Məhkəmə qərarları › İş №2-1(105)-905/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-905/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-905/2024 07.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin 16 oktyabr 2023-cü il tarixli 3-A-1/2A- 266824/2023 nömrəli məktubuna əsasən yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən (əmək pensiyanın yenidən hesablandığı tarixdən) xx.xx.2023-cü il tarixədək artıq ödəmə aşkar edilməsi barədə qərarının ləğv edilməsi, pensiyasının dayandırılmasının qanunsuz sayılması, əvvəlki pensiyasının bərpa edilməsi, əvvəlki məbləğdə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(118)-3285/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edib “cavabdehin 16 oktyabr 2023-cü il tarixli 3-A-1/2A-266824/2023 nömrəli məktubuna əsasən yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən (əmək pensiyanın yenidən hesablandığı tarixdən) xx.xx.2023-cü il tarixədək artıq ödəmə aşkar edilməsi barədə qərarının ləğv edilməsi, pensiyasının dayandırılmasının qanunsuz sayılması, əvvəlki pensiyasının bərpa edilməsi, əvvəlki məbləğdə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(118)-3285/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 16 oktyabr 2023-cü il tarixli 3-A-1/2A- 266824/2023 nömrəli məktubuna əsasən iddiaçının yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən (əmək pensiyanın yenidən hesablandığı tarixdən) xx.xx.2023-cü il tarixədək artıq ödəmə aşkar edilməsi barədə qərarının ləğv edilməsi, pensiyasının dayandırılmasının qanunsuz sayılması, əvvəlki pensiyasının bərpa edilməsi, əvvəlki məbləğdə Ağasəlim Bəxtiyar oğluna ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək hazırda aldığı pensiya məbləğindən razı olduğunu bildirərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasına etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin ərizəsi hazırkı şərtlərdə tərəflər arasında mübahisənin olmadığını göstərir. Ona görə də formalaşmış məhkəmə təcrübəsini də nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin 16 oktyabr 2023-cü il tarixli, 3-A-1/2A- 266824/2023 nömrəli məktubuna əsasən yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən (əmək pensiyanın yenidən hesablandığı tarixdən) xx.xx.2023-cü il tarixədək artıq ödəmə aşkar edilməsi barədə qərarının ləğv edilməsi, pensiyasının dayandırılmasının qanunsuz sayılması, əvvəlki pensiyasının bərpa edilməsi, əvvəlki məbləğdə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilir ki, iddianın geri götürülməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar