Məhkəmə qərarları › İş №2-1(105)-900/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-900/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-900/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-826/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. Cavabdehin imtina məktubundan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən az təşkil edir. Bildirir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2004-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “Mərdanı” firmasında işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iddiaçının iş stajına dair məlumatların araşdırılması zamanı xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövr (4 il 2 ay 2 gün) ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının yalnız 5 ayının ödənişlərinin iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapdığı müəyyən edilmişdir. Buna görə də xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də iddiaçının işləyibişləməməsinə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəblərdən xx.xx.2004-xx.xx.2005-ci il və xx.xx.2006- xx.xx.2010-cu il tarixləri arasındakı dövrləri iddiaçının əmək stajına daxil etmək mümkün olmamışdır. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat (minimum əmək pensiyasının artımı ilə əlaqədar) hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12791,44 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 52 yaşdan, yəni 03 oktyabr 2014-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 03 oktyabr 2009-cu ildən (lakin pensiya ödənişləri 01 noyabr 2019-cu ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1962-ci il tarixdə ünvan 1 ünvanında passport qeydiyyatında olmaqla faktiki yaşayır. Əmək fəaliyyətinə 13 iyul 1979-cu il tarixdə toxuculuq orkuna 5-ci dərəcəli toxucu vəzifəsində başlamış, 26 avqust 1980-ci il tarixdə texnikuma qəbul olunduğu üçün işdən azad edilmişdir. 04 may 1983-cü il tarixdə Trest “Azneftegeofızika”-da 2-ci dərəcəli işçi kimi işə başlamış, 01 avqust 1983-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 10 may 1984-cü il tarixdə elektrik kəşfiyyatı partiyasında geofiziki sahəsinə texnik-geofizik vəzifəsinə işə qəbul edilmiş, 01 yanvar 1985-ci il tarixdə elektrik kəşfiyyat pasrtiyasında geofiziki sahəsindən kənar texnik-geofizik vəzifəsinə keçirilmiş, 01 dekabr 1987-ci il tarixdə əmək haqqının təşkilinin təkmilləşdirilməsi, yeni tarif dərəcələrinin, rəsmi maaşların tətbiqi və növbədən kənar attestasiya ilə əlaqədar olaraq geofiziki texniki fəzifəsinə keçirilmiş, 01 yanvar 1988-ci il tarixdə texnik-geofizik tərəfindən kameral hesabat şöbəsinə köçürülmüş, 01 dekabr 1988-ci il tarixdə geofizik sahəsində seysmik bölməyə texnik-geofizik vəzifəsinə köçürülmüş (sahə şəraitindən kənar), 28 yanvar 1994-cü il tarixdə qərb geofiziki ekspediaisyasının ləğvi ilə əlaqədar olaraq Türkmənistanın əmək məcəlləsinin 30-cu maddəsinin 5-ci bəndinə uyğun olaraq “Türkməngeofizika” trestinin Balkan geofiziki ekspedisiyasmına texnik-geofizik vəzifəsinə kçörülmə qaydasında sahənin geofiziki seysmik bölməsinə köçürülmüşdür. 03 avqust 1998-ci il tarixdə Türkmənistanın Əmək Məcəlləsinin 31-ci maddəsinə əsasən yaşayış yerini dəyişdiyinə görə öz istəyi ilə işdən azad edilmişdir. 09 yanvar 2004-cü il tarixdə A.K.Mamedov və A.N.Məmmədovanm tam ortaqlı “Mərdan” firmasında istehsalat rəisi vəzifəsinə qəbul edilmiş, 03 mart 2010-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona hüquqi yarandığı tarixdən qüzəştü şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı sığorta stajının 16 il 03 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olması və eyni zamanda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminati üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12791,44 manat təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir.İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən az təşkil edir.Bildirir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2004-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “Mərdanı” firmasında işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iddiaçının iş stajına dair məlumatların araşdırılması zamanı xx.xx.2006- xx.xx.2010-cu il tarixləri arasındakı dövr (4 il 2 ay 2 gün) ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının yalnız 5 ayının ödənişlərinin iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapdığı müəyyən edilmişdir. Buna görə də xx.xx.2004- xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də iddiaçının işləyibişləməməsinə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəblərdən xx.xx.2004- xx.xx.2005-ci il və xx.xx.2006xx.xx.2010-cu il tarixləri arasındakı dövrləri iddiaçının əmək stajına daxil etmək mümkün olmamışdır. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat (minimum əmək pensiyasının artımı ilə əlaqədar) hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12791,44 manat təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-826/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 03 oktyabr 2009-cu ildən (lakin pensiya ödənişləri 01 noyabr 2019-cu ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1980-cı ildən 03 aprel 1984-cü ilə kimi Bakı Neft Texnikumunda əyani təhsil aldığına görə iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahının “a” bəndinə uyğun olmaqla (1100000a- 17531 şriftinə) xx.xx.2006-cı ilə qədər 15 ildən çox ümumi (təhsil və əmək fəaliyyəti) və 7 il 6 aydan çox güzəştli iş stajına malikdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı apellyasiya şikayətinə etirazda məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktora nturada və klinik ordinaturada təhsil müddəti .... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyinedilməsi üçün güzəştli şərtlərləpensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 03 oktyabr 2009-cu ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 25 ildən azdır,işlədiyi xx.xx.2004-xx.xx.2010-u il tarixlər arasındakə dövrlərlə bağlı yalnız 5 ay üzrə məcburi dövət sosial sığorta ödənişləri əks olunduğundan, həmin dövlərin iş stajı kimi nəzərə alınması mümkün olmamış, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı pensiya təminatına imkan verməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1962-cı il təvələddlü olmaqla, 47 yaşı xx.xx.2009-cu il tarixdə tamamlanmışdır. İddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı 01 noyabr 2022-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajıı kimi 16 il 03 gün malik olduğunu və qanunla tələb olunan güzəştli iş stajına malik olduğunu qəbul edir. İşin mübahisəli halı ondan iarətdir ki, cavabdeh iddiaçıya münasibətdə ümumi iş stajının ən azı 25 il olmalı olduğunu, indiki halda isə iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olmadığını, habelə pensiya kapitalına aid şərtin ödənilmədiyini qeyd edir. İndiki halda cavabdeh iddiaçının məhz xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək “Mərdan” firmasında işlədiyi dövrləri mübahisələndirmiş, qəbul etməməsinin əsası kimi həmin dövrlər üzrə sosial sığorta haqqının yalnız 5 ay üzrə ödənilməsi halına istinad etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qey edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 1 saylı siyahı üzrə 47 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 47 yaşının tamam olması, 2) xx.xx.2006-ci ilə qədər 15 ildən az olmayan ümumi iş stajının mövcud olması və 3) xx.xx.2006-ci ilə qədər azı 7 il 6 ay güzəştli iş stajının mövcud olması. Göründüyü kimi, indiki halda cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə pensiya hüququnun yaranması əsasları həmin dövrdə qüvvədə olan qnaunvericilik normasının tələbləri baxımından düzgün qiymələndirilməmişdir. Belə ki, iddiaçının iddia tələbinin qanuni əsası qismində müvafiq Qanunun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin a bəndi çıxış etdiyi halda, cavabdhe inzibati orqan iddiaçının müraciətini məhz müvafiq Qanunun 9.1-ci maddəsinin tələbləri baxımından dəyərləndirilmiş, bununla da onun hərəkətləri qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin mübahisələndirdiyi dövrlərlə bağlı onu qeyd edir ki, iddiaçının qeyd olunan mübahisəli dövrlərdə işləməsinə dair (işə qəbul, işdən azad lunması) qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, indiki halda iddiaçıya münasibətdə pensiya hüququnun yaranması əsası məhz xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qnaunvericilik norması çıxış etmişdir. Həmin qanunvericiliyin tələbinə əsasən işçinin iş stajını müəyyən edən yeganə sənəd qismində məhz əmək kitabçası çıxış edirdi, habelə iş stajının məhz məcburi sosial sığorta haqqının ödənilməsi əsasında müəyyən edilməsinə dair məcburi şərt ehtiva edilməmişdir. Həmçinin, iddiaçının həmin dövrlərdə işlədiyi müəssisə tərəfindən xx.xx.2006-cı ildən sonrakı tarix üzrə sosial sığorta haqının müəyyən dövr üzrə ödənilməsi halı özlüyündə dolayısı ilə iddiaçının həmin müəssisədə işləməsi halını təsdiq edir. İndiki halda isə cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi şübhə altına alınmamış, habelə ona dair heç bir dəlilə istinad edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə xx.xx.2004-xx.xx.2006-cı illərə aid dövrlərin sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının pensiya hüququnun yaranması üçün qnaunla tələb olan ümumi və güzəştli iş stajına malik olması halı iş materialları əsasında öz təsdiqini tapdığından, cavabdehin həmin hissədə imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər dəlillə bağlı qeyd edir ki, indiki halda iddiaçının iddia tələbinin əsasını məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi təşkil edir. Qeyd edilən qanunvericilik normalarının dispozitiv şərtlərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi, əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına aid şərt nəzərdə tutulmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də cavabdehin istinad etdiyi arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaranması üçün qanunla tələb olunan hər üç şərt (yaş həddi, ümumi iş stajı və güzəştli iş satjı) ödənildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarix xx.xx.2022-ci il olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin (Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tələbi nəzərə alınmaqla,pensiya ödənişlərinin xx.xx.2019-cu il tarixdən ödənilməsinin müəyyən edilməsi hissəsində də birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-826/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar