Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-91/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-2286/2016 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə iddia ilə müraciət edərək ona xx.xx.2019-cu il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq orta aylıq əmək haqqı əsas götürülməklə (2004-2005-ci illər üzrə) hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2285/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh təşkilat xx.xx.2017-ci ildə apelyasiya şikayəti ilə məhkəmyə müraciət etmiş, lakin müddətin ötürülməsi səbəbindən Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-513/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbul edilməsindən imtina edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-513/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərardadından şikayət verilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2285/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarı icraya yönəldilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixli, **********2 nömrəli ərizə ilə müraciət edərək yeni açılmış hallarla bağlı iş üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, şöbəyə daxil olan məhkəmə qərarı əsasında şöbənin xx.xx.2017-ci il tarixli sərəncamı ilə vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2009-cu ildən yenidən hesablanmış, həmin tarixdən hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun faizlər tətbiq edilməklə xx.xx.2017-ci il tarixdən pensiyanın aylıq məbləği 1953,97 manat, xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə 147.050,82 manat ötən dövrlər üçün fərq məbləği hesablanmış və xx.xx.2017-ci il tarixdən ödənişinə başlanılmışdır. xx.xx.2019-cu ildən 2.127,31 manata çatdırılan aylıq məbləğ ilə birlikdə ötən dövrlər üzrə hesablanmış 147.050,82 manatdan 129.535,53 manatı xx.xx.2019-cu il tarixədək vətəndaşın plastik kart hesabına köçürülmüş, ödənişi başlandığı tarixdən xx.xx.2019-cu il tarixədək vətəndaşın plastik kart hesabına köçürülmüş aylıq pensiyanın cəmi məbləği isə 67.720,65 manat təşkil etmişdir. Ümumilikdə, vətəndaşın hesabına köçürülmüş və nağdlaşdırılmış əsassız pensiya məbləği 197.256,18 manat təşkil etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı rəsmi məlumatlara əsasən, xx.xx.2017-ci il tarixinədək İmişli şəhəri, Ağamalıoğlu küçəsi, ev 55 ünvanında pasport qeydiyyatında olduğu və Abşeron rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan Qanunun 30.1-ci bəndinin tələblərinə zidd olaraq onun xx.xx.2016-cı il tarixli ərizəsini şöbədə qeydiyyatdan keçirməklə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin Pensiya üzrə Komissiyasının xx.xx.2016-cı il tarixli 1433 nömrəli qərarına əsasən xx.xx.2009-cu il tarixdən 52 yaşının tamam olduğu gündən qeyd olunan Qanunun 9.8-ci maddəsinin şərtlərinə, o cümlədən 1 №-li Siyahısı”ya istinad etməklə və 2006-cı ilədək əmək kitabçası üzrə hesablanmış 27 il əmək stajına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2008-ci il tarixdən 123,66 manat məbləğində hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun faizlər tətbiq edilməklə xx.xx.2016-cı il tarixdən 159,13 manat müəyyən edilmiş, 01,02.2016-cı il tarixdən ödənişinə başlanılmışdır. (pensiya işi №-si 911954). Pensiya işinə tikilmiş və seriya nömrəsi ******* olan əmək kitabçasının təsdiq olunmamış surətinə əsasən, İddiaçı 1977-79-cu illərdə hərbi xidmətdə olmuş, 1980-ci ildə peşə məktəbində oxumuş, 1980-1982-ci illərdə Bakı Təcrübə-eksperimental zavodunda qaynaqçı, 1982-1985-ci illərdə qeyri-standart avadanlıqlarının hazırlanması emalatxanasında elektrik qaynaqçı, 1985-1990-cı illərdə Rusiya Nijni-Taqil metal konstruksiyaları zavodunda elektrik qaynaqçısı, 1990-2002-ci illərdə “Bayıl Limanı” X7 İdarəsində elektrik qaynaqçısı, qazmaçı köməkçisi, qazmaçı və çilingər, 2002- 2006-cı illərdə “Tidewater İnternational İNC” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin “Aura” gəmisində mexank və baş mexanik işləmişdir Belə ki, İddiaçı iş stajlarından sonuncusunu, xüsusilə pensiya məbləğinin yenidən hesablanması üçün bilavasitə nəzərə alınan xx.xx.2002-ci ildən xx.xx.2006-cı ilədək “X3 İnc” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin “Aura” gəmisində mexanik və baş mexanik işləməsi faktının şöbə tərəfindən yoxlanmaması şübhə yaratdığından araşdırma aparılmış və vətəndaşın işləməsinə dair sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması barədə daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən fakta görə xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi açılaraq istintaqı aparılır. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi xx xxxxxx 2019-cu il tarixli ********* saylı məktubu ilə İddiaçı pensiya təyin olunması üçün əsas olmuş məhkəmə qərarının əsaslandığı sənədlərin saxtalaşdırılmasına əsaslı şübhələr olduğundan həmin iş ürə qanuni qüvvədə olan məhkəmə qərarları cinayət təqibi üzrə yekun qərarın qəbul edilməsini mümkünsüz etdiyindən həmin qərarların ləğv olunması üçün məhkəməyə müraciət edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-2286/2016 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-2286/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarının ləğv edilməsi, iş üzrə məhkəmə icraatının təzələnməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-2286/2016 nömrəli inzibati iş üzrə icraatın İddiaçı və digərlərinin barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə “cinayət təqibinə xitam verilməsinə dair qərar” və ya “məhkəmənin ittiham hökmü” qanuni qüvvəyə mindiyi vaxtadək dayandırılması qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Qərardaddan İddiaçı şikayət vermişdir. İşə apelyasiya qaydasında baxıldıqda Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan şirkət Azərbaycanda fəaliyyət göstərib. Lakin həmin vaxt həmin şirkətin VÖEN-i 9 rəqəmli olmuşdur. Sonradan fəaliyyət göstərmədiyi üçün yenidən müraciət edib, 10 rəqəmli VÖEN almamışdır və bu səbəbdən həmin şirkətin adı sistemdə çıxmır. Bir qayda olaraq bu cür şirkətlər haqqında məlumatlar Milli Gəlirlər Departamentində olur. Bundan başqa qeyd olunan qərar 2016-cı ildə qəbul olunmuş və həmin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermək müddətini ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)- 2286/2016 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər; İstinad olunan normadan göründüyü kimi yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İnzibati Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən, icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İş materillarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx xxxxxx 2020-ci tarixli **********506900 nömrəli məktubundan görünür ki, dövlət reyestrində “X3 İNC" şirkətinin Azərbaycan Nümayəndəliyinin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi Məhkəmənin sorğusuna xx.xx.2020-ci il tarixli 128-14763 nömrəli cavab məktubunda göstərmişdir ki, İddiaçı 21.01,2017-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinin 3417 saylı xx.xx.2014-cü il tarixli orderinə əsasən ünvan 2 B mənzil 31 ünvanına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin xx.xx.2020-ci il tarixli 018-2973-1220 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, xx.xx.1957-ci ildə anadan olmuş İddiaçı xx.xx.2017-ci il tarixinədək İmişli şəhəri, Ağamalıoğlu küçəsi ev 55 ünvanında, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək Abşeron rayonu Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi ev 8B, mənzil 31 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdən hal-hazıradək Bakı şəhəri Nəsimi rayonu, Akademik M.Mirqasımov küçəsi ev 59, mənzil 3-də qeydiyyatdadır. İddiaçı İmişli rayon Polis Şöbəsindən xx.xx.2010-cu il tarixdə AZE 08148388 nömrəli şəxsiyyət vəsiqəsi verilmiş və həmin şəxsiyyət vəsiqəsinə əsasən onun yaşayış ünvanı İmişli şəhəri, Ağamalıoğlu küçəsi ev 55 göstərilmişdir. “xxxx” QSC-nin xx.xx.2020-ci il tarixli MC-02/02-122 saylı məhkəmənin sorğusuna olan cavabında göstərmişdir ki, “xxxx” QSC-nin balansında “Aura” adlı təchizat yedək gəmisi vardır və hazırda bu gəmi hər hansı bir şirkətin istifadəsinə verilməmişdir. “X3 İNC" şirkəti 2000- 2009-cu illər ərzində X8 Donanması ilə alyansı şəklində Azərbaycanda fəaliyyət göstərmişdir. “Aura” gəmisi 2000-2006-cı illərdə “X3 İNC" şirkətinin Azərbaycan nümayəndəliyində Berboutçarterə (heyətsiz) verilmişdir. Adı çəkilən gəminin Berbour-çarterdə olduğu müddətdə onun heyəti, o cümlədən, İddiaçı ilə XDND əmək münasibətləri olmamışdır. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, İddiaçı 2-1(85)-2286/2016 nömrəli inzibati iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılması Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində İddiaçı və digərlərinin barələrində olan Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə başlanılmış araşdırılma yekunlaşaraq məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü çıxarıldıdan sonra mümkün olacaqdır. Belə ki, qeyd olunan cinayət işi üzrə aparılmış araşdırmanın nəticəsi olaraq İddiaçı Maşdı oğlu tərəfindən hazırki inzibati iş üzrə sübut qismində tədqim etdiyi sənədlərin həqiqiliyinə (saxta olmamasına) istintaq və ya cinayət işinə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Həmin sənədlərə hüquqi qiymət verildikdən sonra 2-1(085)-2286/2016 saylı inzibati iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılması mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı pensiya təyin olunması üçün əsas olmuş rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, habelə həmin sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi və s. əməllərə görə cinayət işi başlandığından, həmin işin nəticəsinin hazırkı işlə birbaşa əlaqəsi olduğundan birinci instansiya məhkəməsi yeni açılmış hallarla bağlı iş üzrə icraatı təzələyərək və eyni zamanda həmin cinayət işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iş üzrə icraatı dayandıraraq düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisə edilən qərar iş materiallarından göründüyü kimi xx xxxxxx 2017-ci il tarixdə qüvvəsini almışdır. Cavabdeh tərəf isə yeni açılmış hallara dair ərizə ilə məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, 3 il müddət keçdikdən sonra yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edilməsi barədə şikayətin dəlili əsaslı hesab edilə bilməz. Cavabdeh orqan yeni açılmış hallara dair ərizə ilə məhkəməyə yeni sübutların və ya halların aşkar olunduğu gündən qanunvericilikdə nəzərdə tutulan müddətdə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apelyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-2286/2016 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Hökümə Babayeva Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2-1(105)-91/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-91/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver