Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-91/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və torpaq sahəsinə dair çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayonu Amsar kəndində yerləşən JN 3380 KOD 30307018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ona məxsus olan 0.23 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisələrə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1822/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN 3380 KOD 30307018 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktın surətindən görünür ki, Quba rayon AİK-nin xx.xx.1997-ci il tarixli qərarı və Quba rayon DNK-nun xx.xx.2006-cı il tarixli 4-ə-625 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı Güləhməd oğlu və ailə üzvlərinə 0.23 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiiəşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda, arxivə təhvil verilmiş Quba rayon dövlət notariat ofisində 4Ə-625 reyestr nömrəli müqavilənin 11 aprel 2006-cı il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. X25 filialının xx.xx.2023- cü il tarixli məktubundan görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı iclas prptokolunda vətəndaşların adlı siyahısı yoxdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində JN- 3380 (kod ********) nömrəli Dövlət Aktı, Dövlət Aktlarının qeydiyyat kitabı, eləcə də Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarı aşkar edilməmişdir. İslahat qovluğunda mövcud olan Quba rayonu, keçmiş “A.Bakıxanov" təsərrüfatı üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahılarından İddiaçı Güiəmməd oğlu və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışların təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş siyahıdan çıxarışda görünür ki, İddiaçı və ailə üzvlərinin adına 0.06 ha həyətyanı pay torpaq sahəsi qeydə alınmışdır. Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş Quba rayon Dövlət Notariat Kontorunda 11 aprel 2006-cı il tarixli 4Z-625 reyestr nömrəli alqı-satqı müqaviləsi X16, X4, X7, X8 və X9 ilə X11 arasında 1.74 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmışdır Cavabdehin məktubundan görünür ki, iddiaçının və ailə üzvlərinin adına olan 1.14 ha torpaq sahəsinə verilmiş JN-306 KOD 30307018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” nı 306B (0.9095 ha) hissəsinə digər şəxsin adına dövlət reyestrindən **********55 reyestr nömrəli çıxarış verilmişdir. X25 filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 4 saylı iclas protokolunda sorğuda adları qeyd olunan İddiaçı və onun ailə üzvlərinə 0,23 ha və eyni zamanda Rəsulova Nadiyə (Nadiya) Muxtar qızına 1.14 ha torpaq sahəsinin verilməsi haqqında heç bir məsələ müzakirə edilməmişdir. Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Quba rayon dövlət notariat ofisində xx.xx.2005-ci il tarixdə 4Ə-1412, 1420, 1422 və xx.xx.2006cı il tarixli 1212 reyestr nömrəli müqavilələr və onların qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Eyni zamanda Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-1213 və 4Ə-1220 reyestr nömrəli müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Mütəxəssis rəyindən görünür ki, JN-3380 KOD 30307018 nömrəli Torpağa mülkiyyət hüququna dair X17 elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmadığından həmin torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyənləşdirmək mümkün deyildir. JN-3380 KOD 30307018 nömrəli Torpağa mülkiyyət hüququna dair X18 elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmadığından həmin torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün deyildir. İddiaçı Güləhməd oğlunun iddia etdiyi 0.23 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) **********00 reyestr nömrəli çıxarışa əsasən X1 məxsus torpaq sahəsi ilə bütünlüklə üst-üstə düşür.(sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir.) İddiaçı Güləhməd oğlunun iddia etdiyi 0.23 ha torpaq sahəsi JN-306 KOD 30307018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında qeyd edilmiş 1.14 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmir. JN-306 KOD 30307018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında qeyd edilmiş 1.14 ha torpaq sahəsi başqa şəxslərə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahələri ilə üst-üstə düşmür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon Amsar kəndində yerləşən JN-3380 KOD 30307018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə ona məxsus olan 0.23 ha kənd təsərrüfatı istehsalı torpağına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu Amsar kəndində yerləşən JN 3380 KOD 30307018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ona məxsus olan 0.23 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və ailə üzvləri Quba rayonu Amsar kəndində yaşayır, ailəsi 5 nəfərdən ibarətdir. Quba rayon Amsar kənd İslahat Komissiyasının qərarı ilə adambaşına 0.23 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq ayrılması qərara alınmışdır və ona və ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04N-li qərarı ilə onlara 1.14 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq ayrılmış və JN306 KOD 30307018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktı verilmişdir. Həmin dövlət aktında tamamilə onun ailəsinə yaxın olmayan X10 adlı şəxsi də payçı kimi salmışlar. Onlara çatışmayan 0.23 ha torpaq sahəsi barədə vəsatət qaldırmış və ona keçmiş DTXK tərəfindən 15 may 2006-cı il tarixdə çatışmayan 0.23 ha torpaq sahəsinə dair KOD 30307018 N-li Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Həmin 0.23 ha torpaq sahəsi ona başqa kənd ərazisindən ayrılmış və həmin torpaq sahəsindən halhazırda sahiblik edərək istifadə edir. 0.23 ha torpağa çıxarışın verilməsi üçün hüquqmüəyyənedici sənədləri torpaqların elektron kadastrı uçotu informasiya sistemində qeyd edilməsini xahiş etmiş, lakin cavabdeh təşkilat xx.xx.2022-ci il tarixli məktubu ilə 0.23 ha torpaq sahəsinə dair HN-3380 N-li Dövlət Aktı Ərazi İdarəsinin elektron məlumat bazasında aşkar edilmədiyi və ləğv edilmiş DTXK-nin Quba Rayon Şöbəsindən təhvil alınmış Dövlət Aktlarını qeydiyyat kitabından keçmədiyini bildirərək ərizənin icrasınndan imtina cavabı vermişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunan JN-3380 KOD 30307018 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1822/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəsi gedən torpaq sahəsinin hüquqmüəyyənedici sənədi kimi JN-3380 saylı kod 30307018 saylı Dövlət Aktını təqdim etmişdir. Məhkəməyə təqdim edilən Dövlət Aktında həmin sənədin Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı və Quba rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 4-ə-625 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən verildiyi qeyd edilmişdir. Məhkəmə həmin qərarın və alqı-satq müqaviləsi üzrə notariat işinin əldə edilməsi üçün müvafiq sorğular vermişdir. Bununla bağlı X25 filialı Quba rayon AİKnın 04 saylı xx.xx.1997-ci il tarixli qərarına vətəndaşların adlı siyasının əlavə edilmədiyini bildirmişdir. "xxxx" MMC həmin dövlət aktının, Dövlət aktlarının qeydiyyat kitablarının və Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı qərarının aşkar edilmədiyini, Quba rayonuy keçmiş “A.Bakıxanov “ təsərrüfatı üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahılarından İddiaçı və ailə üzvlərinin adlarının qarşısında 0.06 ha qeyd edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Dövlət Notariat Arxivi məhəkmənin soröusuna cavab məktubunda Quba rayon DNK tərəfindən təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilənin aşkar edilmədiyi, arxivə təhvil verilmiş Quba rayon dövlət notariat ofisində 4Ə-625 reyestr nömrəli müqavilənin 11 aprel 2006-cı il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edildiyini bildirmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 0,23 ha torpaq sahəsini 2006-cı il tarixdən hal-hazıra kimi istifadə etməklə, kənd təsərrüfatı məhsullarını əkib becərir. Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli cavab məktubunda, həmin notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən, onun adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Həmin dövrdə fəaliyyət göstərmiş notariat ofisində çalışan notariusun, ona və çox saylı vətəndaşlarla həyata keçirdiyi müqavilələrin kitabdan qeydiyyatdan keçirilməməsinə hansı Dövlət orqanı cavabdehlik daşıyır. Quba rayonu ərazisində, kütləvi halda vətəndaşların alqısatqı müqavilələri, Quba rayon notariat kontorunun notariusu tərəfindən qeydiyyatdan keçirilməməsi barədə kifayət qədər faktlar mövcuddur ki, həmin şəxslərin də, onlara verilmiş pay torpaqları üçün çıxarışların alınması sual altında qalmışdır. Əgər alqı-satqı müqaviləsini məhkəməyə təqdim edirsə, məhkəmə baxışında, hər şeydən əvvəl, bağlanmış müqavilələrin, kitabdan keçirilməməsini şərtləndirən cinayət faktları üzə çıxarılaraq, həmin dövr üçün aidiyyəti orqanların araşdırma aparılaraq, məhkəməyə tutarlı sübut əhəmiyyətli xüsusatlar təqdim edildikdən sonra, müraciəti üzrə işə baxan Sumqayıt İnzibati Məhkəməsi əldə edilmiş bütün hüquqi müəyyənedici faktlara obyektiv qiymət verdikdən sonra, qərar qəbul etməli idi. Ona və digər vətəndaşlara aid torpağa mülkiyyət hüquqi verən sənədlərə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin Quba filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı iclas protokolunda, vətəndaşların adlı siyahısı yoxdur. İşə baxmış məhkəmənin müraciəti əsasında 30 may 2023-cü il tarixdə çıxarmış olduğu, həqiqətləri özündə əks etdirmədiyi 2-1(118)- 1822/2023 saylı qərarının üçüncü səhifəsinin ikinci abzasında, müraciətilə heç bir əlaqəsi olmayan X16, X4, X7, X8, X9 və X12 barəsində aparılmış məhkəmə araşdırmasının qeydləri şərh edilmişdir. İşə baxan məhkəmə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə istinad edərək, olduğu kimi yazır, "torpaq sahələri üzərində hüquqlar torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır" deməklə, Quba rayon notariat kontorunun əməkdaşı tərəfindən məqsədli surətdə qeydiyyatdan keçirilməmiş pay torpaq sahələri üzrə, hər hansı bir vətəndaşın çıxarış ala bilməyəcəyini, qəti olaraq bildirir. Sumqayıt İnzibati Məhkəməsinin qərar çıxararkən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun əksər maddələrini, çıxarmış olduğu qərarda sadalamaqla, əsil həqiqəti üzə çıxarmaqda yanılmışdır. Quba rayonunun Amsar kəndi ərazisində yerləşən ona verilmiş torpağa dair 15 may 2006-cı il tarixli JH 3380 KOD 30307018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının qeydiyyatdan keçirilməməsinə hüquqi baxımdan hansı orqanlar cavabdehlik daşıyır. Buradan da belə məntiqi nəticəyə gəlmək mümkündür ki, vətəndaşlara verilmiş pay torpaq sahələri, eləcə də həmin torpaq sahələrinin qanuniliyini təsdiq edən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları, saxtakarlıq edilərək, gələcəkdə kimlərinsə mövqeyini müdaqfiə etmək baxımından törədilmişdir. Odur ki, məhkəmənin qərarından narazıdır və həmin qərarda özündə həqiqətləri əks etdirmədiyinə görə ləğv olunmalıdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 1.Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. ..... Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;.... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi Quba rayonu Amsar kəndində yerləşən JN 3380 KOD 30307018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ona məxsus olan 0.23 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, JN-3380 (kod ********) nömrəli Dövlət aktı elektron məlumat bazasında aşkar edilməmiş, Dövlət aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki,Quba rayonu Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 nömrəli qərarı əsasında tərtib edilmiş JN-306 kod 30307018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında iddiaçı və onun ailə üzvlərinin adına 1,14 ha torpaq sahəsi ayrılmışdır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi müvafiq JN-3380 nömrəli Dövlət aktı və onun verilməsinə əsas olmuş sənədlər (alqı-satqı müqaviləsi) aşkar edilməmiş, habelə Dövlət Aktının əsasında tərtib edildiyi Quba rayonu AİK-nin 03 may 1997-ci il tarixli 04 saylı iclas protokolunun məzmununda iddiaçı və onun ailə üzvlərinə 0,23 ha və eyni zamanda X5 1,14 ha torpaq sahəsinin verilməsi haqqında heç bir məsələ müzakirə edilməmiş, Dövlət Aktında istinad edilmiş alqı-satqı müqaviləsi isə başqa şəxslərə aid olmaqla, iddiaçıya aid olmamışdır. Həmçinin, iş materiallarında olan arxiv çıxarışının məzmunundan görünür ki, iddiaçı və onun 4 nəfər ailə üzvinin adına 0,06 ha olmaqla pay torpaq sahəsi və 0,06 ha olmaqla həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Quba rayonu AİK-in xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarı əsasında X2 adı birinci mülkiyyətçi olmaqla, iddiaçı və onun ailə üzvləri ilə birlikdə JN-306 saylı Dövlət Aktının arxiv nüsxəsi aşkar edilmiş, eləcədə də AİK-in eyni qərarı əsasında iddiaçı və onun ailə üzvlərinin adına eyni JN nömrəsi ilə dövlət aktı hazırlanmış, Rəsulova Nadiyə adına başqa dövlət aktı olmamış, qeydiyyat kitabında X2 adı 0,23 ha torpaq sahəsi ilə qeyd edilmiş, həmin aktın 306B (0,9095ha) hissəsinə çıxarış verilmişdir. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının iddia etdiyi 0,23 ha torpaq sahəsi başqa şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür, habelə həmin torpaq sahəsi JN-306 saylı Dövlət Aktında qeyd edimiş 1,14 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmir, JN-306 saylı Dövlət aktında qeyd edilmiş 1,14 torpaq sahəsi başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür Həmçinin, iş materiallarından görünür ki, iddiaçının hazırda iddia etdiyi torpaq sahəsinə dair üçüncü şəxsin adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, üçüncü şəxs tərəfindən həmin əmlak alqı-satqı müqaviləsi əsasında əldə edilmiş, habelə həmin torpaq sahəsinə dair ilkin mülkiyyət hüququnu təsdiq edən sənəd isə Quba rayonu AİK-nın 03 may 1997-ci il tarixli 04 nömrəli qərarı əsasında tərtib edilmiş JN-970 nömrəli Dövlət aktı çıxış etmişdir, həmin Akt əsasında 0,69 ha torpaq sahəsi başqa şəxs və onun ailə üzvlərinin adına ayrılmış, iddiaçı və onun ailə üzvləri ilə bağlı olmamışdır. Göründüyü kimi, indiki halda iddiaçı və onun ailə üzvlərinin adına 0,23 ha torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Həmçinin, iddiaçının iddia etdiyi torpaq sahəsi də mülkiyyət hüququ əsasında başqa şəxsə məxsus olmuş, habelə həmin torpaq sahəsinə dair ilkin sənədlər də iddiaçıya, o cümlədən X5 aid olmamışdır. Nəticə etibarilə iddia tələbində qeyd edilən torpaq sahəsinin iddiaçıya məxsus olması halı müəyyən edilməmişdir. Halbuki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən əmlak üzərində mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılır. İndiki halda iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hər hansı əmlak hüququnun olması halı müəyyən edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi hallarla bağlı qeyd edir ki, iddiaçı onun və ailə üzvlərinin adına 1,14 torpaq sahəsi ayrılan zaman X6 adı səhvən Dövlət aktında qeyd edildiyindən, faktiki olaraq ona az ölçüdə torpaq sahəsi verildiyini, daha sonra onun müraciəti (vəsatəti) əsasında 0,23 ha torpaq sahəsi verildiyini və ona dair məhz 3380 nömrəli Dövlət aktı tərtib edildiyini bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının adına iki Dövlət aktının tərtib edilməsi halı müəyyən edilsə də, onların hər ikisi eyni nömrə (JN-306) olmaqla, məhz hər ikisi 1,14 ha torpaq sahəsi ilə bağlı olmuş, birində hüquq sahibi kimi birinci mülkiyyətçi X13, iddiaçı və onun ailə üzvləri ilə birlikdə adları qeyd edilmiş, digərində isə yalnız iddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi hallarla bağlı sorğu ünvanlansa da, iddiaçıya az ölçüdə torpaq sahəsi verilməsi və həmin hissənin əlavə torpaq sahəsi verilməklə tamamalanması barədə hər hansı müraciətinin (vəsatətinin) olması halı müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbinin və şikayətin əsası kimi istinad ediyi halların müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1822/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər