Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-910/2024 10.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı “məlumatların informasiya sistemindən silinməsi, avtomobilin texniki baxışdan keçirilməsi və avtomobil üzərində hüquqlarının hər hansı formada məhdudlaşdırılmasından çəkinmək öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulan mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(118)-1152/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin **-KL- *** dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin dayanma-durma qaydalarının pozulması əsası ilə bağlı onun barəsində tərtib etdiyi 11 aprel 2023-cü il tarixli, EQ 13915425 saylı protokol inzibati cərimə qərarı (protokolunu) barədə qanunvericiliyin tələbinə uyğun olaraq məlumatlandırılmağı və qərarın (protokolun) surəti ona təqdim edilmədiyi üçün qanuni qüvvəsini itirdiyinə görə cavabdehin üzərinə həmin məlumatın uyğun informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi və bu inzibati tənbeh protokolunun icrası ilə əlaqədar inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən çəkinmək öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mobil nömrəsinə ASAN PAY Xidmətindən EQ 13915425 saylı protokolun xx.xx.2023-cü il tarixində icra qüvvəsinə minməsinə dair məlumat daxil olmuşdur. Lakin qeyd olunan protokola dair cavabdeh orqandan hər hansı başqa məlumat və ya sənəd daxil olmamışdır. İddiaçı 27 iyul 2022-ci ildə ** KL *** dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin texniki baxışdan keçirilməsi məqsədilə BDYPİ-nin Sumqayıtda yerləşən 1 saylı Rayonlararası Qeydiyyat- İmtahan və X3 müraciət etmiş, lakin şöbənin əməkdaşları ona bildirmişdilər ki, BDYPİ-nin uyğun informasiya sistemində ödənilməmiş cərimə barədə məlumat olduğu üçün avtomobili texniki baxışdan keçirmək mümkün deyil. İddiaçı 27 iyul 2023-cü il tarixdə təkrar olaraq cavabdehə EQ 13915425 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi, cərimə barədə məlumatın informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi barədə şikayətlə müraciət etmişdir. Bununla bağlı məhkəmədə iddia qaldırmış Abşeron Rayon Məhkəməsinin qərarı qanuni qüvvəy minmiş qərarı ilə cavabdehin EQ 13915425 nömrəli, xx.xx.2023-cü tarixli protokolu (qərarı) ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Hesab edir ki, cavabdehin **-KL- *** dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin dayanma-durma qaydalarının pozulması əsası ilə bağlı ona təyin etdiyi 11 aprel 2023-cü il tarixli, EQ 13915425 saylı və EQ 13915425, EQ 16801097 və EQ ******* saylı protokollar barədə qanunvericiliyin tələbinə uyğun olaraq məlumatlandırılmağı və həmin sənədlərin surətləri ona təqdim edilmədiyi üçün qüvvəsini itirdiklərinə görə cavabdehin üzərinə həmin məlumatların uyğun informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi və cavabdehin üzərinə yuxarıda göstərilən inzibati tənbeh protokollarının icrası ilə əlaqədar inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən – avtomobil üzərində hüquqları hər hansı formada məhdudlaşdırılmasından çəkinmək öhdəliyi qoyulmalı, həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan mənəvi ziyanın əvəzi kimi cavabdehdən xeyrinə 1000 azn tutulmalıdır. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, cavabdehin **-KL-*** dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin dayanma-durma qaydalarının pozulması əsası ilə bağlı onun barəsində tərtib etdiyi 11 aprel 2023-cü il tarixli, EQ 13915425 saylı, EQ 13915425, EQ 16801097 və EQ ******* saylı protokollar barədə qanunvericiliyin tələbinə uyğun olaraq məlumatlandırılmadığı və həmin sənədlərin surətləri ona təqdim edilmədiyi üçün qüvvəsini itirdiklərinə görə cavabdehin üzərinə həmin məlumatların uyğun informasiya sistemindən silinməsi, avtomobilin texniki baxışdan keçirilməsi və inzibati tənbeh protokollarının icrası ilə əlaqədar inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən – avtomobil üzərində hüquqları hər hansı formada məhdudlaşdırılmasından çəkinmək öhdəliyinin qoyulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan mənəvi ziyanın əvəzi kimi cavabdehdən xeyrinə 1000 manat tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2-1(118)-4672/2023 nömrəli qərardadı ilə 1 saylı rayonlararası Qeydiyyat-İmtahan və X5 zəruri qaydada məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(118)-1152/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin **-KL-*** dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin dayanma-durma qaydalarının pozulması əsası ilə bağlı ona təyin etdiyi 11 aprel 2023-cü il tarixli, EQ 13915425 saylı inzibati cərimə qərarı (protokolu) və ASAN PAY tərəfindən mobil telefonuna göndərilən mesajlarda qeyd olunan EQ 13915425, EQ 16801097 və EQ ******* saylı protokolların informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi, qeyd olunan inzibati tənbeh protokollarının icrası ilə əlaqədar avtomobil üzərində hüquqları hər hansı formada məhdudlaşdırılmasından çəkinmək öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının sahibliyində olan nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməməsi ilə bağlı elektron qaydada tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə cərimələrin ödənilməməsi səbəbindən BDYPİ tərəfindən qeyd olunanan nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsindən imtina olunmuşdur. İddiaçı tərəfindən qeyd olunan protokollar mübahisələndirilmiş və Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il qərarı ilə cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı 13915425 saylı və xx.xx.2023-cü il tarixli, EQ seriyalı 16801097 saylı inzibati cərimə barədə protokollar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İddia tələbinin mənəvi ziyan ilə bağlı hissəsini araşdıraraq məhkəmə hesab edir ki, bu hissədə iddi tələbi təmin edilə bilməz. Belə ki, cavabdeh inzibati orqanın iddiaçının tələbini yerinə yetirməməsi hüquqi əsasa söykənmişdir. Başqa sözlə, avtomobilin texniki baxışdan keçirilməməsi üçün iddiaçının barəsində “yol nişanlarının tələblərinə riayət edilməməsi ilə bağlı İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun mövcud olması “Yol hərəkəti haqqında” Qanunun 30cu maddəsinin Vİ-İ hissəsinin 4-cü bəndinə əsasən nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməməsi üçün əsas hesab edilir. İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş cərimə iddiaçı tərəfindən ödənilmiş olsaydı cavabdeh təşkilata qarşı mənəvi ziyanla bağlı tələbə baxılması məqəsədəmüvafiq hesab edilə bilərdi. İddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan mənəvi ziyanın əvəzi kimi xeyrinə 1000 manat kompensasiya tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə kompensasiya tələbinin rədd edilməsi ilə bağlı mövqeyini yalnız avtomobilin texniki baxışdan keçirilməməsi ilə əlaqələndirmişdir. Halbuki, onun mənəvi ziyanla bağlı tələbi təkcə avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı deyil, həmçinin, dövlət orqanının yol verdiyi digər kobud qanun pozuntuları ilə bağlı olmuşdur. Qeyd olunan halları həm Abşeron Rayon Məhkəməsi, həm də Sumqayıt İnzibati Məhkəməsi əsaslı saymışdır. Bundan əlavə, avtomobilin texniki baxışdan keçirilməsindən cavabdehin imtinası üçün əsas olan inzibati tənbeh protokollarının hamısı (xx.xx.2023-cü il tarixli, EQ 13915425 saylı, xx.xx.2023-cü il tarixli, EQ 16801097 saylı) Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarı ilə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İnzibati icraat haqqında” Qanun: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il tarixli, 7 nömrəli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; (-) Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini iddianın rədd edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, cavabdeh iddianın təmin edilən hissəsində qərardan apellyasiya şikayəti verməmiş, bu hissəni mübahisələndirməmişdir. Qərardan yalnız iddiaçı apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, ilk növbədə, onu qeyd edir ki, iddiaçının hazırkı tələbi 11 aprel 2023-cü il tarixli, EQ 13915425 saylı, EQ 13915425, EQ 16801097 və EQ ******* saylı protokolların informasiya sistemindən silinməsi, avtomobilin texniki baxışdan keçirilməsi və inzibati tənbeh protokollarının icrası ilə əlaqədar inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən – avtomobil üzərində hüquqları hər hansı formada məhdudlaşdırılmasından çəkinmək öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin hərəkətləri nəticəsində ona vurulan mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində kompensasiyanın cavabdeh tutularaq ona ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini protokolların informasiya sistemindən silinməsi, avtomobilin texniki baxışdan keçirilməsi və inzibati tənbeh protokollarının icrası ilə əlaqədar inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən çəkinmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissədə iddia təmin etmiş, qalan hissədə - mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Cavabdeh qeyd edilən qərarla razılaşmışdır. Belə olan halda, qərarın əsaslılığı mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində yoxlanılır. İddiaçı apellyasiya şikayətinin dəlillərində avtomobilin texniki baxışdan keçirilməsindən imtinaya əsas olan inzibati tənbeh protokollarının hamısının (xx.xx.2023cü il tarixli, EQ 13915425 saylı, xx.xx.2023-cü il tarixli, EQ 16801097 saylı) Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarı ilə ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyi və bu səbəbdən mənəvi zərərlə bağlı tələbinin əsaslı olduğunu bildirmişdir. Kollegiya şikayətin dəlilini əsassız hesab edərək bildirir ki, qeyd edilən protokollar hazırda ləğv edilsə də, cavabdeh tərəfindən iddiaçının avtomobilinin texniki baxışdan keçirilməsindən imtina edilən zaman iddiaçı barəsində tərtib edilən EQ 13915425 saylı, EQ 16801097 saylı və EQ ******* saylı protokollar qüvvədə olmuş və imtinanın əsası da məhz həmin protokollarla bağlı olmuşdur. Belə olan təqdirdə, kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın hər-hansı qanunsuz qərarı (inzibati aktı) və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçıya mənəvi zərər vurulması “İnzibati icraat haqqında” qanunun və Mülki Məcəllənin tələbləri baxımından istisna olunur. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, ... mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçı cavabdehin onun avtomobilini texniki baxışdan keçirməkdən imtina etməsi nəticəsində ciddi mənəvi sarsıntılarla keçirdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Konkret halda isə qeyd olunan meyarlar baxımından, iddiaçı tərəfindən ona dəymiş mənəvi zərər əsaslandırılmamışdır. Bununla da, cavabdehin iddiaçıya münasibətdə qanunsuz hərəkətlərə yol verməsi və belə hərəkətlər (hərəkətsizlik) nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübuta yetirilmir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin ödənilməsi hissəsində iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(118)-1152/2024 nömrəli qərarı iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-910/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-910/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver