Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-892/2025 13.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərarının 2019-2021-ci illər üzrə mənfəət vergisi və həmin məbləğə tətbiq olunan maliyyə sanksiyası hissəsində ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-706/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********176154 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının 64652,06 manat məbləğində ƏDV-nin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv olunması” na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək, “cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərarının 2019-2021-ci illər üzrə mənfəət vergisi və həmin məbləğə tətbiq olunan maliyyə sanksiyası hissəsində ləğv edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********159302 saylı Qərarına əsasən "MSB” MMC”-də (VÖEN **********) (bundan sonra- Cəmiyyət) növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş və nəticəsi ilk olaraq xx.xx.2023cü il tarixli, sonra isə xx.xx.2023-cü il tarixli yoxlama aktı ilə rəsmiləşdirilmişdir. İlk yoxlama aktında cavabdeh irəli sürdüyü yanaşmanı sonrakı yoxlama aktında tamamilə dəyişərək fərqli istiqamətdə əsaslandırma aparmaqla “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərarla Cəmiyyət tərəfindən 319640,76 manat məbləğində vergilərin azaldılması, 64652,06 manat məbləğində vergilərin artıq hesablanması müəyyən edilmiş, 159.820,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən yoxlama zamanı maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyi üçün mübahisələndirilən qərar (inzibati akt) 64652,06 manat məbləğində vergilərin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə qanunsuzdur və ləğv olunmalıdır: Aktın 1-ci səhifəsində yoxlamanın başlanması əsası kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsinə istinad etmişdir. Həmin mənbəyi bəlli məlumat kimi isə cavabdeh guya iddiaçı tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə 1152588,91 manat gəlirlərin göstərilməsinə baxmayaraq gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin xammal-material uçotunun tam şəkildə aparılmadığını göstərmişdir. Bununla bağlı bildirilir ki, iddiaçı fəaliyyətində istifadə etdiyi xammal-materialları idxal vasitəsilə əldə edir və burada bütün xərc sənədləri (invoyslar, yük- gömrük bəyannamələri) cavabdeh tərəfindən də mövcud olur. Başqa formada ölkəyə mal-material gətirilməsi mümkün deyildir. Belə olan halda, demək ki, iddiaçının xərcləri ilə bağlı sənədlərin uçotunun aparılmamasına istinad edilməsi tam əsassızdır. Cavabdeh tərəfindən aparılan hesablamanın əsaslarına gəldikdə isə bildirir ki, cavabdeh yoxlamaya “mütəxəssis” cəlb etməklə təqdim olunan “rəy” əsasında yekun əskik gələn motor sayı müəyyən etmiş (1225) və həmin sayı şərti olaraq müəyyən etdiyi satış qiymətinə (1054,65-ƏDV- siz) tətbiq etməklə qanunsuz ƏDV məbləği hesablamışdır. İlk olaraq bununla bağlı bildirir ki, Vergi Məcəlləsinə əsasən ƏDV-nin belə qaydada hesablanması nəzərdə tutulmamışdır. Cavabdehin müəyyən etdiyi şərti orta satış qiyməti qanunla nəzərdə tutulan tənzimlənmə deyil. Həmçinin, qeyd olunan məlumatları emal edən X4 mütəxəssis deyil, onun qapı istehsalı fəaliyyəti üzrə bilik və iş təcrübəsi yoxdur. Belə olan halda onun təqdim etdiyi rəy əhəmiyyətsizdir. Vergi Məcəlləsinin 45.2-ci maddəsinə görə, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Qeyd olunanlar aparılan ƏDV hesablamasının əsassız olmasını təsdiq edir. Mənfəət vergisinin hesablanmasına münasibətdə isə bildirir ki, cavabdeh aktda qeyd etmişdir ki, guya Cəmiyyətin xərclərini müəyyən etmək mümkün deyil. Bundan başqa, cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozaraq birbaşa 67.14-cü və 83.9-cu maddələrinə istinad etməklə mənfəəti şərti rentabellik norması əsasında müəyyən etmişdir. Halbuki, Cəmiyyətin əsas xərcləri idxal etdiyi mallar üzrə çəkilən xərclərdir və cavabdeh onlayn rejimdə həmin mallar üzrə məlumatları gömrük orqanlarından əldə edə bilir. Belə olan halda cavabdeh xərc sənədlərinin təqdim olunmamasına istinad edib şərti rentabellik norması əsasında mənfəət vergisi hesablaya bilməz. Ümumiyyətlə, bildirilir ki, cavabdehin heç bir halda müəssisənin əlaqəli məlumatlarını və eyni fəaliyyətlə məşğul olan analoji vergi ödəyicisinin məlumatlarını kənara qoyaraq birbaşa Vergi Məcəlləsinin 67.14-cü maddəsini tətbiq etmək hüququ yoxdur. Qeyd olunan məsələ həm Vergi Məcəlləsinin 67-ci maddəsinin, həm də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları” tələblərinə ziddir. Belə ki, mənfəət vergisini müəyyən etmək üçün mənfəəti, mənfəəti müəyyən etmək üçün isə illik gəlir və xərci müəyyən etmək mütləq şərtdir. Bu müəyyənetmə üçün isə vergi ödəyicisinin il ərzində gəlir və xərclərini təsdiq edən sənədlər ya tam şəkildə olmalıdır, ya da qismən olduğu üçün natamam hissəni digər mənbələr əsasında qiymətləndirmək lazımdır. Digər mənbələr isə Vergi Məcəlləsinin 67.1.1 - 67.1.9-cu maddələrində nəzərdə tutulmuş əlaqəli məlumatlar, eyni zamanda Məcəllənin 67.2 və 67.3-cü maddələrində nəzərdə tutulan analoji vergi ödəyicisinin məlumatlarıdır. Qanunun bu tələbi vergi orqanının 67.14-cü maddəni birbaşa tətbiq etmək hüququnu məhdudlaşdırır. Bütün sadalananlar ümumiləşdirilərək bildirilir ki, iddiaçı barəsində qəbul olunmuş inzibati akt tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********159302 nömrəli qərarına əsasən İddiaçı MMC-nin (VÖEN: **********) sahibkarlıq fəaliyyətində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2022-ci il tarixdə KY221750150 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli **********161407 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisinin fəaliyyət göstərdiyi Bakı şəhərində yerləşən təsərrüfat subyektinə Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı X6 (Fin 3D8QRC9) və X2 (Fin 0WZ2EUF) müşahidəçi kimi dəvət olunmuşlar. Təsərrüfat subyektində ofis binasının, istehsal sexinin, quraşdırma sexinin, anbar və baxış otağının olduğu müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən xx.xx.2022- ci il tarixli baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuşdur. Protokol həmin tarixdə vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi götürülmüşdür. Vergi ödəyicisinə təqdim edilən xx.xx.2022-ci il tarixli **********159354 saylı Tələbnaməyə əsasən vergi ödəyicisi xx.xx.2019-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqının hesablanması və ödənilməsi barədə cədvəlləri, qiymət cədvəli, yük gömrük bəyannamələrini yoxlamaya təqdim etmiş və xx.xx.2022-ci il tarixli Akt tərtib edilmişdir. Akt vergi ödəyicisi tərəfindən imzalanmış və nüsxəsi götürülmüşdür. Təqdim edilməsi mümkün olmayan sənədlər haqqında Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli “Vergi yoxlamasının predmetinə aid olan sənədlərin təqdim edilməməsi barədə” İmtina Aktı tərtib edilmişdir. Akt vergi ödəyicisi tərəfindən imzalanmış və nüsxəsi götürülmüşdür. Həmçinin Vergi Məcəlləsinin 23 və 43-cü maddələrinə əsasən Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli **********163430 nömrəli Qərar çıxarılmış və sənədlərin götürülməsi həyata keçirilmişdir. Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib olunmuşdur. Protokol vergi ödəyicisi tərəfindən imzalanmış və nüsxəsi götürülmüşdür. Vergi ödəyicisi tərəfindən tərtib edilməyən və götürülməsi mümkün olmayan sənədlər haqqında Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” Akt tərtib edilmişdir. Akt vergi ödəyicisi tərəfindən imzalanmış və nüsxəsi götürülmüşdür. Səyyar vergi yoxlaması zamanı Mənfəət vergisi üzrə vergi ödəyicisinə 66155,25 manat vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi qədər yəni 33077,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ƏDV üzrə Vergi Məcəlləsinin 166-cı, 67.15-ci, 159-cu, 175-ci maddələrinə əsasən 188833,42 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 126742,75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. MDSS üzrə 0,03 manat hesablama aparılmış və 0,02 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə SVY nəticəsində vergi ödəyicisinə 254988,70 manat əlavə vergi məbləği hesablanmış və 159820,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aparılan yoxlama ilə müəssisənin 2019-2021-ci illər üzrə mənfəət vergisi bəyannamələri yoxlanılmış və aşağıdakılar müəyyən edilmişdir: Vergi ödəyicisi hesablama metodundan istifadə edərək mənfəət vergisi bəyannamələrini təqdim etmişdir. Ümumilikdə 2019-2021-ci illər üzrə ümumi gəlirin 2 570 796,08 manat olduğu, gəlirin əldə olunması ilə bağlı xərclərin isə 2 478 230,86 manat olduğu bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-2021-ci illər ərzində mənfəət vergisi üzrə ümumilikdə 18513,05 manat hesablama aparılmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən malmaterialın hərəkəti cədvəlləri, mal qalıqları və hazır məhsul qalıqları barədə məlumatlar təqdim edilməmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisinin illər üzrə təqdim edilmiş eqaimələrə və NKA-nın “Z” hesabatlarına əsasən gəlirləri müəyyənləşdirilərək yoxlama ilə təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadığından xərclərini müəyyən etmək mümkün olmamışdır. Yoxlama üçün naməlum olan xərclərin VM-nin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatlarla müəyyən edilməsi mümkün olmadığından 2019-2021-ci illər üzrə mənfəət vergisinin hesablanması üçün Vergi Məcəlləsinin 67.2 maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsinə zərurət yaranmış və **********534800 nömrəli məktubla 3 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə müraciət olunmuşdur. Əldə olunmuş **********342400 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin fəaliyyət sahəsinə uyğun fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Göründüyü kimi analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisi tapılmadığından 2019-2021-ci illər üzrə mənfəət vergisini müəyyən etmək üçün Vergi məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilmişdir: M = Gx R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20% səviyyəsində götürülür. Müəssisənin 2019-cu il üzrə yoxlama ilə təsdiq olunan gəlirlərinin 746132,41 manat (o cümlədən e-qaimə üzrə 746132,41 manat) olduğu nəzərə alındıqda, onda həmin il üzrə vergiyə cəlb olunacaq mənfəət aşağıdakı kimi olacaqdır. M 2019 = 746132,41 x 20 /120 = 124355,40 Müəssisənin vergiyə cəlb olunan mənfəəti 124355,40 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 24871,08 manat olacaqdır. Müəssisə tərəfindən təqdim olunmuş 2019-cu ilin mənfəət vergisi üzrə 8402,45 manat hesablama nəzərə alındıqda yoxlama ilə 2019-cu ilin mənfəət vergisi üzrə müəssisəyə 16468,63 manat vergi məbləği hesablanmış və 8234,32 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisənin 2020-ci il üzrə yoxlama ilə təsdiq olunan gəlirlərinin 641327,71 manat (o cümlədən e-qaimə üzrə 539899,15 manat, NKA üzrə 101428,56 manat) olduğu nəzərə alındıqda onda həmin il üzrə vergiyə cəlb olunacaq mənfəət aşağıdakı kimi olacaqdır: M 2020 = 641327,71 x 20 /120 = 106887,95 Müəssisənin vergiyə cəlb olunan mənfəəti 106887,95 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 21377,59 manat olacaqdır. Müəssisə tərəfindən təqdim olunmuş 2020-ci ilin mənfəət vergisi üzrə 8234,86 manat hesablama nəzərə alındıqda yoxlama ilə 2020-ci ilin mənfəət vergisi üzrə müəssisəyə 13142,73 manat vergi məbləği hesablanmış və 6571,37 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisənin 2021-ci il üzrə yoxlama ilə təsdiq olunan gəlirlərinin 1152588,95 manat (o cümlədən e-qaimə üzrə 986053,01 manat, NKA üzrə 166255,94 manat) olduğu nəzərə alındıqda onda həmin il üzrə vergiyə cəlb olunacaq mənfəət aşağıdakı kimi olacaqdır: M 2021 = 1152588,95 x 20 /120 = 192098,16 Müəssisənin vergiyə cəlb olunan mənfəəti 192098,16 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 38419,63 manat olacaqdır. Müəssisə tərəfindən təqdim olunmuş 2021ci ilin mənfəət vergisi üzrə 1875,74 manat hesablama nəzərə alındıqda yoxlama ilə 2021ci ilin mənfəət vergisi üzrə müəssisəyə 36543,89 manat vergi məbləği hesablanmış və 18271,95 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə, Vergi məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə əsasən vergi ödəyicisinə 2019-2021-ci illərin mənfəət vergisi üzrə 66155,25 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən 33077,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə xx.xx.2017-ci il tarixində vergi orqanında qeydiyyatdan keçmiş və 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli **********5 nömrəli ƏDV-nin qeydiyyat bildirişi əsasında qeydiyyata alınmışdır. ƏDV-nin qüvvəyə minmə tarixi xx.xx.2017-ci ildir. Yoxlama ilə əhatə olunan dövr ərzində müəssisə faktiki olaraq avtomatik qapıların istehsalı və satışı ilə məşğul olmuşdur. Yoxlama ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr əhatə olunmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən mal-materialın hərəkəti cədvəlləri, mal qalıqları və hazır məhsul qalıqları barədə məlumatlar tərtib edilmədiyindən təqdim edilməmişdir. Vergi ödəyicisinin fəaliyyətində xx.xx.2022-ci il tarixli Qərar əsasında inventarizasiya aparılmışdır. Vergi ödəyicisinin fəaliyyətində keçirilmiş inventarizasiya zamanı istehsal sexində hazır istehsal olunmuş avtomatik qapıların üzərində olan mexanizmlər nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə 1909 ədəd avtomatik qapılar üçün hərəkət mexanizmi (bundan sonra - mühərrik) müəyyən olunmuşdur. Vergi ödəyicisinin fəaliyyətində xx.xx.2020-ci il tarixli OVN tədbirinin keçirilməsi haqqında Qərar əsasında xx.xx.2020-ci il tarixli Akt tərtib edilmiş və həmin tarixə müəyyyən olunmuş 2087 ədəd avtomatik qapılar üçün mühərrik götürülmüş, üzərinə xx.xx.2020-ci il tarixdən inventarizasiya aktı tərtib olunan tarixədək (xx.xx.2022-ci il tarixədək) idxal olunmuş avtomatik qapılar üçün mühərriklərin miqdarı, yəni 1825 ədəd əlavə olunmuş, həmin tarix aralığında e-qaimə və NKA vasitəsilə avtomatik qapılar üçün mühərrik kimi satışın miqdarı, yəni 92 ədəd və inventarizasiya zamanı müəyyən olunan 1909 ədəd avtomatik qapılar üçün mühərrik çıxılmışdır. Nəticədə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1911 ədəd (2087+18xx-xx-1909) avtomatik qapılar üçün mühərrikin istehsala yönləndirildiyi müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim olunan məlumata əsasən 1 qapının istehsalı zamanı orta hesabla 2 ədəd mühərrikdən istifadə olunduğu bildirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində istehsal avadanlıqlarının gücünün, istehsal olunmuş məhsulun həcminin və istehsal olunmuş məhsulların orta bazar qiymətinin müəyyən edilməsi üçün mütəxəssis-ekspert dəvət edilmişdir. Mütəxəssis-ekspert tərəfindən xx.xx.2023-cü il tarixli Mütəxəssis-ekspert rəyi təqdim olunmuşdur. Qeyd olunan məlumat (1 qapının istehsalı zamanı orta hesabla 2 ədəd mühərrikdən istifadə olunması) vergi ödəyicisi tərəfindən mütəxəssisə də bildirilmiş və mütəxəssis tərəfindən təqdim olunan xx.xx.2023-ci il tarixli rəydə qeyd olunan məlumat əks olunmuşdur. Yoxlama dövrü ərzində 343 ədəd qapının təqdim edildiyi nəzərə alındıqda ( e- qaimə əsasında 264 ədəd qapı, NKA əsasında 79 ədəd) təqdim olunan qapılar üzrə 686 ədəd (343*2=686) mühərrikdən istifadə olunduğu və nəticədə 1225 mühərrikin (1911- 686=1225) dövriyyədən yayındırıldığı müəyyən olunmuşdur. Həmçinin e-qaimə və NKA məlumatlarına əsasən təqdim olunan mühərriklərin vahidi üzrə orta qiymətin 1054,65 manat (ƏDV-siz) olması da müəyyən olunmuşdur. Yoxlanılan dövr üzrə vergi ödəyicisinin ƏDV dövriyyəsi təqdim olunmuş e-qaimələr və NKA-nın Z hesabatlarına əsasən müəyyənləşdirilərək yoxlama ilə təsdiq edilmişdir. Əskik gələn mühərriklərin dəyəri, yəni 1291946,25 manat (ƏDV-siz) (1225*1054,65) Vergi Məcəlləsinin 67.15-ci və 159-cu maddələrinə əsasən yoxlanılan dövrün sonuncu ayına, yəni 2022-ci ilin may ayının ƏDV bəyannaməsinin dövriyyəsinə əlavə olunaraq hesablama aparılmışdır. Həmçinin vergi ödəyicisi tərəfindən 2019-cu ilin dekabr ayı üzrə əvəzləşdirlmiş YGB-lər üzrə 47101,03 manat ƏDV məbləği yoxlama ilə 2019-cu ilin noyabr ayında olması müəyyən olunaraq dekabr ayından silinmiş və əvəzləşmə məbləği noyabr ayı üzrə təsdiqlənmişdir. Nəticədə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən müvafiq sanksiya məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2022-ci ilin may ayı üzrə dövriyyə bəyan edilmədiyindən və bəyannamə göstəricisiz olaraq təqdim olunduğundan e-qaimə üzrə təqdim olunan (34146,12 manat), NKA üzrə təqdim olunan (2478,81 manat), bank hesablarına satışdan gəlir kimi mədaxil olan (32386,00 manat), həmçinin yoxlama ilə müəyyən olunan əskik gələn mühərriklərin dəyəri (1291946,25 manat) toplanaraq cəmi 1328571,18 manat (34146,12+2478,81+1291946,25) təqdimetmə və cəmi 1326811,06 manat (32386,00+2478,81+1291946,25) daxilolma məbləği yoxlama ilə müvafiq dövrün ƏDV bəyannaməsində bərpa olunmuşdur. Habelə, Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən yoxlanılan dövrün müxtəlif aylarında əvəzləşmə hüququnun olmasına baxmayaraq vergi ödəyicisi tərəfindən əvəzləşdirilməyən 46868,99 manat ƏDV məbləği yoxlama ilə müvafiq aylara əlavə olunaraq əvəzləşdirilmişdir. Nəticədə yoxlanılan dövrdə vergi ödəyicisinə ƏDV üzrə Vergi Məcəlləsinin 166-cı, 67.15-ci, 159-cu, 175-ci maddələrinə əsasən 188833,42 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 126742,75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə 91745,83 manat əmək haqqı fondu göstərilmiş və 23853,89 manat MDSS məbləği hesablanmışdır. 2021-ci il üzrə 124388,56 manat əmək haqqı fondu göstərilmiş və 34828,80 manat MDSS məbləği hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən hesablanmalı MDSS məbləğinin 23853,91 manat, 2021-ci ildə isə hesablanmalı MDSS məbləğinin isə 34828,81 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinə Sosial sığorta haqqında Qanunun 14-cü maddəsinə əsasən MDSS üzrə 0,03 manat hesablama aparılmış və 0,02 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli **********161407 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi səyyar vergi yoxlamasının aparılması və yoxlama ilə vergilərin hesablanması zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir və verilmiş iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Eyni zamanda bildirilir ki, İddiaçı keçirilmiş səyyar vergi yoxlamasının nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikayəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin 22 noyabr 2023-cü il tarixli **********747300 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı ilə təmin edilməmiş, xx.xx.2023-cü il tarixli **********161407 nömrəli səyyar vergi yoxlaması aktı əsasında 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-706/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərarının 2019-2021-ci illər üzrə mənfəət vergisi və həmin məbləğə tətbiq olunan maliyyə sanksiyası hissəsində ləğv edilməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Vergi ödəyicisi tərəfindən tərtib edilməyən və götürülməsi mümkün olmayan sənədlər haqqında Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” Akt tərtib edilmişdir. Akt vergi ödəyicisi tərəfindən imzalanmış və nüsxəsi götürülmüşdür. Səyyar vergi yoxlaması zamanı Mənfəət vergisi üzrə vergi ödəyicisinə 66155,25 manat vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi qədər yəni 33077,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ƏDV üzrə Vergi Məcəlləsinin 166-cı, 67.15-ci, 159-cu, 175-ci maddələrinə əsasən 188833,42 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 126742,75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. MDSS üzrə 0,03 manat hesablama aparılmış və 0,02 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə SVY nəticəsində vergi ödəyicisinə 254988,70 manat əlavə vergi məbləği hesablanmış və 159820,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla bağlı bildirilir ki, yoxlanılan dövrdə cəmiyyət tərəfindən mühasibat uçotu bu sahə üzrə mövcud qanunvericiliyn tələblərinə uyğun aparılmamışdır, yəni “Mühasibat uçotu haqqında” xx.xx.2004-cü il tarixli 716-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun tələbləri kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlar və dəlillər araşdırılmadan və əsaslandırılmadan rədd edilmişdir. b) İddiaçının vəkili və nümayəndəsi “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayətinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, cavabdeh yoxlamanın başlanması əsası üçün 2021-ci ilin mənfəət vergisi ilə əlaqədar guya xərclərdəki çatışmazlığı qeyd edib. Yoxlama aktının 7-ci səhifəsindən göründüyü kimi iddiaçının 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən kameral qaydada yoxlanılıb və hər hansı uyğunsuzluq müəyyən edilməyib. Cavabdeh məhkəmənin sorğuda qeyd etdiyi inzibati icraat materialını təqdim etməyib, çünki bu istiqamətdə heç bir araşdırma mövcud deyil, yalnız söz olaraq qeyd olunub. Digər vacib məsələ analoji vergi ödəyiciləri ilə bağlıdır ki, cavabdeh 3 saylı Ərazi Vergilər idarəsində analoji ödəyici olmadığını qeyd edib. Məlumat üçün bildirilir ki, 3 saylı Ərazi vergilər İdarəsinin ərazi yurisdiksiyası Quba, Xaçmaz, Qusar, Şabran rayonlarıdır. İddiaçı isə Abşeron rayonunda fəaliyyət göstərir. İddiaçıya ünvanlanan sorğuya cavabda bununla əlaqədar müvafiq sənədləri təqdim etmişdirlər. Cavabdeh iddiaçının fəaliyyət yeri üzrə analoji ödəyici axtarmayıb. İddiaçının qeydiyyatı formal olaraq Xaçmaz rayonudur, fəaliyyətini Abşeron rayonu Maştağa qəsəbəsində həyata keçirir. Ümumilikdə Bakı və Abşeron rayonu ərazisində isə 10-dan yuxarı analoji vergi ödəyicisi var. Sorğuya cavabda həmin şirkətlər barədə məlumat təqdim etmişdirlər. Bundan başqa, bildirilir ki, cavabdeh əlaqəli məlumatları da araşdırmamış, birbaşa şərti rentabellik norması tətbiq etmişdir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin rədd edilməsini xahiş edirlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar olabilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: – nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; – səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 38.7 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərarının 2019-2021-ci illər üzrə mənfəət vergisi və həmin məbləğə tətbiq olunan maliyyə sanksiyası hissəsində ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 24 iyun 2022-ci il tarixli, **********159302 nömrəli Qərarı ilə iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Cavabdeh “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 24 iyun 2022-ci il tarixli, **********159302 nömrəli Qərarında yalnız Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş və qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat göstərilməmiş, başqa sözlə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi əsaslandırılmamışdır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Hazırkı iş üzrə isə qeyd olunduğu kimi cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə, bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan, əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanunauyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 24 iyun 2022-ci il tarixli, **********159302 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında ” qərarına əsasən, müəssisəyə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilərək, iyun 2019 - may 2022-ci illəri əhatə edən səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında xx.xx.2023-cü il tarixli **********176154 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən şirkətə 254 988,70 manat əlavə vergi hesablanmış və 159 820,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə yoxlamanın təyin edilməsi barədə qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli məlumatın nədən ibarət olmasının göstərilməməsi ilə bağlı formalaşmış vahid məhkəmə təcrübəsinə dair kassasiya instansiyası məhkəməsinin qərarları (2-1(102)-669/2022, 2- 1(102)-670/2024, 2-1(102)-1117/2023, 2-1(102)-1201/2024, 2-1(102)-751/2024) mövcuddur və yalnız qeyd olunan əsas inzibati aktın formal-hüquqi baxımdan qüsurlu olduğuna görə ləğv olunması üçün yetərli hesab olunmuşdur. Bundan əlavə, yoxlama zamanı mənfəət vergisi üzrə cavabdeh tərəfindən birbaşa şərti rentabellik norması tətbiq edilərək əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin yoxlama dövründə qüvvədə olan tələblərinə zidd olaraq əlaqəli məlumatlar əsasında deyil, birbaşa şərti rentabellik norması tətbiq etməklə iddiaçıya vergi hesablamışdır. Verginin bu qaydada hesablanması kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə də ziddir (Bununla bağlı bax: Ali Məhkəmənin 2-1(102)-769/2024 nömrəli, 2-1(102)-943/2024 nömrəli inzibati işlər üzrə qərarları). Məhkəmə kollegiyası inzibati orqanın mövqeyini əsassız hesab edərək qeyd edir ki, Vergi Məcəlləsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunmuşdur ki, vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadığından xərclərini müəyyən etmək mümkün olmamışdır. Yoxlama üçün naməlum olan xərclərin VM-nin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatlarla müəyyən edilməsi mümkün olmadığından 2019-2021-ci illər üzrə mənfəət vergisinin hesablanması üçün Vergi Məcəlləsinin 67.2 maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsinə zərurət yaranmış və **********534800 nömrəli məktubla 3 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə müraciət olunmuşdur. Əldə olunmuş **********342400 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin fəaliyyət sahəsinə uyğun fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Qeyd olunan halın araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən vergi orqanına sorğu ünvanlanmaqla növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi zərurəti barədə ətraflı məlumat verilməsi və bununla bağlı aparılmış inzibati icraat materiallarının, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin olubolmamasının araşdırılması ilə bağlı aparılmış inzibati icraat materiallarının, bununla bağlı zəruri sübutların və ətraflı məlumatın məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Eləcə də iddiaçıya sorğu ünvanlanmaqla analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin olmaması barədə inzibati orqanın mövqeyi ilə əlaqədar münasibət bildirmələri, onlara məlum olan analoji fəaliyyətlə məşğul olan müəssisələr mövcud olduğu təqdirdə bununla əlaqədar məlumat verilməsi və əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ünvanlanan 17 oktyabr 2025-ci il tarixli, 3-21-2-10/2-93394/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, vergi ödəyicisi qapı istehsalında istifadə etdiyi xammal materialları əsasən idxal vasitəsilə əldə edir. Lakin vergi orqanlarının mövcud uçot-baza məlumatlarında vergi ödəyicisi tərəfindən mal-materialın hərəkəti cədvəlləri (aylar və çeşidlər üzrə), mal qalıqları və hazır məhsul qalıqları barədə məlumatlar (adlar və qapıların çeşidləri, motor sayları göstərilməklə), 1 qapının istehsalına sərf edilmiş mal-materialın kalkuliyasiyası barədə məlumatlar olmadığından vergi ödəyicisi tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə 1152588,91 manat gəlirlərin göstərilməsinə baxmayaraq gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin xammal-material uçotunun tam şəkildə aparılmadığı müəyyən edildiyindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi ödəyicisinin fəaliyyətində keçirilmiş səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********161407 nömrəli Səyyar vergi yoxlaması Aktının 4-cü səhifəsində bununla bağlı qeydlər aparılmışdır. Yoxlanılan dövr üzrə vergi ödəyicisinin illər üzrə təqdim edilmiş e-qaimələrə və NKA-nın Z hesabatlarına əsasən gəlirləri müəyyənləşdirilərək yoxlama ilə təsdiq edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən mal-materialın hərəkəti cədvəlləri, mal qalıqları və hazır məhsul qalıqları barədə məlumatlar, kalkuliyasiya cədvəlləri təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadığından xərclərini müəyyən etmək mümkün olmamışdır. Yoxlama üçün naməlum olan xərclərin VM-nin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatlarla müəyyən edilməsi mümkün olmadığından 2019-2021-ci illər üzrə mənfəət vergisinin hesablanması üçün Vergi Məcəlləsinin 67.2 maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsinə zərurət yaranmışdır. 3 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə **********534800 nömrəli məktubla müraciət olunmuşdur. Əldə olunmuş **********342400 nömrəli cavab məktubunda "xxxx" MMC-nin fəaliyyət sahəsinə uyğun fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilmədiyi qeyd edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi. "xxxx" MMC-nin fəaliyyət sahəsinə uyğun analoji fəaliyyətlə məşğul olan və yuxarıda qeyd olunan meyarlara cavab verən vergi ödəyicisi 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olmamışdır. Eləcə də iddiaçı tərəfindən ünvanlanan 13 oktyabr 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, elektron məhkəmə sisteminə əlavə edilən vergi orqanının obyekt qeydiyyatı barədə arayış və icarə müqaviləsindən göründüyü kimi, İddiaçı MMC Abşeron rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərir. Yəni, iddiaçının qeydiyyat ünvanı formal olaraq Xaçmaz rayonu ərazisidir. Bakı və Abşeron rayonu ərazisində isə iddiaçı ilə eyni fəaliyyəti göstərən onlarla vergi ödəyicisi vardır. Analoji vergi ödəyiciləri barədə internet resurslarında kifayət qədər məlumatlar mövcuddur. Təkcə internet resurslarından əldə olunan məlumatlarla ən azı 11 sayda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi mövcuddur. Vergi orqanının uçot bazasında bu sayın daha artıq ola biləcəyi istisna deyil. Lakin iddiaçı Xaçmaz rayonunda fəaliyyət göstərmədiyi halda iddiaçı həmin zona üzrə analoji vergi ödəyicisinin olmamasına istinad etmişdir. Bununla yanaşı, bir daha bildirilir ki, vergi orqanı analoji vergi ödəyicisi araşdırılmadan öncə Vergi Məcəlləsinin 67.1.1-67.1.9cu maddəsində sadalanan əlaqəli məlumatları araşdırmalı, onun əsasında mənfəətin müəyyən olunması mümkün olmazsa, analoji vergi ödəyicisini müəyyən etməli idi. Lakin, cavabdeh göstərilən istiqamətlərin heç biri üzrə araşdırma aparmamış, rahat üsulla birbaşa şərti rentabellik norması əsasında mənfəət vergisi hesablamışdır. Qeyd olunan metod isə qanunvericiliyin tələblərinə və formalaşmış vahid məhkəmə təcrübəsinə ziddir. İddiaçının nümayəndəsi sorğuda qeyd olunan analoji müəssisələr ilə bağlı məlumatları məhkəməyə təqdim etmiş, məhkəmə iclasında isə bildirmişdir ki, təqdim edilən məlumat Abşeron rayonuna aiddir, Bakı şəhərində isə analaoji fəaliyyətlə məşgul olan çoxsaylı müəssisələr mövcuddur. Göründüyü kimi oxşar müəssisələrin müəyyən edilməsi zamanı belə vergi orqanı tərəfindən ətraflı araşdırılma aparılmamış, yalnız vahid ərazi üzrə analoji müəssisələrin olmaması halına istinad olunmuş, vergi ödəyicisinin fəaliyyət göstərdiyi ərazi nəzərə alınmamışdır. Kollegiya hesab edir ki, inzibati orqan tərəfindən inzibati icraat aparılarkən vergi qanunvericiliyində nəzərdə tutulmuş ardıcıllıq da pozulmuşdur. Belə ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2181/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-769/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-943/2024 nömrəli qərarları). Bundan əlavə, xərcləri müəyyən etmək mümkün olmadığı halda belə şərti rentabellik əsasında mənfəət vergisinin hesablanması yenə də qanunsuzdur. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsi vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarını müəyyən edir: Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadıqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yəni ilk öncə Vergi Məcəlləsinin 67.1-ci maddəsi tətbiq edilməli, bu nəticə verməsə 67.14-cü dolayısı ilə 83.9-cu maddə ilə vergilər hesablanmalıdır. Bu məsələ ilə bağlı mövcud məhkəmə təcrübəsi də formalaşmışdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Vergi Məcəlləsinin "Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunmuşdur ki, müəssisə yoxlamaya yoxlama üçün zəruri olan sənədləri təqdim etmədiyi üçün vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmamışdır. Kollegiya həmin dəlili əsassız hesab edərək qeyd edir ki, hazırda sənədlər iddiaçı tərəfindən tam təqdim edilməmiş olsa belə, vergi orqanında mövcud olan elektron informasiya məlumatları əsasında VM-nin 67.1.5, 67.1.6 və 67.1.7-ci maddələrinə əsasən gəlir və xərclərin tam müəyyən edilməsi mümkün olardı. Beləliklə də, kollegiya qeyd edir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının müvafiq hesabat dövrləri üzrə xərclərini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmədən, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq edərək şərti rentabellik normasını tətbiq etməklə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Həmçinin Ali Məhkəmənin analoji işlərlə bağlı 2-1(102)-669/2022 nömrəli inzibati iş üzrə qərarında qeyd edilmişdir: “Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-706/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.