Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-919/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X2 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(118)- 2766/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. (AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ seriyalı ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Dəmir Yolunda kran drezin sürücüsünün köməkçisi, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində drezin (DQKU) maşinisti, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək maşinist köməkçisi, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək yol maşınlarının maşinisti işləmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək həmin müəssisədə motovoz maşinisti işləyir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 15 fevral 2023-cü il tarixli, 3-17-1/2-A-29623/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilmiş 4 aprel 1984-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1985-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC İnsrastruktur departamentinin Yol xidmətinin 2 nömrəli Biləcəri yol sahəsində kran drezin sürücüsünün köməkçisi, kran drezinin sürücüsü və yol maşınlarının maşinisti vəzifələrində işləməsi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın Nəqliyyat bölməsində (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulmamışdır. Bu səbəbdən də, onun güzəştli iş stajı sonuncu müraciət etdiyi tarixə 12 il 6 aydan az (5 il 10 ay 20 gün (xx.xx.1993- xx.xx.1994-cü il, xx.xx.2017-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, ona 60 yaşından, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu il tarixdən hazıradək 19 il 4 ay 13 gün "xxxx" QSC-də drezin (DQKU) maşinisti və motovoz maşinisti vəzifələrində çalışmışdır. Onun ümumi iş stajı 30 ildən çox, zərərli stajı isə 19 il 4 ay 13 gün təşkil edir. Ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, cavabdeh onun “drezin maşinisti” peşəsində işlədiyi dövrü güzəştli iş staj kimi qəbul etməmişdir. Halbuki, "xxxx" QSC tərəfindən verilmiş güzəştli arayışda onun tutduğu vəzifə “drezin maşinisti” olaraq göstərilmiş və həmin arayışda drezinaların özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotoristlərin markalarından biri hesab edilməsi səbəbindən drezin maşinisti peşəsinin iş xüsusiyyətlərinin sözügedən AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının 21.4-cü bəndinin 4-cü abzasında əks olunmuş motovozların və avtomotoristlərin maşinistləri peşələri üzrə müəyyən edilmiş sahə və peşələrin xüusiyyətləri ilə eynilik təşkil etdiyi qeyd edilmişdir. Belə olan halda hesab edir ki, cavabdeh orqan iddiaçının işlədiyi vəzifənin siyahıda qeyd olunan vəzifəyə uyğun olub-olmamasının müəyyən edilməsi ilə bağlı araşdırma aparmalı idi. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(118)-2766/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim: V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, "xxxx" QSC tərəfindən verilmiş arayışa görə drezinaların özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotoristlərin markalarından biri hesab edilməsi səbəbindən drezin maşinisti peşəsinin iş xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın 21.4-cü bəndinin 4-cü abzasında əks olunmuş motovozlar və avtomotoristlərin maşınistləri peşələri üzrə müəyyən edilmiş sahə və peşələrin xüsusiyyətləri ilə eynilik təşkil edir. Həmin peşənin adı birbaşa həmin Siyahıda göstərilməsə də, burada söhbət şəxsin təyin olunduğu işə görə icra etdiyi funksional vəzifənin və əmək şəraitinin eyniliyinin, deməli, həm də əmək şəraitinin xüsusilə ağırlığına və zərərliliyinə dair eyni və ya oxşar əsasların, faktiki halların mövcudluğundan gedir. Cavabdeh tərəfindən mübahisələndirilən müddət də iddiaçının güzəştli iş stajına daxil edildikdə ona güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsas yaranmış olur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yalnız "xxxx" QSC tərəfindən təqdim edilmiş izahlı arayışla kifayətlənərək həmin arayışa istinadla iddiaçının işlədiyi kran drezin sürücüsünün köməkçisi, kran drezinin sürücüsü və maşınlarının maşinisti vəzifələrini əsassız olaraq təmirçi çilingər vəzifəsinə uyğunlaşdırılaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini qərara alınmışdır. Lakin məhkəmə tərəfindən iddiaçının işlədiyi peşənin funksional vəzifəsinin eyniliyinin müəyyən edilməsi ilə bağlı iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə vəzifə təlimatları əldə edilməmiş, hər hansı araşdırma həyata keçirilməmiş, iddiaçının işlədiyi vəzifə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olan vəzifə arasında uyğunsuzluq olmasına baxmayaraq, müəssisənin izahlı arayışına əsasən həmin vəzifələr əsassız olaraq eyniləşdirilmişdir. Hesab edir ki, işə baxan məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol vermiş və iş üzrə tətbiq edilməli olan hüquq normaları tətbiq edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının qanunvericilikdə tələb olunan 25 il ümumi iş stajına malik olması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Cavabdehin nümayəndəsi şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. İddiaçı, həmçinin, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu (xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 60 yaşının tamam olduğu 10 noyabr 2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1) şəxsin 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğu üçün 60 yaşına çatması (xx.xx.2021) və 25 il ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada güzəştli iş stajı və pensiya kapitalını mübahisələndirmişdir. Bununla yanaşı, ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИТ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2016-cı il tarixədək “Azərbaycan Dəmir Yolları" QSC-də işləmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək həmin müəssisədə işləyir. İddiaçı 1981-1983-cü illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. (02 il). Beləliklə, iddiaçının hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1993xx.xx.1994-cü il, xx.xx.2017-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə, 5 il 10 ay 20 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Bununla belə həmin güzəştli iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, “Azərbaycan Dəmir Yolları" QSC-də xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək maşinist köməkçisi, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək yol maşınlarının maşinisti işləmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək motovoz maşinisti işləyir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 256738 nömrəli güzəştli arayışdan görünür ki, iddiaçı "xxxx" QSC-nin Biləcəri yol distansiyasında xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək motovoz (MPT) maşinisti peşələrində çalışmış, xx.xx.2021-ci il tarixdən hal-hazıradək İnfrastruktur Departamentinin Yol Xidmətinin 2 nömrəli Biləcəri yol sahəsində motovoz maşinisti peşəsində işləyir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nda nəzərdə tutulmuşdur (21.4-cü bəndin 4-cü və 22-ci abzasları). Adıçəkilən müəssisə tərəfindən verilmiş güzəştli arayışdan və əmək kitabçasından göründüyü kimi iddiaçı "xxxx" QSC-də xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək maşinist köməkçisi işləmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək motovoz maşinisti vəzifəsində işləyir. İddiaçının işlədiyi maşinist köməkçisi və motovoz (MPT) maşinisti vəzifələrinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 21. “Nəqliyyat” bölməsinin 21.4. “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində “motovozların və avtomotoristlərin maşinistləri” və “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” qeyd edilmişdir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının xx.xx.1985-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində (xx.xx.1984-xx.xx.1985-ci illər, xx.xx.1985-xx.xx.1993-cü illər və xx.xx.1994-xx.xx.2017-ci illərdə) "xxxx" QSC-də işlədiyi kran drezin sürücüsünün köməkçisi, kran drezinin sürücüsü və yol maşınlarının maşinisti vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın Nəqliyyat bölməsində (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulmadığını bildirərək, həmin dövrü güzəştli iş stajı kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Mübahisələndirilən dövrlə bağlı qeyd edilməlidir ki, iddiaçıya məxsus əmək kitabçasından göründüyü kimi, o, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Dəmir Yolunda kran drezin sürücüsünün köməkçisi, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994cü il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək “Azərbaycan Dəmir Yolları" QSC-də kran drezin sürücüsü (DQKU), xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək yol maşınlarının maşinisti vəzifələrində işləmişdir. "xxxx" QSC tərəfindən verilmiş yuxarıda qeyd edilən güzəştli arayışdan görünür ki, iddiaçı "xxxx" QSC-nin Biləcəri yol distansiyasında xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək drezin (DQKU) maşinisti, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək İnfrastruktur Departamentinin Biləcəri yol sahəsində drezin (DQKU) maşinisti işləmişdir. Qeyd olunan peşə AR NK-nın xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nda nəzərdə tutulmuşdur (21.4-cü bəndin 4-cü və 22-ci abzasları). Drezinaların özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotoristlərin markalarından biri hesab edilməsi səbəbindən drezin maşinisti peşəsinin iş xüsusiyyətləri sözügedən Siyahının 21.4-cü bəndinin 4-cü abzasında əks olunmuş motovozlar və avtomotoristlərin maşinistləri peşələri üzrə müəyyən edilmiş sahə və peşələrin xüsusiyyətləri ilə eynilik təşkil edir. Güzəştli arayışdan göründüyü kimi cavabdehin mübahisələndirdiyi “kran drezin sürücüsünün köməkçisi”, “kran drezin sürücüsü (DQKU)” və “yol maşınlarının maşinisti” vəzifələrindən müəssisə tərəfindən yalnız “kran drezin sürücüsü” (drezin (DQKU) maşinisti) vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kimi qəbul edilmişdir. Əmək kitabçasından və adıçəkilən müəssisə tərəfindən verilmiş güzəştli arayışdan müəyyən edildiyi kimi iddiaçı xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2016-xx.xx.2017-ci il tarixlərində "xxxx" QSC-də drezin (DQKU) maşinisti vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, “drezinaların sürücüləri” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahının 23000000 kodlu XXVİİİ. Nəqliyyat bölməsində, eləcə də, NK-nın xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın analoji 21. “Nəqliyyat” bölməsində güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. "xxxx" QSC tərəfindən verilmiş yuxarıda istinad edilən xx.xx.2022-ci il tarixli, 256738 nömrəli güzəştli arayışdan göründüyü kimi iddiaçının işlədiyi drezin (DQKU) maşinisti vəzifəsinin iş xüsusiyyətləri motovozlar və avtomotoristlərin maşinistləri vəzifəsinin iş xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyası 33-19 nömrəli 22 oktyabr 1997-ci tarixli qərarı ilə təsdiq edilmiş “Dəmir Yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası (hissə 56-1)” nda motovozun maşinisti və drezin sürücüsünün iş xüsusiyyətləri təsbit edilmişdir. Belə ki, motovozun maşinistinin iş xüsusiyyətlərinə “motovozun idarə edilməsi, dizelin, elektrik avadanlığının tormoz sisteminin, yağlanma sisteminin, işarə cihazlarının və motovozun hərəkət hissələrinin, onun yükqaldıran avadanlığının və qazbalon və qaz-generator motovozlarında işləyərkən qaz paylaşdıran mexanizminin saz vəziyyətdə saxlanması, nəzarət-ölçü cihazlarının göstəricilərini müşahidə etmək, motovozun vaqonlara etibarlı qoşulmasının təmini, qoşma platformalarında yükün düzgün bərkidilməsinə və yüklənməsinə nəzarət. Motovozun sürtünən hissələrinin yağlanması və dizelin, yanacaq çənlərinin, soyutma sisteminin və qumqabının doldurulması. Motovozun planlı xəbərdarlıq təmirində iştirak etmək”, drezin sürücüsünün iş xüsusiyyətlərinə “Dəmir yollarında hərəkət zamanı drezin idarə edilməsi, fəhlələrin və materialların, avadanlıqların, qurğuların iş yerinə daşınması, stansiya hüdudunda manevr işlərinin görülməsi. Təmir, quraşdırma və yükləmədaşınma işlərində kran qurğuları və digər xüsusi drezin mexanizmləri və qurğularının idarəedilməsi. Drezinin, onun avadanlığının saz vəziyyətdə saxlanılması və onlara qulluq. Drezinin, onun qaldırıcı və digər xüsusi qurğularının nasazlıqlarının aradan qaldırılması” aid edilmişdir. Hər iki vəzifənin iş funksiyalarından da müəyyən edilir ki, motovoz və drezin maşinistinin vəzifələri motovoz və drezinlərin idarə edilməsi, mexanizm və avadanlıqların saz vəziyyətdə saxlanması aiddir. İddiaçının drezin (DQKU) maşinisti vəzifəsində işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli arayışda da drezin maşinisti vəzifəsinin iş xüsusiyyətlərinin məhz motovoz maşinistinin iş xüsusiyyətləri ilə eyniliyi qeyd edilmişdir. İşin yuxarıda təhlil edilən hüquqi hallarından da müəyyən edilir ki, motovoz maşinisti vəzifəsinin gördüyü iş zərərli hesab edilərək həmin vəzifə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Bununla da müəyyən edilir ki, iddiaçının işlədiyi drezin (DQKU) maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 21. “Nəqliyyat” bölməsinin 21.4. “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsinə (motovozların və avtomotoristlərin maşinistləri) uyğun gəlir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin dəlili əsassızdır. Beləliklə, iddiaçının 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Pensiya kapitalı ilə bağlı 3-cü şərtə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xidməti məktubdan görünür ki, iddiaçının əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi xx.xx.2021-ci il tarixinə qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat təşkil etdiyi halda, həmin tarixə onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 35370,84 manat təşkil edir. Göründüyü kimi, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilmək üçün qanunvericiliklə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ödənilməmişdir. Bununla yanaşı, kollegiya qeyd edir ki, 13 may 2022-ci il tarixli, 530 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə həmin Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmiş və həmin dəyişiklik xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. Yeni redaksiyaya əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qeyd olunan dəyişikliyə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarından da müəyyən edildiyi kimi iddiaçı 25 ildən çox ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və iddiaçı məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(118)-2766/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.