Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-896/2023 30.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “təminat xərclərinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, e-2-1(118)-168/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “təminat xərclərinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, e-2-1(118)-168/2023 nömrəli qərardadı ilə iddia geri götürülmüş hesab edilmiş, iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı şikayətində bildirmişdir ki, qərardad qanunsuzdur. Belə ki, xx.xx.2023-cü il tarixli iclasdan məlumatsız olmuşdur. xx.xx.2023-cü il tarixli iclasda isə növbəli iş qrafiki ilə işlədiyi üçün iştirak edə bilməmiş və məhkəməyə iclasda iştirak edə bilməyəcəyi barədə məlumat verməyi unutmuşdur. DSX də bir neçə iclasa nümayəndə göndərməmişdir. Bundan əlavə məhkəmə hüquqi yardım göstərməli olsa da, iclasda iştirak etməyəcəyi halda iddianın geri götürülməsi barədə qərardad qəbul edəcəyi barədə əvvəlcədən məlumat verməmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə icraata xitam verən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslanmışdır ki, iddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak etsə də, sonra məhkəmə iclaslarında iştirak etməmiş 15 aprel 2023-cü il tarixdə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iclaslarına gəlməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələblərinin müəyyən hissəsinin təmin olunması, digər hissəsinə bildirilən münasibət qeyd edilənlərlərin araşdırlması üçün iddiaçının şəxsən iştirakı zəruri hesab edilmişdir. Bundan sonra iddiaçının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq məhkəmə iclasında şəxsən iştirakı tələb olunmuşdur. Lakin iddiaçı 27 iyul 2023-cü il və 03 oktyabr 2023-cü il tarixli məhkəmə iclaslarında iştirak etməmişdir. Kollegiya xüsusi olaraq qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsi ilə yanaşı şikayəti üzrə apellyasiya baxışı zamanı da məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq hər-hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Şikayətin dəlilləri ilə bağlı isə qeyd olunmalıdır ki, 03 oktyabr tarixli məhkəmə iclası ilə bağlı məhkəmə bildirişi sifarişli xəbərnaməyə iddiaçının yaşayış ünvanında xx.xx.2023cü il tarixdə imza edilməklə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddianın geri götürülmüş hesab edilməsi iddiaçının icraatın davam etdirilməsinə marağının olmaması və icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X2 şikayətinə dair 08 iyul 2013-cü il tarixli qərardadı ilə İnzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5- ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq nail olmaq istədiyi məqsədə çatmaq üçün müvafiq iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək imkanına malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, e-2-1(118)-168/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 5 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-896/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-896/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver