Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-913/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçıların nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” tələbinə inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(118)- 1347/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı1 və İddiaçı2 nümayəndələri (ataları) Qanuni nümayəndə onlara məcburi köçkün statusunun təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh 30 avqust 2023-cü il tarixli, 3-36/2-N-59xx-xx/2023/4453 nömrəli məktubu ilə müraciətin icrasında imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, 16 yaşı tamam olub Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2002-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 anası X1 qeydiyyatı ünvan 1 ünvanında olduğundan onlara məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçıların nümayəndəsi Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə xx.xx.1976-cı il tarixdə Ermənistan Sisiyan rayonunda anadan olmuş, 1988-ci ildən qaçqın düşmüş, Qubadlı rayon Abdalanlı kəndində məskunlaşmış və 31 avqust 1993-cü il tarixdə oradan məcburi köçkün düşmüşdür. Hazırda ailəsi ilə müvəqqəti məskunlaşdıqları ünvan ünvan 2suna malikdir. Qanuni nümayəndə xx.xx.2002-ci il tarixdə Nəbiyeva (Şəmilova) Ülviyyə Emil qızı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nəbiyeva (Şəmilova) Ülviyyə Emil qızı xx.xx.1979-cu ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuşdur. Sumqayıt şəhəri, Xəzər bağları, S.Vurğun küçəsi ev 79n ünvanında yaşayır və ünvan 3dır. Onun məcburi köçkün statusu yoxdur. Birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2005-ci il İddiaçı2 dünyaya gəlmişdir. Onlar məcburi köçkünlərə dövlət büdcəsindən verilən aylıq yemək xərci müavinətini alırlar. Hazırda İddiaçı2 orta məktəbi bitirib ödənişli əsaslarla ali məktəbə daxil olmaq istəyir. Lakin məcburi köçkün vəsiqəsi olmadığına görə təhsil haqqının ödənilməsindən azad olma barədə güzəştdən yararlana bilmir və təhsil haqqını ödəməyə məcburdur. Əks halda ali təhsilə başlaya bilməyəcəkdir. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 anaları X1 qeydiyyatı ünvan 1 ünvanında olduğundan, həmçinin, ataları Qanuni nümayəndə və anaları məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadıqlarına görə onlara Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” ının 4.1.6-cı bəndinin tələblərinə əsasən məcburi köçkün statusu verilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək özünün əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı Qanuni nümayəndə əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilmişdir. Bundan sonra iddiaçılar iddia tələbini dəqiqləşdirərək onlara məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(118)-1347/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Qaydalarda nəzərdə tutulmuş “valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan” anlayışı ən azından Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd kimi qiymətləndirilməklə bu əsas üzrə işin hallarına münasibətdə tətbiq edilə bilməzdi. Həmin maddəyə əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət (...) cinsindən (...) asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Cavabdehin imtina cavabında istinad etdiyi Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsi isə sonradan qəbul edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından onlara münasibətdə geriyə tətbiq edilə bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 149. Normativ hüquqi aktlar ... Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanı: Bənd 2. Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”: Bənd 3. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir; ... Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 1.1. “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: ... 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); ... Maddə 14. Sübut etmə vəzifəsi ... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçılara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının 4.1.6-cı bəndində göstərilən “məcburi köçkün” statusuna malik olan” anlayışının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd kimi qiymətləndirilməklə bu əsas üzrə işin hallarına münasibətdə tətbiq edilməli olmadığı əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Belə ki, şikayətin dəlilləri iki hissədən ibarətdir: 1) İddiaçıların atası Qanuni nümayəndə məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından; 2) Həmçinin, anası X4 da məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından, eləcə də onun qeydiyyatı işğal olunmuş rayon (şəhər) olmadığından onlara məcburi köçkün statusu verilməsi Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” ının 4.1.6-cı bəndinin tələblərinə ziddir. Kollegiya şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, Qaydaların 4.1.6-cı bəndinin tələblərindən göründüyü kimi o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) Hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Birinci şərtlə bağlı cavabdeh iddiaçıların atası məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından onun məcburi köçkün statusu olduğunu qəbul etmir. Halbuki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunda məcburi köçkünə verilən anlayışdan görünür ki, bu statusun olması mütləq qaydada məcburi köçkün vəsiqəsinə malik olmaqla şərtləndirilməmişdir. Belə ki, Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) sayılır və bu statusu daşıyır. Qaydaların 4.1 və 4.1.1-ci bəndinin tələbləri baxımından da nəzərə almaq lazımdır ki, sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İşdən görünür ki, iddiaçıların atası məcburi köçkün vəsiqəsinə malik olmasa da, bu statusu daşıyır. Belə ki, iş materiallarında olan Qubadlı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən iddiaçıları atası Qanuni nümayəndə barəsində verilmiş 01 mart 2024-cü il tarixli arayışdan görünür ki, o, Qubadlı rayonunun ərazisi işğal olunduğuna görə 1993-cü ildən həmin rayondan məcburi köçkün gəlmişdir. Həmçinin, ona məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, o, Qubadlı rayonu, Abdalanlı kəndində qeydiyyatdadır. Qeydiyyata alınmasına əsas olmuş sənədlərdən müəyyən edilir ki, o, Ermənistan rayonu, Sisiyan kəndində anadan olmuş, daha sonra Qubadlı rayonu, Abdalanlı kəndində məskunlaşmış, rayon işğal olunana qədər orada qeydiyyatda olmuşdur. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Qubadlı Rayon İcra Hakimiyyəti Başçısının Qayalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi də 14 noyabr 2024-cü il tarixli məktubunda Qanuni nümayəndə 31 avqust 1993-cü il tarixdə Qubadlı rayonu Abdalanlı kəndindən məcburi köçkün düşdüyünü, eləcə də, 1993-cü ildən hazıradək məcburi köçkünlər nəzərdə tutulmuş aylıq müavinət aldığını təsdiq etmişdir. Habelə, nümayəndəlik tərəfindən məhkəməyə Qayalı kənd inzibati ərazi vahidinin 1996, 1997, 1998, 1999 və 2000-ci illər üçün 3 nömrəli təsərrüfatbaşına kitabının surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənəddən görünür ki, X8 təsərrüfat başçısı olmaqla, onun ailə tərkibi 5 nəfərdən – X6 (arvadı), Qanuni nümayəndə (oğlu), X5 (oğlu) və X2 (oğlu) ibarət olmuşdur. Beləliklə, yuxarıda sadalanan sübutların qarşılıqlı tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçıların atası Nəbiyev X7 rayonu işğal olunana qədər həmin rayonun Abdalanlı kəndində qeydiyyatda olaraq yaşamış, 1993-cü ildə rayon işğal edildikdən sonra yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüşdür. Bu baxımdan, o, qanunvericiliyin tələbindən irəli gələn məcburi köçkün statusuna malik şəxsdir. Eləcə də, o, hazırda da Qubadlı rayonu Abdalanlı kəndində qeydiyyatdadır. Bununla da müəyyən edilir ki, iddiaçıların atasının “məcburi köçkün” statusuna malik olmalarına dair normanın birinci tələbi ödənilir. Bu baxımdan, kollegiya şikayətin həmin dəlilini əsassız hesab edir. İkinci şərtə münasibətdə cavabdehin apellyasiya şikayətinin dəlili iddiaçıların anasının qeydiyyat ünvanının işğal olunmuş rayon (şəhər) olmadığı, yəni hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmadığıdır. Kollegiya şikayətin həmin dəlilini də əsassız hesab edərək bildirir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Yəni, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Digər tərəfdən, qeyd edilməlidir ki, ümumiyyətlə şəxsin hər hansı bir yerə qeydiyyatda olması hər hansı bir hüquq yarada bilməz, bu sadəcə şəxsin konkret müəyyən olunmuş yerdə qeydinin olması anlamına gəlir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 1618/2023 və 2-1(102)-1120/2024 nömrəli qərarlarında kassasiya instansiya məhkəməsinin eyni mövqeyi ifadə olunmuşdur. Valideynlərindən hər ikisinin “məcburi köçkün” statusuna malik olmalarına dair qanunvericiliklə tələb olmadığından kollegiya hesab edir ki, cavabdehin iddiaçıların anasının məcburi köçkün statusuna malik şəxs olmadığına dair şikayətinin digər dəlili də özlüyündə əsassızdır. Bundan əlavə, Qubadlı Rayon İcra Hakimiyyəti Başçısının Qayalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçılardan İddiaçı2 doğulduğu tarixdən hazırkı vaxtadək məcburi köçkünlər üçün qanunvericiliklə nəzərdə tutulmuş yemək xərci müavinəti ödənilir, digər İddiaçı1 da həmin müavinət ödənilmiş, hərbi xidmətə getdiyi tarixdən isə dayandırılmışdır. İddiaçılara münasibətdə normanın üçüncü şərtinin ödənilməsi isə işin mübahisəsiz halıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(118)-1347/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-913/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-913/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver