Məhkəmə qərarları › İş №2-1(105)-904/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-904/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-904/2025 19.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X7 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X25 qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2- 1(118)-3091/2025 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X26 Mərkəzi rayon Xəstəxanası X32 04 oktyabr 2022-ci il tarixli arayışına görə İddiaçı1 geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı 44 günlük Vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən X15 Mərkəzinə yaralı və şəhid hərbiçilərin təxliyyəsi ilə məşğul olmuşlar. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi X15 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi Hospital kimi fəaliyyət göstərmişdir. Sumqayıt şəhər X19 Qarajı üzrə xx.xx.2020-ci il tarixli 69 saylı və xx.xx.2020-ci il tarixli 79 saylı əmrlərdən çıxarışlarda qeyd edilmişdir ki, müvafiq olaraq xx.xx.2020-ci il tarixdən və xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasında müharibə vəziyyəti ilə əlaqədar olaraq aşağıdakı tərkibdə Təcili və X11 Kalonunun sürücüləri briqada şəklində xüsusi təyinatlı TTTY-sanitar avtomobilləri ilə Füzuli rayonunun cəbhə bölgəsinə ezam edilmişlər : İddiaçı2 X17 X18 İddiaçı1 X8 X13. Sumqayıt şəhər X5 Qarajı tərəfindən verilmiş ezamiyyə vəsiqələrindən görünür ki, İddiaçı1 58 saylı əmrə əsasən müharibə vəziyyəti ilə əlaqədar Füzuli rayonu Mərkəzi Xəstəxanasına cəbhə bölgəsinə göndərilmiş, ezamiyyə vəsiqələrində aparılan qeydiyyatlara görə o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, İddiaçı2 isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarxidən xx.xx.2020-ci il tarixədək X1muşlar. "Füzuli Rayon Mərkəzi Xəstəxanası" X34 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 78/96 saylı və 78/98 saylı arayışlardan görünür ki, İddiaçı1 və İddiaçı2 geniş miqyaslı əkshücum əməliyyatlarının həyata keçirilməsi zamanı 44 günlük Vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən X15 Mərkəzinə yaralı və şəhid hərbiçilərin təxliyyəsi ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi X15 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq hərbi hospital kimi fəaliyyət göstərmişdir. İddiaçıların hərbi bieltlərində də müvafiq qeydiyyatlar aparılmışdır. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X34 "Füzuli Rayon Mərkəzi Xəstəxanası" X32 21 aprel 2025-ci il tarixli 18-1-36/2-484/2025 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı1 və İddiaçı2 44 günlük Vətən müharibəsi zamanı ön cəbhədən yaralı və şəhid hərbiçilərin X16 Mərkəzinə təxliyyəsi ilə məşğul olmuşlar. X15 Mərkəzi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. Mərkəzə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi mülkü xəstələr qəbul olunmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 27 sentyabr 2020-ci il tarixdən 01 dekabr 2020-ci ilə kimi Füzuli Mərkəzi rayon X9 ilə əlaqədar hərbi hospital kimi fəaliyyət göstərdiyi üçün və Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən 214 saylı hərbi hospitalına işlədiyi Sumqayıt şəhər X21rajından cəbhə bölgəsinə idarə etdiyi Fiat-Doblo markalı, ** JX *** dövlət qeydiyyat nişanlı təcili yardım avtomobili ilə (ambulansla) və İddiaçı2 idarə etdiyi Fiat-Doblo markalı, ** JX *** dövlət qeydiyyat nişanlı təcili yardım avtomobili ilə (ambulansla) ezam olunaraq geniş miqyaslı əks-hücum əməliyyatlarının həyata keçirilməsi zamanı 44 günlük Vətən Müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən Füzuli Müalicə-Diqanostika Mərkəzinə və Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən 214 saylı hərbi hospitalına yaralı və şəhid hərbiçilərin təxliyyəsi ilə məşğul olmuşlar. Bundan başqa geniş miqyaslı əks-hücum əməliyyatlarının həyata keçirilməsi zamanı 44 günlük Vətən müharibəsi dövründə ordu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərini işğaldan azad edərək irəlilədikcə, onlar da ordu ilə birlikdə irəliləyərək Cəbrayıl, Qubadlı, Hadrut ərazilərində yaradılmış səhra tipli hospitallarında yaralı və şəhid əsgərlərin təxliyyəsi ilə məşğul olmuşlar. Hətta təcili yardım sürücü yoldaşlarından həmin dövrdə yaralıları və şəhid hərbiçiləri təxliyyə edərək döyüş ərazisindən çıxararkən düşmən tərəfindən atılan mərmi nəticəsində avtomaşının vurulması ilə şəhid olan da olmuşdur. Belə ki, X24 idarə etdiyi Fiat- Doblo markalı, ** JV *** dövlət qeydiyyat nişanlı təcili yardım avtomobili ilə (ambulansla) 5 nəfər yaralı hərbiçini Hadrutda təxliyyə edərkən ermənilər tərəfindən minamyotla vurularaq şəhid olmuşdur. Digər sürücü X2-Qubadlı yolunda idarə etdiyi Mercedes markalı, ** JX *** dövlət qeydiyyat nişanlı təcili yardım avtomobiliylə (ambulansla) yaralı və şəhid hərbiçilərə təxliyyə etmək üçün gedərkən avtomobili ermənilərin yola yerləşdirdiyi tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olmuşdur. Onlar da eyni işi görmüş və eyni yolları dəfələrlə qət etmişlər. Sadəcə təsadüf nəticəsində ermənilərin atəşinə tuş gəlməmiş və minalara düşməmişlər. Lakin İddiaçı1 idarə etdiyi Fiat-Doblo markalı, ** JX *** dövlət qeydiyyat nişanlı təcili yardım avtomobili (ambulans) Cəbrayıl ərazisində qəzaya uğramış və ordu generalı M.Bərxudarovun əmri ilə döyüş bölgəsindən təxliyyə olunaraq avtomobil yararsız hala düşdüyü üçün ona Fiat-Doblo markalı, ** JX *** dövlət qeydiyyat nişanlı təcili yardım avtomobili (ambulans) təhkim olunaraq onunla fəaliyyətini davam etdirmişdir. Onlar müharibə veteranı adı və vəsiqəsinin əldə edilməsi üçün cavabdeh orqana müraciət etmişlər. Lakin cavabdeh tərəfindən əsassız olaraq imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi göstərilə bilməz. Çünki, İddiaçı1 və İddiaçı2 ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər hansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(118)-3091/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır kı, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa, ona müharibə veteranı verilir. Təqdim edilmiş ezamiyyə vərəqələrindən görünür ki, iddiaçılar döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara deyil, 27 sentyabr 2020-ci il tarixli əmrlə Sumqayıt şəhər X19 Qarajından Füzuli rayon Mərkəzi Xəstəxanasına ezam edilmişlər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə idida tələbini əsassız hsab etmişdir. İddiaçılar qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışlar və əlavə olaraq qeyd etmişlər ki, onlar hərbiçi olmamışlar, müharibədə mülki şəxs kimi iş yerindən müharibəyə ezam olunmuş, lakin müharibə qanunlarına əsasən orada 27 sentyabr 2020-ci il tarixdə Füzuli rayon Mərkəzi Xəstəxanasına ezam olunduqdan bir müddət sonra ön cəbhədən yaralı hərbiçilərin çoxluğu ilə əlaqədar onların təxliyyəsini tibbi hərbi maşınlar çatdırmadığına görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci Ordu korpusunun tibbi xidmət rəisi polkovnik Allahverdi Cəbrayılovun şifahi əmri ilə ön cəbhədən döyüş şəraitində yaralı hərbiçiləri və şəhid olmuş hərbiçiləri X12 təxliyyə etmək üçün bir neçə təcili tibbi yardım maşınlarla ön cəbhəyə ezam olunaraq oradan yaralı və şəhid hərbiçilərin Füzuli rayon Diaqnostika Mərkəzinə təxliyyəsini həyata keçirmişlər. Deməli, iddiaçılar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci Ordu korpusunun tibbi xidmət rəisi polkovnik Allahverdi Cəbrayılovun əmrini icra etməklə, artıq müharibədə hərbi xidmətlərini həyata keçirmişlər. Bunun üçün isə əlavə müqaviləyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci Ordu korpusunun tibbi xidmət rəisi polkovnik Allahverdi Cəbrayılovun şifahi əmri ilə ön cəbhədən döyüş şəraitində yaralı hərbiçiləri və şəhid olmuş hərbiçiləri X12 təxliyyə etmək üçün bir neçə təcili tibbi yardım maşınları, o cümlədən, iddiaçılar və müharibədə şəhid olmuş Fariz və Fəxrəddin idarə etdikləri ambulanslarla ön cəbhəyə ezam olunaraq oradan yaralı və şəhid hərbiçilərin Füzuli rayon Diaqnostika Mərkəzinə təxliyyəsini həyata keçirərkən Fariz və Fəxrəddin orada şəhid olduqları üçün onlara şəhid statusu verilir, lakin iddiaçıların bir növ bəxti gətirdiyi üçün düşmən gülləsinə tuş gəlməyib ölməmiş, lakin faktiki qazi olduqlarına görə onlara veteran statusu verilmir. Əgər cavabdehin qeyd etdiyi və məhkəmənin də təsdiq etdiyi kimi iş yerindən müharibəyə ezam olunmuş mülki şəxslər hərbi hissə ilə əlavə kontrakt bağlamalı idilərsə və bu halda onlar müharibə veteranı statusu əldə edirlərsə, onda nə üçün həmin şəhid olmuş həmkarları təcili yardım sürücüləri Fariz və Fəxrəddin cəbhədə öldükləri üçün onlara şəhid adı verilmişdir. O zaman onlara da şəhid adı verilə bilməzdi. Çünki onlar da iddiaçılar kimi iş yerindən müharibəyə ezam olunaraq orada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci Ordu korpusunun tibbi xidmət rəisi polkovnik Allahverdi Cəbrayılovun hərbi əmrlərini icra etmişlər. Belə ki, yalnız şəhid və yaralı şəxslərə bu cür status verilməlidir. Fariz və Fəxrəddin mülki şəxslər kimi şəhid olduqları üçün onlara bu status verilmiş, lakin iddiaçılar mülki şəxslər kimi şəhid olmadığına görə onlara veteran adı verilmir. Beləliklə də, cavabdehin irəli sürdüyü dəlillərin heç bir əsası olmadığı tam aydın olur. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təminn edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçıların izahatlarını dinləyib , işin xüsusatlarını araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Hazırda iddiaçıların iddia tələbi onlara müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının döyüş əməliyyatlarında birbaşa iştirak etməməsi əsası ilə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Həmçinin cavabdeh orqanın mövqeyinə görə, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər hansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə kollegiyası ümumilikdə qeyd etməyi zəruri hesab edir ki, müvafiq Əsasnaməyə əsasən mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunaraq müharibə veteranı verilir. Həmçinin müvafiq Əsasnamədə qeyd edilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Əsasnamənin 1-ci hissəsinin ikinci bəndinin dördüncü yarımbəndində isə deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti və Azərbaycan Respublikasının Strateji X6 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti və Azərbaycan Respublikasının Strateji X6 Agentliyi tərəfindən o halda verilir ki, həmin mülki şəxs yuxarıda göstərilən orqanların hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam edilmiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, idiaçılar İddiaçı1 və İddiaçı2 Vətən müharibəsi zamanı işlədikləri Sumqayıt şəhər Səhiyyə şöbəsinin Mərkəzləşdirilmiş Qarajından ezam olunmuş, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut əraziləri uğrunda gedən döyüşlər zamanı yaralı hərbiçiləri Füzuli Mərkəzi rayon Xəstəxanasına (keçmiş X15 Mərkəzinə) təxliyyə edilməsində iştirak etmişdir. İşdə olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Mərkəzləşdirilmiş qarajı tərəfindən məhkəməyə təqdim edilmiş əmrlərdən görünür ki, iddiaçılar Fizuli rayon Mərkəzi Xəstəxanasına cəbhə bölgəsinə ezam edilmişlər. Onların ezam edilməsi müvafiq əmrlər və ezamiyyə vərəqələri ilə rəsmiləşdirilmişdir. Fzüuli rayon Mərkəzi Xəstəxanası öz növbəsində həmin şəxslərin ezam olunduğunu və məhz şəhidlərin və yaralı hərbiçilərin təxliyyəsi ilə məşğul olduqlarını təsdiq etmişdir. Beləliklə, iddiaçıların döyüş bölgələrinə ezam olunaraq, yaralı əsgərlərin və şəhidlərin döyüş bölgələrindən daşıyaraq döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişlər. Məhkəmə kollegiyası cavabdehin hazırki iş üzrə əsl cavabdeh olmaması ilə bağlı dəlilinə müasibətdə qeyd edir ki, iddiaçılar ezam edildikləri məqsədə uyğun olaraq həmin bölgədə yaralanmış və şəhid olmuş hərbiçilərin təxliyyəsi ilə məşğul olmuşlar. yuxarıda qeyd olunan Əsasnamənin tələbləri mülki şəxsə mühairbə veteranı adının verilməsini istisna etmir. Mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da, əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa, ona müharibə veteranı adı verilir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-3069/2023 saylı qərarında da öz əksini tapmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(118)-3091/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar