Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-9/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X50 qızının katibliyi ilə, İddiaçı və iş üzrə digər İddiaçı2 nümayəndəsi İddiaçı1, cavabdehin nümayəndəsi X20, üçüncü şəxs X4 vəkili və nümayəndəsi Nümayəndə, digər nümayəndəsi X14 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (RX seriya nömrəsi 0673182) ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2-1(118)-433/2021 nömrəli qərarından cavabdeh və üçüncü şəxs X5 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçılar cavabdehə qarşı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, daha sonra isə iddia tələbinə dəqiqləşdirmə verərək X10 və onun ailə üzvlərinin adına verilmiş JN-0062 (KOD ********) dövlət aktının 62 C konturunda edilmiş dəyişiklik nəzərə alınmadan daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində X10, X15, X11, X5 və X14 adına qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (RX seriya nömrəsi 0673182) ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mövcud iddia ilə bağlı dəfələrlə mülki məhkəmə qarşısında iddia qaldırılsa da, sonuncu dəfə Xaçmaz Rayon Məhkəməsinin 17.8.2020-ci il tarixli qərardadı ilə iddia tələbləri inzibati məhkəməyə aid olduğu qərara alınmaqla ərizə geri qaytarılmışdır. Məsələ ilə bağlı şikayəti Ali Məhkəməyə göndərilmişdir. 15.9.2020-ci il tarixdə Ali Məhkəmə tərəfindən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verməklə iddiaçıya aidiyyatı üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun izahlı edilməsi qərara alınmışdır. X7 ilə qeydə alınmış torpaq sahəsinə hüququn hər hansı mülki-hüquqi əqd (alqı-satqı, bağışlanma, vərəsəlik, şəhadətnaməsi və.s) əsasında deyil, Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında aparıldığı nəzərə alınarsa, həmin qərar əsasında ayrılmış torpaq sahəsinin mərzlənməsi və yerləşmə yerinə dair koordinatlarının düzgün göstərilməməsi əsası ilə torpaq sahəsinin X6 adına ilkin hüquqi qeydiyyatının aparılması buna dair verilmiş Dövlət Aktının qanuniliyinin mübahisələndirilməsi hüquqi təbiətinə görə inzibati mübahisədir və inzibati orqanın faktiki xarakterli fəaliyyətindən irəli gələn mübahisədir. Yuxarıda qeyd olunan hüquqi mövqe artıq bundan əvvəl Dövlət Aktına əsasən ayrılmış torpaq sahəsi ilə bağlı baxılmış digər məhkəmə mübahisəsinin nəticəsi üzrə qəbul edilmiş yekun Ali Məhkəmənin Mülki Kollegiyasının 1 iyul 2020-ci il 2(102)- 2214/2020 nömrəli Qərarında öz əksini tapmışdır. Odur ki, məsələ ilə bağlı İnzibati məhkəməyə müraciət edirlər. Ailə ilə birlikdə anası Hüseynova Mafızənin adına olan torpaqa mülkiyyət hüququna dair JN0065 nömrəli dövlət aktına və qardaşı İddiaçı2 adına olan torpağa mülkiyyət hüququna dair JN0067 nömrəli dövlət aktına çıxarış çıxarılması üçün dövlət rüsumunu tam ödəməklə, aprel 2016-ci ildə Quba DƏDRX-nə ərizə ilə müraciət etmişdir. Lakin 07 may 2016-cı il tarixdə DƏDRX-in 5 saylı ərazi idarəsi bizə məktubla cavab verərək JN0065 və JN0067 nömrəli Dövlət aktlarına çıxarış çıxarılmasından imtina edildiyini bildirmişlər. Belə ki, JN0065 və JN0067 N-li Dövlət aktlarında göstərilən sahə hissələrinə digər şəxsin İsrafılova Railənin adma çıxarış verilmişdir. Odur ki, həmin çıxarış qeyri-qanuni olduğundan ləğv edilməlidir. Belə ki, “Torpaq islahatı haqqında qanun” un 14-cü maddəsinə görə torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Həmin Qanunun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan respublikası. X48 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli X19 aparır. X19nın yaradılması “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Göründüyü kimi, vətəndaşların qanuni istifadəsində olan torpaq paylarının əvəzsiz olaraq onların qanuni istifadəsində olan Ölçüdə mülkiyyətə verilməsi və hər bir şəxsə yalnız bir dəfə torpaq payının verilməsi qanunvericiliyin tələblərinə uyğundur. Lakin cavbdeh İsrafılovlar ailəsi, qeyd olunan normanın tələblərinə zidd olaraq iki dəfə, həm qüvvədə olmayan birinci bölgü üzrə saxta JN0062 nömrəli Dövlət Aktı üzrə, həm də ki, qanuni hesab olunan ikinci bölgü üzrə əldə etdikləri JN0062 nömrəli Dövlət Aktı üzrə torpaq payı almışlar. İddia ilə bağlı məsələyə aydınlıq gətirmək üçün baş vermiş işin hallarını rəsmi sənədlərlə əsaslandırıb ətraflı yazmaqla bütün sənədlərin lcsero surətlərini ərizəyə qoşma ilə əlavə edirlər. Belə ki, Azərbaycan Respublikasının “Aqrar islahatı haqqında”, “sovxoz və kolxozların islahatı haqqında” əsasnamənin təsdiq olunması barədə Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-cı il tarixli fərmanına əsaslanaraq, avqust 1996-cı il tarixdə “AVİFT” kəndli fermer təsərüfatının yaradılması və fəaliyyəti haqqında təsisçi olmuş, bundan sonra Quba rayonu S. Vurğun adma X38 komissiyasının 31 avqust 1996-cı il tarixli 02 saylı iclas protokolu tərtib edərək 134 nəfər vətəndaşın torpaq payını birləşdirib 82,4 hektar torpaq sahəsi ayrılaraq xəritə üzrə ona təhkim olunmuşdur, bundan sonra Quba rayonu Vəl-vələ İƏV ərazisində yerləşən S.Vurğun adına sovxozun torpaqlarının islahatı nəticəsində “AVİFT” k/f təsərrüfatı üçün torpaq sahəsinin yerini müəyyən etmək məqsədi ilə xəritə tərtib edilməsi barədə akt tərtib edilərədk xəritə çəkilmiş və akta əlavə edilmişdir, daha sonra X52 Komissiyasının 17 sentyabr 1996-cı il tarixli 49 saylı protokolu ilə “AVİFT” k/f təsərrüfatının Nizamnaməsi təsdiq edilmişdir. Beləliklə də “AVİFT” k/f təsərrüfatı xəritəsi üzrə ayrılmış torpaq sahələrində fəaliyyət göstərməyə başlamışdır. Lakin sonradan hər bir mülkiyyətçinin torpaq payına torpağa mülkiyyət hüququ haqqında dövlət aktları verilərkən bir çox uyğunsuzluğlar əmələ gəlmişdir ki, bu da mənim yaratdığım “AVİFT” k\f təsərrüfatının fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Belə ki, mənim təsərrüfatım üçün ayrılmış xəritə üzrə torpaq sahələri püşk üzrə ancaq “AVİFT”-in üzvləri olan şəxlərə verilə bilərdi. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20 - ci maddəsinə əsasən, torpaq islahatı yerli və rayon Aqrar İslahatı Komissiyası tərəfindən həyata keçirilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən kolxozun və ya sovxozun ərazisində yaradılmış yeni təsərrüfatçılıq formalarının, o cümlədən kəndli (fermer) təsərrüfatının üzvlərinə düşən torpaq payları, orta torpaq payı nəzərə alınmaqla həmin fermer təsərrüfatının ərazisindən verilməlidir. Torpaq payları vətəndaşlar arasında ümumi razılaşma yolu ilə müəyyənləşdirilir. Praktikadan göründüyü kimi, püşk atma aparılan zaman, fermer təsərrüfatının üzvlərindən hər hansı biri müxtəlif səbəblərdən püşkatmada iştirak etməzsə, həmin püşkü ümumi razılaşma yolu ilə təsərrüfatın başçısı çəkə bilər. Beləliklə də yuxarıda qeyd olunan qanuna əsaslanaraq və əməl edərək püşkatma onun tərəfindən aparılmış və tərtib edilən xəritə üzrə mülkiyyətçilər yerləşdirilmişdir. Lakin yerə köçürmə zamanı S.Vurğun adına təsərrüfatda bir çox səhvlərə və uyğunsuzluğlara yol verildiyindən mülkiyyətçilər arasında, o cümlədən onun təsərrüfatının payçı üzvləri arasında narazılıqlar baş vermişdir ki, bu da təsərrüfatının fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Bu narazılıqlar səbəbindən bir çox mülkiyyətçilər, o cümlədən o, yaranmış uyğunsuzluqları aradan qaldırmaq üçün yerli aqrar və rayon X19na müraciətlər etmişlər. Buna görə də Quba rayon S. Vurğun adına sovxoz AİK-nın 26 noyabr 1999- cu il tarixli 14 saylı iclas protokoluna əsasən baş vermiş uyğunsuzluğları aradan qaldırmaq məqsədi ilə Quba rayon İcra Hakimiyyətinin Başçısı Mehman İbrahimov xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri cənab Qərib Məmmədova 125№li məktubla müraciət edərək S.Vurğun adma təsərrüfatda qeyd olunan zəruri dəyişikliklərin aparılmasına göstəriş verməyi xahiş etmişdir. Daha sonra Quba rayon İHB-sı Mehman İbrahimov 25 mart 2000-ci il tarixdə 220/1 JVhli məktubla Azərbaycan Respublikası DTK-nm sədri Q. Məmmədova təkrar müraciət edərək ayrıca olaraq “AVİFT” k/f təsərrüfatı üzvlərinin sahələrində zəruri dəyişikliklər aparılmasına göstəriş verməyi xahiş etmişdir. Beləliklə zəruri dəyişiklikələr aparılması üçün lazım olan birinci bölgü üzrə çıxarılmış torpaq mülkiyyət hüququ haqqında Dövlət aktları JN 0082; 0084; 0081; 0083; 0076; 0062; 0065; 0066; 0067; 0068; və 0069 nömrəli aktların hər iki nüsxələri Dövlət Torpaq Komitəsinə təhvil verilmək üçün X43 müdri tərəfindən mənə verilmiş, o da həmin aktların hər iki nüsxələrini 22 № li qaimə üzrə 24.8.2000 - ci il tarixdə DTK-nin texniki sənədlər şöbəsinin işçisi Y. Mustafayevaya təhvil vermişdir. Bundan sonra Quba rayon icra başçısı Mehman İbrahimov 28 avqust 2000-ci il tarixdə 630/1 N2İİ məktubla Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri Qərib Məmmədova müraciət edərək “AVİFT” kəndli fermer təsərrüfatına aid torpaq bölgüsü layihəsinin yerə köçürülməsi üçün X53 Layihə İnstitutuna müvafiq göstəriş verməyi xahiş etmişdir. Buna görə də Dövlət Torpaq Komitəsinin kompüter mərkəzində ikinci bölgü aşağıdakı sxem üzrə aparılmış və torpağa mülkiyyət hüququna dair yeni aktlar, o cümlədən sözü gedən mübahisələndirilən JN0062, 0065 və 0067 N-li Dövlət aktları çıxarılmışdır. Qeyd etdi ki, düzəlişdən sonra ikinci bölgü üzrə çıxarılmış JN 0062 N-li dövlət aktı İsrafılov Abdulun özünə verilmiş, sahəsi ona tanıdılmış və hal-hazırda ikinci bölgü üzrə çıxarılmış Dövlət aktında göstərilmiş sxem üzrə torpağından istifadə edirlər, qeyd etdi ki, JN 0062 N-li dövlət aktı İsrafılov Abdulun adına olmuşdur, lakin saxtakarlıq yolu ilə birinci bölgü üzrə çıxarılmış çıxarış arvadı İsrafılova Railənin adma çıxarılmışdır. İsrafılova Railənin adma çıxarılmış mülkiyyət hüququna dair çıxarış qeyri qanuni olaraq saxtakarlıq yolu ilə çıxarılmışdır. Belə ki, yuxarıda, qeyd olunmuş qanuni sənədlərə əsaslanaraq ikinci bölgü aparılmışdır. Lakin həmin ikinci Dövlət aktı gizlədilərək birinci bölgü üzrə Dövlət aktı DTK-nə təhvil verildiyi halda saxtakarlıq yolu ilə sonradan əldə edilərək daşınmaz əmlakın Reyestri xidmətinə təhvil verilərək saxta çıxarış çıxarılmışdır. Bir halda ki, birinci bölgü lahiyəsi yerli AİK-nin və Quba AİK-nin 14 və 11 nömrəli qərarları ilə dəyişdirilərək ikinci bölgü aparılmış və ikinci dəfə mülkiyyət hüququna dair yeni Dövlət aktları işlənib hazırlanmışdırsa, nə üçün Reyestr xidməti kompiuter bazasında mövcud olan ikinci bölgü lahiyəsinə uyğun olaraq çıxarış çıxartmağa cəhd göstərməmişdir? Hətta 13.9.2005-ci il tarixdə JN0482 nömrəli torpaqa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mənim adına reyestr nömrəsi **********23 olan çıxarışda göstərilən sxemdə də mübahisə pridmeti olan JN0067 və JN0065 nömrəli Dövlət Aktlarındakı torpaq sahəsinin sxem və kordinatları əks olunur. Bundan başqa Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət Torpaq Kodastrı və Monitoringi Elmi-İstehsalat Mərkəzinin drektoru Nazim İsmayılovun JN0062 və JN0065 nömrəli pay torpaqları ilə bağlı göndərilən sxemlərdən bir daha açıq aydın görünür ki, JN0062 nömrəli Dövlət Aktmdakı sahə tamamilə başqa yerdə və tam fərqli kordinatlarda yerləşir. Bu sxemlər ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə bir daha hüquqi əsas verir. Görünür ki, Reyestr xidməti bilərəkdən öz maraqları səbəbindən saxtakarlıqa əl ataraq qanuni sənədlər əsasında verilən ikinci bölgü üzrə çıxarılan Dövlət aktına uyğun olaraq deyil, təhvil verilmiş və sonradan saxtakarlıq yolu ilə əldə edilmiş birinci bölgü üzrə Dövlət aktına uyğun çıxarış çıxartmışdır. Bir daha qeyd etdi ki, birinci bölgü sxemi üzrə JN0062N-li Dövlət aktında olan cizgi planı sovxoz AİK-nin 26 noyabr 1999-cı il tarixli, 14 saylı, Quba AİK- nin 22 yanvar 2000-ci il tarixli iclasının 1 nömrəli Protokoluna əsasən dəyişiklik edilməsi barədə DƏDRX-in kompüter bazasında ətraflı məlumat və ikinci bölgü üzrə cizgi planı mövcud olduğu halda, Reyestr xidməti hansı müəmmalı səbəbdənsə buna göz yummuş, əksinə saxta sənədə əsaslanaraq birinci bölgü üzrə dövlət aktından çıxarış vermişdir. Buna görə də məsələnin araşdırılması üçün keçmiş DTK-nin səlahiyyətlərini həyata keçirən DƏDRX-in mərkəzinə sorğu edərək ikinci bölgü aparıldığdan sonra JN 0062, JN0065, JN0067, və sairə aktların çıxarılması barədə aydınlıq gətirilməsi barədə arayış alınmasını xahiş edir. 24 avqust 2000-ci il tarixdə DTK-ə təhvil verilmiş JN0062N- li Dövlət aktı 2015-cı ilin əvvəllərində sözü gedən komitənin fəaliyyətinə xitam verildikdən sonra saxtakarlıq yolu ilə əldə edilmiş və bundan sonra ikinci Dövlət aktı gizlədilərək birinci Dövlət aktı Quba RX-nə verilərək saxta çıxarış çıxarılmışdır. 2000-2015-ci illər ərzində İsrafılov Abdulun əlində ancaq ikinci bölgü üzrə Dövlət aktı olmuşdur. Birinci bölgü üzrə Dövlət aktının isə yeganə olaraq kserosurəti Abdulun əlində olmuşdur. Bu səbəbdən İsrafılov birinci bölgü üzrə Dövlət aktından 2015-ci ilin iyun ayınadək çıxarış əldə edə bilməmişdir. İstər birinci və istərsə də ikinci bölgü üzrə əlində olan torpaq sahəsindən 1996-cı ildən istifadə etməklə 2000-ci ildən həmin sahədə yeni bağ salmışdır. İsrafılovlar isə 2000-ci ildən hal-hazırkı vaxtadək ikinci bölgü üzrə çıxarılmış torpaqa Mülkiyyət hüququna dair JN 0062 N-li Dövlət aktı üzrə sxemdə göstərilən torpaqdan istifadə edirlər. Məsələyə aydınlıq gətirmək üçün, Azərbaycan Respublikası Dövlət Torpaq Kadastrı və X25 Mərkəzinin sxemlərini o cümlədən Dövlət Torpaq Komitəsinin sədri Qərib Məmmədovun xx.xx.2003 - cü il tarixli 17-3/334 JSTuli məktubunu ərizəmə əlavə edir ki, mübahisələndirilən sahələrə baxış keçirməklə hər kəsin əlində olan ikinci bölgü üzrə sxemdə göstərilən torpaqdan özləri istifadə etdiklərini və 15 ildən sonra saxtakarlığ yolu ilə əldə edilmiş Dövlət aktı əsasında xx.xx.2015-ci il tarixdə DƏDRX-in 5 saylı ərazi idarəsi tərəfindən 0691803JST2 li çıxarışın qeyri-qanuni olmasına əmin olasınız. Bunu da xüsusi ilə nəzərinizə çatdırır ki, cavbdeh İsrafılova Railənin adına DƏDRX-in 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən RX seriyalı ******* saylı çıxarışın verilməsinə əsas olmuş torpaq mülkiyyət hüququna dair JN0062 saylı Dövlət Aktının saxta olması Quba rayon Məhkəməsində baxılan mübahisə zamanı öz təsdiqini tapmışdır. Belə ki, X44 rayon məhkəməsinə müraciət edərək onun və qardaşı X45 rayon Vəl-vələ kəndində yerləşən RX seriyalı ******* saylı çıxarışa əsasən ona məxsus olan 1.552 ha torpaq sahəsindən çıxarılmağı və həmin torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin bizə qadağan edilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə təyin edilmiş ekspertizanın nəticəsi üzrə əldə edilmiş 29 iyun 2017-ci il tarixli 5411 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, cavabdeh İsrafilova Railənin adına olan RX seriyalı ******* saylı reyestrdən çıxarış və reyestr xidmətinin verdiyi reyestr nömrəsi **********02 olan plan və ölçü sənədi JN0062 kod 30310018 saylı torpaqın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ilə verilmiş 3.05 ha torpaq sahəsinin plan və ölçü sənədinə uyğun deyildir. Eyni zamanda həmin rəydə qeyd edilmişdir ki, JN0067 kod 30310018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ilə Hüseynov Tələtin mülkiyyətinə verilmiş 0.80 ha torpaq sahəsinin ölçüləri və JN0065 kod 30310018 saylı torpağın i Hüseynova Çiçək, Hüseynov Yusif, Hüseynova İfadə və Hüseynova Sahilənin mülkiyyətinə verilmiş 4.76 ha torpaq sahəsinin ölçü və cizgiləri naturadakı torpaq sahəsinə uyğundur. Göstərilənlərə əsasən hesab edirlər ki, iddia tələbi işin faktiki hallarına və qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı1 Quba rayonu Vəl-Vələ kəndində yerləşən 4.76 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2016-cı il tarixində **********, **********, **********, ********** qeydiyyat nömrəli ərizələr ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, xx.xx.2016-cı il tarixli 2V-239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əlavə edilmiş JN-0065 KOD 30310018 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktfnın 65N hissəsində göstərilən 10000.24 kv.m torpaq sahəsinə 5 saylı Ərazi idarəsi tərəfindən digər şəxsin adına dövlət reyestrindən çıxarış verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2016-cı il tarixli **********36 nömrəli məktubla imtina olunmuşdur. İddiaçı2 Quba rayonu Vəlvələ kəndində yerləşən 0.80 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş JN0067 KOD 30310018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 0.80 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2016-cı il tarixli **********64 nömrəli məktubla imtina olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddia ərizəsində qeyd edilən X5 adına olan ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0062 Kod 30310018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” və Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-719 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr”, “2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların. ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” Odur ki, X5 adına olan ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış qeyd olunan qanunun tələblərinə riayət etməklə hazırlanmışdır. Qeyd olunduğu kimi mübahisələndirilən torpaq sahələrinə digər şəxsin adına dövlət reyestrindən çıxarış verilmişdir. Bununla bağlı icraatda olan iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2-1(118)-433/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X10 və onun ailə üzvlərinin adına verilmiş JN-0062 (KOD ********) dövlət aktının 62C konturunda edilmiş dəyişiklik nəzərə alınmadan daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində X10, X15, X11, X5 və X14 adına qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (RX seriya nömrəsi 0673182) ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinin tələbləri baxımından qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına baxmayaraq, mübahisə predmeti olan torpaq sahəsinin birgə mülkiyyətçilərdən öz paylarının X8 tam mülkiyyət hüququ ilə keçməsinə əsas digər birgə mülkiyyətçilər ilə Railə İsrafilova arasında bağlanmış 25 iyun 2015-ci il tarixli bağışlama müqaviləsi olmuşdur. Qeyd olunan bağışlama müqaviləsinə hüquqi qiymət verilmədən X4 adına verilmiş RX seriyalı ******* saylı çıxarışa hüquqi mövqe bildirmək yolverilməzdir. Qeyd olunan bağışlama müqaviləsi mülki hüquq xarakterli olduğundan həmin müqaviləyə mülki mühakimə icraatı qaydasında hüquqi qiymət verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmənin hazırkı qərarı ilə Railə İsrafilovanın adına mülkiyyət hüququ ilə qeydə alınmış RX seriya nömrəsi ******* saylı çıxarışın inzibati icraat qaydasında ləğv edilməsi mümkün deyil. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxs də həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı2 Quba rayonu Vəlvələ kəndində yerləşən 0,80 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş JN-0067 KOD 30310018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 0,80 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2016-cı il tarixli **********64 nömrəli məktubla imtina olunmuşdur. Bildirilmişdir ki, məhkəmə qərarı ilə ləğv edilmiş RX seriya nömrəsi ******* dövlət reyestrindən çıxarış ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0062 KOD 30310018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” və Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-719 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr”, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, RX seriya nömrəsi ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış qeyd olunan qanunun tələblərinə riayət etməklə hazırlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, məhkəmə qərarı əsasında ləğv edilmiş RX seriya nömrəsi ******* dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsi Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-781 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X5 adına özgəninkiləşdirilmişdir və sonuncunun adına ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Bununla da ləğv edilməsi nəzərdə tutulan ******* nömrəli dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsinə dair mülkiyyət hüququ itirilmişdir və bu halda gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır. Üçüncü şəxs X4 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə irəli sürülmüş iddia tələblərinə hüquqi qiymət verərkən iddianın mahiyyəti və müvafiq hüquqmüəyyənedici sənədlərlə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə hər hansı mötəbər sübutlara əsaslanmadan və müvafiq qanun normalarına istinad etmədən yalnız iddiaçıların ifadələrinə əsaslanaraq torpaq sahəsinin mülkiyyətlərinə verilməsi barədə Quba rayonu Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli (məhkəmə qərarında səhvən 1999-cu il göstərilmişdir), 03 saylı qərarını qanunsuz və əlverişsiz akt kimi qiymətləndirərək həmin torpaq sahəsinin iddiaçılara məxsus olması barədə əsassız qənaətə gəlmişdir. Halbuki iş materiallarında sözügedən qərarın qanunsuz və əlverişsiz akt kimi qiymətləndirilməsinə əsas verən hər hansı mötəbər sübut yoxdur. İddiaçıların adı çəkilən qərar sonradan guya yerli aqrar islahatı komissiyasının 26 noyabr 1999-cu il tarixli, 14 saylı qərarı əsasında Quba rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı qərarı əsasında dəyişiklik edilməsi barədə bildirdikləri iş materiallarında olan sənədlərlə və səlahiyyətlərinə görə həmin dəyişikliklərdən məlumatı olmalı olan müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş yazılı cavablarla tam təkzib olunmuşdur. Belə ki, iş materiallarında olan keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin 17 iyun 2014-cü il tarixli, 698/2 saylı məktubu və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktublarından da görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı əsasında mülkiyyətlərinə ayrılmış sahəsi 3,29 ha torpaq sahəsinin sərhədləri tərtib edilmiş plan-cizgilərə uyğundur və həmin qərara, həmçinin bu qərar əsasında verilmiş Dövlət Aktlarına dəyişikliklər edilməsi barədə dövlət kadastrı bazasında hər hansı məlumat mövcud deyildir. Eyni zamanda iddiaçıların məhkəməyə bildirdikləri kimi, Quba rayonu Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli, 03 saylı qərarına dəyişiklik edilməsi belə, mübahisələndirilən torpaq sahəsinin nə sxeminin, nə də hüquqmüəyyənedici sənədinin dəyişdirilməsi üçün əsas ola bilməzdi. Çünki, sözügedən torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 23 yanvar 1999-cu il tarixdə 62 nömrəsi ilə qeydiyyata aldığı JN0062 kod 30310018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mülkiyyətləri kimi dövlət qeydiyyatına alınmışdı. Özü də təkcə mərhum atasının deyil, 5 nəfər ailə üzvünün birgə mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmişdi. Belə olan halda nə yerli aqrar islahatı komissiyasının 26 noyabr 1999-cu il tarixli, 14 saylı qərarı, nə də Quba rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı qərarı əsasında artıq xüsusi mülkiyyətləri kimi dövlət qeydiyyatından keçirilmiş torpaq sahəsi ilə bağlı hər hansı dəyişikliyin edilməsi mümkün deyildi və bu qərarlar mövcud olsaydı belə, qanuni sayıla bilməzdi. Təəssüf ki, məhkəmə bu halları düzgün qiymətləndirə bilməmişdir ki, bütün bu sadalananlar da məhkəmə tərəfindən yol verilmiş qanun pozuntuları ilə çıxarılmış məhkəmə qərarının qeyriobyektivliyini və müvafiq qanun normalarına zidd olduğunu tam aydınlığı ilə göstərir. Həmçinin məhkəmənin sözügedən qərarı inzibati prosessual qanunvericilik normalarının aşkar pozuntuları ilə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məlum qərarlarında müəyyən edilmiş göstəricilərə zidd olaraq çıxarılmışdır. İşdə olan sənədlərdən də göründüyü kimi iddiaçılar 2016-cı ilin müvafiq olaraq aprel və may aylarında ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Quba rayonu, Vəl-Vələ kəndində yerləşən sahəsi 4,76 ha olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və torpaq sahələrinin planı və ölçülərinin hazırlanaraq verilməsini xahiş etmiş, sonuncu da mübahisələndirilən torpaq sahələrinin anası X5 mülkiyyəti kimi dövlət qeydiyyatından keçirildiyini bildirərək həmin müraciətlərə 06 may 2016-cı il və 07 may 2016-cı il tarixli imtina məktubları ilə cavab vermişdir. İddiaçılar ilkin olaraq anası X5 mülkiyyəti kimi torpaq sahəsinə dair verilmiş çıxarışın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət etsələr də, sonradan iddia tələbinə dəyişiklik edərək onun X10, X15, X11, X14 adına qeydə alınmış “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın (RX seriya nömrəsi 0673182) ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasını tələb etmişlər. Halbuki iddiaçılar məhkəməyə qədər həmin tələblə bağlı cavabdehə müraciət etməmişlər və cavabdeh də bu barədə iddiaçılara hər hansı şəkildə imtina verməmişdir. Bildirmişlər ki, sözügedən çıxarış Quba rayonu aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli, 03 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 23 yanvar 1999-cu il tarixdə 62 nömrəsi ilə qeydiyyata aldığı JN0062 kod 30310018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mülkiyyətləri kimi dövlət qeydiyyatından keçirilmiş 3,29 ha torpaq sahəsinə dair verilmişdir. Sonradan sözügedən torpağın 1,732942 ha hissəsi tərəflərindən başqa şəxsə satılmış, qalan 1,562 ha torpaq sahəsi isə digər mülkiyyətçilərin imzaladıqları müvafiq bağışlama müqavilələri əsasında 01 iyul 2015-ci il tarixdə onun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrindən dövlət qeydiyyatından keçirilmiş və torpağa dair yeni çıxarış verilmişdir. Göründüyü kimi, məhkəmə artıq mövcud olmayan cavabdehin özünün hələ 2015-ci ilin iyul ayında ləğv etdiyi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın (RX seriya nömrəsi 0673182)ləğv edilməsi vəzifəsini cavabdehin üzərinə qoymaqla açıq-aydın qanunsuzluğa yol vermişdir. İddiaçılar üçüncü şəxsin apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazda işin hallarına istinad etməklə şikayətin təmin olunmamasını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-160/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərardadı ilə X28, X26 və X29 hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X33 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 vəkili və nümayəndəsi Nümayəndə və digər nümayəndəsi X29 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı və iş üzrə digər İddiaçı2 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər üçüncü şəxslər X28 və X26 lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətlərinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı işdə iddiaçılar daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində X10, X15, X11, X5 və X14 adına qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (RX seriya nömrəsi 0673182) ləğv edilməsini tələb etməklə, həmin qeydiyyatın aparılması üçün əsas olmuş hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirirlər. Bu zaman inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməlidir. Digər tərəfdən hazırkı iddia mübahisələndirmə deyil, öhdəliyin icrası növündə iddia olduğundan üçüncü şəxsin apellyasiya şikayətinin iddia müddətinin tətbiq edilməli olmasına dair dəlilləri əsaslı hesab oluna bilməz. İddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları isə onların cavabdeh inzaibati orqandan müvafiq şəhadətnamələr əsasında mülkiyyət hüquqlarını qeydiyyata alınmasını tələb etdikləri və istifadələrində olan torpaq sahəsinə dair cavabdeh inzibati orqan tərəfindən digər şəxsin adına daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın verilməsindən irəli gəlir. Həmçinin, bu zaman nəzərə alınmalıdır ki, onların müraciətinin təmin olunmasından imtinanın əsası kimi cavabdeh inzibati orqan öz imtinasında və etirazında, habelə apellyasiya şikayətində məhz digər şəxsin adına çıxarışın verilməsinə istinad etdiyindən iddiaçıların məhkəmə baxışının gedişində dəqiqləşdirilmiş iddia tələbi məzmununda cavabdehə müraciət etməsinə də zərurət olmamışdır. Belə ki, inzibati orqanın mövcud praktikasına əsasən daşınmaz əmlakın dövlət reyesterində qeydiyyat və onun əsasında verilmiş çıxarışlar hüquq sahibinin müraciəti və razılığı olmadan dəyişdirilmir və ya ləğv edilmir, bu cür müraciətlər üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.4-cü maddəsinə (Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir) istinad edilməklə mübahisənin məhkəmə qaydasında həll edilməsi barədə cavab verilir. Digər tərəfdən, işə apellyasiya qaydasında baxılarkən cavabdeh inzibati orqana iddiaçıların həmin orqana bütün müraciətlərinin surətlərinin təqdim olunması barədə sorğu verilsə də, məhkəməyə yalnız İddiaçı1 xx.xx.2016-cı il tarixli, digər İddiaçı2 xx.xx.2016-cı il tarixli müraciətlərinin surətləri təqdim olunmuşdur. Halbuki, cavabdeh özü etirazında İddiaçı1 xx.xx.2016-cı il tarixində **********, **********, **********, ********** qeydiyyat nömrəli ərizələrinin daxil olduğunu bildirmişdir. İddiaçı1 isə apellyasiya baxışı zamanı cavabdehə ünvanlanmış qeyd edilən məzmunlu ərizəsinin surətini məhkəmə kollegiyasına təqdim etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin iddianın mümkün hesab edilməməsi ilə bağlı dəlillərini əsaslı hesab etmir və iddiaçı ilə üçüncü şəxs arasında müvafiq torpaq sahəsi ilə bağlı uzun müddətdir ki, müxtəlif məhkəmə instansiyalarında davam edən mübahislələrin həlli məqsədi ilə, prosessual qənaət prinsipi baxımından da hazırkı işə mahiyyəti üzrə baxılmalı olması qənaətinə gəlir. Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin işin mahiyyəti üzrə dəlillərinə gəldikdə isə, kollegiya qeyd edir ki, iddiaçıların təqdim etdikləri yazılı sübutlar, cavabdehin etirazı və təqdim etdiyi sənədlər, habelə verilmiş sorğulara cavab olaraq işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Quba rayonunun sabiq Səməd Vurğun adına sovxozun ərazisində yerləşən torpaq sahələri ilə bağı Quba rayonun Aqrar İslahat Komissiyasının 29 mart 1997-cc il tarixli 03 nömrəli qərarı əsasında torpaq sahələri vətəndaşların mülkiyyətinə verilmişdir. Həmin qərara əsasən X16, X8, X21,X17 və X22 ümumi sahəsi 3.29 ha torpaq sahəsi ayrılmış və həmin sahə üzərində olan hüquqlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 62 nömrəsi ilə 25 yanvar 1999-cu ildə qeydə alınaraq JN-0062 kod 30310018 olan dövlət aktı verilmişdir. Həmin JN-0062 kod 30310018 olan dövlət aktına sahəsi 15521 kv.m göstərilmiş 62 C saylı plan cizgi sənədi, sahəsi 6373.42 kv.m göstərilmiş 0062 saylı paln cizgi sənədi və sahəsi 10956.00 kv.m göstərilmiş 62 A saylı plan cizgi sənədi əlavə edilmişdir. Quba rayonun Aqrar İslahat Komissiyasının 29 mart 1997-cc il tarixli 03 nömrəli qərarı əsasında eyni zamanda iddiaçılar İddiaçı1 və onun ailə üzvlərinə 4.76 ha torpaq sahəsi ayrılmış və ona JN-0065 kod 30310018 olan dövlət aktı, İddiaçı2 Tələt oğluna 0,80 ha torpaq sahəsi ayrılmış və ona JN-0067 kod 30310018 olan dövlət aktı verilmişdir. Bir müddət sonra “Avift” kəndli fermer təsərrüfatı payçıları Aqrar İslahat Komissiyasına müraciət edərək, torpaq sahələrinin xəritələr üzrə paylanmaması bildirərək yenidən bölgü aparılmasını tələb etmişlər. Payçıların müraciəti nəzərə alınaraq Quba rayon Səməd Vurğun adına X38 Komissiyasının 26 noyabr 1999-cu ikl tarixli 14 saylı qərarı əsasında “Avift” kəndli fermer təsərrüfatının üzvlərinin mülkiyyətinə veriləcək torpaq sahələrinin sxemi müəyyən edilmiş və müvafiq dəyişikliyin edilməsi barədə Quba rayon Səməd Vurğun adına X38 Komissiyasının qərarının Quba rayon Aqrar İslahat Komissiyası tərəfindən təstiq edilməsi xahiş edilmişdir. Quba rayon Aqrar İslahat Komissiyası Səməd Vurğun adına X38 Komissiyasının 26 noyabr 1999-cu ikl tarixli 14 saylı qərarı nəzərə alaraq 22 yanvar 2000-ci il tarixli 01 saylı protokolu ilə uyğunsuzluğun aradan qaldırılması haqqında lazımi düzəlişlərin edilməsi və edilmiş düzəlişlərin kompüter mərkəzində yenidən işlənməsini Dövlət Torpaq Komitəsindən və Yer Quruluşu Layihə İnstitutundan xahiş etmişdir. Quba rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 19 fevral və 25 mart 2000-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə müraciət olunaraq yerli aqrar islahat komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı qərarı nəzərə alınaraq kompüter mərkəzində ayrılmış torpaq sahələri üzrə zəruri dəyişikliklərin edilməsi xahiş olunmuşdur. Quba rayonunun Vəl-Vələ kəndi ərazisində paylanmış və torpaq sahələrinə dair verilmiş JN 0082, 0084, 0081, 0083, 0076, 0062, 0065, 0067, 0069, 0068 və 0066 saylı dövlət aktları 24 avqust 2000-ci ildə 22 saylı qaimə əsasında Dövlət Torpaq Komitəsinə təhvil verilmişdir. Quba rayon İcra Hakimiyyətinin Dövlət Torpaq Komitəsinə ünvanladığı 28 avqust 2000-ci il tarixli 630/1 məktuban görünür ki, Dövlət Torpaq Komitəsi tərəfindən kompüter mərkəzində müvafiq dəyişikliklər edilmişdir. X27 və onun ailə üzvlərinə yeni verilmiş JN 0062 kod:30310018 olan dövlət aktında ayrılmış torpaq sahəsinin ölçüsü 3.05 hektar göstərilmiş və həmin dövlət aktına əlavə edilmiş sahəsi 13098.75 kv.m göstərilmiş 62C saylı plan cizgi sənədi və sahəsi 17400.00 kv.m göstərilmiş 0062 saylı plan cizgi sənədi ayrılmışdır. Yeni dövlət aktında X16 ilkin ayrılmış 3.29 ha torpaq sahəsindən az ölçüdə torpaq sahəsi qeydə alınmışdır. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi müvafiq sənədlərdən görünür ki, 13 iyun 2015-ci ildə X27 ailə üzvləri ilə birlikdə Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş sahəsi 3.29 ha göstərilmiş ilkin dövlət aktı əsasında torpaq sahəsinin 1.732942 ha hissəsini X1, yerdə qalan 1.552 ha torpaq sahəsini arvadı X4 adına mülkiyyət hüququnu ilə **********02 qeydiyyat nömrəsi ilə qeydiyyata aldıraraq dövət reyesterindən çıxarış almışdır. Belə ki, X23 1.732942 ha torpaq sahəsi satıldıqdan sonra 1.552 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyesterində 109 nömrəli reyester kitabının 24 nömrəli vərəqində X10, X15, X11, X5 və X14 adına qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış verilmişdir. Sonradan həmin çıxarışın əsasında X27, X28, X26 və X29 öz paylarını notarial qaydada təstiq edilmiş bağışlama müqaviləsi əsasında X9 bağışlamışlar. O isə öz növbəsində ona bağışlanmış hüquqları daşınmaz əmlakın dövlət reyesterində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata aldırmışdır. İddiaçının təqdim etdiyi, Quba rayon Məhkəməsində 2(027)-2025/2016 saylı mülki işin araşdırması zamanı təyin edilmiş ekspertizanın 5411 saylı rəyindən görünür ki, X8 mülkiyyət hüququ ilə məxsus və RX seriyalı ******* nömrəli çıxarışda qeydə alınmış 1.552 ha torpaq sahəsinin koordinatları İddiaçı1 və İddiaçı2 dövlət aktı əsasında məxsus olan torpaq sahəsinin koordinatları ilə üst üstə düşür. Birinci instansiya məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinə ünvanlanmış sorğular verilsə də xx.xx.1999-cu il tarixli 14 saylı qərarın "xxxx" MMC-nin arxivində aşkar olunmaması səbəbindən JN-0062 (KOD ********) dövlət aktına hər hansı bir dəyişikliyin edilməsinini müəyyən etmək mümkün olmamamış, lakin araşdırma zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyester Xidmətində JN-0062 nömrəli Dövlət aktının 62c konturuna dəyişiklik edilməsi barədə məlumatın olmamasına baxmayaraq, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyester Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarında JN-62C konturu 1.31 kimi qeydə alındığı müəyyən edilmişdır ((Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********86 nömrəli məktubu; cild 1, səh.179-180)). Yəni JN-62C konturunun 1.31 kimi qeyd olunması X2 mülkiyyətində 1.552 kv.m torpaq sahəsinin deyil 13098.75 (1.31) kv.m. olmasına dəlalət edir. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlmişdir ki, ümumi sahəsi 3.29 ha torpaq sahəsi kimi göstərilmiş dövlət aktının 62C plan cizgi sənədində göstərilmiş sahəsi 15521.00 kv.m olan torpaq sahəsi əsasında aparılmış qeydlər qanunun tələblərinə ziddir. Ümumi sahəsi 3.29 ha torpaq sahəsi kimi göstərilmiş dövlət aktının 62C plan cizgi sənədində göstərilmiş sahəsi 15521.00 kv.m olan torpaq sahəsinin X27 və onun ailə üzvlərinin sahibliyində olmamasına baxmayaraq, bəlli olmayan səbəblərdən artıq hüquqi qüvvəsini itirmiş 3.29 ha torpaq sahəsi ilə bağlı verilmiş dövlət aktı əsasında hüquqi hərəkətlər aparılmış və nəticədə X18 (X27) Quba rayonunda fəaliyyət göstərmiş Səməd Vurğun adına X38 Komissiyasının 26 noyabr 1999-cu il tarixli qərarında nəzərdə tutulmuş torpaq sahəsindən artıq hissəyə sahib olmuşdur. Apellyasiya şikayətlərinin dəlillərinə müvafiq olaraq hüquqmüəyyənedici sənədlər və elektron kadastr uçot informasiya sisteminin məlumatları əsasında iddiaçıların və üçüncü şəxslərin torpaq sahələrinin sərhədlərinin, habelə onların üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən xx.xx.2022-ci il tarixli qərardadla ilə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında müvafiq suallar qoyulmuş, ekspertin vəsatətinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən 28 dekabr 2022-ci il tarixli mütəxəssis rəyi alınmışdır. İş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 09 mart 2023-cü il tarixli, 2-1(105)-9/2023 nömrəli ekspert rəyində ekspert müvafiq sualların cavablandırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba rayonu şöbəsinin mühəndisi M.Məmmədovun mütəxəssis rəyinə istinad edilməklə həmin rəydə göstəilənlərə uyğun nəticəyə gəlmişdir. Belə ki, müvafiq mütəxəssis rəyində və onun əsasında tərtib edilmiş ekspert rəyində suallara cavab olaraq göstərilir ki:
1. İş materiallarında olan təqdim edilmiş hüquqmüəyyənedici sənədlər və elektron baza məlumatları əsasında İddiaçı2 adına verilmiş JN-0067 kod 30310018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 65N hissəsində göstərilən 10000,24 kv.metr torpaq sahəsinin koordinatları iddiaçıların faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları ilə üst-üstə düşürmür.
2. Elektron baza məlumatları əsasında X10, X15 adına verilmiş ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 1,5521ha torpaq sahəsinin (plan və ölçüsü-cild 1.səh 87-88) koordinatları həmin çıxarışın verilməsinə əsas olmuş X10 və onun ailə üzvlərinin adına olan JN-0062 kod 30310018 dövlət aktının 62C konturunun Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarında (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********86 nömrəli məktubu cild 1 səh.179-180) 1.31 ha kimi qeydə alınmış torpaq sahəsinin koordinatlarına uyğun deyil. Yeni elektron uçot xəritələrində həmin JN-0062 kod 30310018 dövlət aktının 62C konturunda göstərilmiş torpaq sahəsi vətəndaşın faktiki istifadə etdiyi torpaq sahəsi ilə uyğunluq təşkil edir. Həmin torpaq sahəsi 62C nömrəli dövlət aktında 1.55 ha göstərilməsinə baxmayaraq TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında 1.31 ha kimi göstərilmişdir.
3. X10 və onun ailə üzvlərinin adına olan JN-0062 kod 30310018 dövlət aktının 62C konturunun Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarında (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********86 nömrəli məktubu cild 1 səh.179-180) 1.31 ha kimi qeydə alınmış torpaq sahəsinin koordinatları İddiaçı2 adına verilmiş JN-0067 kod 30310018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0.80 ha torpaq sahəsinin X12 və onun ailə üzvlərinin adına verilmiş JN-0065 kod 30310018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 65N hissəsində göstərilən 10000.24 kv.metr torpaq sahəsinin koordinatları yeni elektron uçot xəritə məlumatları ilə üstüstə düşmür.
4. İddiaçı2 adına verilmiş JN-0067 kod 30310018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0,80 ha və X12 və onun ailə üzvlərinin adına verilmiş JN-0065 kod 30310018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 65N hissəsində göstərilən 10000,24 kv.m torpaq sahələri X10 və onun ailə üzvlərinin adına verilmiş ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilmiş 1.5521ha torpaq sahəsi TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazası məlumatında 67 nömrəli sxem ilə üst-üstə düşür. 65N nömrəli sxem ilə kəsişmir. Mütəxəssis və ekspert rəylərində göstərilən hallarla əlaqədar zərurət yarandığından həmin rəyləri vermiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba rayonu şöbəsinin mühəndisi X13 və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti X24 məhkəmə kollegiyasının iclasında dindirilmişlər. Mütəxəssis M.Məmmədov verilmiş suallara cavab olaraq X27 və onun ailə üzvlərinə verilmiş çıxarışın sənəd üzrə koordinatlarının iddiaçıların torpaq sahəsi ilə üst-üstə düşdüyünü, amma TEKUİS məlumatlarında 1.31 ha torpaq sahəsinin digər ərazidə göstərildiyini, həmin torpaq sahəsi iddiaçıların torpaq sahəsindən 500-600 metr aralıda yerləşdiyini və üçüncü şəxslərin istifadəsində olduğunu bildirmişdir. Eyni zamanda mütəxəssis üçüncü şəxsin adına olan çıxarışın 65 nömrəli dövlət aktına əsasən İddiaçı1, 67 nömrəli dövlət aktı isə onun qardaşının istifadəsində olan torapq sahələrinə verildiyini, təqdim edilmiş rəydə birinci suala cavab olaraq göstərilmiş üst-üstə düşməmə halının iddiaçıların faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatlarının bir-birinə münasibətdə üst-üstə düşməməsi ilə bağlı olduğunu, həmin torpaq sahələrinin faktiki olaraq iddiaçıların istifadəsində olduğunu bildirmişdir. Ekspert H.Məmmədov verilmiş suallara cavab olaraq mütəxəssis tərəfindən rəy tərtib edilərkən müvafiq torpaq sahələrinə baxışda iştirak etdiyini, Məhkəmə Ekspertizası Mərkəzində torpaq sahələrinə dair baza məlumatları olmadığından bu kimi işlərdə ekspert rəyinin mütəxəssis rəyindən asılı olduğunu, iddiaçının torpaq sahəsinin yol tərəfdən baxdıqda sağ tərəfdə yerləşdiyini, digər torpaq sahəsinin isə əkin sahəsi olduğunu, oraya avtomobillə getdiklərini, hətta üçüncü şəxsin nümayəndəsinin həmin sahəni göstərməkdə tərəddüd etdiyini bildirmişdir. Kollegiya qeyd edir ki, torpaq sahələri ilə bağlı inzibati mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən səlahiyyətli orqan kimi, reyester xidmətinin müvafiq baza məlumatlarına əsaslanmaqla təqdim etdikləri mütəxəssis rəyləri mötəbər sübut qismində çıxış edir. Hazırkı işin hallarından da göründüyü kimi, təqdim edilmiş mütəxəssis rəyində də, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən qoyulmuş bütün suallara ətraflı cavab verilmiş, mübahisəli torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir. Müəyyən edilmişdir ki, elektron baza məlumatları əsasında X10, X15 adına verilmiş ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 1,5521ha torpaq sahəsinin koordinatları həmin çıxarışın verilməsinə əsas olmuş X10 və onun ailə üzvlərinin adına olan JN-0062 kod 30310018 dövlət aktının 62C konturunun Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarında 1.31 ha kimi qeydə alınmış torpaq sahəsinin koordinatlarına uyğun deyil. Əlavə olaraq həm mütəxəssis və ekspertin rəyindən, həm də həmin rəyləri vermiş mütəxəssisin və ekspertin izahatları ilə müəyyən edilmişdir ki, qeyd edilən 1.31 ha torpaq sahəsi iddiaçıların istifadəsində olan torpaq sahəsindən kənarda yerləşməklə hazırda da üçüncü şəxslərin istifadəsindədir. Belə olan halda, kollegiya mübahisəli torpaq sahəsinə dair X10, X15, X11, X5 və X14 adına qeydə alınmış və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışda göstərilən torpaq sahəsinə dair qeydiyyat aparılarkən cavabdeh inzibati orqanın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunudan irəli gələn vəzifə və səlahiyyətlərini, xüsusilə də həmin qanunun 9cu maddəsində nəzərdə tutulmuş “daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması”, “bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi” vəzifələrini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, hazırkı işdə cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunmalı olduğunu sübut etsə də, cavabdeh iddiaçının tələbi ilə bağlı öz imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə gəldikdə isə, həmin dəlillər, o cümlədən torpaq sahəsinə dair çıxarışın müvafiq dövlət aktına əsasən verilməsi, torpaq sahəsinə dair reyesterdə çıxarışın ləğv edilməsinin mümkün olmaması barədə dəlillər də əsassızdır. Belə ki, reyesterdəki qeydlərin düzgün və tam aparılmasına cavabdeh olan inzibati orqan kimi, cavabdeh həmin qeydlərin hər dəfə düzgün aparılması məsuliyyətini daşımışdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin olunmamalıdır. Kollegiya eyni zamanda qeyd edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmədiyindən hazırkı iş üzrə apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının verilməsi üçün çəkilmiş xərc İPM-nin 108-111-ci maddələrinə əsasən mütənasib şəkildə cavabdehə və üçüncü şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2-1(118)-433/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manatın 50 manatı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən, 50 manatı isə üçüncü şəxs X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.