Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-891/2025 17.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixdə cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2-1(118)- 1242/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş travma haqqında arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “kəskin dərəcədə ifadə olunmuş olunmuş üzvi mənşəli affektiv pozuntu, ağır depressiv epizod və intihar fikirləri ilə, kəllədaxili hıpertənziya və vegetativ damar paroksizmləri ilə təzahür edən ensefalopatiya, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı nevrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulağda eşitməməsi, sol qulağda 1 (bir) metr məsafədən eşitməsi ilə’' xəsarəti almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2123 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, “Kəskin dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv pozuntu, ağır depressiv epizod və intihar fikirləri ilə. Kəllədaxili hıpertənziya və vegetativ damar paroksizmləri ilə təzahür edən ensefalopatiya, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı nevrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulağda eşitməməsi, sol qulağda 1 (bir) metr məsafədən eşitməsi ilə’' diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sağ gözün pteriqumu, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla. Çoxsaylı kariyes" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Tibb müəssisəsi tərəfindən verilən forma 88 saylı göndərişdən görünür ki, iddiaçıya əsas diaqnoz kimi F06.3 (Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, üzvi affektiv pozuntu, ağır depressiv epizod, intihar fikirləri və eşitmə qabiliyyətiin enməsi ilə, ağırlaşma kimi F07.0 (üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (müharibə zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, ağır depressiv epizodlar, tez-tez baş verən dekompensasiyalar, yanaşı xəstəliklər kimi H90.6 (İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağıreşitmə, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə), G93.4 (dəqiqləşdirilməmiş ensefalopatiya, vegetativ damar paroksizmləri ilə təzahür edən ensefalopatiya, Y36.2 (hərbi ıəməliyyatkar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2024-cü il tarixlərdə aparılmış qiymətləndirmə nəticəsində diaqnoz öz təsdiqini tapmaması səbəbindən iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq “Diaqnozun təsdiqlənməməsi” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmətibb ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı “kəskin dərəcədə ifadə olunmuş üzvü mənşəli affektiv pozuntu, ağır depressiv epizodlarla və intihar fikirləri ilə kəllədaxili hipertenziya veqetativ damar paroksizmləri ilə təzahür edilən ensefalopatiya, ikitərəfli xronoki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreştimə, pıçıltılı nitqin sağ qulaqla eşitməməsi, sol qulaqda 1 m məsafədən eşitməsi ilə, sağ gözün pteriqumu, görmə itiliyi hər iki gözdə 1.0 olmaqla” s.” diaqnozu aşkar edilirmi?
2. Əgər aşkar edilirsə, həmin xəstəliyin və qiymətlədirmə meyarı üzrə əlamətlərin müəyyən edilməsinə əsas olan hallar (tibbi sənədlərə istinad edilməklə), habelə hər bir qiymətləndirmə meyarı üzrə əlamətlərin aşkar edilməməsi halı ayrı-ayrılıqda əsaslandırılmaqla, ətraflı qeyd edilsin - İddiaçı “postkommosion pozuntu (F07.2), depressiya epizodu somatizə olunmuş əlamətlərlə (F32.11) kimi ağırlaşma müşahidə edilir? İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxs tərəfindən verilmiş məhkəmə-tibbk ekspertizasının 21 yanvar 2025ci il tarixli, T 44/2025 nömrəli ekspert rəyi ilə məhkəmə tərəfindən qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir:
1. Vətəndaş İddiaçı tibb sənədlərinə əsasən, o, xx.xx.2024-cü ii tarixdə Azərbaycan Tibb Universitetinin X4 bera testinin nəticəsinə əsasən sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə” diaqnozu müəyyən edilmişdir. – İddiaçı adına iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş “Üzvi (müharibə zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, ağır depressiv epizodlar, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, özünə xəsarət, eşitmə və nitq qüsuru ilə” diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, klirıiki, laboratorinstrumental müayinələri əsasında qoyulsa da xəstəliklərin meyarları üzrə qiymətləndirilməsi tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir.
2. Vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixli “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də tərtib edilmiş 138 saylı məsləhət vərəqindən görünür ki, ona həmin tarixdə “Posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya damar paroksizmləri ilə, postkomossion pozuntu, posttravmatik stress pozuntusu depressiya epizodu somatizə olunmuş əlamətlərlə, vegetativ damar dıstoniyası kardial tip (T90.9, İ67.4, G93.4, F07.2, F45.1, F32.11)” diaqnozu qoyulmuşdur.
Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əassız hesab etməklə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı aldığı travma ilə bağlı əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixdə cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin döyüş əməliyyatları zaman ağır dərəcəli kəllə-beyin travması almış və ona xidmət etdiyi hərbi hissəsinin tibb bölməsi tərəfindən “kəskin dərəcədə ifadə olunmuş üzvü mənşəli affektiv pozuntu, ağır depresiv epizodlarla və intihar fikirləri ilə kəllədaxili hipertenziya veqetativ damar paroksizmləri ilə təzahür edilən ensefalopatiya, sağ qulağın eşitmə zəifliyi və s.” diaqnozu qoyulmuşdur. Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 2123 saylı, xx.xx.2023-cü il tarixli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, o, həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuşdur. Səhiyyə Nazirliyinin Psuxu Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli müayinə sənədinə əsasən, ona postkomission pozuntu (F07.2) və depressiya epizodu somatizə olunmuş əlamətlərlə (F32.11) diaqnozu qoyulmuşdur. Daha sonra, xx.xx.2022-ci il tarixdə ona üzvi affektiv pozuntu, depressiv epizodlar və intihar fikirləri ilə (F06.3) diaqnozu qoyulmuşdur. Bundan sonra, bir sıra səhiyyə müəssisələrində stasionar və ambulator qaydada müalicələrdə olmasına baxmayaraq, səhhətində yaxşılaşma hiss etməmiş, şikayətləri daha da artmışdır, lakin cavabdeh orqan tərəfindən ona “diaqnozun əlillik əlamətləri təyin etmir” əsası ilə imtina cavabı verilmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
Cavabdehin iddia tələbinə dair etirazlarının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 2123 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Kəskin dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv pozuntu, ağır depressiv epizod və intihar fikirləri ilə, kəllədaxili hipertenziya və vegetativ damar paroksizmləri ilə təzahür edən ensefalopatiya, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı nevrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulağda eşitməməsi, sol qulağda 1 (bir) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sağ gözün pteriqumu, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla. Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10262/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və depressiv daxilolmalarla. Anamnezində intihar fikirləri və cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2768 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (müharibə zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, ağır depressiv epizodlar, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, özünə xəsarət, eşitmə və nitq qüsuru ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki qulaqda eşitmə zəifliyindən, baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Sağ qulağında eşitmə cihazı müşahidə edilmişdir. Bildirməliyik ki, daha öncəki əyani müayinədə eşitmə cihazı sol qulaqda izlənmişdir. Müayinəyə demonstrativ şəkildə başlamış, sosial problemlərindən bəhs etmiş, kövrəlmişdir. Eşitmə zəifliyindən şikayətlənsə də, müayinənin gedişatında çətinlik yaşanmamış və ağıreşitmə öz təsdiqini həm əyani, həm də instrumental olaraq öz təsdiqini tapmamışdır. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “MSS-nin üzvi zədəiənməsi etioloji faktoru öz təsdiqini tapmır. Fəlakət hadisəsindən sonra isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış və aqravasiva elemenləri ilə" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyariarı”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2-1(118)-1242/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: Ağırlaşma - üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0, Yanaşı xəstəliklər – ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli xorniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd - Sinir sistemi xəstəlikləri - 6.6.2-ci bənd - digər ekstrapiramid və hərəki pozuntular, 6.7-ci bənd – Epilepsiya, 7-ci bənd - Psixi və davranış pozuntuları - 7.6.2-ci bənd - üzvi mənşəli şəxsiyyət pozuntusu əlillik (orqanizmin funksiyalarının pozulmasını), 9-cu bənd qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri 9.1-ci bənd qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri, 10-cu bənd görmənin və eşitmənin kombinə olunmuş pozuntuları, eləcə də artikulyasiyanın (nitqin) və səs əmələgəlmənin pozuntuları, 10.1-ci bənd görmənin və eşitmənin kombinə olunmuş tam itirilməsi təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazda göstərdiyi dəlillərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını təhrif edərək, guya etiraz şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olması qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin “Diaqnozun təsdiqlənməməsi barədə” qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnozun təsdiqlənməməsi barədə” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bundan başqa iddiaçıya aid hərbi biletində onun yaralanmaması barədə qeydiyyat aparılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-) Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7. Psixi və davranış pozuntuları Bənd 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Bənd 7.6.2. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular-XBT kodu F06 üzvi mənşəli şəxsiyyət pozuntusu - XBT kodu F07.0 qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri – H60-H95
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlərdə “Kəskin dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv pozuntu, ağır depressiv epizod və intihar fikirləri ilə, kəllədaxili hipertenziya və vegetativ damar paroksizmləri ilə təzahür edən ensefalopatiya, ikitərəfli koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda eşitməməsi, sol qulaqda 1 (bir) metr məsafədən eşitməsi ilə’' xəsarətini almışdır. İş materiallarında olan 2123 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, “Kəskin dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv ppozuntu. ağır depressiv epizod və intihar fikirləri ilə. Kəllədaxili hıpertənziya və vegetativ damar paroksizmləri ilə təzahür edən ensefalopatiya. ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı nevrosensor aqıreşitmə. pıçıltı nitqinin sağ qulağda eşitməməsi, sol qulağda 1 (bir) metr məsafədən eşitməsi ilə’' diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sağ gözün pteriqumu, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla. Çoxsaylı kariyes" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən diaqnoz xəstəliklərlə bağlı müalicələr almışdır (ambulator kartadan çıxarış və digər tibbi sənədlər). İş materiallarından görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi diaqnozun öz təsdiqini tapmaması olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxs tərəfindən verilmiş məhkəmə-tibb ekspertizasının 21 yanvar 2025-ci il tarixli, T 44/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, F.Abdullayevdə “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, tez-tez başverən dekompensasiyalarla” aşkar edilmişdir. Vətəndaş İddiaçı xx.xx.2020-cİ il tarixli “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” phş-də tərtib edilmiş 138 saylı məsləhət vərəqindən görünür ki, ona həmin tarixdə “Posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya damar paroksizmləri ilə, postkomossion pozuntu, posttravmatik stress pozuntusu depressiya epizodu somatizə olunmuş əlamətlərlə, vegetativ damar dıstoniyası kardial tip (T90.9, İ67.4, G93.4, F07.2, F45.1, F32.11)” diaqnozu qoyulmuşdur. Apellyasiya məhkəməsində icraat zamanı iddiaçı barəsində qeyd edilən xəstəliklərin əlillik təyinatına əsas verən müvafiq qiymətləndirmə üzrə əlamətlərinin (hər bir əlamət üzrə qiymətləndirmə aparılmaqla) mövcud olub-olmaması halının müəyyən edilməsi zəruri olduğundan, iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur : 1) “Əhvalın üzvi mənşəli pozuntsu, üzvi affektiv pozuntu, ağır depressiv epizod, intihar fikirləri və eşitmə qabiliyyətinin enməsi ilə” (XBT kodu F06.3)? 2) “Üzvi mənşəli şəxsiyyət pozuntusu, müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, özünə xəsarət, eşitm və nitq qüsuru ilə (XBT kodu F07.0)? 3) həmin diaqnozların təsdiq edildiyi halda aşağıdakı patofunksional əlamətlər üzrə ətraflı qiymətləndirmə aparılsın : a) əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) b) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 27 oktyabr 2025-ci il tarixli, 3657 nömrəli ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir: Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla, intihar fikirləri ilə” (F07.0) aşkar edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə görə F07.0 kodu altında qeyd edilmiş xəstəliyin aşağıdakı əlamətlərlə bağlı şəxsə orqanizm funksiyalarının 65-80 % pozulmasına görə 2 il müddətinə əlilliyi müəyyən edilə bilər məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Liş üzrə təyin edilmiş məhkəmə-tibb və məhkəmə psixiatrik ekspertizalarının rəylərindən görünür ki, ekspertlər tərəfindən xəstəliyin xüsusi əlamətləri dəqiqliklə qeyd edilməmiş və bu sualların ekspertlərin səlahiyyətinə aid olmadığı qeyd edilmişdir. Lakin iş materiallarında olan ambulator kartlarından çıxarışlardan görünür ki, iddiaçı müayinə olunarkən onun sahə psixiatrının müşahidəsi altında olması tövsiyyə edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi sağlamlıq Mərkəzi” X10 baş direktoru Fuad İsmayılov iddiaçını dəfələrlə müayinə etmiş və xx.xx.2023-cü il tarixdə Həkim Psixiar Komissiyası xx.xx.2023-cü il tarixli 2768 saylı rəyində aşağıdakı diaqnozu təyin etmişdir :- Üzvi (müharibə zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, ağır depressiv epizodlar, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri ilə, özünə xəsarət, eşitmə və nitq qüsuru ilə F070. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən əlamətlər (depressiv epizodlar, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri ilə və s.) iddiaçıya orqanizm funksiyalarının 65- 80 % pozulması ilə bağlı 2 il müədditən əlilliyin müəyyən edilməsi üçün əsas verir. Məhkəmə araşdırmasl zamanı iddiaçının həmçinin bir tərəf üzrə lll dərəcə, digər tərəf üzrə lV dərəcə eştimə zəifliyindən əziyət çəkdiyi və həmin xəstəliyə görə orqanizm funksiyalarının 40 % pozulmasına görə 5 il müddətinə əlilllik təyin oluna biləcəyi müəyyən edilmişdir. Lakin iddiaçının nümayəndəsi iddiaçının hüquqi marağının orqanizm funksiyalarının 65-80 % pozulmasına görə əlilliyin müəyyən edilməsindən ibarət olduğunu bildirmişdir. Bundan əlavə, kollegiya əlilliyin səbəb əlaqəsi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində qeyd edilən diaqnoz xəstəliklərin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma ilə əlaqədar yaranması halı da iş materiallarına olan sənədlər (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş müvafiq şəhadətnamə, travma haqqında arayış, ekspert rəyi və s.) əsasında öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət vermiş, cavabdehin şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Eyni zamanda kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində müvafiq tibbi göndəriş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, cavabdeh inzibati orqan iddiaçı barəsində məhz həmin tibbi göndəriş əsasında aparılmış yoxlamanın nəticəsinə dair xx.xx.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul etmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əlilliyin hansı tarixdən müəyyən edilməsi üçün məhz müvafiq tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsini ehtiva edən əlilliyin təyin edilməsindən imtina barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın tarixi əsas götürülməli olduğundan, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmişdir Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi və hüquqi nəticə çıxarılması zamanı yol verdiyi hər hansı pozuntu müəyyən etməmişdir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2-1(118)-1242/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.