Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-911/2025 12.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2N23-cü il tarixli, 46 nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi və birinci məharət dərəcəsinin bərpa edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin N3 iyul 2N25-ci il tarixli, 2-1(118)-11N1/2N25 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2N23-cü il tarixli, 46 nömrəli əmrin ləğv edilməsi və birinci məharət dərəcəsinin bərpa edilməsi” barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək xx.xx.2N23-cü il tarixli, 46 nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi və birinci məharət dərəcəsinin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1999-2NN3-cü ilədək Ali Hərbi məktəbi oxumuşdur. Sonra 2NN3-2NN4-cü illərdə təkmilləşmə kursu keçmişdir. 2NN4-2N12-ci illərdə N saylı hərbi hissədə, 2N12-2N16-cı illərdə N saylı hərbi hissədə, 2N16-2N22-ci il tarixdə N saylı hərbi hissədə, 2N22-2N23-cü illərdə N saylı hərbi hissədə xidmət etmişdir, 2N23-cü ildən ehtiyata buraxılmışdır. Xidmət etdiyi müddətdə 9 medalı var, İİ Qarabağ müharibəsi iştirakçısıdır, Ağdam və Xocavənd rayonlarının azad olunmasına görə medalla təltif olunmuşdur. 2N24-cü ildə hərbi xidmətdən tərxis olunandan sonra məlum olmuşdur ki, 1-ci məharət dərəcəsi ləğv olunmuşdur. Dərhal cavabdehə məharət dərəcəsinin bərpa olunması barədə rəsmi müraciət etmiş, xx.xx.2N24-cü il tarixdə 1629 saylı məktubla bildirilmişdir ki, guya N saylı hərbi hissə komandirinin 1xx.xx.2N23-cü il tarixli 46 saylı əmri ilə ona vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq intizam cəzası verilmiş, bu səbəbdən xx.xx.2N23-cü il tarixli 42 nömrəli əmrinə əsasən məharət dərəcəsi bir pillə aşağı, 2-ci məharət dərəcəsinə endirilmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İntizam nizamnaməsində məharət dərəcəsinin alınması deyə bir cəza növü olmadığından ona dəymiş maddi zərər də ödənilməlidir. Belə ki, 2N23-cü ilin yanvar ayından bu günə qədər hər ay 7N manat pensiyasından pul tutulub. Həmin məbləğ də bərpa olunmalıdır. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə, hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi vəzifəsində hərbi xidmətdə olarkən, vəzifə borclarının icrasına səhlənkar yanaşaraq tapşırılmış xidməti araşdırmam aparmadığına görə ona Müdafiə nazirinin müavini- Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli 46 nömrəli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. İddiaçı intizam məsuliyyətinə cəlb edilərək ona “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edildiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N16-ci il tarixli N2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.1.4-cü bəndinə əsasən (Azərbaycan Respublikasının Müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edildikdə məharət dərəcəsi bir pillə aşağı endirilir) Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23cü il tarixli N42 nömrəli əmri ilə onun 1-ci məharət dərəcəsi bir pillə aşağı 2-ci məharət dərəcəsinə endirilmişdir. İddiaçı 1-ci məharət dərəcəsinin bir pillə 2-ci məharət dərəcəsinə endirilməsi barədə Müdafiə nazirinin müavini- Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli N42 nömrəli əmri xx.xx.2N23-cü il tarixdə 97 nömrəli daxil olma ilə N nömrəli hərbi hissəyə daxil olmuş, həmin tarixdən elan olunaraq icraya yönəldilmişdir. Həmçinin N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli 46 nömrəli və xx.xx.2N23-cü il tarixli N42 nömrəli əmrləri N nömrəli hərbi hissəyə daxil olduqdan sonra xx.xx.2N23-cü il tarixdə polkovnik-leytenant A.Ə. Qasımzadəyə elan edilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilməsi barədə və 1-ci məharət dərəcəsinin bir pillə aşağı 2-ci məharət dərəcəsinə endirilməsi barədə əmrlər xx.xx.2N23cü il tarixdə ona elan edilsə də İddiaçı bu barədə 2N24-cü ilin fevral ayınadək müraciəti və ya şikayəti daxil olmamış, 2N24-cü ilin fevral ayında Müdafiə Nazirliyinə, xx.xx.2N24-cü il tarixdə isə Sumqayıt inzibati Məhkəməsinə müraciət etmişdir. Bundan başqa İddiaçı N nömrəli hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi vəzifəsində hərbi xidmətdə olarkən, N nömrəli hərbi hissədə N noyabr 2N22-ci il tarixdə 36 ədəd 462N markalı və 3 ədəd 4622 markalı radiostansiyaların çatışmazlığı aşkar edilmiş, həmin fakt barədə 17 noyabr 2N22-ci il tarixdə hərbi hissə komandiri tərəfindən xidməti araşdırma təyin edilərək araşdırılması (icrası) polkovnik-leytenant İddiaçı tapşırılmış, polkovnik-leytenant A.Ə. Qasımzadə Azərbaycan Respublikası Müdafiə nazirinin 24 dekabr 2N22-ci il tarixli 2N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda xidməti araşdırmaların, ilkin yoxlamanın və təhqiqatın aparılası Qaydaları”nın 3.7-ci bəndinin tələblərinə zidd olaraq xx.xx.2N23-cü il tarixədək həmin araşdırma materialını tam hərəkətsiz saxlayaraq heç bir araşdırma aparmamış, bu səbəbdən də 36 ədəd 462N markalı və 3 ədəd 4622 markalı radiostansiyaların itirilməsi faktına hüquqi qiymət verilməmiş və dövlətə dəymiş maddi ziyanın müəyyən edilərək təqsirkar şəxslər tərəfindən ödənilməsi təmin edilməmişdir. Buna görə də polkovnik-leytenant A.Ə. Qasımzadə vəzifə borclarının icrasına səhlənkar yanaşaraq tapşırılmış xidməti araşdırmanı aparmadığına görə ona Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli 46 nömrəli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. polkovnik-leytenant A.Ə. Qasımzadəyə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edildiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N16-ci il tarixli N2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.1.4-cü bəndinə əsasən (Azərbaycan Respublikasının Müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edildikdə məharət dərəcəsi bir pillə aşağı endirilir) Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli N42 nömrəli əmri ilə onun 1ci məharət dərəcəsi bir pillə aşağı 2-ci məharət dərəcəsinə endirilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 1-ci maddəsinə əsasən hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa borcludur. Həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 2-ci maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasm; şüurlu surətdə dərk etməsinə əsaslanır. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərb; andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin əmr və sərəncamlarına sözsüz tabe olmağa (icra etməyə), hərbi borcunu yerinə yetirərkən öz qanını və hətta həyatını belə əsirgəməməyə, namuslu və doğruçu olmağa, hərbi işi viccania öyrənməyə, ona tapşırılan işləri vaxtında və dəqiq yerinə yetirməyə məcbur edir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 7-ci maddəsinə əsasən bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq Qanun qarşısında bərabərdirlər və onlar hərbi intizamı pozduqlarına görə Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər. Beləliklə yuxanda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı iddiaları tam əsassızdır. Belə ki, o, hərbi xidmətdə olarkən vəzifə borclarının icrasına səhlənkar yanaşaraq tapşırılmış xidməti araşdırmam aparmadığına görə ona Müdafiə nazirinin müavini- Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli 46 nömrəli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmiş, bu səbəbdən də Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli N42 nömrəli əmri ilə onun 1-ci məharət dərəcəsi bir pillə aşağı 2-ci məharət dərəcəsinə endirilmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, İddiaçı “1-ci məharət dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin N3 iyul 2N25-ci il tarixli, 2-1(118)-11N1/2N25 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəmədə iddia qaldırmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin qərardadında cavabdehin etirazı hissəsində qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin İdeoloji iş və mənəvi - psixoloji təminat bölməsinin rəisi vəzifəsində hərbi xidmətdə olarkən, vəzifə borclarının icrasına səhlənkar yanaşaraq ona tapşırılmış xx.xx.2N22-ci il tarixli araşdırma sənədini vaxtında xidməti araşdırma aparmadığına görə, Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli 46 nömrəli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. Həmçinin qeyd olunur ki, İş materiallarından göründüyü kimi İddiaçı “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilməsi barədə və 1-ci məharət dərəcəsinin bir pillə aşağı 2-ci məharət dərəcəsinə endirilməsi barədə əmrlər xx.xx.2N23cü il tarixdə ona elan edilsə də İddiaçı bu barədə 2N24-cü ilin fevral ayınadək müraciəti və ya şikayəti daxil olmamış, 2N24-cü ilin fevral ayında Müdafiə Nazirliyinə, xx.xx.2N24-cü il tarixdə isə Sumqayıt inzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan tarixdən bir gün öncə, yəni xx.xx.2N22-ci il tarixində 2N gün müddətinə məzuniyyətə çıxmış və məzuniyyətdə olmağı barədə hərbi hissə komandirinin əmrindən çıxarışları iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etmişdir. Araşdırması təyin olunan sənədin icrası 1-ci tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini mayor Emin Əkbərliyə həvalə olunub. Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli 46 nömrəli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” cəzasını ona elan olunması ilə əlaqədar əmrin arxasında və hərbi hissənin əmrlər ilə tanışlıq kitabında elan olunmadığı üçün tərəfindən heç bir qeyd yoxdur. Həmin sənədlər məxfi olduğu üçün məhkəməyə təqdim edə bilmir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, qərardadın ləğv edilməsini, iddia mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh orqan iddia edir ki, əmrlərin elan olunması ilə bağlı arayış ona təqdim olunmuşdur. Lakin həmin arayışları o, görməmişdir. Həmçinin qeyd etdi ki, işindən ayrılmasaydı, cəza onun üzərindən götürüləcəkdi. Onun dərəcəsi avtomatik bərpa olunmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəmlişdir. Buna görə də 1 il müddətinə gözləmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinici ninstansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. . TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1N aprel 2N15-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 3N gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 3N gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 3N gün, məhkəmə qərardadı isə 1N gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 9N.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə inzibati idarəçilikdə hüquqi müəyyənliyi və sabitliyi, eləcə də mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 1N aprel 2N15-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2N14-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2N15-ci il tarixli qərarı)”. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 3N gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 3N gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İş materiallarından görünür ki, iddiaçı N nömrəli hərbi hissədə, hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi vəzifəsində hərbi xidmətdə olarkən, vəzifə borclarının icrasına səhlənkar yanaşaraq tapşırılmış xidməti araşdırma aparılmama əsası ilə ona Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli 46 nömrəli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. İddiaçı intizam məsuliyyətinə cəlb edilərək ona “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edildiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N16-ci il tarixli N2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.1.4-cü bəndinə əsasən (Azərbaycan Respublikasının Müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edildikdə məharət dərəcəsi bir pillə aşağı endirilir) Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23cü il tarixli N42 nömrəli əmri ilə onun 1-ci məharət dərəcəsi bir pillə aşağı 2-ci məharət dərəcəsinə endirilmişdir. Həmçinin iş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli 46 nömrəli və xx.xx.2N23-cü il tarixli N42 nömrəli əmrləri N nömrəli hərbi hissəyə daxil olduqdan sonra xx.xx.2N23-cü il tarixdə polkovnik-leytenant A.Ə. Qasımzadəyə elan edilmişdir. Beləliklə iş materiallarından göründüyü kimi İddiaçı “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilməsi barədə və 1-ci məharət dərəcəsinin bir pillə aşağı 2-ci məharət dərəcəsinə endirilməsi barədə əmrlər xx.xx.2N23-cü il tarixdə ona elan edilsə də, iddiaçı xx.xx.2N24-cü il tarixdə hazırki iddia ilə Sumqayıt inzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə gec müraciət etməsini isə dərəcəsinin avtomatik bərpa olunmasını guman etmiş və bunu gözləməsi ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, iddiaçı izahatında ona əmrlərin elan edilmədiyini bildirsə də, nəzərə alınmalıdır ki, iddiaçının ehtiyata buraxılmasına dair xx.xx.2N23-cü il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçının Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli N42 nömrəli əmri ilə 1-ci məharət dərəcəsinin bir pillə aşağı, 2-ci məharət dərəcəsinə endirilməsi barədə qeyd vardır (3-cü abzas) və həmin sənədin bir nüsxəsi də iddiaçıya təqdim edilmişdir. Bundan başqa iddiaçı inzibati mübahisəyə dair işə istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində baxılarkən əmrdən məlumatlı olduğunu, bələ əmrlərin bir ildən sonra qüvvədən düşdüyünü və məhz buna görədə müvafiq əmri mübahisələndirmədiyini, lakin onu vəzifədən azad etdikləri üçün bir il keçməsinə baxmayaraq əmrin qüvvədə qalmasına dair etirafedici izhatlar vermişdir. Göründüyü kimi, hətta şərti olaraq iddiaçının qeyd edilən əmrdən xx.xx.2N23-cü il tarixdən məlumatlı olduğu qəbul edilsə belə, iddia tələbinin yenə də müddət ötürülməklə verildiyi müəyyən edilir. İnzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2NN1-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N, 85, 87, 9N və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin N3 iyul 2N25-ci il tarixli, 2-1(118)-11N1/2N25 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 1N gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 7N) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3