Məhkəmə qərarları › İş №2-1(105)-90/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-90/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-90/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Agentliyinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1rşı “Sumqayıt şəhərinin 9-cu mikrorayonu (köhnə) ərazisində 59B ünvanında yerləşən mülkiyyətində olan sahəsi 899,6 kvadrat metr qeyri-yaşayış sahəsinin daxilində olan yaşıllıqların (4 ədəd sərv və 2 ədəd şam cinsli ağacının) götürülməsinə dair rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2-1(118)-646/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1rşı iddia qaldıraraq Sumqayıt şəhərinin 9-cu mikrorayonu (köhnə) ərazisində 59B ünvanında yerləşən mülkiyyətində olan sahəsi 899,6 kvadrat metr qeyri-yaşayış sahəsinin daxilində olan yaşıllıqların (4 ədəd sərv və 2 ədəd şam cinsli ağacının) götürülməsinə dair rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin 9-cu mikrorayonu (köhnə) ərazisində 59B ünvanında yerləşən sahəsi 0,0947 ha olan torpaq sahəsi və üzərindəki sahəsi 899,6 kvadrat metr qeyri-yaşayış obyekti onun xüsusi mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsi hələ 1975-ci idə tikilmiş və sonradan uzun müddət baxımsız vəziyyətdə qalmışdır. 2021-ci ilin sonlarında həmin tikilini aldıqda onun daxilində 6 ədəd şam ağacının olduğunu müəyyən etmiş və sözügedən ağacların götürülməsi üçün müvafiq qərarın qəbul edilməsi ilə bağlı aidiyyəti üzrə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən də məsələnin araşdırılması və münasibət bildirilməsi üçün 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müvafiq məzmunlu məktub ünvanlanmışdır. Sonuncu da bu məsələ ilə bağlı müvafiq rəyin verilməsi məqsədi ilə həmin müraciəti cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeyd edilən ağacların götürülməsi ilə əlaqədar rəyin verilməsindən imtina olunmuşdur. Cavabdeh sözügedən yaşıllıqlara dair münasibət bildirilməsi üçün ilk növbədə nəzərdə tutulan tikinti işləri ilə bağlı layihə sənədlərinin X6sına təqdim edilməsi zəruriliyini bəhanə gətirərək ağacların götürülməsi ilə bağlı rəyin verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin qeyd edilən rəyin verilməsindən imtinasının hər hansı əsası yoxdur. Bеlə ki, yuxarıda bildirdiyi kimi, o, sözügedən tikilini mülkiyyəti olaraq almış və yeni tikinti inşa etmək və bununla əlaqədar olaraq da müvafiq layihə hazırlatdıraraq onun razılaşdırılmasını həyata keçirmək niyyətində deyil. O, hazır tikilini mülkiyyətinə almışdır ki, bu tikilinin daxilində də 6 ədəd şam ağacının götürülməsini və öz mülkiyyətində olan qeyri-yaşayış obyektindən istifadəsinə şərait yaradılmasını istəyir. Belə olan halda hesab edir ki, cavabdehin hər hansı qanuni əsasa söykənmədən onun müraciətindən imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının tələblərini aşağıda göstərilənlərlə əlaqədar əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş və açıq resurslarda dərc edilmiş Nizamnaməyə əsasən X6 Agentliyi “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, təsərrüfat fəaliyyətinin və digər fəaliyyətlərin X6sından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik Bakı şəhərində yerləşir. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, öz Nizamnaməsini, Nazirliyin normativ hüquqi aktlarını və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin əmr və sərəncamlarını rəhbər tutur. Agentliyin fəaliyyətinin məqsədi X6sını həyata keçirmək, bu istiqamətdə tənzimləmə sistemini təkmilləşdirmək, institusional mexanizmləri formalaşdırmaq, müvafiq sahədə səmərəliliyi artırmaq və fəaliyyət göstərməkdir. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası" ilə tənzimlənir. Qeyd olunan Qaydanın 2.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X6sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X6sının obyekti olan və X6sının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qaydanın 2.3-cü bəndinin tələblərinə əsasən digər hallarda yaşıllıqların götürülməsi qadağandır. Qeyd olunan Qərarın tələblərinə uyğun olduğu hallarda yerli bələdiyyələr vasitəsi ilə X6 Agentliyinin rəyi alındıqdan sonra yaşıllığın götürülməsi bələdiyyə, yerli icra hakimiyyəti, torpaq sahəsinin mülkiyyətçisi sayılan qurum və ya fiziki şəxs tərəfindən təşkil olunur. İddiaçı müxtəlif tarixlərdə ərizə ilə birbaşa Nazirliyə müraciət edərək qeyd olunan ünvandakı özünə məxsus obyektdə təmir, bərpa, tikinti və quraşdırma işlərinə maneə yaradan ağacların götürülməsinə rəy verilməsini xahiş etsə də, fəaliyyətini təsdiq edən müvafiq qurumlar tərəfindən təsdiqlənmiş və ekoloji baxımdan rəy verilmiş layihə sənədlərini təqdim etməmiş, yaşıllıqların götürülməsi zərurətini hər hansı şəkildə əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ********** qeydiyyat nömrəli və **********24 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 0,0947 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ********** qeydiyyat nömrəli və **********33-06101-083005 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 59B ünvanında yerləşən 899,6 kv.m qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Agentliyinin 31 may 2024-cü il tarixli, 3-14-22/2-846/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən X6 Agentliyinə ünvanlanmış 2022-ci il 30 dekabr tarixli, 2023-cü il 10 fevral tarixli və 2023-cü il 11 aprel tarixli müraciətlərə əlavə edilmiş fotoşəkillərə və 31 may 2024-cü il tarixində yerində keçirilmiş baxışın nəticəsinə istinadən bildirilir ki, sözügedən (4 ədəd Sərv və 2 ədəd Şam cinsli) ağacların parametrlərinə (d=14-72sm) və yerləşmə mövqeyinə, yəni kifayət qədər (vizual olaraq 9-15metr) hündürlüyə malik yaşıllıqların inkişaf edərək tikilinin düzbucaqlı proporsiyalara ayrılmış dəmir konstruksiyalı tavanından yuxarıya qalxmasına əsasən onların zədələnmədən kökləri ilə birlikdə həmin ərazidən başqa yerə köçürülməsi mümkün deyil. Ərazidə tikinti və yenidənqurma işləri layihələndirilərsə, yəni mövcud tikilinin tavanı dəmir konstruksiyalardan azad edilərsə və xüsusi ağacçıxaran maşının sahəyə daxil olmasına şərait yaradılarsa, kiçik diametrli 2 ədəd Sərv (d=14-20sm) ağacının köçürülməsi mümkün ola bilər. Əlavə olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydasın”nın tələblərinə əsasən yaşıllığın götürülməsi müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurumlar tərəfindən yerinə yetirilməlidir və diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metr hündürlüyə qədər budaqlanmayan ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2-1(118)-646/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhərinin 9-cu mikrorayonu (köhnə) ərazisində 59B ünvanında yerləşən iddiaçı X5 mülkiyyətində olan sahəsi 899,6 kvadrat metr qeyri-yaşayış sahəsinin daxilində olan yaşıllıqların (4 ədəd sərv və 2 ədəd şam cinsli ağacların) götürülməsinə dair rəyin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Agentliyinə havalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya tərəfindən heç bir əsas olmadan ətraf mühitin mühafizəsi və yaşıllıqların qorunması ilə əlaqədar işə mülkiyyət hüququnun təmin edilməsi baxımından yanaşılmış, vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırıldığı barədə əsassız mövqe ortaya qoyulmuşdur. Məhkəmə tərəfindən ətraf mühitin mühafizəsi üzrə qanunvericilik tam araşdırılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu, 78-ci maddələrinə uyğun olaraq qəbul edilmiş "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsi və həmin Qanuna uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası"nın 2.2-ci və 2.3-cü bəndləri nəzərə alınmamışdır. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 10.0.1-ci maddəsinə əsasən yaşıllıqların mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmək hər bir fiziki və hüquqi şəxslərin vəzifələri sırasındadır. "Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 13cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası"nın 2.2-ci bəndi yaşıllıqların götürülməsinin yol verildiyi halları dəqiq müəyyən edir. Bu hallar aşağıdakılardır: 1) dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2) "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X6sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X6sının obyekti olan və X6sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 3) şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 4) ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 5) texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 6) ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndiskommunikasiya təminatı sistemlərinə mane olduqda. “Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası" sadalanan altı haldan başqa yaşıllıqların götürülməsini qadağan edir və istisnaya yol vermir. Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında yaşıllıqlarının götürülməsi ilə əlaqədar qanuni yol verilən çərçivənin və cinayət tərkibi yaradan hallarının müəyyən olunması ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair" qərarının 2-ci hissəsinə əsasən bir daha vurğulanmışdır ki, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Həmin Qərarın 7-ci hissəinə əsasən Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. X6 Agentliyi öz vəzifə və səlahiyyətləri çərçivəsində hazırkı iş üzrə İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59B ünvanında yerləşən 0,0947 ha torpaq sahəsi üzərində 899.6 kvadrat metr ərazisi olan qeyri-yaşayış obyektinin daxilində olan 6 ədəd ağacın götürülməsindən imtina barədə qərar qəbul edərkən Agentliyin səlahiyyətlərinə aid edilən, güddüyü qanuni məqsədə mütənasib, qanunvericlik çərçivəsində tam və hərtərəfli araşdırma aparılmaqla, məsələlərdən kənara çıxmadan, ictimai və dövlət mənafelərindən irəli gələn şəkildə yaşıllıqların qorunması məqsədi ilə davranmışdır. Qərarın 4 və 5-ci səhifələrində Sumqayıt inzibati Məhkəməsi tərəfindən heç bir qanuni əsas olmadan İddiaçı mülkiyyətində olan obyektin artıq tikilmiş olması faktı "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası"nın 2.2-ci bəndində göstərilən ("Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X6sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X6sının obyekti olan və X6sının müsbət rəyi olan layihə həyata keçirildikdə) hal ilə əlaqələndirərək rəy verilməsinin mümkünlüyünü ehtimal etmişdir. Belə rəyin verilməsi üçün qanunvericlikdə qeyd olunmuş X6sının tikinti obyektinin layihəsinə vermiş olduğu rəyin sürəti yaşıllıqların götürülməsi ilə bağlı müraciətlə birlikdə təqdim edilməlidir. Lakin müraciətə və ya məhkəmə iddiasına belə bir sənəd əlavə edilməmişdir. Həmçinin obyektin hazırda tam yararsız və qəzalı vəziyyətdə olması, hazırkı vəziyyətinin ilkin təyinatına və layihə sənədlərinə uyğun olmaması, layihələndirmə və müvafiq razılaşdırma tələb edən əsaslı təmir və rekonstruksiya edilmədən və ya tamamı ilə demontak edilərək yerində yeni bina inşa edilmədən istifadəsinin qeyri-mümkün olduğuna toxunulmamışdır. Cavabdeh tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi riayət edildiyi və verilmiş rəyin qanunvericiliklə nəzərdə tutulmuş hallara tam uyğun olmasına baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə tərəfindən mülkiyyət hüququ tək prioritet hüquq olaraq qəbul edilmişdir. Halbuki, qüvvədə olan qanunvericilikdə mülkiyyət hüququ dövlət və ictimai maraqlar nəzərə alınaraq müəyyən həddə məhdudlaşdırılmışdır. Məhdudlaşdırmalar həmçinin hər kəsə eyni həddə təsir edən ətraf mühitin mühafizəsi məsələləri ilə əlaqədardır. Birinci instansiya tərəfindən heç bir əsas olmadan ətraf mühitin mühafizəsi və yaşıllıqların qorunması ilə əlaqədar işə mülkiyyət hüququnun təmin edilməsi baxımından yanaşılmış, vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırıldığı barədə əsassız mövqe ortaya qoyulmuşdur. Halbuki, Mülki Məcəllənin 178.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni Məcəllənin 203.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Hazırki iş üzrə materiallardan aydın olduğu kimi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59B ünvanında yerləşən 0,0947 ha torpaq sahəsi üzərində 899.6 kvadrat metr ərazisi olan qeyri yaşayış obyekti İddiaçı mülkiyyətində qalmaqdadır, vətəndaşa məxsus obyekt və torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarına heç bir halda toxunulmamış, dövlət reyestrində həmin daşınmaz əmlakın mülkiyyətçisi dəyişdirilməmiş və Agentlik tərəfindən həmin daşınmaz əmlaka hər hansı mülkiyyət, sahiblik, istifadə xarakterli iddia irəli sürülməmiş, həmçinin buna cəhd edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Fərmanı “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Qanunun tətbiq dairəsi Bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. .... Maddə 13. Yaşıllıqların götürülməsi 13.1. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X6sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X6sının obyekti olan və X6sının müsbət rəyi olan layihə həyata keçirildikdə;i 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 13.3. Bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.6-cı maddələrində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir. 13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. 13.5. Qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. 13.6. Yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir. 13.7. Bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir. 13.8. Yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” 1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X6sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X6sının obyekti olan və X6sının müsbət rəyi olan layihə həyata keçirildikdə;ii 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 2.3. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 3. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.9. tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyət; 3.0.10. tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular; 3.0.16. müvəqqəti tikili – torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili; 3.0.17. tikinti-quraşdırma işləri – tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması yaxud bərpası; 3.0.18. tikinti obyektinin cari təmiri – obyektin istismar keyfiyyətinin saxlanılması məqsədilə konstruksiyalarda, mühəndis-kommunikasiya təminatı sistemində və ya xətlərində dəyişikliklər edilmədən vaxtaşırı təmir-tikinti işlərinin yerinə yetirilməsi; 3.0.19. tikinti obyektinin əsaslı təmiri – obyektin istismar müddətini uzatmaq və (və ya) istismar keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müvafiq layihə əsasında yükdaşımayan konstruksiyaların, mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsi və (və ya) bərpası, eləcə də zəruri hallarda yükdaşıyan konstruksiyaların müəyyən elementlərinin uyğunları ilə əvəzlənməsi və (və ya) bərpası işlərinin yerinə yetirilməsi; 3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikintiquraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi; 3.0.21. tikinti obyektinin bərpası – istismara yararsız vəziyyətə düşmüş obyektin müvafiq layihə əsasında tikinti-quraşdırma işləri yerinə yetirilməklə ilkin vəziyyətə qaytarılması; 3.0.25. tikinti sahəsi – tikinti ərazisində tikinti obyektlərinin altındakı torpaq sahəsi; 3.0.26. şəhərsalma və tikintiyə dair normativ sənədlər – şəhərsalma və tikinti fəaliyyətinə dair qaydalar, habelə standartlar, şərtlər, texniki normalar və şəhərsalma və tikintini tənzimləyən digər texniki normativ hüquqi aktlar; 3.0.27. tikinti layihəsi – şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusu; 3.0.29. tikintiyə dövlət nəzarəti – tikinti işlərinin layihəyə uyğun aparılması, tikinti obyektlərinin etibarlılığının təmin edilməsi, tikinti materialları və məmulatının, inşaat konstruksiyalarının istehsalı ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi üzrə həyata keçirilən fəaliyyət; 3.0.32. inşaat konstruksiyası – bina və ya qurğularda müəyyən yükdaşıyıcı, qoruyucu və (və ya) estetik funksiyaları yerinə yetirən hissələr; 3.0.41. tikinti layihələrinin ekspertizası – tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması; Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin X6sının rəyi. 75.3-1. Bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.[51] 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.5-1. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəyin verilməsi ilə bağlı tələblər bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində inşa ediləcək elektrik stansiyasının tikinti layihəsinə şamil edilmir və tikintiyə icazə icraatı məqsədləri üçün həmin tikinti layihəsi şəhərsalma sənədlərinə uyğun hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini Sumqayıt şəhərinin 9-cu mikrorayonu (köhnə) ərazisində 59B ünvanında yerləşən iddiaçının mülkiyyətində olan sahəsi 899,6 kvadrat metr qeyri-yaşayış sahəsinin daxilində olan yaşıllıqların (4 ədəd sərv və 2 ədəd şam cinsli ağacının) götürülməsinə dair rəyin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hazırkı iddia tələbi üzrə hüquqi marağı sözügedən rəyin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ********** qeydiyyat nömrəli və **********24 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 0,0947 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ********** qeydiyyat nömrəli və **********33-06101-083005 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 59B ünvanında yerləşən 899,6 kv.m qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-646/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Agentliyinin mütəxəssisinin rəyinin alınması qərara alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Agentliyinin 31 may 2024-cü il tarixli, 3-14-22/2-846/2024 nömrəli mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı tərəfindən X6 Agentliyinə ünvanlanmış 2022-ci il 30 dekabr tarixli, 2023-cü il 10 fevral tarixli və 2023-cü il 11 aprel tarixli müraciətlərə əlavə edilmiş fotoşəkillərə və 31 may 2024-cü il tarixində yerində keçirilmiş baxışın nəticəsinə istinadən bildirilir ki, sözügedən (4 ədəd Sərv və 2 ədəd Şam cinsli) ağacların parametrlərinə (d=14-72sm) və yerləşmə mövqeyinə, yəni kifayət qədər (vizual olaraq 9-15metr) hündürlüyə malik yaşıllıqların inkişaf edərək tikilinin düzbucaqlı proporsiyalara ayrılmış dəmir konstruksiyalı tavanından yuxarıya qalxmasına əsasən onların zədələnmədən kökləri ilə birlikdə həmin ərazidən başqa yerə köçürülməsi mümkün deyil. Ərazidə tikinti və yenidənqurma işləri layihələndirilərsə, yəni mövcud tikilinin tavanı dəmir konstruksiyalardan azad edilərsə və xüsusi ağacçıxaran maşının sahəyə daxil olmasına şərait yaradılarsa, kiçik diametrli 2 ədəd Sərv (d=14-20sm) ağacının köçürülməsi mümkün ola bilər. Əlavə olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydasın”nın tələblərinə əsasən yaşıllığın götürülməsi müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurumlar tərəfindən yerinə yetirilməlidir və diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metr hündürlüyə qədər budaqlanmayan ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz. Apellyasiya məhkəməsində icraat zamanı mütəxəsislərin iştirakı ilə mübahisəli əraziyə yerində baxış keçirilmiş və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Agentliyinə sorğu ünvanlanaraq mütəxəssis rəyinin təqdim edilməsi tələb olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Agentliyi tərəfindən təqdim olunan 25 fevral 2025-ci il tarixli, 3-14- 22/2-289/2025 nömrəli mütəxəssis rəyindən qeyd edilir ki, sözügedən 6 ədəd (2 ədəd Şam və 4 ədəd Sərv cinsli) yaşıllıqdan kiçik parametrli 2 ədəd Sərv ağacının köçürülməsi halhazırda diametrləri 25 sm-dən aşağı olduğu üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş hallar daxilində mümkündür. Digər 2 ədəd Sərv və 2 ədəd Şam ağacının köçürülməsi həm mövcud qanunvericilik, həm də ağacların iri diametrli və hündür gövdəli olması baxımından, eyni zamanda Eldar şamı növü Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edildiyindən köçürülməsi, həmçinin, Şam cinsli ağaclar təpə nöqtədəki tumurcuqlar vasitəsilə inkişaf (boy artımı) etdiyindən və kökləri hava ilə təmasa həssas olduğundan gövdəsinin üst hissəsindən budanması və köçürülməsi mümkün deyil. Halhazırda sözügedən 6 ədəd yaşıllıqdan hər hansı birinin götürülməsi (köçürülməsi) üçün əsas yoxdur. Vizual baxış zamanı həmin 6 ədəd (2 ədəd Şam və 4 ədəd Sərv cinsli) yaşıllıqdan kiçik parametrli 2 ədəd Sərv ağacının yaşının təxminən 15-20 il, orta parametrli digər 2 ədəd Sərv ağacının yaşının təxminən 35-40 il, orta və iri parametrli 2 ədəd şam ağacının isə yaşının təxminən 50-60 il olduğu ehtimal edilir. Ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar hesab edilir. Hazırda yaşıllıqlar olan sahədə hər hansı fəaliyyət (işlək obyekt və ya binası) olmadığından, həmin ağacların təbii işıqlanmanın mənbəyi olan pəncərə və ya şəffaf divar, yaxud şəffaf (və ya açıq) tavan sisteminin qarşısını aldığını müşahidə etmək, yəni ağacların işıqlanma (inşaat fizikası) rejimini pozmasını müəyyən etmək mümkün deyil. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu tərəfindən təqdim olunan 04 aprel 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində mülkiyyəti daxilində 2 eldar şamı və 4 ədəd sərv ağacı var. Eldar şamı qırmızı kitabda olan nəsli təhlükədə olan növdür. Gövdənin diametri 40-50 sm-dir, boyu isə təxminən 15 metrdən çoxdur. Bu ağacların köçürülməsi mümkün deyil. Ancaq sərv ağaclarının diametri 10-15 sm olduğu üçün onları xüsusi texnika ilə köçürmək ola bilər. Şam ağaclarının yaşı 45-50, sərvlərin yaşı isə 35-40-dır. Şam ağaclarının götürülməsi mümkün deyil. Bu ağacları vaxtı ilə yaşıllıq üçün əkmişlər. İdari binanın önünə yaşıllıq üçün əkilmişdir. Abşeron yarımadasında ağac yetişdirmək asan deyil. Vaxtı ilə tikintiyə uyğun şəkildə əkilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən yaşıllıqlara dair münasibət bildirilməsi üçün ilk növbədə nəzərdə tutulan tikinti işləri ilə bağlı layihə sənədlərinin X6sına təqdim edilməsi zəruriliyini bəhanə gətirərək ağacların götürülməsi ilə bağlı rəyin verilməsindən imtina etmişdir. İşdə olan sənədlərdən də görünür ki, iddiaçının cavabdehə götürülməsi üçün müraciət etdiyi yaşıllıqlar onun mülkiyyətində olan qeyri-yaşayış obyektinin daxilindədir. Başqa sözlə desək, sözügedən tikili vaxtı ilə layihələndirmə və müvafiq ekspertizaların aparılması mərhələsindən keçərək daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış obyeki olaraq qeydiyyatdan keçirilmişdir. Bu halda üzərində artıq mülkiyyət hüququ qeydiyyatdan keçmiş qeyri-yaşayış obyektinin daxilində olan yaşıllıqların götürülməsi üçün rəyin verilməsini cavabdehin nəzərdə tutulan tikinti işləri ilə bağlı layihə sənədlərinin X6sına təqdim edilməsi zərurəti ilə əlaqələndirməsi tamamilə qanunsuz olmuşdur. Belə ki, cavabdeh özünün imtinası ilə faktiki olaraq iddiaçının mülkiyyətində olan qeyri-yaşayış obyektinin yerində məcburi şəkildə tikinti işlərinin aparılması və bu zaman həmin tikinti işləri ilə bağlı layihələndirmə işlərinin həyata keçirilməsi şərtini irəli sürmüşdür. Halbuki, sözügedən qeyri-yaşayış obyekti iddiaçının mülkiyyətindədir və həmin obyektin yerində onun tərəfindən hər hansı tikinti işlərinin aparılması niyyəti cavabdehə bildirilməmişdir. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndində qeyd edilmişdir ki, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X6sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X6sının obyekti olan və X6sının müsbət rəyi olan layihə həyata keçirildikdə yaşıllıqların götürülməsinə yol verilir. Məlumdur ki, adı çəkilən bənddə göstərilən və X6sının obyekti olan və X6sının müsbət rəyi olan layihələr həyata keçirildikdən sonra həmin layihələr əsasında inşa olunan qeyri-yaşayış obyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Hal-hazırki mübahisədə daxilində yaşıllıqlar yerləşən tikili artıq X6sının obyekti olma mərhələsindən keçdiyi və qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmış lahiyə əsasında inşa edilərək mülkiyyət hüququnda qeydiyyata alındığı üçün bu tikiliyə dair analogiya üzrə sözügedən maddə tətbiq edilməklə yaşıllıqların götürülməsi barədə rəyin verilməsi də mümkündür. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nda mülkiyyətdə olan tikililərin daxilində olan yaşıllıqların götürülməsi ilə bağlı müddəanın nəzərdə tutulmaması hal-hazırki işdə qeyriyaşayış obyektinin daxilində olan yaşıllıqların götürülməsi üçün rəyin verilməsindən imtina edilməsi üçün əsas sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin tələbinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. 13-cü maddənin tələbinə əsasən isə yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X6sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X6sının obyekti olan və X6sının müsbət rəyi olan layihə həyata keçirildikdə; şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. O cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”-nın 1.1-ci bəndinə əsasən bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. 2-ci bəndin tələblərinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X6sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X6sının obyekti olan və X6sının müsbət rəyi olan layihə həyata keçirildikdə; şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsi və qeyri-yaşayış sahəsi Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin təsir dairəsinə düşmür və iddiaçının mülkiyyətində olan ərazidə yerləşən yaşıllıqların götürülməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” ilə müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından göründüyü kimi cavabdeh inzibati orqanın iddiaçının istədiyi müvafiq rəyi verə bilməsi üçün aşağıdakı əsaslardan biri olmalıdır:

1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;

2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X6sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X6sının obyekti olan və X6sının müsbət rəyi olan layihə həyata keçirildikdə;

3. Şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;

4. Ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda;

5. Texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;

6. Ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Lakin hazırkı iş üzrə hazırkı şərtlərdə iddiaçı tərəfindən cavabdeh inzibati orqana qanunvericilikdə qeyd edilən əsasların mövcud olması ilə bağlı hər hansı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən mütəxəssislərin iştirakı ilə iddiaçının mülkiyyətində olan əraziyə yerli baxış keçirilmişdir. Məhkəməyə təqdim edilmiş mütəxəsis rəylərini də nəzərə alaraq, kollegiya hesab edir ki, hazırkı şərtlərdə iddiaçının tələbinin hüquqi əsası mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyət hüququna istinad etməklə iddia tələbini təmin edərək yalnışlığa yol vermişdir. İddiaçının mülkiyyət hüququnun mövcudluğu mübahisə olunmur, lakin cavabdeh inzibati orqanın mülkiyyət hüququna istinad edilməklə yuxarıda qeyd olunan qanunvericilik normalarının ziddinə qərar qəbul etmək səlahiyyəti yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı mülkiyyətində olan əmlaklardan istədiyi kimi istifadə edə bilməkdir. Məhkəmə kollegiyasının sonuncu iclasında iddiaçı tərəfindən "xxxx" MMC tərəfindən tərtib edilmiş Memarlıq-Planlaşdırma bölməsi təqdim edilmişdir. Həmin iclasda cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, prosedurun gedişinə əsasən layihənin sifarişçisi Şəhərsalma Arxitektura Komitəsinə müvafiq layihəni təqdim edir və maraqlı qurumların rəyləri əldə edilir. Bununla yanaşı ödənişsiz şəkildə cavabdeh qurumla layihə ilə bağlı konsultasiyalar keçirilir və bu zaman sifarişçiyə tövsiyələr verilir. İddiaçının vəkili və nümayəndəsi tərəfindən təqdim edilmiş layihə ilə bağlı məlumatı yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Həmin Məcəllənin 3.0.9-cu maddəsinə əsasən tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Eyni zamanda həmin Məcəllənin 3.0.17-ci maddəsi əsasən tikinti-quraşdırma işlərini – tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması yaxud bərpası kimi müəyyən etmişdir. Göründüyü kimi qanunvericilik tikinti obyektlərinin tikintisini (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) tikinti fəaliyyəti kimi o cümlədən tikinti obyektlərinin bərpasını da tikinti fəaliyyəti kimi qiymətləndirmişdir. Eyni zamanda qanunvericilikdə hansı tikinti fəaliyyəti ilə məşgul olmağın növünə görə fərqli tələblər müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydinin olması nəzərə alınanda, onun hansı tikinti fəaliyyəti ilə məşğul olması qanunvericilikdən irəli gələn fərqli tələblər və əsaslar yarada bilər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi və digər əlaqəli normalar tikinti ilə bağlı (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) hüquq müdafiə imkanlarını müəyyən edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Fərmanının 4.7-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Göründüyü kimi iddiaçı mülkiyyətində olan əmlaklar ilə bağlı müvafiq tikinti işlərinin (tikintinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) həyata keçirilməsi məqsədilə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Sözügedən orqan isə zərurət olduğu təqdirdə digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün müraciət edə bilər. Hazırki iş üzrə iş materiallarından iddiaçı tərəfindən sözügedən müraciətlərin edilməsi müəyyən edilməmişdir. İddiaçı tikinti işlərinin (tikintinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) aparılması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının rəyi alınmadan, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsas olmadan mübahisəli ərazidə yerləşən yaşıllıqların götürülməsini tələb edir ki, bu da hazırkı şərtlərdə iddianın əsassız olduğunu göstərir. Halbuki, iddiaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanına müraciət edilərək həmin ərazidə tikinti işlərinin (tikintinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) aparılmasına icazə verilməsi tələb edilsəydi, araşdırılma aparılmaqla sözügedən yaşıllıqların götürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hansısa birinin mövcud olub-olmamasının müəyyən edilməsi mümkün ola bilərdi. Həmçinin cavabdeh inzibati orqanın imtina məktubundan görünür ki, orqan tərəfindən sözügedən prosedur qayda iddiaçıya izah olunmuşdur. Belə ki, həmin məktubda qeyd olunmuşdur ki, sözügedən yaşıllıqlara dair münasibət bildirilməsi üçün ilk növbədə nəzərdə tutulan tikinti işləri ilə bağlı layihə sənədlərinin X6sına təqdim edilməsi zəruridir. Layihə sənədləri X6sında qiymətləndirilərək müsbət rəy verildikdən sonra yaşıllıqların götürülməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.5-ci bəndində göstərilən bütün sənədlər əlavə edilməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanan müraciət əsasında məsələyə münasibət bildiriləcəkdir. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Eyni zamanda iddiaçıya izah olunsun ki, hüquqi marağına uyğun olaraq tikinti işlərinin (tikintinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) aparılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədləri təqdim etməklə səlahiyyətli inzibati orqana müraciət etməsi istisna edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2-1(118)-646/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1rşı “Sumqayıt şəhərinin 9-cu mikrorayonu (köhnə) ərazisində 59B ünvanında yerləşən mülkiyyətində olan sahəsi 899,6 kvadrat metr qeyri-yaşayış sahəsinin daxilində olan yaşıllıqların (4 ədəd sərv və 2 ədəd şam cinsli ağacının) götürülməsinə dair rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar