Məhkəmə qərarları › İş №2-1(105)-905/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-905/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-905/2025 24.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən X2 mülkiyyətində olan hər biri 1,0 ha (ümumilikdə 4.0 ha) olan yaşayış sahələri torpaqlarında "xxxx" MMC tərəfindən inşa edilən 13 ədəd, 2 girişli, 12 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2025ci il tarixli, 2-1(118)-2945/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciə edərək, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən X2 mülkiyyətində olan hər biri 1,0 ha (ümumilikdə 4.0 ha) olan yaşayış sahələri torpaqlarında "xxxx" MMC tərəfindən inşa edilən 13 ədəd, 2 girişli, 12 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(118)-2945/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən X2 mülkiyyətində olan hər biri 1,0 ha (ümumilikdə 4.0 ha) olan yaşayış sahələri torpaqlarında "xxxx" MMC tərəfindən inşa edilən 13 ədəd, 2 girişli, 12 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək qeyd edilən inzibati mübahisənin məhkəmədənkənar qaydada həll edildiyini bildirmiş və İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, mübahisə məhkəmədənkənar qaydada artıq öz həllini tapdığından və artıq mövcud olmadığından, inzibati prosessual qanunvericiliyinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı halları müəyyən olunduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən X2 mülkiyyətində olan hər biri 1,0 ha (ümumilikdə 4.0 ha) olan yaşayış sahələri torpaqlarında "xxxx" MMC tərəfindən inşa edilən 13 ədəd, 2 girişli, 12 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində (elektron kabinet və vəkil vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar