Məhkəmə qərarları › İş №2-1(105)-902/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-902/2025

29.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-902/2025 29.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya X1rşı “cavabdeh orqanın 18 oktyabr 2024-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2997/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarına görə iddiaçıya “hissi və hərəkəti pozulmalarla müşayiət olunan sağ baldırın yumşaq toxumalarının kor qəlpə yaralanması (xx.xx.1994) nəticəsində incik sinirinin zədələnməinin qalıq əlamətləri, sağ ayağın funksiyasının cüzi dərəcədə pozulması ilə, odlu silah yaralanması (xx.xx.1994) nəticəsində sağ incik sümüyünün 1/3-nin bərkimiş sümük döyənəyi, yumşaq toxumaların yad cismi (metal qəlpələr), ətrafln funksiyasının pozulmaması ilə” diaqnozu qoyulmaqla səbəbli əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” göstərilmişdir. İddiaçı l Qarabağ müharibəsi zamanı yaralanmış və ona 2007-2021-ci illərdə ll dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya verilmiş sonuncu göndərişdə ona əsas diaqnoz kimi Y36.2, ağırlaşmalar kimi M62.5, G57.3, M79.5, R26.8, R52.1, L90.5, M21.3 və H25.0 kodlu diaqnozlar göstərilmişdir. Cavabdeh özünün xx.xx.2024-cü il tarixli imtina qərarı ilə “Diaqnoz əlillik əlamətləri təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X13n xx.xx.2023-cü il tarixli, ********** nömrəli arayışından görünür ki, İddiaçı diaqnozu odlu silahla yaralanmadan sonra sağ sağrı, sağ baldırın orta 1/3–nin və 1/3–nin arxa səthlərində çapıq toxumaları, sağ bud sümüyünün böyük burması nahiyəsində, sağ baldırın orta 1/3 –nin yumşaq toxumalarında metal qəlpələri, sağ incik sinirinin orta 1/3-nin bitişmiş sınığı, sağ incik sinirinin neyropatiyası, sağ pəncənin sallanması, əzələ atrofiyası daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması qeyd edilmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdeh inzbati orqan tərəfindən iddiaçı barəsində 18 oktyabr 2024-cü il tarixli “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 tərəfindən tərtib edilmiş T218/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyinə görə İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmamışdır. Odur ki, onun iş materiallarında olan tibbi sənədlərinə əsasən Şamaxı rayon Mərkəzi Xəstəxanası tərəfindən adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli N00228473 saylı Forma 088 göndərişində XBT kodu ilə qeyd edilmiş əsas diaqnoz: Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silahla yaralanmadan sonrakı vəziyyət; Ağırlaşmalar: M62.5-Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, Əzələ atrofıyası; G57.3- Bayır dizaltı peroneal sinirin zədələnməsi, Sağ incik sinirinin neyropatiyası; R26.8- Hərəkərin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Hərəkət funksiyasının pozulması; R52.1-Müalicəyə tabe olmayan daimi ağrı. Daimi ağrı sindromu; M21.3-Əlin və ya pəncənin sallanması (qazanılma), Sağ pəncənin sallanması. L90.5-Dərinin çapıqlaqmış vəziyyəti və fıbrozu, Sağ sarğı, sağ baldırın orta 1/3 nin və aşağı 1/3 nin iç arxa səthlərində çapıq toxumaları; M79.5- Yumşaq toxumalarda qalmış yad cisim, Sağ bud sümüyünün böyük burması nahiyəsində sağ baldırın orta 1/3-nin yumşaq toxumalarında metal qəlpələri; Yanaşı xəstəliklər: H25.O- Başlanğıc qocalıq kataraktası, Başlanğıc qocalıq kataraktası” diaqnoz ona stasionrda müayinə və müalicədə olarkən anamnestik, klinik və laborator müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, TSEK-də şəxsin müayinələri zamanı əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. İddiaçı əyani müayinəsi zamanı əlin və ya pəncənin sallanması (qazanılma), Sağ pəncənin sallanması (XBT М21.3); aşağı ətraf əzələlərində əzələ atrofıyası və üzülməsinə rast gəlinməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda sağ baldırın və sağ topuğun iki proyeksiyada Rentgenoqrammasında incik sümüyü diafızi orta 1/3-i səviyyəsində kiçik sümük defektləri və kortikal qalınlaşmalar fonunda, perifokal yumşaq toxumalarda böyüyü 10 mm ölçülü olmaqla bir neçə metal yad cisim aşkar edilmişdir. Qərardadda ekspertiza qarşısında qoyulmuş 6 və 8-ci bənd və yarımbəndlərindək suallar əlilliyin qiymətləndirmə meyarlarına aid olduğundan onların həlli tibbi sosial ekspertlərin səlahiyyətlərinə aiddir. İddiaçı müayinə zamanı ağırlaşma olaraq qeyd edilən “Bayır dizaltı peroneal sinirin zədələnməsi, Sağ incik sinirinin neyropatiyası (XBT G57.3). Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, hərəkət funksiyasının pozulması (XBT R26.8) Müalicəyə tabe olmayan daimi ağrı, Daimi ağrı sindromu (XBT R52.1)” diaqnozları instrumental EMQ müayinəsi zamanı qoyulduğundan və sinir zədələnməsi nəticəsində yarandığından bu diaqnozlar öz təsdiqini tapmışdır. Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində İddiaçı xx.xx.2024-cü il tarixdə müayinə edilmiş və “H25.0- Başlanğıc qocalıq kataraktası H52.2-Astiqmatizm” diaqnozu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “məhkəmə tərəfindən müstəqil komissiya təyin olunması və komissiyanın rəyinə əsaslanaraq cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə təqdim edilmiş tibbi sənədlər əsasında əlillik təyinatının müəyyən edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, “cavabdeh orqanın 18 oktyabr 2024-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1971-ci il təvəllüdlüdür. O, 1992-ci ildə l Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşə yollanmışdır. Laçın, Ağdərə, Fizuli, Ağdam və digər rayonlarında gedən döyüşlərdə fəal iştirak etmiş və 06 may 1994-cü il tarixdə Ağdam rayonunun Qərvənd kəndi ərazisində yaralanmışdır. O, sağ baldırından qəlpə yarası almış, nəticədə hissi və hərəkəti pozulmalarla müşayiət olunan sağ baldırın yumşaq toxumalarının kor qəlpə yaralanması nəticəsində incik sinirinin zədələnməsinin qalıq əlamətləri, sağ ayağının funksiyası cüzi dərəcədə pozulmuş, bundan başqa hər iki gözünün görmə itiliyi 0,3-ə qədər azalmışdır. 2007-ci ildən İİ dərəcəli əlillik üzrə pensiya almışdır. İddiaçıya bəlli olmayan səbəblərdən 2021-ci ildə əlilliyi ləğv olunmuşdur. Hazırda iddiaçı ayağında olan qəlpələrdən əziyyət çəkir, yeriyə bilmir. İşləmək imkanı yox dərəcəsindədir. Ayağında olan qəlpələr bədəninin hər yerinə yayılır. Soyuq havalarda heç cür hərəkət edə bilmir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı əlillik müddəti başa çatdıqdan sonra o, əyani müayinəyə getməkdən imtina etmi, bu səbəbdən ona “diaqnoz əlillik əlamətləri təyin etmir” səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2997/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 18 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən Yumşaq toxumalarda qalmış yad cisim, sağ bud sümüyünün böyük burması nahiyəsində sağ baldırın orta 1/3-nin yumşaq toxumalarında metal qəlpələri (M79.5); sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr (R25-R29) müşahidə olunan şəxsə əlillik təyin edilir. Ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda X00127539LYS nömrəli Forma 088-də qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab etmişdir ki, inzibati orqan tərəfindən əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslanıdrmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdehin etirazını belə təhrif edərək, etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar iddiaçının canlı əyani müayinəsi aparmaqla əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. .....

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, ekspertin və həkimmütəxəssislərin fikrilərini dinləyərək, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçının iddia tələbi, cavabdeh orqanın 18 oktyabr 2024-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsidir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli qərar əsasında əlilliyin təyin edilməsindən imtina olunmuş, imtina əsası kimi diaqnozun əlillik əlaməti təyin etməməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası iclasında dindirilən iş üzrə məhkəmə-tibb ekspertizasının rəyinin verilməsində iştirak edən ekspert X5 izah etdi ki, ixtisas üzrə nevropatoloq olmasa da, iddiaçının əyani müayinəsi zamanı onda koordinasiya pozğunluğu, piramid çatışmazlığı, yəni orqanizmin mərkəzi sinir sistemində baş şverən patoloji dəyişikliklər aşkar edilməmişdir. Sümük zədələnməsi zamanı yaranan düyünləmə zamanı ağırlar yarana bilir. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iddiaçının nevroloq və travmatoloqortoped həkimlər tərəfindən müayinə olunmasını zəruri hesab etmişdir və müvafiq sorğu ilə Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına müraciət etmişdir. Həmin müayinələrin nəticəri barədə məhkəməyə təqdim edilən ambulator kitabçasından çıxarışlardan görünür ki, iddiaçıda M79.5 – sağ baldırda qalmış yad cisim, M16.0 – hər iki bud-çanaq oynağının artrozu, M17.0 – sağ incik sümüyünün sınığı, M19.0 – sağ baldırın çapıq toxuması, L91.0 – hər iki diz oynağı və hər iki aşıq-baldır oynağının artrozu (həkim – travmatoloq-ortoped Rüfət İsmayılov) və G57.8 sağ tibial sinirin xronik aksonal neyropatiyası, M51.1 L.4-L.5 radikulopatiyası, G83.1 sağ aşağı ətrafln monoparezi, R52.2 daimi ağrı sindromu, R.26 hərəkətin çətinliyi (həkim-nevroloq Əsmər Bağırzadə) diaqnozları müəyyən edilmişdir. Məhkəmə kollegiyası iclasında mütəxəssis qismində dindirilən həkim- nevroloq Əsmər Bağırzadə izah etdi ki, əyani müayinə zamanı iddiaçıda M 51.1 və G57.8 kodu altında qeyd edilmiş diaqnozlar, ağırlaşması kimi G83.1 müəyyən edilmşdir. Müayinə zamanı iddiaçının şikayətləri sağ aşağı ətrafda yürüş və durma zamanı ağrı, həmçinin pəncənin açıb-bükmə hərəkətlərində çətinlik çəkməsi müəyyən edilmişdir. Sağ aşağı ətrafın əzələ gücü 4 bal qiymətləndirilmiş, bu da yüngül (mülayim) parez kimi qiymətləndirilir və ağır nevroloji pozuntu hesab edilmir. Radiokulopatiya nəticəsində yaranan ağrı pasiyentin yürüşündə müəyyən çətinlik yarada bilər, lakin bu hallar funksional imkanların ciddi şəkildə itirilməsi ilə müşayiət olunmur. Parez mövcud olsa da, ağır dərəcəli hesab edilməməklə, mülayim dərəcəlidir. Bundan başqa iddiaçıda aşkar edilmiş göstərilən xəstəliklər oynaqla bağlı olduğu üçün baş gicəllənmə, koordinasiya pozuntusu ilə müşahidə edilmir, eyni zamanda irdi motorikanın, yerişin və durmanın mülayim pozuntusu aşkar edilmişdir. Məhkəmə kollegiyası iclasında mütəxəssis qismində dindirilən həkim-travmatoloqortoped X6 izah etdi ki, əyani müayinə zamanı iddiaçıda ankiloz aşkar edilməmişdir. Hər iki diz oynağında qığırdaq toxumasında zədələnmə əlamətləri mövcuddur, lakin dərəcəsi təxminən 1-2 olaraq qiymətləndirilə bilər. Bu göstəricilərdə 4-cü dərəcə ağır hesab edilir və iddiaçıda belə zədələnmə müşahidə edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və məhkəmə icasında da dindirlən həkim mütəxəssislərin fikirlərini nəzərə alaraq qeyd edir ki, iddiaçının diaqnoz əlamətləri (XBT-10 R25-R29) “sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr” uyğundur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”n “sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr” adlanan 6.1.10-cu bəndinin R25- R29 koduna aid olan 6.1.10.1-ci bəndinə görə başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir. Kollegoiya qeyd edir ki, birinci instaisya məhkəməsi göndərişdə göstərilən M79.5 koduna istinad etsə də, həmin kodda göstərilən xəstəliyin (Yumşaq toxumalarda qalmış yad cisim) əlamətləri “Əlilliyin müəyyən olunması meyarları”na görə yalnız aşağıdakılardan ibarətdir : -ürəyin köçürülməsindən sonrakı ilk 2 il ərzindəki vəziyyət; -ürəyin köçürülməsindən 2 illik müddətdən sonra orqanizmin funksiyalarının mülayim pozulması ilə fəsadlar olduqda; - ürəyin köçürülməsindən 2 illik müddətdən sonra orqanizmin funksiyalarının ciddi pozulması ilə fəsadlar olduqda və orqan sistemlərinin sistematik müalicə edilməsi ehtiyacı ilə. İş materialları və iddiaçının özünün izahatlarından müəyyən edildi ki, yad cisim iddiaçının aşağı ətrafındadır və ürəklə əlaqəsi yoxdur. Belə olan halda iddiaçıda həmin kodda göstərilnə diaqnozla əlilliyin müəyyən edilməsi əsassız hesab olunmalıdır. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnozun əlillik əlaməti təyin etməməsini qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “diaqnozun əlillik əlaməti təyin etməməsi” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (diaqnozun əlillik əlaməti təyin etməməsi) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda müəyyən edilmiş xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən diaqnozun əlillik əlaməti təyin etməməsi halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçıya 18 oktyabr 2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 1 (bir) il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2997/2025 nömrəli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı 18 oktyabr 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 1 (bir) il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar