Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-90/2023 30.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X16 qızının katibliyi, İddiaçı X1, onun vəkili və nümayəndəsi X5, cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcəli əlilliyin müddətsiz təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2-1(118)-593/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 0244003AAMA6 nömrəli göndərişdən görünür ki, X1 əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir.
2. TSEK tərəfindən verilmiş arayışlardan görünür ki, X3 xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə 1 (bir) il müddətinə, 2016-cı ildə 5 il müddətinə ikinci dərəcəli əlillik verilmişdir.
3. TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavabdan görünür ki, X3 əlilliyin təyin edilməsindən imtina edilmiş və səbəb kimi “əlavə müalicəyə ehtiyacın olması” qeyd edilmişdir.
4. TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavabdan görünür ki, X3 əlilliyin təyin edilməsindən imtina edilmiş və səbəb kimi “ əlavə müalicəyə ehtiyacın olması” qeyd edilmişdir.
5. İddiaçı aid ambulator xəstəsinin fərdi vərəqindən görünür ki, o, xx.xx.2005-ci il, xx.xx.2006-ci il,xx.xx.2007-ci il və xx.xx.2018-cü illərdə əlillik müddəti bitdiyi üçün TSEK-na göndərilmişdir.
6. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X10 tərəfindən verilmiş T183/2022 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərtib edilmiş göndərişdə qeyd edilən şəxsin səhhətini əks etdirən 142.2-digər hipertrofik kardiomiopatiya, arterial hipertenziya İİ dərəcə, risk İV, ağciyər hİpertenziyası. Ağırlaşma: İ34.1-mitral qapağın (proiapsı) düşməsi, mitral çatmamazlığı нГ dər; dəqiqləşdirilməmiş ürək çatmamazhğı, xroniki ürək çatrnamazlığı İİ dər. (AF-43%). İ49.9-ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, səyrici aritmiya normosistolik forma diaqnozu şəxsin əyani müayinəsi zamanı “Kİiniki Tibbi Mərkəzi”nə göndərilərkən instrumental müayinənin nəticəsi ilə bir daha təsdiq olunsa da müalicəsi yetərsiz olmuşdur. Odur ki, o, ixtisaslaşmış tibb müəssisəsində müalicə olunmaqla yenidən Forma 88 rəsmiləşdirildikdən sonra əlillik dərəcəsinin təyininə baxıla bilər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
7. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ikinci dərəcəli əlilliyin müddətsiz təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Mərkəzi Xəstəxanasının cavabdehlərin sırasından çıxarılaraq ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü ildə anadan olmuşdur. Artıq uzun illərdir ki, ürək çatışmazlığından, ağ ciyər hipertenziyası və digər xəstəliklərdən əziyyət çəkir. Xəstəlikləri ilə bağlı dəfələrlə müxtəlif xəstəxanalardaa müalicə və müayinələrdə olmuşdur. Ona hipertrofik kardiomiopatiya, ağ ciyər hipertenziyası, mitral qapağın (prolapsi) düşməsi, mitral çatışmazlığı, xroniki ürək çatışmazlığı, ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, essensial (birincili) hipertenziya, döş fəqərələrinin osteoxondrozu, nevrosteniya asteno nevrotik hal diaqnozları qoyulmuşdur. 2004-cü ilin mart ayında xəstəlikləri ilə bağlı ll dərəcə əlillik təyin edilmiş və 2021-ci ilin mart ayına kimi əmək pensiyası almışdır. 2021-ci ilin aprel ayında pensiyanın ödənişi kəsilmişdir. 2021-ci ilin iyun ayında Quba rayon Mərkəzi Xəstəxanası göndərişlə onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına ElmiTədqiqat Kardiologiya İnstitutuna göndərmişdir. xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasının qəbulunda olmuşdur. xx.xx.2021-ci il tarixdə komissiya tərəfindən ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmiş, səbəb kimi əlavə müalicəyə ehtiyacın olması və aparılan müayinələrin diaqnozu və ağırlaşmanı təsdiq etmədiyini göstərilmişdir.
10. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, X1 əlillik vəziyyətinə Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “stenokardiya” diaqnozu ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0244003AABE9 saylı göndərişi əsasında baxılmış və “gərginİik stenokardiyası İİİ f.s.Aterosklerotik kardiskleroz, hipertoniya xəstəliyi, ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “gərginlik stenokardiyası, aterosklerotik kardiskleroz, hipertoniya xəstəliyi, ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0244003AAMA6 saylı göndərişi əsasında baxılmış, “Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX stabil gərginlik stenokardiyası, ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, digər hipertrofik kardiomiopatiya, hipertrofik kardiomiopatiya” diaqnozu göstərilmişdir. Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0244003AANVN saylı göndərişi əsasında baxılmış və əlavə müalicəyə ehtiyacın olması, xəstəyə aparılan müayinələr diaqnozu və ağırlaşması təsdiq edilmədiyindən imtina cavabı verilmişdir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2-1(118)-593/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı X3 ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyində də iddiaçıya təyin edilmiş diaqnoz öz təsdiqini tapmışdır. Sadəcə müalicələrin yetərsiz olması və mülalicə aldıqdan və yenidən forma 88 göndərişinin rəsmiləşdirilməsi səbəbindən əlillik dərəcəsinə baxıla biləcəyi göstərilmişdir. Yuxarıda göstərilən normalarda ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il müddətinə təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma 88”-in tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. Cavabdeh imtina cavabında və etirazında əlilliyin müddətsiz müəyyən edilməsi üçün tibb müəssisəsi tərəfindən göndərişin təqdim edilməsinin zəruri olduğunu bildirmişdir. Halbuki cavabdehin bu dəlili hər hansı normativ sənədlə təsdiq olunmur. Bununla bağlı cavabdehin dəlili əsaslı sayıla bilməz. Belə ki, ikinci dərəcəli əlilliyin müəyyən edilməsinin yeganə yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur. Nəzərə çatdırılmışdır ki, X1 əlillik vəziyyətinə Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi:Ümumi xəstəlik; X4: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri-120-125-Ürəyin işemik xəstəlikləri-120-Stenokardiya (döş inağı)-120.9- Dəqiqləşdirilməmiş stenokardiya; Diaqnozun mətni: Stenokardiya; Meyar 2.2. İkinci dərəcə əlillik-DİGƏR:Digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0244003AABE9 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X4:İX Sinif-Qan dövranı sistemi xəstəlikləri-120-125- Ürəyin işemik xəstəlikləri-120-Stenokardiya (döş inağı)-120.8-Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX: Gərginlik stenokardiyası İİİ f.s Aterosklerotik kardiskleroz. HİPERTONİYA XƏSTƏLİYİ; Meyar 2.2. İkinci dərəcə əlillik-2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X4: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri-120-125- Ürəyin işemik xəstəlikləri-120-Stenokardiya (döş inağı)-120.8-Stenokardiyanın digər formaları; Diaqnozun mətni:ÜİX: Gərginlik stenokardiyası İİİ f.s.Aterosklerotik kardiskleroz. HİPERTONİYA XƏSTƏLİYİ; Meyar 2.2. İkinci dərəcə əlillik-2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0244003AAMA6 saylı göndərişi əsasında baxılmış və “X4:İX Sinif-Qan dövranı sistemi xəstəlikləri-120-125- Ürəyin işemik xəstəlikləri-120-Stenokardiya (döş inağı)-120.1-Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜLX stabil gərginlik stenokardiyası İİİ f.s Ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, Digər hipertrofik kardiomiopatiya, hipertrofik kardiomiopatiya; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: İxtisaslaşmış müalicə müəssisəsində əlavə müayinə və müakicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0244003AANVN saylı göndərişi əsasında baxılmış və X4: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri-130-152-Ürəyin digər xəstəlikləri-142-Kardiomiopatiya- 142.2-Digər hipertrofik kardiomiopatiya; Diaqnozun mətni: TSEKə göndəriş zamanı diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz 142.2 Digər hipertrofik kardiomiopatiya, hipertrofik kardiomiopatiya. Art.hipertenziya İİ dər. Risk İV. Ağ ciyer hipertenziyası. Ağırlaşma 134.1 Mitral qapağın (prolapsı) düşməsi, mitral çatışmazlığı İİİ dər.Ağırlaşma 150.9 Dəqiqləşdirilməmiş ürək çatmamazlığı, xr.ürək çatmamazlığı İİ dər. (AF-43%) Ağırlaşma 149.9 Ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, səyrici aritmiya, normosistolik forma. Yanaşı xəstəliklər/10. Essensial (birincili) hipertenziya, art.hipertenziya İİ dər.risk İV. Yanaşı xəstəliklər/10 Essensial (birincili) hipertenziya, art.hipertenziya İİ dər.risk İV. Yanaşı xəstəliklər G54.3 Döş sinir köklərinin digər rubrikalarda təsnif olunmayan, döş fəqərələrinin osteoxondrozu...kökcük aqri sindromu ilə.asteno nevrotik sindrom Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, asteno nevrotik hal; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması- Səbəb:Xəstəyə aparılan müayinələr diaqnozu və ağırlaşmasını təsdiq etmir. Xəstənin diaqnozu ilə əlaqədar ixtisaslaşmış müayinə və müalicəyə ehtiyac var” səbəbi ilə imtina verilmişdir. Bununla yanaşı analoji bir işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-912/2022 nömrəli qərarında da (31, 33-cü bəndlər) əlilliyin müddətsiz müəyyən olunması üçün növbəti müayinənin labüdlüyü qeyd olunmuşdur. Bundan əlavə analoji bir işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1561/2022 nömrəli qərarında da (35-ci bənd) əlilliyin təyin olunması üçün şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicə müddətinin gözlənilməli olduğu qeyd olunmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə 3. Tibbi-sosial ekspertiza Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir.
17. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir.
18. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ...6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: ...6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; ... “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı:
19. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
20. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). ...4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. ...6. Keçid müddəalar 6.1. Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. ...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. ...2.4-cü bənd. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: ... 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); ...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsi: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ...1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; ...2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyində də iddiaçıya təyin edilmiş diaqnoz öz təsdiqini tapmışdır. Sadəcə müalicələrin yetərsiz olması və müalicə aldıqdan və yenidən forma 88 göndərişinin rəsmiləşdirilməsi səbəbindən əlillik dərəcəsinə baxıla biləcəyi göstərilmişdir. Yuxarıda göstərilən normalarda ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il müddətinə təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma 88”-in tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılar qeyd etməyi zəruri hesab edir.
28. İşdən görünür ki, iddiaçıya TSEK-ə göndəriş zamanı diaqnoz XBT 10 kodlu xəstəliyin adı əsas diaqnoz İ42.2. Digər hipertrofik kardiomiopatiya, hipertrofik kardiomiopatiya, art hipertenziya İİ dər.risk İV. Ağ ciyər hipertenziyası. Ağırlaşma İ34.1 Mitral qapağın (prolapsı) düşməsi, mitral çatışmazlığı İİİ dər. Ağırlaşma İ50.9 Dəqiqləşdirilməmiş ürəkçatmamazlığı, xr.ürək çatmamazlığı İİ dər. (AF-43%) Ağırlaşma İ49.9 Ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, sayrici aritmiya, normosistolik forma. Yanaşı xəstəliklər 10.Essensial (birincili) hipertenziya, art.hipertenziya İİ dər. Risk İV Yanaşı xəstəliklər G54.3 Döş sinir köklərinin digər rubrikalarda təsnif olunmayan, döş fəqərələrinin osteoxondrozu, kökcük ağrı sindromu ilə. Asteno nevrotik sindrom. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, asteno nevrotik hal. diaqnozları qoyulmuş, 2004-cü ilin mart ayında xəstəlikləri ilə bağlı ll dərəcə əlillik təyin edilmiş və 2021-ci ilin mart ayına kimi əmək pensiyası almışdır.
29. 2021-ci ilin iyun ayında Quba rayon Mərkəzi Xəstəxanası göndərişlə onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına ElmiTədqiqat Kardiologiya İnstitutuna göndərmişdir. xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasının qəbulunda olmuşdur. xx.xx.2021-ci il tarixdə komissiya tərəfindən ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmiş, səbəb kimi əlavə müalicəyə ehtiyacın olması və aparılan müayinələrin diaqnozu və ağırlaşmanı təsdiq etmədiyini göstərilmişdir.
30. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı X2 aşkar edilmiş X4: İX sinif-Qan dövranı sistemi xəstəlikləri=İ20-İ25-Ürəyin işemik xəstəlikləri=İ20- Stenokardiya (döş inağı)=İ20.1-sənədlər əsasında təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya; ÜİX stabil gərginlikstenokardiyası İİİ f.s., Ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, digər hipertrofik kardiomaopatiya, hipertrofil kardiomiopatiya diaqnozu təsdiq edilirmi?Diaqnozun təsdiq edildiyi halda həmin diaqnoz əlillik dərəcəsinin verilməsi üçün əsasdırmı?
31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin T183/2022 saylı ekspert rəyindən görünür ki, məhkəmə-tibb eksperti X6 və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial eksperti X7 iştirakı ilə X1 məhkəmətibbi müayinəsi keçirilmiş, 1964-cü il təvəllüdlü X1 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir ki: - Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adlna tərtib edilmiş göndərişdə qeyd edilən şəxsin səhhətini əks etdirən “İ42.2-digər hipertrofik kardiomiopatiya, arterial hipertenziya İİ dərəcə, risk İV, ağciyər hipertenziyası. Ağırlaşma: İ34.1-mitral qapağın (prolapsı) düşməsi, ”mitral çatmamazlığı İİİ dərəcə, dəqiqləşdirilməmiş ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı İİ dər. (AF-43%). İ49.9-ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, səyrici aritmiya normosistolik forma” diaqnozu şəxsin əyani müayinəsi zamanı “X15”ə göndərilərkən instrumental müayinənin nəticəsi ilə bir daha təsdiq olunsa da müalicəsi yetərsiz olmuşdur. Odur ki, o, ixtisaslaşmış tibb müəssisəsində müalicə olunmaqla yenidən Forma 88 rəsmiləşdirildikdən sonra əlillik dərəcəsinin təyininə baxıla bilər.
32. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı təqdim edilmiş 2005-ci ildən başlayaraq iddiaçı barəsində tərtib edilmiş TSEK-in müayinə aktlarından da görünür ki: - xx.xx.2005-ci il tarixli, 410 nömrəli müayinə aktına əsasən iddiaçı TSEK-də ilkin müayinədən keçmiş və əsas diaqnoz, ÜİX gərginlik stenokardiyası, İİİ f.s.Aterosklerotik kardiskleroz, hipertoniya xəstəliyi ikinci dərəcəli, QDÇ-İİ dərəcə, onurğanın boyun-döş nahiyyəsinin ostrexondrozu qeyd edilmiş və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2006-cı il tarixli, 300 nömrəli müayinə aktına əsasən iddiaçı TSEK-də müayinədən keçmiş və əsas diaqnoz, ÜİX gərginlik stenokardiyası, İİİ f.s.Aterosklerotik kardiskleroz, hipertoniya xəstəliyi ikinci dərəcəli, QDÇ-İİ dərəcə, xroniki pnevmoniya qeyd edilmiş və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2007-ci il tarixli, 891 nömrəli müayinə aktına əsasən iddiaçı ilk dəfə TSEK-də müayinədən keçmiş və əsas diaqnoz, ÜİX gərginlik stenokardiyası, İİİ f.s.Aterosklerotik kardiskleroz, hipertoniya xəstəliyi ikinci-üçüncü dərəcəli, xroniki pnevmoniya qeyd edilmiş və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2008-ci tarixli, 411 nömrəli müayinə aktına əsasən ÜİX gərginlik stenokardiyası, İİİ f.s.Aterosklerotik kardiskleroz, hipertoniya xəstəliyi ikinci-üçüncü dərəcəli, hipertrofik kardiomiopatiya, xroniki pnevmoniya qeyd edilmiş və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2009-cu tarixli, 402 nömrəli müayinə aktına əsasən ÜİX gərginlik stenokardiyası, İİİ f.s.Aterosklerotik kardiskleroz, hipertoniya xəstəliyi ikinci-üçüncü dərəcəli, hipertrofik kardiomiopatiya, xroniki pnevmoniya, onurğanın boyun döş nahiyyəsinin osteoxondrozu, QDÇ-İİ dərəcə qeyd edilmiş və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2010-cu tarixli, 395 nömrəli müayinə aktına əsasən ÜİX gərginlik stenokardiyası, İİİ f.s.Aterosklerotik kardiskleroz, hipertoniya xəstəliyi ikinci mərhələ, kriz gedişi, QDÇ-İİİ dərəcə qeyd edilmiş və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2011-ci tarixli, 402 nömrəli müayinə aktına əsasən ÜİX gərginlik stenokardiyası, İİİ f.s.Aterosklerotik kardiskleroz, hipertoniya xəstəliyi ikinci, hipertrofik kardiomiopatiya, xroniki pnevmoniya, onurğanın boyun döş nahiyyəsinin osteoxondrozu, QDÇ-İİ dərəcə qeyd edilmiş və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2012-ci tarixli, 16/509 nömrəli müayinə aktına əsasən ÜİX gərginlik stenokardiyası, İİİ f.s.Aterosklerotik kardiskleroz, hipertoniya xəstəliyi ikinci dərəcəli, , QDÇ-İİİ dərəcə qeyd edilmiş və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2013-cü tarixli, 12/541 nömrəli müayinə aktına əsasən ÜİX gərginlik stenokardiyası, İİİ f.s.Aterosklerotik kardiskleroz, hipertoniya xəstəliyi ikinci mərhələ, ü/b forma, hipertrofik kardiomiopatiya, QDÇ-İİ dərəcə, xroniki pnevmoniya qeyd edilmiş və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
33. İddiaçıya 2013-cü ildən sonra təyin edilmiş əllilik dərəcələri və onlara səbəb olan xəstəliklərə dair məlumatlar isə cavabdehin etirazında təqdim edilmişdir və işin mübahisəsiz halıdır.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.1-ci bəndinə əsasən, ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0) tibbi göstəriş olan hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
35. Beləliklə sadalanan müayinə aktlarından məlum olur ki, 2005-ci ildən iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas olaraq ÜİX gərginlik stenokardiyası, İİİ f.s.Aterosklerotik kardiskleroz, hipertoniya xəstəliyi ikinci-üçüncü dərəcəli, xroniki pnevmoniya, QDÇ-İİ dərəcə xəstəlikləri qeyd edilmişdir. Hansı ki, həmin xəstəliklər Nazirlər Kabinetinin 2015-ci il 30 oktyabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə hazırda da 2-ci dərəcəli əlilliyin təyininə əsas verir, hətta onlardan İ50 kodlu xəstəlik ikinci dərəcə əlilliyin müddətsiz təyininə əsas vermişdir.
36. Qeyd olunan Əsasnamənin 2.4.1 və 2.5-ci bəndlərindən göründüyü kimi İ50.0 kodlu xəstəliklər iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.7-ci bəndinə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 11.2 və 6.8-ci bəndlərinə əsasən ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, əlillik barədə qərar klinik, pzixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. İkinci dərəcə əlillik-xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.
39. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2-1(118)-593/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.