Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-909/2024 07.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2- 1(118)-3884/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Abşeron Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(012)-333/2023 nömrəli qətnaməsinə əsasən mərhum X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 41 nömrəli mənzildən ibarət mirasın Hüseynova (Dərvişova) Fəridə Lazu qızı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. İddiaçı 01 iyun 2023-cü il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən 41 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş etmişdir. İnzibati orqan xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin icraatında olmuş 2(012)-333/2023 nömrəli iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəf kimi işə cəlb edilməmiş, məhkəmənin 15 fevral 2023-cü il tarixli qətnaməsi idarəyə daxil olmamış və üzərinə heç bir öhdəlik qoyulmamışdır. Müraciətin icrası səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 2 ünvanda yerləşən 41 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının atası X6 məxsus olmuşdur. Atası 16 iyul 2007-ci il tarixdə vəfat etmiş, ölən günədək həmin mənzildə yaşamışdır. Atasının vəfatından sonra ondan miras qalmış həmin fərdi yaşayış evini faktiki olaraq iddiaçı qəbul etmişdir. Buna görə də Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(012)-333/2023 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdehə ərizə ilə müraciət edərək, mənzil üzərində mülkiyyət hüququna dair çıxarış verilməsini xahiş etmişdir. Lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, aparılan araşdırma zamanı iddiaçının Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2A ünvanda yerləşən 41 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinin aşkarlanmadığı, iddiaçının müraciətinin Abşeron Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(012)-333/2023 nömrəli qətnaməsinin icrası barədə olduğu, lakin hazırki iddia ərizəsinin sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi barədə olduğu müəyyən olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın mümkün sayılmasını xahiş etmişdir. b) Birinci instansiya məhkəməsində birinci icraat: Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(118)-4115/2023 nömrəli qərardadı ilə iddia tələbi ilə bağlı cavabdeh orqana müraciətin olmaması əsası ilə iddia mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. c) Apellyasiya instansiya məhkəməsində birinci icraat: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2-1(118)-296/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(118)-4115/2023 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər Hökümə Babayeva (sərdlik edən hakim), Zaur Məmmədov, Gülnar Cabbarova). ç) Birinci instansiya məhkəməsində birinci icraat: Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(118)-3884/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 41 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli və 14 oktyabr 2022-ci il tarixli qərarlarında qeyd olunanlar ona dəlalət edir ki, vərəsəlik haqqında şəhadətnamə mirasın qəbulu faktını rəsmiləşdirən sənəddir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə tərəfindən təsdiq edilmiş faktın yenidən notariat orqanı tərəfindən təsdiq edilməsinə zərurət yoxdur. Mərhumun birinci növbə vərəsəsi hesab edilən vərəsələri özlərinə çatası paydan notarial qaydada təsdiq edilmiş ərizə ilə imtina etmişdilər. Belə olan halda, X2 rayonunun Qırız Dəhnə kəndində yerləşən və mərhum atasından miras qalmış 0,12 ha torpaq sahəsinin yeganə vərəsəsidir. Qeyd olunan fakt Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2155/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təsdiqini tapmışdır. Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-333/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mərhum X3 miras qalmış mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən 41 saylı mənzil üzərində mülkiyyət hüququ mərhum X4 adına qeydiyyata alınmış və sonuncunun adına 15581 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar kimi göstərilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim olunmalı olduğu halda, iddiaçı aidiyyəti üzrə notariat kontoruna müraciət edib müvafiq şəhadətnaməni əldə etmədən birbaşa cavabdeh inzibati orqana müraciət etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, atası rəhmətə getdikdən sonra ünvan 1 ünvanda yerləşən 41 nömrəli mənzildə yaşadığını təsdiq edən arayışı notariat orqanına təqdim etmiş, həmin orqan elektron sistem məlumatlarına əsasən ona həmin mənzildə iddiaçıdan başqa anası, qardaşı, oğlu və rəhmətə getmiş bacısının övladlarının qeydiyyatda olduğunu bildirmişdir. Notarius onun bacısı uşaqlarını vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanına dəvət etsə də, onlar gəlməmişdirlər. İddiaçının miras əmlaka dair onun adına vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariat orqanına müraciəti zamanı ona 3 nəfər vərəsənin payının şəhadətnamədə qeyd ediləcəyini, ondan başqa digər vərəsələrin (bacısı uşaqlarının) payının isə açıq saxlanılacağı bildirilmişdir. Notariat orqanı müraciətinə rəsmi olaraq imtina cavabı verdiyindən məhkəməyə müraciət etmişdir. İddiaçının anası və qardaşı onun xeyrinə ev üzərində paylarından imtina etmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili də apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, mirasın qəbul edilmə faktı müəyyən olunandan sonra iddiaçı tərəfdən vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariat orqanına müraciət olunmamışdır. Çünki, iddiaçı hüquqlarının qeydə alınması üçün məhkəmə qətnaməsinin kifayət etdiyini düşünmüşdür. Həm məhkəmə qətnaməsində, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda qüvvədə olan məhkəmə qərarlarının hüquqların qeydə alınması üçün fakt olduğu qeyd edilmişdir. Şəhadətnamə də məhkəmə qərarı da mirasın qəbul edildiyini təsdiq edir. İddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İşdən görünür ki, mübahisələndirilən ünvan 1 ünvanda yerləşən 41 nömrəli mənzil iddiaçının atası X5 xüsusi mülkiyyətində olmuş, L.B.Dərvişov 16 iyul 2007-ci il tarixdə ölmüşdür. İddiaçı mərhum atasından qalmış mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 fevral 2023-cü il tarixli, 2(012)-333/2023 nömrəli qətnaməsinə əsasən iddiaçının ərizəsi təmin edilərək mərhum X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 41 nömrəli mənzildən ibarət mirasın hazırkı iş üzrə iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Həmin məhkəmə qətnaməsində işin təsvir edilən hallarından müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçı atasının ölümündən sonra ünvan 1 ünvanda yerləşən 41 nömrəli mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət etmiş, bununla bağlı vərəsələr arasında mübahisə yarandığından Abşeron rayon 1 saylı notariat ofisinin 19 iyul 2022-ci il tarixli, 2840 nömrəli məktubu ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkəti aparmaqdan imtina edilmişdir. Göründüyü kimi atasının ölümündən sonra iddiaçı mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əvvəlcə notariat ofisinə müraciət etmiş, lakin bununla bağlı vərəsələr arasında mübahisə olduğundan mirasın iddiaçı tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilmişdir. Daha sonra iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş etmiş, müraciətinə imtina cavabı aldıqdan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı tələbinin əsası kimi miras əmlakın (mənzilin) tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə istinad edərək, həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. Kollegiya hesab edir ki, hazırkı iddia tələbi aşağıdakı səbəblərdən iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının: - 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. - 10.2-ci bəndinə görə nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Plenum qərarının tələblərindən müəyyən edilir ki, vərəsələr arasında miras əmlakla bağlı mübahisənin mövcudluğu halında, bunu arzu edən vərəsə məhkəmə qaydasında tərəfindən mirasın qəbulu faktını müəyyən etdirə bilər. Lakin, bu məzmunda məhkəmə qətnaməsi miras əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənəd sayılmır. Belə ki, bu kateqoriyadan olan işlərdə həmin hüquq digər vərəsələrin hüquqlarının qorunması mexanizmindən irəli gələrək, vərəsəlik şəhadətnaməsi əsasında qeydə alına bilər. İddiaçı bununla bağlı məhkəmə iclasında izahatında miras əmlaka dair onun adına vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariat orqanına müraciəti zamanı ona 3 nəfər vərəsənin payının şəhadətnamədə qeyd ediləcəyinin, ondan başqa digər vərəsələrin (bacısı uşaqlarının) payının isə açıq saxlanılacağının bildirildiyini qeyd etmişdir. İşin məhkəmə araşdırması ilə müəyyən edilən hallarından göründüyü iddiaçının özünün də məhkəmə iclasında izahatında bildirdiyi kimi miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariat orqanına müraciəti zamanı şəhadətnamədə ondan başqa digər vərəsələrin də payı göstərilməli olduğundan bununla razılaşmayaraq şəhadətnamə almamış, məhkəmə qətnaməsi ilə mirasın tərəfindən qəbulu faktı müəyyən edildikdən sonra da vərəsəlik şəhadətnaməsi verilməmişdir. Halbuki, miras əmlak üzərində vərəsənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması yalnız vərəsəlik şəhadətnaməsi əsasında həyata keçirilə bilər. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi miras əmlakın qəbul edilməsi faktına dair Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 fevral 2023-cü il tarixli, 2(012)-333/2023 nömrəli qətnaməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi göstərilən qanuni qüvvəyə minmiş məhkəmə qərarı kimi qəbul edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırda qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, onun çatmaq istədiyi məqsədə hazırda qaldırdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. İddiaçı öz məqsədinə çatmaq üçün, ilk növbədə, notariat orqanına müraciət edərək mübahisəli mənzilə dair vərəsəlik şəhadətnaməsi almalı, daha sonra həmin mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair cavabdeh inzibati orqana müraciət edə, imtina cavabı ilə aldıqda isə bununla bağlı məhkəmədə iddia qaldıra bilər. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(118)-3884/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5
Məhkəmə qərarları › İş №2-1(105)-909/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-909/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver