı tərəfindən 280712,71 manat (ƏDV-siz) dəyərində EQF əsasında mallar, işlər və xidmətlər əldə edilmiş, vergi orqanında olan gömrük məlumatlarına əsasən invoys dəyəri 2676410,74 manat olan mallar idxal edilmişdir. Müraciətə uyğun olaraq əldə edilmiş mallardan 13460.80 manat dəyərini əsas vəsait təşkil etmişdir. Ümumilikdə il ərzində əldə edilmiş (əsas vəsaitlər istisna olmaqla) mallar, işlər və xidmətlərin ümumi dəyəri 2943662.65 manat müəyyən edilmişdir. 87267.63.0 manat təsdiqini tapmayan xərc müəyyən edilmişdir. 1-ci kənarlaşma üzrə yaranmış uyğunsuzluq vergi ödəyicisinin təqdim etdiyi sənədlər əsasında nəzərə alınmışdır. Vergi ödəyicisi il 2022-ci il üçün 7 dəfə mənfəət vergisi bəyannaməsi təqdim etmiş, təqdim edilmiş bəyannamələrdə rəqəmlər kəskin fərqlənmiş, fərqli rəqəmlərlə hesabat təqdim edildiyindən vergidən yayınma kimi qiymətləndirilmişdir. Aparılmış təhlillər üzrə dəfələrlə uyğunsuzluq məktubları göndərilmiş, yazışmalar aparılmışdır. Kameral vergi yoxlamasına əsas olan 27 mart 2023-cü il tarixli **********346800 nömrəli uyğunsuzluq məktubu üzrə kənarlaşmalar üzrə qaneedici zəruri sənədlər təqdim edilmədiyi üçün 4 aprel 2023-cü il tarixli **********402000 nömrəli qərar əsasında 40233.56 manat mənfəət vergisi hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(118)-180/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş 03 mart 2022-ci il tarixli **********206800 saylı və 04 aprel 2023-cü il tarixli **********402000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlar ləğv edilmişdir (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən “Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər”dir. Cavabdeh vergi orqanı İddiaçı MMC-yə kameral vergi yoxlaması ilə əhatə olunan hesabat dövrü üzrə mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamanın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyləri əsasında iddiaçı cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrü ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən bildirilir ki, tərəflər arasında mübahisə yaradan məbləğ cavabdeh tərəfindən avtomobillərin əldə edilməsi ilə bağlı xərclər amortizasiya qaydasında deyil, birbaşa xərclərə aid edilmişdir. Bu səbəbdən də həmin malların dəyəri xərclərdən çıxılmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyd olunmuş dəlil əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən “Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər”dir. Məhkəmə ekspert rəyləri ilə əlaqədar qeyd edir ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5339 nömrəli və xx.xx.2023-cü il tarixli 9/501 nömrəli ekspert rəylərində ekspert qoyulmuş suallara əsaslandırılmış cavablarlar verməmiş, rəy verilməsi ilə bağlı işin faktiki hallarını tam və obyektiv araşdırmamış, qanunvericiliyin tələblərinə zidd olaraq qanunvericiliyin şərhini vermiş və yoxlama zamanı hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə münasibət bildirmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan rəy verilmişdir. Belə ki, ekspert rəyində Vergi Məcəlləsinin X fəsilində nəzərdə tutulan gəlirdən xərclərin çıxılmasına əsas verən müvafiq maddələri sadalansa da, yalnız həmin gəlirin əldə edilməsi ilə bağlı xərclərin gəlirdən çıxılmasına münasibət bildirilməmişdir. Həmçinin, vergi ödəyicisinin vergi orqanında olan elektron qaimə-faktura məlumatlarına əsasən təqdim etdiyi mallar meşə materialları (taxta), polluq taxta, kafelmetlax (plitələr), yapşıqanlı faner, DVP və rəndələnmiş taxta olduğu üçün, bu gəlir üzrə xərclər də həmin materialların maya dəyəri təşkil etməli idi. Qeyd olunan avtonəqliyyat vasitələri 2021-ci il ərzində hər hansı qaydada (istər EQF əsasında, istər BDYPİ-də alğısatğı müqaviləsinə əsasən) təqdim edilmədiyindən avtonəqliyyat vasitələrinin dəyəri qeyd olunan gəlir üçün xərc kimi götürülə bilməz. Sual oluna bilər ki, avtonəqliyyat vasitələrinin ümumi dəyəri 459288.82 manat təşkil edirsə, nə üçün hesablama 583898.88 manatın 20 faizinə nisbətdə aparılmışdır? Vergi ödəyicisinin təqdim etdiyi bəyannaməyə əsasən ilin əvvəlinə mal qalığı 212292.71 manat olmuş, EQF əsasında avtonəqliyyat vasitəsiz alış 173410.45 manat təşkil etmişdir. İdxal-ixrac məlumatlarına əsasən 1524220.75 manat dəyərində mal idxal olunmuşdur. Xərc maddələrində “Xammal və materiallar", “Malın dəyəri", “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri", “Rabitə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” və “Digər xərclər” sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə 2447226,41 manat təşkil etmişdir. İlin sonuna mal qalığı 53596.38 manat olmuşdur. İlin əvvəlinə olan mal qalığı 219292.71+EQF əsasında avtonəqliyyat vasitəsiz alış 173410.45+idxal olunmuş mal 1524220.75-yuxarıda göstərilən xərc 2447226,41-ilin sonuna olan mal qalığı 53596.38=583898.88 (219292.71+173410.45+15242xx.xx-2447226,41-53596.38=583898.88). Ekspert rəyində cavabdehin vergi orqanı tərəfindən göndərilən bir çox məktublara münasibət bildirildiyi qeyd olunur. Kameral vergi yoxlaması aparılan zaman vergi ödəyicisinin əsaslı müraciətləri vergi orqanı tərəfindən nəzərə alınmışdır. Lakin avtonəqliyyat vasitələrini həm amortizasiya olunaraq xərc maddələrində gəlirdən çıxılması, həm də, aidiyyəti olmadığı halda ümumi gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilərək gəlirdən çıxılması vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Əsas vəsait təqdim edildiyi halda mənfəət vergisi bəyannaməsinin ümumi gəlirlər olan hissəsində 201-ci “amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir” sətrində, xərc maddələrində isə 227.9-cu “təqdim edilmiş əsas vəsaitlərin dəyəri" sətrində göstərilməli, 1 nömrəli əlavədə isə təqdim olunaraq ilin sonuna qalıq kimi saxlanılmamalıdır. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə əsas vəsaitin təqdim olunması barədə heç bir məlumat əks olunmamış, əksinə amortizasiya olunaraq ilin sonuna qalıq kimi saxlanılmışdır. Həmçinin, 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 9817.94 manat mənfəət vergisi hesablanmışdır. 2022-ci il il ərzində vergi ödəyicisi tərəfindən invoys dəyəri 2676410.74 manat dəyərində mallar idxal olunmuşdur. xx.xx.2022-xx.xx.2022 tarixinədək idxal olunmuş mallar 2059576.83 manat təşkil etmişdir. Elektron qaimə faktura əsasında 10050.0 manat dəyərində avtonəqliyyat vasitələri üçün nəzərdə tutulmuş LLumar PPF VALOR markalı qoruyucu örtük ( window film) əldə edilmşdir. Ümumilikdə 2022-ci il ərzində 2686460.74 manat dəyərində mallar idxal edilmiş və EOF əsasında alınmışdır. 2022-ci il ərzində 270662.70 manat dəyərində işlər və xidmətlər əldə edilmişdir. Bundan başqa ekspert rəyində 2022-ci il üzrə hesablamanın hansı əsasla ləğv edilməsinə dair hər hansı əsas göstərilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi dəqiqləşmiş bəyannamə təqdim edərək, hesabatda əvvəllər kameral vergi yoxlamasına səbəb olan sətrlərdə müvafiq dəyişikliklər etmiş, kameral vergi yoxlaması ilə əlavə hesablamanın aparılması fərqli kənarlaşmalar yaranmışdır və nəticədə əvvəlki kameral vergi yoxlaması ilə müqayisədə fərqli vergi məbləği hesablanmışdır. Belə ki, Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə məlumatlarına əsasən ilin əvvəlinə 219292,71 manat, ilin sonuna 53596.38 manat mal qalığı mövcud olmuşdur. İl ərzində EQF əsasında 520786.71 manat dəyərində iş, xidmət və ya mallar alınmış, həmin malların tərkibində dəyəri 367372.90 manat (ƏDV-siz) olan Mercedes Benz G63 markalı avtomobil də olmuşdur, invoys dəyəri 1479449.0 manat olan mallar idxal edilmişdir ki, onunda tərkibində 85965.92 manat olan BMW X5 markalı avtomobil olmuşdur (cəmi avto-453338.82). Nəqliyyat vasitəsi amortizasiya edildiyi üçün alınmış və idxal edilmiş mallardan ayrılmış, ümumilikdə il ərzində 1546897.33 manat dəyərində mallar işlər və xidmətlər alındığı və idxal edildiyi müəyyən olunmuşdur. Xərc maddələrində 221.4, 229,və 232 ci sətrlərdə göstərilən xərclərin ümumi dəyəri 2355382.76 manat qeyd edilmişdir. Nəticədə 552046.60 manat sənədlərlə təsdiqini tapmayan xərclər müəyyən edilmişdir (ilin əvvəlinə olan mal qalığı (219292.71 )+il ərzində alınan mallar (iş. xidmət) (1546897.33)+ÖMV bəyannamələrində göstərilən daşımalar üzrə (90742.50 manat) vergiyə cəlb edilmiş vəsait-ilin sonuna qalıq (53596.38)-221.4, 229 və 232-ci sətrlərdə göstərilən xərclərin cəmi (2355382.76)=-552046.60). 110409.3 manat əlavə vergi hesablanması məqsədəmüvafiq hesab olunmuşdur. 2021-ci il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsinə 18.04.24 tarixli **********129700 nömrəli nömrəli məktubla münasibət bildirilərək 493433.4 manat qeyri-rezident üzrə nəqliyyat xərcləri olduğu, həmin xərclərin tranzit daşımalarla bağlı olması səbəbi ilə ödəmə mənbəyində vergiyə cəlb edilmədiyi bildirilmişdir. Təqdim edilən müqavilədə, təyinat məntəqələri göstərilməmiş, tranzit daşımanın aparılması tam sübuta yetirilməmiş, Beynəlxalq əmtəə - nəqliyyat qaiməsi və ödənişləri təsdiq edən sənədlər vergi orqanına təqdim edilməmişdir. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə 20 iyun və 19 iyul 2024-cü il tarixli **********698700 və **********450100 nömrəli məktublarla məlumat verilmiş, 3 sentyabr 2024-cü il tarixli **********094800 nömrəli qərara əsasən 110409.3 manat mənfəət vergisi hesablanmışdır. Həmçinin, 2022-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsi üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparıldıqdan sonra vergi ödəyicisi yenidən dəqiqləşmiş vergi bəyannaməsi təqdim etmiş və hesablamaya əsas verən kənarlaşamalar dəyişmişdir. Vergi ödəyicisi il 2022-ci il üçün 7 dəfə mənfəət vergisi bəyannaməsi təqdim etmiş, təqdim edilmiş bəyannamələrdə rəqəmlər kəskin fərlənmiş, fərqli rəqəmlərlə hesabat təqdim edildiyindən vergidən yayınma kimi qiymətləndirilmişdir. Aparılmış təhlillər üzrə dəfələrlə uyğunsuzluq məktubları göndərilmiş, yazışmalar aparılmışdır. Kameral vergi yoxlamasına əsas olan 27 mart 2023-cü il tarixli **********346800 nömrəli uyğunsuzluq məktubu üzrə kənarlaşmalar üzrə qaneedici zəruri sənədlər təqdim edilmədiyi üçün 4 aprel 2023-cü il tarixli **********402000 nömrəli qərar əsasında 40233.56 manat mənfəət vergisi hesablanmışdır. Sonradan təxminən 1 il keçdikdən sonra 4 və 10 iyun 2024-cü il tarixlərdə dəqiqləşmiş bəyannamələr təqdim edildiyi üçün yeni uyğunsuzluqlar yaranmışdır. Belə ki, təqdim edilən sonuncu bəyannamədə aşağıdakı məzmunda elektron uyğunsuzluqlar yaranmışdır. 1) Hesablama metodu ilə təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 3146217.27 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (53596.38 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (280712.71 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (2672330.74 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3cü (Beynəlxalq daşımalar üzrə ödəmələr)+1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0.00 manat) cəmi məbləğindən ( 3006639.83 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 52209.59 manat) çıxılması nəticəsində yaranan (2954430.24 manat) məbləğin müqayisəsi nəticəsində 191787.03 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. 2) Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi (2948206.89 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş (2672330.74 manat), elektron-qaimə fakturalar (riskli e-qaimə fakturalar üzrə alınmış mallar (0.00 manat) istisna olmaqla) 10050.00 manat) və alış aktları (0.00 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi (2682380.74 manat) məbləğdən - 265826.15 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. 3) Hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 221.5.2-ci (Qeyri-rezident üzrə icarə haqqı)+222.3-cü (Qeyri-rezident üzrə faizlər) sətrində əks etdirilmiş 0.00 manat+223.2-ci (Qeyri-rezident üzrə royalti) sətrində əks etdirilmiş 0.00 manta+229.2-ci (Qeyri-rezident üzrə nəqliyyat xərcləri) sətrində əks etdirilmiş 113900.00 manat, cəmi 113900.00 manat xərc məbləğ ilə, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1604.2-ci (Faiz gəlirləri üzrə qeyri-rezidentin AR-da müvafiq gəlirləri üzrə ) sətirlərinin cəmi olan 0.00 manta+1606.2-ci (Royalti üzrə qeyri-rezidentin AR- da müvafiq gəlirləri üzrə) sətirlərinin cəmi olan 0.00 manta+1607.2-ci (qeyri-rezidentin ARdəki müvafiq gəlirləri üzrə) 0.00 manat məbləğ + 1608.3-cü (Beynəlxalq daşımalar həyata keçirilərkən nəqliyyat xidmətləri üçün ödəmələr) sətirlərinin cəmi olan 0.00 manat, yekun cəmi 0.00 manat məbləğ arasında 113900.00 manat məbləğində fərq müəyyən edilmişdir. Lakin, təqdim etdiyiniz “Mənfəət vergisinin bəyannaməsi”nin 1 N-li Əlavəsinin 2.2.1.5.1-ci (Sair kreditor üzrə xarici borclar) sətrinin “Hesabat dövrünün sonuna” sütunun göstəricilərinə əsasən hesabat ilində belə kreditor borclarınızın artımı -21366.40 manat məbləğ təşkil etmişdir ki, nəticədə 113900.00 manat məbləğində xərcin çox göstərilməsi müəyyən edildiyindən uyğunsuzluq yaranmışdır. Əlavə olaraq, aşağıdakı məzmunda AVİS-dən kənar elektron uyğunsuzluq aşkar edilmişdir: 2022-ci il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsinə münasibət bildirdikləri 23.06.24 tarixli **********747000 nömrəli nömrəli məktubda 113900.0 manat qeyrirezident üzrə nəqliyyat xərcləri olduğu, həmin xərclərin tranzit daşımalarla bağlı olması səbəbi ilə ödəmə mənbəyində vergiyə cəlb edilmədiyi bildirilir. Təqdim edilən müqavilədə, təyinat məntəqələri göstərilməmiş, tranzit daşımanın aparılması tam sübuta yetirilməmiş, beynəlxalq əmtəə - nəqliyyat qaiməsi və ödənişləri təsdiq edən sənədlər vergi orqanına təqdim edilməmişdir. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə 10, 12 iyun və 19 iyul 2024-cü il tarixli **********922500, **********692400 və **********450100 nömrəli məktublarla məlumat verilmiş, 26 iyul 2024-cü il tarixli **********068500 nömrəli qərara əsasən 40233.5 manat mənfəət vergisi hesablanmışdır. İlk növbədə məhkəmənin diqqətinə çatdırılır ki, İddiaçı MMC (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il **********477500 nömrəli apellyasiya şikayəti verilmişdir. İddiaçı tərəfindən məhkəmə qeyd olunan dövrlər üzrə xərc sənədləri təqdim edilməmiş, əvəzində iki ildən sonra xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə 2021-ci il üzrə və xx.xx.2024-cü il tarixdə 2022-ci il üzrə dəqiqləşdirilmiş bəyannamələr təqdim etmiş, iddia ərizəsində qeyd olunan xərclərinin tərkibini dəyişmiş, mübahisələndirilən inzibati aktlar ləğv edilmiş, həmin dövrlərlər bağlı yeni inzibati aktlar qəbul edilmişdir. Qeyd olunan xərc sənədləri xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş bəyannamələr təqdim olunandək nə cavabdeh vergi orqanına, nə də ki, Sumqayıt İnzibati məhkəməsinə təqdim edilməmişdir.Həmçinin, apellyasiya instansiyasında icraat Sumqayıt İnzibati Məhkəməsinin qərarından cavabdeh orqanlar tərəfindən verilən apellyasiya şikayətlərinə uyğun hissədə davam edir. Apellyasiya instansiya məhkəməsi mübahisə ilə bağlı işə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən cavabdeh orqanlar tərəfindən verilən şikayət həddində baxır. Hesab edirlər ki, ləğv edilməsi tələb olunan “03 sentyabr 2024-cü il tarixli 3-21-2-9/2- 20449/2024 nömrəli və 26 iyul 2024-cü il tarixli 3-21-2-9/2-1271/2024 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsinə dair inzibati aktlar hazırkı inzibati mübahisənin predmeti olmadığından müstəqil iddia tələbi kimi ayrıca inzibati icraat üzrə mübahisəndirilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 15. Vergi ödəyicisinin hüquqları: 15.1.2. vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq; 15.1.6. vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq; 15.1.7. vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək; 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.12. vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək; Maddə 24.1.1. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; Maddə 24.1.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habeləvergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: Maddə 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; Maddə 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Maddə 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Maddə 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Maddə 104.5. əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti deyildir. Maddə 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Maddə 114.1 Bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. Maddə 114.3 amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir: 114.3.1. torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular - 7 faizədək; 114.3.2. maşınlar və avadanlıq – 20%-dək; 114.3.2-1. yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək; 114.3.3. nəqliyyat vasitələri - 25 faizədək. Maddə 114.4. Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır. Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Maddə 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Maddə 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Maddə 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Maddə 130.4. Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər. Maddə 130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Maddə 130.5. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Maddə 130.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir. Maddə 130.7. Banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində şəhid olmuş şəxslərin, habelə Vətən müharibəsi nəticəsində şəhid ailəsi statusu almış şəxslərin 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilmir. Bu maddə ilə müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir. Maddə 131. Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Maddə 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Maddə 132.2. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Maddə 133. Kassa metodundan istifadə olunarkən xərcin çəkilməsi vaxtı Maddə 133.1. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Maddə 133.2. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank, digər kredit və ya elektron pul təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Maddə 133.3. Vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır. Maddə 133.4. Borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir. Maddə 134. Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Maddə 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Maddə 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Maddə 135.3. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür. Maddə 136. Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. Maddə 143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin hallarına görə cavabdeh tərəfindən iddiaçı barəsində 03 mart 2022-ci il tarixli **********206800 saylı və 04 aprel 2023-cü il tarixli **********402000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilmişdir. 03 mart 2022-ci il tarixli **********206800 saylı qərara əsasənİddiaçı MMC barəsində kameral qaydada yoxlama keçirilmiş və 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 116779.7 manat əlavə vergi hesablanmışdır. 04 aprel 2023-cü il tarixli **********402000 saylı qərara əsasən İddiaçı MMC-də keçirilmiş kameral qaydada yoxlama nəticəsində 2022-ci ilin mənfəət vergisi üzrə 40233.56 manat məbləğində əlavə vergi hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsində icraat zamanı 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 04 aprel 2023-cü il tarixli **********402000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilərək 26 iyul 2024-cü il tarixli 3-21-2-9/2-1271/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar, 03 mart 2022-ci il tarixli **********206800 saylı qərar ləğv edilərək xx.xx.2024-cü il tarixli, 3-21-2-9/2-20449/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. İddiaçı müvafiq olaraq apellyasiya məhkəməsində icraat zamanı dəqiqləşdirmə verərək cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2-9/2-1271/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3-21-2-9/2- 20449/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğvini xahiş etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, vergi orqanı tərəfindən apellyasiya icraatı zamanı qəbul edilmiş mübahisələndirilən qərarlar üzrə işin mahiyyəti dəyişməmiş, iddiaçı dövrlər üzrə mənfəət vergisi və sosial sığorta haqları barədə qərarları mübahisələndirmişdir. Birinci instansiya məhkəməsində mahiyyət etibarilə eyni qərarlar mübahisələndirilmiş, mübahisələnidirilən qərarların ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Hazırkı iş üzrə həmin qərarlarda mübahisələndirilən dövr və vergi növü dəyişməmiş, qərarların tarixləri dəyişdirilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müvafiq qərarla iddiaçı barəsində vergilərin hesablanmasına əsas olmuş halların göstərilmədiyi və bununla bağlı mötəbər sübutun olmadığını bildirərək iddia tələbini təmin etmişdir. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-nin 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir. Bununla yanaşı birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh vergi orqanı iddiaçının kameral vergi yoxlaması ilə əhatə olunan hesabat dövrü üzrə cavabdeh mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamanın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Sumqayıt inzibati məhkəməsinin iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyləri əsasında ididaçının 2021 və 2022-ci illər üzrə hesabat dövrünə görə mənfəət vergilərini düzgün hesabladığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə-mühasibatlıq və əlavə məhkəməmübahisatlıq ekspertizaları keçirilmiş və gəlir və xərclərə münasibət bildirilmiş, 2021 və 2022-ci illər üzrə mənfəət vergisi hesablamalarının düzgün hesablanması və ya kameral hesablanmış vergilərin düzgünlüyünə hüquqi qiymət verilmiş, sonradan həmin dövrlər üzrə çıxarılmış, 2022-ci il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli, 3-21-2-9/2-1271/2024 saylı; 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli, 3-21-2-9/2-20449/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ilə hesablanan vergilərin müəyyən edilmədiyi aşkar olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər üst-üstə düşür. Bu səbəbdən də, kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh vergi orqanının 2022-ci il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli, 3- 21-2-9/2-1271/2024 saylı, 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli, 3-21-2- 9/2-20449/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul edərkən göstərdiyi əsaslar öz təsdiqini tapmadığı və cavabdeh orqanın inzibati icraat haqqında qanunun tələblərini pozaraq əsassız qərarlar qəbul etdiyi, xərclərin nəzərə alınmamasının düzgün olmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən bununla bağlı müvafiq sənəd və izahatlar məhkəməyə təqdim edilmişdir. İddiaçının təqdim etdiyi təsdiqedici sənədlərdən görünür ki, 2021-ci il və 2022-ci il mənfəət vergisi üzrə xərclər doğrudur, ilkin sənədləri mövcud olmuş, inzibati orqan tam araşdırma aparmadan qərarlar qəbul etmişdir. Cavabdehin qeyd etdiyi sosial sığorta haqları ilə bağlı kənarlaşmaların ekspert rəyləri və ilkin sənədlərlə mövcud olmadığı müəyyən edilmişdir. İcbari tibbi sığorta xərcləri müəssisənin xərcləri hesab edilməlidir. Məhkəmə bəyannamələrdə göstərilən nəqliyyat xərclərini, o cümlədən bununla əlaqədar “X7 ve Lojistik Dıs Ticaret Limited” Şirkəti ilə bağlanan müqavilə, iş və xidmətlərin göstərilməsini təsdiq edən sənədlərlə müvafiq xərclərin öz təsdiqini tapdığı iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsi üzrə xərclərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. Qanunvericiliyə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclər nəzərə alınmalı və xərclərə aid olunmalıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri-6 faiz təşkli edir. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutma obyekti deyildir. Uyğun olaraq xarici nəqliyyat şirkəti (X7 ve Lojistik Dıs Ticaret Limited Sirketi) daşıma xidmətini Rusiya ərazisi daxilində həyata keçirdiyi üçün ödəmə mənbəyində vergi hesablanmamışdır. Odur ki, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. İddiaçının nümayəndəsi və vəkili apellyasiya mərhələsində iddia tələbini bir neçə dəfə dəqiqləşdirərək sonuncu ərizəsində “cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli 3-21-2-9/2-1271/2024 və 03 sentyabr 2024-cü il tarixli 3-21-2-9/2- 20449/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin–dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində əsassız qərarlar qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçıya kameral vergi yoxlaması zamanı mənfəət vergisi hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin, onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(118)-180/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli 3-21-2-9/2-1271/2024 və 03 sentyabr 2024-cü il tarixli 3-21-2-9/2-20449/2024 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.