Məhkəmə qərarları › İş №2-1(105)-909/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-909/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-909/2025 19.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X19 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X26 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Qusar rayon Həzrə bələdiyyəsinə qarşı Qusar rayonu Xuluq kəndində yerləşən 0.095 ha torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2- 1(118)-185/2025 nömrəli qərarından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xuluq kəndində yerləşən 0.095 ha torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə Qusar rayonu Xuluq bələdiyyəsinə ərizə ilə müraciət etmiş və uzun illər istifadəsində olan 10 sota yaxın torpağın ona satılmasını xahiş etmişdir. Xuluq bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 12 nömrəli protokolu ilə ona bələdiyyə mülkiyyətində olan Xuluq kəndində yerləşən 0.095 ha torpaq sahəsi satılmış və ona həmin alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə çıxarış verilmişdir. Daha sonra qonşuluğunda olan X8 ona qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq Xuluq bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 12 nömrəli qərarının və çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-670/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bundan sonra o, xx.xx.2023cü il tarixdə ərizə ilə Qusar rayonu Xuluq bələdiyyəsinə müraciət edərək 2018-ci ildə müraciət etdiyi torpağın ona satılması barədə ərizəni nəzərə alaraq, onunla bələdiyyə arasında 0.095 ha torpaq sahəsinin alqı-satqısının keçirilməsinə dair bələdiyyə tərəfindən qərar verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli Qusar rayon Xuluq Bələdiyyəsinin imtina məktubunda bildirilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)- 670/2023 saylı qərarı ilə adına verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarış ləğv edildiyinə görə və həmin çıxarışda olan torpaq sahəsi Xuluq kənd sakini X4 faktiki istifadəsində olduğuna görə birinci növbədə qanunvericiliyə uyğun olaraq həmin vətəndaşa təklif olunacaqdır. Z.Mirzağayeva həmin torpaq sahəsindən rəsmi imtina edərsə, ondan sonra başqa vətəndaşa satıla bilər. Eyni zamanda X8 tərəfindən Xuluq bələdiyyəsinə xx.xx.2023-cü il tarixdə ərizə daxil olmuş, ərizədə həmin torpaq sahəsinin mülkiyyətinə verilməsi xahiş edilmişdir. 2018-ci ildə ödədiyi 950 manat pul vəsaitinin geri qaytarılması barədə xx.xx.2023-cü il tarixdə 02 saylı qərarın Bələdiyyə tərəfindən qəbul olunduğu bildirilmişdir. Əvvəla, cavabdeh imtina məktubunda hələ qanuni qüvvəyə minməmiş Sumqayıt İnzibati Məhkəməsinin qərarına istinad etmiş və hələ ləğv olunmamış və qüvvədə olan çıxarışın olmasına baxmayaraq iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini X4 mülkiyyətinə vermək istədiyini bildirmişdir. İnzibati orqanın qanunsuz hərəkəti göz qabağındadır. Digər tərəfdən mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə X2 əvvəl 2018-ci ildə müraciət etmişdir. Həmin tarixdə əgər torpaq sahəsi X4 ümumi istifadəsində idisə, niyə bələdiyyə ilk olaraq ona deyil, ona satılmışdır?! İddiaçının mülkiyyətində olan torpaq sahəsi 100 kv m, X4 isə istinad etdiyi torpaq sahəsi 180 kv m təşkil edir. Göründüyü kimi torpaq sahələrinin ölçülərində fərq vardır. Digər tərəfdən isə əgər X8 həqiqətən 2016-cı ildə Bələdiyyənin razılığını alsaydı niyə iddiaçı 2018-ci ildə torpağın ona satılması barədə müraciət etdikdə Bələdiyyə onun iddiaçıya satılması barədə qərar qəbul etmişdir??? Sənədlərdə Bələdiyyə tərəfindən imza saxtakarlığının edilməsi iddiaçının günahından olmamışdır və bu hal onun mülkiyyət hüquqlarını poza bilməz. Ona görə də, Bələdiyyə iddiaçının birinci olaraq 2018-ci ilə müraciət etdiyi ərizəni nəzərə almaqla həmin torpaq sahəsinin ona satılması barədə qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2881/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-185/2025 nömrəli 24 iyun 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Qərar onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi hal-hazırda X5 istifadəsindədir, həmin torpaq sahəsində tikintialtı sahəsi 140 kv m olan mal-qara üçün nəzərdə tutulmuş tikili mövcuddur. Qeyd edilən hal mütəxəssis rəyində də öz təsdiqini tapmışdır. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında torpaq sahəsinin X5 istifadəsində olduğundan ilkin olaraq satılması üçün ona təklif olunacağını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda qeyd edilən qanunvericilik normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Hazırki iş üzrə bələdiyyə sözügedən torpaq sahəsinin iddiaçıya satmaq öhdəliyi daşımır, çünki cavabdeh onun mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsinə məcbur edilə bilməz. Bələdiyyə torpağın iddiaçıya satılmasını məqsədəuyğun hesab etdikdə, bu barədə qərar qəbul etmək hüququna malikdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi obyektiv araşdırmadan, iş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr PHŞ-nin 5 saylı Ərazi İdarəsinə mütəxəssis rəyinə və digər mötəbər sübutlara düzgün qiymət vermədən iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Belə ki, məhkəmə Qusar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-30RA/1- 1xxxx/2023 saylı arxiv arayışına istinad edərək, rayon arxivində saxlanılan Qusar rayonu Qılah kənd XDS İK-nın 1974-1976-cı illərin Xuluq kəndi üzrə 1 №li təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 2 olan X6 təsərrüfatın şəxsi istifadəsində 1 yanvar 1974-cü il tarixdən 1976-cı ilin iyunun 1-də cəmi 0.18 hektar torpağın olduğu qeyd etsə də, bunu nəzərə almamış, Qusar rayon Xuluq bələdiyyəsinin 23 may 2023-cü il tarixli 33 saylı məktubunu əsas götürmüşdür. Həmin məktubda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin uzun illərdən hal-hazıra kimi X5 istifadəsində olduğu və həmin torpaq sahəsində 110 kv m olan mal-qara üçün nəzərdə tutulmuş tikili mövcuddur. Halbuki, Z.Mirzəağayevaya məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə İddiaçı almaq istədiyi torpaq sahəsinin tamamilə fərqli sahələr olduğu iş materiallarında olan mötəbər sübutlarlarla, o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr PHŞ-nin 5 saylı Ərazi İdarəsinə mütəxəssis rəyində açıq şəkildə qeyd edilmişdir: xx.xx.2024-cü il cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi 0.095 hektar təşkil edir və həmin torpaq sahəsinə İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********5 reyestr nömrəli çıxarış işlənilmişdir. İddiaçının **********5 reyestr nömrəli çıxarışa əsasən iddia elədiyi torpaq sahəsi, X9 adına tərtib olunmuş texniki pasportunda göstərilən torpaq sahəsi, konfiqurasiyaları ilə eynilik təşkil edir. İddiaçının iddia elədiyi torpaq sahəsi JN010A kod 30108028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə eynilik təşkil etmir, fəqli torpaq sahələridir. X9 adına tərtib olunmuş texniki pasportunda göstərilən torpaq sahəsi ilə JN-010A kod 30108028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə eynilik təşkil etmir, fərqli torpaq sahələridir. Göründüyü kimi, İddiaçı almaq istədiyi torpaq sahəsi Z.Mirzağayevanın iddia etdiyi torpaq sahəsi ilə eyni deyil, sadəcə həmin torpaqda Zarbikə Mirzəağayeva zəbt etmək yolu ilə tövlə tikmişdir. Qeyd edilir ki, mübahisələndirilən torpaq sahəsinin 1990-cı ildən X3 istifadəsində olması barədə dedikləri doğru deyil, o, 2018-ci ildə həmin ərazini faktiki olaraq zəbt etmişdir. Həmçinin torpaq sahəsi iddiaçının dediyi kimi, 0.18 ha deyil, cəmi 0,09 hektardır. Belə ki, sözügedən torpaq sahəsi hələ sovet dövründən İddiaçı kürəkəni (qızının əri) X12 atasına məxsus olmuşdur. Qusar rayon Dövlət Arxivinin verdiyi, xx.xx.2019-cu il tarixli 312 № arxiv araşyışına əsasən, X6 təsərrüfatın şəxsi istifadəsində 0.18 ha olmuşdur. 1988-ci ildə X27 tərəfindən Salmanov Şöhrətin adına həmin ərazinin 7 sotunun mülkiyyətə, 7 sotunun isə istifadəyə verilməsi barədə qeydiyyat vəsiqəsi verilmişdir. X1 isə 1994-cü ilin sentyabr ayında vəfat etmiş, o vaxtadək həmin ünvanda yaşamış, sovet dövründən ona məxsus olan 18 sot torpaq səhəsi də onun istifadəsində olmuşdur. Onun həyat yoldaşı isə 26 noyabr 2004-cü ildə vəfat etmiş və torpaq onların istifadəsində olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X18 apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi Xuluq kəndində yerləşən 0.095 ha torpaq sahəsinin iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən edilir ki, dövlət reyestrindən alınmış çıxarışa (reyestr nömrəsi **********65, qeydiyyat nömrəsi **********) əsasən, Qusar rayonu Xuluq kəndində yerləşən 0,095 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2-1(105)-27/2022 nömrəli qərarı ilə Qusar rayonunun Xuluq bələdiyyəsinin həmin 0,095 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılmasına dair 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarı etibarsız sayılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(102)-846/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-670/2023 saylı qərarı ilə Qusar rayon Xuluq bələdiyyəsinin 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarı əsasında İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixində çıxarılmış çıxarışın ləğv edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə minmişdir. Bundan sonra iddiaçı cavabdeh bələdiyyəyə qarşı iddia qaldıraraq mübahisəli torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh həmin torpaq sahəsinin X7 faktiki istifadəsində olmasını və satşıa çıxarılacağı təqdirdə ilkin olaraq ona təklif ediləcəyini bildirmiş və bu əsasla imtina etmişdir. Məhkəmə koillegiyası qeyd edir ki, iddiaçı ərizə və müraciətlərində mübahisəli torpaq sahəsinin kürəkəni X9 dədə-baba torpağı olmasını bildirmiş və təsərrüqfatbaşına kitablarda onun atasının adına qeydə alındığını bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1994-cü il tarixdə 23 saylı reyestr kitabında qeydə alınmış qeydiyyat vəsiqəsindən görünür ki, Qusar rayonu Xuluq kəndində 700 kv m torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 2 otaqlı, tikintialtı sahəsi 219.0 kv m olan yaşayış evi X9 adına qeydə alınmışdır. İş üzrə alınmış mütəxəssis rəyi ilə də təsdiq edilmişdir ki, iddiaçının hazırda iddia etdiyi 0.095 ha torpaq sahəsi X9 adına tərtib edilmiş texniki pasportunda göstərilən torpq sahəsinin konfiqurasiyası ilə eynilik təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının hüquqi marağı ilə kürəkəni X11 hüquqi marağı eynilik təşkil edir, əslində onların hər ikisi mübahisəli torpaq sahəsinin Ş.Salmanovun mərhum atasına məxsdus olduğunu bildirirlər və Ş.Salmanovun adına verilmiş qeydiyyat vəsiqəsində və texniki pasportda göstərilən torpaq sahəsinin bir hissəsinin üçüncü şəxs Z.Mirzağayeva tərəfindən zəbt edildiyini hesab edirlər. Bununla bağlı məhkəm kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əgər həqiqətən mübahisəli torpaq sahəsi Ş.Salmanovun adına verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində göstərilnə torpaq sahəsi ilə eynilik təşkil edirsə, sonuncu həmin torpaq sahəsi üzərində yeni nümunəli çıxarışın verilməsi üçün müvafiq orqana müraicət etmək hüququna malikdir. Eyni zamanda iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququna malik olubolmaması məsələsinə qiymət verilməlidir. Belə ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” 2008-ci il 30 iyul tarixli qərarında formalaşdırdığı hüquqi mövqelərə (bax yuxarıda § 48) görə, ...işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir...Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti ... hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həmin hüquqi mövqelərinə istinadən hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hər hansı hüququnun mövcudluğuna dair qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş hüquqmüəyyənedici sənəd(lər) təqdim etməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 49) uyğun olaraq tamamilə qanuni və əsaslıdır, bununla əlaqədar kassasiya şikayətinin dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum yoxdur”. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi faktiki olaraq X5 istifadəsində olmaqla, torpaq sahəsində tikinti altı sahəsi 140 kv m olan mal-qara üçün nəzərdə tutulmuş tikilinin mövcud olması, eyni zamanda həmin torpaq sahəsinin konfiqurasiyasının X9 adına verilmiş texniki pasportda göstərilən torpaq sahəsi ilə eynilik təşkil etməsi iş üzrə alınmış mütəxəsiss rəyi ilə öz təsdiqini tapır. Belə olan halda iddiaçının mübahisəli torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu təsdiqlənmədiyindən, iddia tələbi mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(118)-185/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Qusar rayon Həzrə bələdiyyəsinə qarşı Qusar rayonu Xuluq kəndində yerləşən 0.095 ha torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar