Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-90/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər X8 və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 1 saylı regional ərazi filialına qarşı “güşətli şərtlərlə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(085)-1403/2018 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı iddiaçının xx.xx.1984-xx.xx.2002-ci illərdə işlədiyi müddətlərin əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlər, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən güzəştli iş stajına daxil edərək xx.xx.2009-cu il tarixdən 2004-2005-ci illərin orta aylıq əmək haqqından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və onun pensiya hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1403/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim Z.Pirverdiyev) Sumqayıt Apelyasiya Məhkəməsi İİK-nın 2-1(105)-343/2018 saylı xx xxx 2018ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (hakim N.Nəsibov) Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)- 1552/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (hakim K.Bədəlov) İş üzrə məhkəmə qərarı cavabdeh tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi xx.xx.2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə vəsatətlə müraciət edərək icraatının təzələnməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, rəsmi məlumatlara əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı hazırda da doğulduğu yer üzrə - Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmasına baxmayaraq və Abşeron rayonu ərazisində yaşaması barədə -təsdiqedici müvafiq sənəd alınmadan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 30.1-ci bəndinin tələblərinə zidd olaraq onun xx.xx.2017-ci il tarixli ərizəsini Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində (bundan sonraşöbə) qeydiyyatdan keçirməklə şöbənin Pensiya üzrə komissiyasının xx.xx.2018-ci il tarixli, 1234 nömrəli qərarına əsasən xx.xx.2009-cu il tarixdən 50 yaşının tamam olduğu gündən Qanunun 9.8-ci maddəsinin şərtlərinə, o cümlədən vaxtilə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısınna istinad etməklə (bundan sonra-1 №-li Siyahı) və 2006-cı ilədək əmək kitabçası üzrə hesablanmış 30 il 2 ay əmək stajına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunur). Pensiya təyinatı zamanı vətəndaşdan ərizə alınmamış, şöbənin Pensiya üzrə komissiyasının xx.xx.2018-ci il tarixli qərarına əvvəllər imtina olunmuş ərizənin nömrəsi (1234) qeyd edilmişdir.Şöbənin 1234 nömrəli qərarında qeyd olunanlara əsasən xx.xx.2009-cu il tarixdən 1120,64 manat məbləğində hesablanmış pensiyasının aylıq məbləği 2009- 2018-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun faizlər tətbiq edilməklə 01.01,2019-cu il tarixdən 1736,89 manata çatdırılmış, xx.xx.2018-ci il tarixdən ödənişinə başlanılmış, ötən dövrlər üzrə hesablanmış fərq məbləğləri cəmi 157679,21 manat, aylıq pensiya məbləğləri cəmi 24215,28 manat təşkil etməklə -ümumilikdə 181894,49 manat məbləğ xx.xx.2018-xx.xx.2019-cu il dövr ərzində İddiaçı adına açılmış plastik kart hesabına köçürülmüşdür (912393 nömrəl pensiya işinin surəti əlavə olunur). Pensiya işinə tikilmiş və İT-İ seriyalı, ******* nömrəli olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı xx.xx.1975-xx.xx.1978-ci illərdə “Dəmirbeton” trestinin Şıxlar karyer qum zavodunda fəhlə, xx.xx.1980-xx.xx.1984cü illərdə SSRİ Nəqliyyat Tikintisi Nazirliyi “Aztransstroy” Tresti MSB-3-də çilingərtəmirçi və mexanik, xx.xx.1984-xx.xx.2002-ci illərdə “Bayıl Limanı” X9 İdarəsində elektrik qaynaqçısı, qazmaçı köməkçisi, qazmaçı və çilingər, xx.xx.2002xx.xx.2006-cı illərdə “X4 LTD”-də operator köməkçisi və operator işləmişdir (əmək kitabçasının surəti əlavə olunur). Pensiya işinə tikilmiş hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1978-ci tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Vətəndaşın 1 №-li Siyahıya uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ işlədiyi peşələr üzrə 1984-2002-ci illərin iş stajının nəzərə alınması ilə yaranmışdır (qanunvericiliklə tələb olunan 20 il ümumi və 10 il xüsusi sığorta stajı olduğu üçün). Bununla belə, əmək kitabçasının surətinə əsasən 2006-cı ildən 2018ci tarixədək (təyinat aparıldığı il) heç bir yerdə işləməyən İddiaçı 9 il əvvəl güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa və hazıradək pensiya təyinatı üçün müvafiq orqanlara müracət etməməsi vətəndaşın əmək kitabçasına qeyd olunmuş en azı son 21 ilin iş stajlarının sonradan yazılaraq saxtalaşdırılmasına şübhələr yaratmış, həmçinin əmək kitabçasında qeyd olunmuş iş stajlarının və əmək haqqının düzgünlüyünün hazırda da fəaliyyət göstərən müəssisə və təşkilatlarda (“Bayıl Limanı” X9 İdarəsi və “X4 LTD”) şöbə tərəfindən yerində ilkin sənədlərlə qarşılıqlı üzləşdirilərək yoxlanılmamışdır. Eyni zamanda, Qanunun 31.4-cü maddəsinə əsasən müraciət edən şəxsin əmək pensiyası hüququ olmadıği hallarda əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə ərizəçiyə göndərilməli olduğu halda həmin maddənin tələbləri pozularaq 9 ay sonra, şöbənin xx.xx.2018-ci il tarixli qərarı ilə güzəştli iş stajı barədə arayışı təqdim edə bilmədiyi üçün vətəndaşın ərizəsi təmin olunmayaraq icrasından imtina edilmiş, həmçinin bu barədə vətəndaşa ünvanlanmış xx.xx.2018-ci il tarixli 20/1883 №-li məktub rəsmiləşdirilmişdir. Araşdırma zamanı İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2002-xx.xx.2006-cı illərdə “X4 LTD”-də operator köməkçisi və operator vəzifələrində işləməsi, habelə pensiya işinə tikilmiş olan və pensiya hesablanması zamanı bilavasitə nəzərə alınmış, adları qeyd olunmayan həmin təşkilatın məsul şəxsləri adından imza edilməklə və dairəvi möhürü ilə təsdiq edilməklə 2004-2005-ci illərin əmək haqqı araryışında qeyd olunanların düzgünlüyünün yoxlanılması məqsədi ilə Nazirliyin tabe qurumu vasitəsilə həmin təşkilatda aidiyyəti səxsərin iştirakları ilə yoxlama aparılmış, nəticəsi müvafiq aktla rəsmiləşdirilmişdir (aktın surəti əlavə olunur). Yoxlama zamanı müəyyən olunmuşdur ki, sözügedən vətəndaşın adına verilmiş əmək haqqı arayışı və iş stajı təşkilatın müvafiq sənədlərində aşkar edilməmişdir. Bundan əlavə, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1984-xx.xx.2002-ci illərdə “Bayıl Limanı” X9 İdarəsində T.Şükürovun elektrik qaynaqçısı, qazmaçı köməkçisi, qazmaçı və çilingər işləməsi faktı da Nazirliyin tabe qurumu vasitəsilə SOCAR “Kompleks qazma işləri” trestinin arxivində ilkin sənədlərlə qarşılıqlı yoxlanılması nəticəsində İddiaçı aid sənədlərin aşkar edilmədiyi təsdiq edilmişdir. Qeyd edildiyi kimi, hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi biletin surətinin 1-ci vərəqində İddiaçı Quba 103 nömrəli Texniki peşə məktəbində (indiki Quba Peşə iseyi) təhsil alması, traktorçumaşinist peşəsinin olması barədə məlumat qeyd olunmuşdur. Lakin ehtimal olunur ki, peşə məktəbində oxuduğu dövrdə paralel olaraq əmək kitabçasının surətində qeyd edilmiş Bakı şəhərində yerləşən xx.xx.1975- xx.xx.1978-ci illərdə “Dəmirbeton” trestinin Şıxlar karyer qum zavodunda fəhlə işləməsi faktı olmamışdır. Peşə məktəbində təhsil aldığına görə vətəndaş hərbi xidmətə təhsilini başa vurduqdan sonra, 19.5 yaşından çağırılmış və 2 ilə yaxın hərbi xidmətdə olmuşdur. Qeyd olunan faktlar İddiaçı əmək kitabçasının tam saxtalaşdırılmasına şübhələrin yaranmasına əsas verir. Məhkəmə işə baxarkən iş stajlarının və əmək haqqı arayışının düzgünlüyünün müvafiq təşkilatlar üzrə araşdırılması üçün heç bir təhqiqat aparmamış, vətəndaşın əmək kitabçasında qeyd olunmuş iş stajlarını təfərrüatı ilə təşkilatlar üzrə sadalamamış, pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd etməmiş, əmək kitabçasında adları qeyd olunmuş hazırda fəaliyyəti olan və sənədləri arxivlərdə saxlanılan təşkilatların heç birindən rəsmi məlumat tələb etməmişdir. Ümumiyyətlə, məhkəmə qərarında yalnız ümumləşdirilmiş şəkildə İddiaçı 1975-ci ildən 2006-cı ilədək müxtəlif müəssisələrdə işləməsi qeyd olunmuşdur. Məhkəmə prosesləri başa çatdıqdan sonra İddiaçı xeyrinə qəbul edilmiş qəbul edilmiş qərarlar əsasında şöbə tərəfindən pensiya təyinatı aparılmışdır. Lakin pensiya məbləğinin hesablanması zamanı ciddi qanun pozuntularına yol verməklə nəzərə alınmış 2004-2005-ci illərin əmək haqlarına görə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumlarından zəruri arayış (1 №-li əlavə) alınmamışdır ki, bununla da Qanunun 1.0.2-ci, 21.1-ci və 25-ci maddələrinin tələbləri pozulmuşdur. Əlavə olaraq bildirmişdir ki, İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması barədə əldə edilmiş materiallara hüquqi qiymətin verilməsi məqsədilə Nazirlik tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ediləcəkdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(085)- 1403/2018 saylı qərardadı ilə ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi təmin edilmiş, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2-1(85)-1403/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə məhkəmə icraatı təzələnmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1403/2018 nömrəli inzibati iş üzrə icraat İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət işi üzrə “cinayət təqibinə xitam verilməsinə dair qərar” və ya “məhkəmənin ittiham hökmü” qanuni qüvvəyə mindiyi vaxtadək dayandırılmışdır.(hakim C.Məmmədov) Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxıldıqda Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)457/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Şikayətin dəlilləri İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı onunla əsaslandırmışdır ki, “X4 Ltd” şirkətinin və “Bayıl Liman” X9 İdarəsinə sorğular göndərilməsinə baxmayaraq, iddiaçı barədə məlumatlar aşkar olunmamışdır. Hesab edir ki, bu həmin işə götürən şəxsin özünün problemidir. O, həmin qurumlarda işləmişdir. Bundan başqa qeyd olunan qərar 2018-ci ildə qəbul olunmuş və həmin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermək müddəti ötürülmüşdür. Tərəflərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər; Sözügedən normanın təhlili göstərir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. İPM-nin 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli 128- 16072 nömrəli cavab məktubundan görünür ki, İddiaçı Abşeron rayon ərazisində qeydiyyatı aşkar olunmamışdır. Məhkəmə tərəfindən “X4 Ltd” şirkətinin və “Bayıl Liman” X9 İdarəsinin hüquqi ünvanına sorğular göndərilməsinə baxmayaraq İddiaçı həmin təşkilatlarda işləməsinə dair məlumat əldə edilə bilməmişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəis müavini, baş ədliyyə müşaviri Heydər Məmmədovn tərəfindən qəbul edilmiş cinayət işinin başlanılması barədə qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 02/2-79c saylı material üzrə vəzifəli şəxslərin qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işinin başlanılması və istintaqın aparılmasının Baş İdarənin İstintaq İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 02/2-79c saylı materialdan müəyyən edilir ki, vətəndaş İddiaçı Quba rayonu 1-ci Nügədi kəndində qeydiyyatda olmasına baxmayaraq və Abşeron rayonu ərazisində yaşaması barədə təsdiqedici heç bir sənəd olmadan əmək kitabçasına saxta məlumatlar əlavə edilməklə sonuncuya DSMF-nin Abşeron rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin yixarıda sadalanan halları, eləcə də əldə edilmiş sübutlar yeni açılmış hal hesab edilir və birinci instansiya məhkəməsi düzgün olaraq ərizəni təmin edərək iş üzrə icraatl təzələmişdir. 3 illik müddətlə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək kollegiya qeyd edir ki, mübahisə edilən qərar iş materiallarından göründüyü kimi xx xxxxxxx 2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. Cavabdeh tərəf isə yeni açılmış hallara dair ərizə ilə məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə, yəni 3 illik müddət ötürülmədən müraciət etmişdir. İcraatın təzələnməsi ilə yanaşı birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, İddiaçı barəsində 2-1(85)-1403/2018 nömrəli inzibati iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılması Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində İddiaçı barəsində olan Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət işi üzrə başlanılmış araşdırılma yekunlaşaraq məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü çıxarıldıdan sonra mümkün olacaqdır. Belə ki, qeyd olunan cinayət işi üzrə aparılmış araşdırmanın nəticəsi olaraq İddiaçı tərəfindən hazırki, inzibati iş üzrə sübut qismində tədqim etdiyi sənədlərin həqiqiliyinə (saxta olmamasına) istintaq və ya cinayət işinə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Həmin sənədlərə hüquqi qiymət verildikdən sonra 2- 1(085)-1403/2018 saylı inzibati iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılması mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı pensiya təyin olunması üçün əsas olmuş rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, habelə həmin sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi və s. əməllərə görə cinayət işi başlandığından, həmin işin nəticəsinin hazırkı işlə birbaşa əlaqəsi olduğundan birinci instansiya məhkəməsi yeni açılmış hallarla bağlı iş üzrə təzələnmiş icraatı dayandıraraq düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(085)-1403/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(085)- 1403/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-90/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-90/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver