Məhkəmə qərarları › İş №2-1(105)-901/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-901/2025

19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-901/2025 19.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın 30 dekabr 2023-cü il tarixli “diaqnoz öz təsdiqini tapmaması” barəsində qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(118)-1512/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarından görünür ki, iddiaçı xx xxxxxx 1971-ci il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya 26 oktyabr 2016-cı il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” (keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri diaqnozları ilə) ikinci dərəcəli əlillik 5 il müddətinə təyin edilmişdir. 2023-cü ildə yenidən müayinə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir və Dövlət-Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 30 dekabr 2023-cü il tarixli qərarı ilə İddiaçı “Diaqnoz öz təsdiqini tapmaması” səbəbindən əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üzərinə xx.xx.2021-ci il tarixdən iddiaçıya İl-ci dərəcəli əlillik qrupuna dair “Azərbaycan Respublikasının müdafiəsi uğrunda alınmış” təyin olunmasının həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Sumqayıt İnzibati Məhkəməsinə iddia tələbinə daha bir dəqiqləşmə barədə ərizə təqdim edərək, “cavabdeh orqanın 30 dekabr 2023-cü il tarixli “diaqnoz öz təsdiqini tapmaması” barəsində qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi-vəkili Sumqayıt Apellyasiya Məhkəməsinə də iddia tələbinə daha bir dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı Nsrətulla oğluna orqanizm funsiyalarının 35-60 faiz dərəcəsinin pozulmasında görə əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili xx.xx.2026-cı il tarixli məhkəmə iclasında sonuncu dəqiqləşmə barədə ərizəsini geri götürülməsinə dair ərizə təqdim etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının sonuncu müraciətinə aşağıdakı məzmunda imtina edilmişdir: İddiaçı üçün verilmiş xx.xx.2023-cü il tarixli göndərişə diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Əvvəlki göndərişlə bağlı məhkəməyə müraciət etmiş, müddətin ötürülməsi ilə bağlı hüquqi yardım əsaslandırıldıqdan sonra sənədlər geri qaytarılmışdır. Yeni göndəriş verilmiş telefon valsitəsi ilə imtina edilmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2015ci il tarixli qərarı ilə müəyyən alınmışdır: SHXÇDX-nin Qusar rayon şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə hərbi xidmətə çağırılmış vətəndaş X1 dövüs zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə aldığı və xx.xx.2014-cü il tarixdə Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza yə X8 müayinə zamanı təyin edilmiş yaralanmanın nəticələri diaqnoz: «Başın sol tərəfli alın-təpə müayinəsinin sol budun aşağı 1/3-də dəri çapığı toxumları "( DİN DQ Komandanının R/6633 nömrəli xx.xx.2015-ci il tarixli gööndərişi. SHXÇDX-nin Qusar rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixli, 640 nömrəli göndərişi və 146 nömrəli arayışı xx.xx.2015-ci il tarixli ... Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Qeyd olunan hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Qərar Mərkəzi hərbi həkim konissiyası və DİN HHK-nın sədri Rəşad Abdullayev tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Tibbi- Sosial Ekspert Komissiyası 26.10.16-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək əlillik ödənmiş sonra telefonla imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı “2-ci dərəcəli əlillik qrupuna dair Azərbaycan Respublikasının müdafiəsi uğrunda alınmış təyin olunmasının həvalə edilməsi” tələbinə dair iş üzrə bildirirlər ki, Qusar rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0244003AAN3S nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 36 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Başın sol tərəfli alın-təpə nahiyəsinin, saq budun aşağı 1/3də dəri çapığı toxumaları" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında 1996-cı ildən özünü xəstə hesab etdiyini, son 6-7 ildir tutmalarının artdığını, həftədə 2-3 dəfə baş verdiyini, tutma zamanı dilinin qatlandığını, bu zaman qaşıqla yardım edildiyindən dişlərinin sındığını, tutmanın sağ aşağı ətrafından başlayaraq başına doğru yayıldığını, -15-20 dəqiqə özündə olmadığını bildirmiş, qəbul etdiyi medikamentoz preparatları yoldaşının köməkliyi ilə qəbul etdiyini, bu səbəbdən adlarını bilmədiyini qeyd etmişdir. Müayinə zamanı sağ budun aşağı 1/3-də və alnında çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Vətəndaş 30 ildir ki, qıcolma tutmalarından əziyyət çəkdiyini bildirsə də, son dövrlərə aid iki ədəd EEQ müayinə nəticəsini təqdim etmiş, təqdim olunan çıxarışların (epikrizlər) tarixləri əlillik vəziyyətinin yoxlanılması üçün müraciət etdiyi dövrlərə aid olmuşdur. Həmçinin qəbul edilən dərman dozasının tənzimlənməsi üçün aparılmış analizlər, reseptlər komissiya üzvlərinə təqdim edilməmişdir. Baş-beynin instrumental müayinə nəticələri (KT və rentgen) arasında uyğunsuzluq aşkarlanmışdır. Belə ki, KT müayinəsinin nəticəsinə əsasən “Konsolidasiya olunmuş sınıq və qəlpə xaric olunmasından sonrakı vəziyyət' kimi qeyd olunsa da, rentgen müayinəsinin nəticəsində “Sümüklərinin tamlığı pozulmayıb" rəyi birbirini təkzib etmişdir. Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 90469 nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travmasının qalıqları. Posttravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya, İİİ dərəcə. Koordinator pozuntular. Psixoorqanik sindrom. Arterial hipertenziya, İİİ dərəcə. UİX, gərginlik stenokardiyası, İİ F.S. ” kimi qeyd olunmuşdur. Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli Kəllə sümüklərinin rentgenografiya (ön-arxa iki proyeksiyalı) müayinəsinin nəticəsi “Kəllənin R- grammada damar kələfinin şəkli güclənib. Sümüklərinin tamlığı pozulmayıb” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT (aksial və ya koronal və ya sagital) müayinəsinin nəticəsi “Frontal sümüyünün sol hissəsində keçirilmiş KBT, konsolidasiya olunmuş sınıg və gəlpə xaric olunmasından sonrakı vəziyyət. Baş beyin sol frontal lobun anterior aspektində subkortikal posttravmatik, millimetrik, kistozgliotik ocag. Region ar yumşağ toxumaların fibrotik bərki m əsi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 6358 nömrəli ambulator xəstənin tibbi vərəqində diaqnoz “Ensefalopatiya (anamnezində travma), üzvi affektiv pozuntu, kognitiv funksiyaların enməsi, astenonevrotik hal” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(118)-1512/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 30 dekabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq bizim etirazımızı belə təhrif edərək, guya etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və ReabilitasiyaAgentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin“Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar iddiaçının canlı əyani müayinəsi aparmaqla əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verdi və sonuncu dəqiqləşmə barədə ərizəsinin geri götürülməsinin nəzərə alınmasını, birinci instansiya məhkəməsinə təqdim etdikləri tələbin nəzərə alınmaqla, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxxxxx 1971-ci il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya 26 oktyabr 2016-cı il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” (keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri diaqnozları ilə) ikinci dərəcəli əlillik 5 il müddətinə təyin edilmişdir. 2023-cü ildə yenidən müayinə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir və Dövlət-Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 30 dekabr 2023-cü il tarixli qərarı ilə İddiaçı “Diaqnoz öz təsdiqini tapmaması” səbəbindən əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İddiaçı hal-hazırda cavabdeh orqanın 30 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və ona 30 dekabr 2023-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsini tələb edir. Göründüyü kimi hazırki iş üzrə iddia tələbi əlillik dərəcəsinin təyin edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi iddiaçı barəsində göndərilmiş müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərə aid diaqnozun əlilliyin təyin etməsinə əsas verməməsi halına istinad etmişdir. İş materiallarında olan müvafiq tibbi göndərişin (Forma 88) məzmunundan görünür ki, iddiaçı barəsində əsas diaqnozun ağırlaşması olaraq F06.3-əhvalın üzvi mənşəli, (affektiv) pozuntusu, koqnitiv funksiyaların enməsi diaqnozu qeyd edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4771/2024 saylı qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında məhkəməyə daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 T138/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyində aşağıdakılar qeyd edilmişdir: - Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: G93.4- dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya. Ağırlaşma: F06.3-əhvahn üzvi mənşəli, (affektiv) pozuntusu, koqnitiv funksiyaların enməsi. Ağırlaşma: F048-digər neqativ pozuntular, nevrasteniya. Yanaşı xəstəliklər: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (1994), alın və sağ bud nahiyəsinin qəlpə yaralanmasından sonrakı çapıqlar)” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA- da əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. - Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən mütəxəssis müayinəsinə göndərilmiş və ona “G93.4-posttravmatik ensefalopatiya, F06.6-üzvi mənşəli emosional labil pozuntu, F06.7-yüngül koqnitiv pozuntu” diaqnozu təyin edilmişdir. - Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə müalicəyə cəlb edilə bilər. - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əhvahn üzvi mənşəli, (affektiv) pozuntusu, koqnitiv funksiyaların enməsi (F06); kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya serebral atrofıya (T90.5) müşahidə olunan şəxsə əlillik təyin edilir. Birinci instansiya məhkəməsinin qərarı əsasında aparılmış məhkəmə tibbi ekspertizasının rəyi kifayət qədər əsaslandırılmadığından, məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixli, 2-1(105)-901/2025 saylı qərardad ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilməsi, ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X12 həvalə edilməsi qərara alınmışdır. Həmin qərardad əsasında məhkəməyə daxil olmuş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X11 3495 saylı, xx.xx.2025-ci il tarixli rəyində aşağıdakılar qeyd edilmişdir: Motivləşirici hissə: Yoxlanılan şəxs İddiaçı Nəsrəttulla oğlunda hazırda “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) AFEKTİV POZUNTU, DEPRESSİV DAXİLOLMLAR, KOQNİTİV FUNKSİYALARİN ENMƏSİ VƏ ANAMNEZİNDƏ QİCOLMA TUTMALARİ İLƏ” (F06.3) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra baş ağrılarından əziyyət çəkməsi, əsəbi olması, intihar fikirləri və cəhdlərinin olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya. Posttravmatik serebravaskulyar çatışmazlıq. İİ-İİİ dərəcə. Tez-tez təkrarlanan generalizə olunmuş qıcolma tutmaları. İfadəli asteno nevrotik sindrom” diaqnozu ilə ikinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 “Üzvi (Qarabağ müharibəsi zamanı keçirilmiş travma nəticəsində affektiv pozuntu. Depressiv əlamətlər, koqnitiv funksiyaların enməsi ilə anamnezində tez-tez baş verən qıcolma tutmaları ilə)” diaqnozu qeyd edilməsi və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahiran gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ. Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: İddiaçıda F06.3 kodlu “əhvalın üzvi mənşəli, (affektiv) pozuntusu, koqnitiv funksiyaların enməsi” diaqnozu aşkar edilirmi? Cavab: Yoxlanılan şəxs İddiaçı Nəsrəttulla oğlunda hazırda “üzvi (travma mənşəli) affektiv pozuntu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutmaları ilə” (F06.3) aşkar olunur. 2-ci sual: Aşkar edilirsə, iddiaçının sağlamlıq vəziyyətinə görə aşağıda sadalanan hansı bənddə qeyd olunan hallar onda müşahidə edilir? A) “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlarla, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı),” B) Məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəssəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən, psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq), təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən İddiaçı daimi müşahidə zərurəti varmı? Cavab: Yoxlanılan şəxs İddiaçı Nəsrəttulla oğlunda hazırda “üzvi (travma mənşəli) affektiv pozuntu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutmaları ilə” (F06.3) müəyyən edilir. Kollegiya yuxarıda qeyd edilənləri nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə yalnız iddiaçının müəyyən bir diaqnoza malik olub-olmaması ilə məhdudlaşmır, əksinə, əsas məsələ həmin diaqnozun iddiaçının orqanizminin funksional imkanlarına, gündəlik həyat fəaliyyətinə, sosial adaptasiyasına və əmək qabiliyyətinə real və davamlı təsir dərəcəsinin müəyyən edilməsi ilə bağlıdır. Bu yanaşma “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində təsbit edilmiş əlillik anlayışının mahiyyətindən irəli gəlir və inzibati orqanların sırf formal diaqnostik nəticələrlə kifayətlənməsinin yolverilməz olduğunu göstərir. İş materiallarından aydın olur ki, İddiaçı Nəsrəttulla oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı kəllə-beyin travmasının nəticələri ilə bağlı olaraq uzun illər ərzində əlillik statusuna malik olmuş, bu status dövlətin özü tərəfindən dəfələrlə tanınmış və təsdiq edilmişdir. Bu fakt eyni zamanda travmanın davamlı və xroniki xarakter daşımasının, iddiaçının sağlamlıq vəziyyətində geridönməz dəyişikliklər yaratmasının ilkin hüquqi və tibbi sübutu kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqan tərəfindən 30 dekabr 2023-cü il tarixli qərarla iddiaçıya əlillik təyin edilməsindən imtina edilərkən əsas gətirilən “diaqnoz öz təsdiqini tapmaması” arqumenti, əsassızdır. Çünki təqdim edilmiş tibbi sənədlər, ambulator və stasionar epikrizlər, habelə psixiatrik müşahidələr bir-birini inkar etməmiş, əksinə, iddiaçının psixi vəziyyətində davamlı pozuntuların mövcudluğunu sistemli şəkildə təsdiqləmişdir. Xüsusilə vurğulanmalıdır ki, psixi pozuntuların hüquqi qiymətləndirilməsi zamanı instrumental müayinələrin (KT, rentgen və s.) nəticələrinin uyğunsuzluğu əsas götürülərək əlilliyin inkar edilməsi metodoloji baxımdan düzgün sayıla bilməz. Çünki psixi pozuntuların əsas meyarı görüntüləmə nəticələri deyil, kliniki müşahidə, davranış dəyişiklikləri, emosional və kognitiv sferada funksional enmə, eləcə də şəxsin sosial və əmək fəaliyyətində yaranan davamlı məhdudiyyətlərdir. Apellyasiya instansiyası mərhələsində təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2025-ci il tarixli, 3495 saylı rəyi məhkəmə kollegiyası tərəfindən xüsusi sübutetmə əhəmiyyətinə malik əsas sübut kimi qəbul edilir. Həmin rəy iddiaçının psixi vəziyyətinin dinamikasını, travmatik mənşəyini, simptomların davamlılığını və davranış aspektlərini əhatəli şəkildə təsvir edir. Ekspertiza rəyində qeyd edilən üzvi (travma mənşəli) affektiv pozuntu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, emosional qeyri-stabillik, impulsiv davranış, aqressiv meyllər və intihar riski artıq psixi pozuntunun sadəcə mövcudluğunu deyil, onun ağır və funksional cəhətdən əhəmiyyətli dərəcədə məhdudlaşdırıcı xarakter daşıdığını göstərir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1 və 7.6.2.2-ci bəndlərində nəzərdə tutulmuş tibbi və funksional kriteriyalar arasındakı hüquqi sərhədi və tətbiq meyarlarını xüsusi diqqətlə təhlil etmişdir. 7.6.2.1-ci bənd əsasən gündəlik fəaliyyətin qismən qorunduğu, sosial münasibətlərin əsasən saxlandığı və müalicə ilə vəziyyətin stabilləşdirilə bildiyi hallara şamil edilir. Halbuki, iddiaçının vəziyyətində müalicəyə rezistent simptomlar, davranışın dekompensasiyası, emosional labillik və özünə zərər yetirmə riski mövcuddur ki, bu hallar artıq 7.6.2.1 çərçivəsini aşır. 7.6.2.2-ci bənd isə iki ildən az olmayan müddətdə müşahidə edilən ağır, davamlı, teztez kəskinləşən psixi pozuntuları, məqsədyönlü fəaliyyət qabiliyyətinin əhəmiyyətli azalmasını, impulsivlik, şəxsi gigiyenaya laqeydlik, maraqların ləngiməsi, təkrar aqressiv davranış və ya intihar cəhdləri riskini ehtiva edir. Məhkəmə-psixiatriya ekspertizasının rəyində əksini tapan faktiki hallar bu təsvirlə tam hüquqi və tibbi uyğunluq təşkil edir. Kollegiya qeyd edir ki, əlilliyin müəyyən edilməsi prosesi normativ hüquqi aktlarla, xüsusilə də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunla, “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə və “Əlilliyin müəyyən olunması meyarları” ilə tənzimlənir. Bu normativ sənədlərin mahiyyətindən aydın olur ki, təkcə diaqnozun olması şəxsin əlilliyinin təyin edilməsinə əsas vermir. Əlillik təyini üçün həmin xəstəliyin nəticəsində orqanizmin funksiyalarında davamlı pozulmaların yaranması, həyat fəaliyyətinin müxtəlif istiqamətlərində, hərəkət, özünəxidmət, əmək fəaliyyəti və sosial ünsiyyət sahələrində məhdudiyyətlərin müşahidə olunması vacib şərtdir. Bu meyarlar insanın funksional imkanlarının itirilməsi faizinə əsaslanaraq müəyyən edilir və normativ sənədlərə görə, orqanizmin funksiyalarının 31 faizdən yuxarı məhdudlaşması əlillik təyin olunması üçün yetərli hesab edilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Diaqnozun təsdiqini tapmaması” məzmunlu qərarında qeyd edilən əsaslandırma formal xarakter daşıyır və həmin qərarın qəbul edilməsində normativ meyarların düzgün tətbiq edilmədiyi görünür. Həmçinin cavabdeh qərarında ağırlaşmaların olmaması” meyarına istinad etmiş, lakin “ağırlaşma” anlayışının hüquqi və tibbi mənası nəzərə alınmamışdır. “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, ağırlaşma təkcə xəstəliyin kəskinləşməsi kimi yox, insanın həyat fəaliyyətinin hər hansı bir sahəsində funksional məhdudiyyətin dərəcəsi kimi qiymətləndirilir. Belə olan halda, şəxsdə üzvi (travma mənşəli) affektiv pozuntu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, emosional qeyri-stabillik, impulsiv davranış, aqressiv meyllər və intihar riski əlilliyin təyin olunmasına əsas verir. Apellyasiya şikayətinin dəlillərində cavabdeh göstərmişdir ki, məhkəmə tibbi bilik tələb edən sahəyə müdaxilə etmiş və orqanın diskresion səlahiyyətinə əsasız təsir göstərmişdir. Lakin məhkəmənin qərarından aydın olur ki, məhkəmə heç bir halda tibbi nəticə çıxarmamış, yalnız təqdim olunmuş tibbi sənədlərin və ekspert rəylərinin hüquqi qiymətləndirilməsini aparmışdır. “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə və İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə görə, məhkəmə inzibati aktın qanuniliyini və əsaslılığını yoxlamaqla mübahisənin düzgün həllinə yönəlmiş bütün faktiki halları müstəqil şəkildə araşdırmağa borcludur. Bu baxımdan, məhkəmənin fəaliyyəti inzibati orqanın səlahiyyətlərinə müdaxilə deyil, həmin səlahiyyətlərin qanuna uyğun həyata keçirilib-keçirilməməsinin hüquqi nəzarəti kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın diskresion səlahiyyətinə istinad edərək əlillik təyinatından imtina etməsi mütənasiblik və əsaslandırma öhdəliyi prinsiplərini pozmuş, nəticədə isə iddiaçının sosial təminat hüququna əsassız müdaxilə etmişdir. İnzibati orqanın diskresiyası məhdudiyyətsiz olmayıb, faktlara, sübutlara və ixtisaslaşmış ekspert rəyinə uyğun həyata keçirilməlidir, əks halda məhkəmənin müdaxiləsi qanuni və zəruri hesab olunur. O da nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı (iddiaçının müraciəti əsasında) xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(102)185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən təyin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qəti qənaətə gəlir ki, İddiaçı Nəsrəttulla oğlunun sağlamlıq vəziyyəti 7.6.2.2-ci bənd üzrə ağır, davamlı və funksional qabiliyyəti ciddi şəkildə azaldan psixi pozuntu kimi qiymətləndirilməli, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əsasla əlillik dərəcəsi təyin edilməlidir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində qeyd edilən patofunksional dəyişiklik iddiaçıda müşahidə edildiyindən və həmin diaqnoz orqanizmin 65-80% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verdiyindən iddiaçıya qeyd edilən hallar nəzərə alınmaqla əlillik təyin edilməlidir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 30 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 65-80% əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(118)-1512/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 30 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 65-80% əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar