Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-92/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və X1 tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh X19 Hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh X19 Hakimiyyətinə qarşı 20 il hərbi xidmətdə olmuş X3 ölümündən sonra onun və ailə üzvlərinin mənzil uçotuna götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1118/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 11-xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh X19 Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, 20 il hərbi xidmətdə olmuş X3 ölümündən sonra onun və ailə üzvlərinin mənzil uçotuna götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, X6 ilə nikahlarını xx.xx.2001-ci ildə rəsmi qaydada qeydiyyatdan keçirməklə ailə həyatı qurmuşlar. Rəsmi nikahdan xx.xx.2002-ci ildə X8, xx.xx.2004-cü ildə X10, xx.xx.2010-cu il tarixdə X9 anadan olmuşlar. X6 Azərbaycanın Milli Ordusunun zabiti olmuş, onunla müxtəlif bölgələrdə qulluq yerində birgə yaşamışlar. Onların icarəsində, istifadəsində, mülkiyyətlərində mənzil, ev olmamışdır. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər İdarəsinin xx.xx.2018-ci il tarixli 176 nömrəli arayışından görünür ki, mərhum əri X6 xx.xx.1996-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2016-cı il tarixli 0687 saylı əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə əsasən xəstəliyə görə istefaya buraxılmışdır. xx.xx.2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlər Xidmətinin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyata alınmışdır. Əri xidmətdə olduğu dövrdə hərbi qarnizonlarda xidməti mənzillə təmin olunmuşlar. 2016-cı ildə əri istefaya çıxdığı vaxt Sumqayıt şəhərinə qayıtmış və yuxarıda göstərdiyi kimi hərbi qulluqçu kimi qeydiyyata alınmışlar. Lakin mənzil növbəsinə dayanmamışlar. Bununla bağlı AR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Şöbəsinin arayışından görünür ki, əri xx.xx.2016-cı il tarixdən hərbi qulluqçu kimi qeydiyyata alınmışdır. AR Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin arayışından görünür ki, mərhum əri mənzillə təmin olunmamışdır. Azərbaycan Respublikası Bakı şəhər, Yasamal rayonu İcra Hakimiyyətinin arayışından görünür ki, əri ehtiyyatda olan zabitlərin güzəştli mənzil uçotu növbəsinə götürülməmişdir. Bununla bağlı X19 Hakimiyyətinə müraciət etsələr də, Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdirinin imzası ilə təqdim olunmuş xx.xx.2019- cu il tarixli məktubdan görünür ki, X19 Hakimiyyətinin başçısı cənab Z.Fərəcova yazılmış ərizədə onun və ailə üzvlərinin mənzil uçotuna alınması xahiş edilsə də, cavab məktubunda tamamilə başqa bir məsələ ilə bağlı, yəni müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi ilə bağlı məsələ qeyd edilir. X19 Hakimiyyətinin ərizəsinə cavabı qanunsuzdur. İmtinanı qanunsuz və əsassız hesab edir. Bununla bağlı inzibati orqan, yəni X19 Hakimiyyəti inzibati akt qəbul edib onu və ailə üzvlərini mənzil növbəsinə götürməli idi. Hərbi Qulluqçuların Statusu haqqında qanunun 12-ci maddəsi müəyyən edir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 3 övladı ilə atasına aid olan Sumqayıt şəhəri, yaşayış sahəsi, 47,31 kvadrat metrdən ibarət 3 otaqlı 9-cu mikrorayon, ev 84, mənzil 6-da 9 nəfərlə qeydiyyatda olduğu müəyyən edilmişdir. İddiaçının əri Qalib Hümbətov isə Bakı şəhəri, Q.Şərq küçəsi, ev 13-də qeydiyyatda olmuş, xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X16 Bakı şəhərində qeydiyyatda olduğu üçün mövcud qanunvericiliyə əsasən Sumqayıt şəhərində mənzil uçotuna alınmamışdır. AR Mənzil Məcəlləsinn 55.1.7-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər vəfat etdikdə mənzil uçotundan çıxarıllırlar. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə uyğun olaraq “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır”. Göründüyü kimi, müharibə əlili mənzil uçotunda olub vəfat etdiyi halda növbə onun ailə üzvləri üçün saxlanılır. Qeyd edilənlər və iddiaçının ərinin yaşayış yeri üzrə mənzil uçotunun olmaması nəzərə alınaraq iddianın təmin edilməsi etirazla qarşılanır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1118/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim İ.Quliyev). Qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1118/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsinin elan olunması xx xxxxxxxx 2020-ci il tarixə, saat 12:00-a təxirə salınmışdır. Apelyasiya şikayətinin dəlilləri: iddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Hərbi Qulluqçuların Statusu haqqında qanunun 12-ci maddəsi müəyyən edir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində mənzil növbəsinə durmaq üçün mövcud qeydiyyat qaydasında müvafiq icra hakimiyyəti orqanları qanunvericilikdə göstərilmiş şərtlər daxilində qulluq etmiş hərbi qulluqçuları mənzil növbəsinə götürməli və mənzillə təmin etməlidirlər. “Qeydiyyat qaydasında” sözündə nəyi nəzərdə tutduğunu sonrakı maddələrdə izah etmir. “Qeydiyyat qaydasında” dedikdə hərbi qulluqdan tərxis olunmuş keçmiş hərbi qulluqçuların yaşayış yeri üzrə qeydiyyatını və ya istefadan sonra hərbi qeydiyyatını nəzərə aldığını müəyyən etmək olmur. Konkret işdə hüquq sahibi Bakı şəhərinin Yasamal rayonunda pasport qeydiyyatında olsa da, hərbi qulluqçu kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər Şöbəsində qeydiyyatda olmuşdur. Qanunvericilik bunlardan hansını əsas götürür? Məhkəmə qərarı istefada olan hərbi qulluqçunun pasport qeydiyyatını əsas götürüb. Bu barədə qanunvericilikdə dəqiq göstəriş yoxdur. Bir sözlə yanaşma müxtəlif olduğundan qanunvericilikdə hüquq normasının tətbiqi ilə bağlı boşluq yaranmışdır. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd edilir ki, “Hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər”. Qanunvericlik burda yaşayış yeri üzrə qeydiyyatı deyil, hərbi qulluqçunun köçüb getdiyi yeri nəzərdə tutur. X6 hərbi qulluqdan xəstəliyi ilə bağlı tərxis olduqda Sumqayıt şəhərinə köçüb gəlmişlər. Çünki X6 hərbi qulluğa Sumqayıt şəhərindən getmiş, uzun müddət Sumqayıt şəhərində qeydiyyatda olmuş, valideynləri Sumqayıt şəhərində yaşamışlar. Bakı şəhərinin Yasamal rayonu ilə onu hərbi akademiyada təhsil aldığı dövr bağlayır. Təhsilini başa çatdırdıqdan sonra qulluq yerinə gedərkən hərbi qulluqçuların qeydiyyatının heç bir rolu olmadığından X6 Bakı şəhəri Yasamal rayonunda qeydiyyatda qalmışdır. Bundan başqa, X6 qəflətən onkoloji xəstəliyə düçar olduğundan 3 il qabaq köçüb gedəcəyi yer barədə Müdafiə Nazirliyinin rəhbərliyinə məlumat verə bilməmişdir. Bu baxımdan göstərilən maddənin həmin hissəsi üzrlü səbəbdən yerinə yetirilməmişdir. Bu baxımdan X7 məhkəməsi Hərbi Qulluqçuların Statusu haqqında Azərbaycan Respublikası Qanununu düzgün təfsir etməmiş, bu səbəbdən də səhv nəticəyə gəlmişdir. Məhkəmə qərarında qeyd edilir ki, “Hərbi Qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə hərbi qulluqçu ailələrinin sosial müdafiəsi hüququ tənzimlənir. Həmin norma ilə əmək hüquq münasibətləri və sosial təminat məsələlərində zabitlərin, gizirlər və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların ailə üzvlərinin hüquqlarının həyata keçirilməsi üçün təminatlar müəyyən edilmişdir. Həmin təminatlara da hərbi qulluqçu vəfat etdiyi halda onun ailə üzvlərinin mənzil təminatı öz əksini tapmamışdır”. Məhkəmə bu hissədə də səhv nəticəyə gəlmişdir. Belə ki, Hərbi Qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci bəndi müəyyən edir ki, hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Göstərilən maddi hüquq normasının mənasına görə, X12 oğlunun ölümündən sonra bu kateqoriyadan olan vətəndaşlara aid edilmiş bütün güzəştlər iddiaçıya və ailə üzvlərinə aid edilir, bir şərtlə ki, qanunda başqa qayda nəzərdə tutulmasın. Qanunda başqa qaydanın olmasına məhkəmə istinad etməmişdir. Məhkəmə, ümumiyyətlə 21-ci maddənin 5-ci bəndinə istinad etməmişdir. Bu baxımdan hesab edir ki, ölmüş, həlak olmuş, vəfat etmiş hərbi qulluqçulara aid olan güzəştlər onların ailə üzvlərinə şamil edilir. Qanunda başqa qayda nəzərdə tutulmamışdır. Digər tərəfdən məhkəmə qərarından belə nəticəyə gəlmək olar ki, məhkəmə X4 hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş güzəştlərin ona aid olmasını qəbul edir. Sadəcə olaraq ona bü güzəştləri qeydiyyat yeri üzrə təmin olunacağı nəticəsinə gəlmişdir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanunvericiliyin bu tələbindən görünür ki, Azərbaycan Respublikasında qeydiyyat mütləq xarakter daşımır. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını, onun vəkilini və cavabdehin nümayəndəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1118/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanununun21-ci maddəsinə əsasən əmək hüquq münasibətləri və sosial təminat məsələlərində zabitlərin, gizirlər və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların ailə üzvlərinin hüquqlarının həyata keçirilməsi üçün aşağıdakı təminatlar müəyyən edilir: a) işə qəbul olunmaq və işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaq üçün üstünlük hüququ. Yerli icra hakimiyyəti başçıları, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının rəhbərləri, qarnizonların rəisləri, qoşun hissələrinin komandirləri hərbi qulluqçuların arvadlarının müraciət etdiyi andan ən geci bir ay keçənədək onların işə düzəldilməsi üçün tədbirlər görməlidirlər; b) istehsalatdan ayrılmaqla hazırlıq və əlavə təhsil müəssisələrinə ilk növbədə göndərilmək və hansı vəzifə üçün hazırlanırlarsa, həmin vəzifəyə uyğun orta aylıq əmək haqqı almaq; v) qoşun hissələrinin olduğu şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində hərbi qulluqçuların ailə üzvlərini işə düzəltmək imkanı yoxdursa, hərbi komandanlığın xahişi ilə yerli icra hakimiyyəti başçıları, nazirliklər və baş idarələr, dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən kiçik müəssisələr, filiallar, sexlər, sahələr (istehsalatlar) təşkil edilməsi; q) hərbi qulluqçuların məzuniyyətdə olduğu dövrdə onların arvadlarına (arzuları ilə) hər il Məzuniyyətlər verilməsi; ğ) müvəqqəti əmək qabiliyyəti olmadığına görə hərbi qulluqçuların arvadlarına iş stajından asılı olmayaraq aldığı qazanc məbləğində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq müavinətlər ödənilməsi; d) (çıxarılıb) e) ali və orta ixtisas məktəblərini bitirmiş hərbi qulluqçu arvadlarının (ərlərinin) öz ərinin (arvadının) xidmət yerinə göndərilməsi, belə imkan olmadıqda isə (yaxud özləri istəsələr) onlara müstəqil surətdə işə düzəlmək hüququ verilməsi; ə) ixtisas üzrə işə düzəlmək imkanının olmadığı yerlərdə ər (arvad) ilə birlikdə yaşamağın bütün müddəti sığorta stajına daxildir; j) hərbi qulluqçuların işləməyən arvadlarının öz ərlərinin xidmət yeri üzrə işə düzəlməsi mümkün olmadıqda onlara Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğində aylıq pul müavinəti ödənilir.
2. Yerli icra hakimiyyəti başçıları ailədə adambaşına gəlirləri müəyyən edilmiş dolanacaq minimumundan az olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrinə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən məbləğdə və qaydada maddi yardım göstərir. Müəssisə, idarə, təşkilat ləğv edilərkən yerli icra hakimiyyəti başçıları müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları arvadlarını müəssisənin, idarənin, təşkilatın ləğv edilməsindən ən geci iki həftə keçənədək işə düzəltməlidirlər.
3. Müddətli xidmət hərbi qulluqçularının, hərbi təhsil müəssisələri kursantlarının (müddətli xidmət hərbi qulluqçuları və mülki gənclər sırasından) uşaqlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul müavinəti ödənilir.
4. Yerli icra hakimiyyəti başçıları hərbi qulluqçuların uşaqlarını müraciət anından ən geci bir ay keçənədək idarə mənsubiyyətindən asılı olmayaraq yaşayış yeri üzrə uşaq bağçası-körpələr evlərinə, internat məktəblərə düzəltməlidirlər. Öz uşaqlarının məktəbəqədər tərbiyə müəssisələrində saxlanması haqqını ödəmək üçün hərbi qulluqçulara onların tabe olduqları müvafiq nazirliklər və baş idarələr tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə kompensasiya ödənilir.
5. Hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın.
6. Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçuların ailələrinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən məbləğdə müavinət ödənilir. Kollegiya apelyasiya şikayətinin dəlili olan - “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanununun21-ci maddəsinin 5-ci bəndi ilə bağlı qeyd edir ki, həmin maddə ilə hərbi qulluqçu ailələrinin sosial müdafiəsi hüququ tənzimlənir. Həmin norma ilə əmək hüquq münasibətləri və sosial təminat məsələlərində zabitlərin, gizirlər və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların ailə üzvlərinin hüquqlarının həyata keçirilməsi üçün müəyyən təminatlar öz əksini tapmışdır. Həmin Qanunun 12-ci maddəsinin 10-cu bəndinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. İş materiallarında olan Yasamal RPİ tərəfindən verilmiş seriya AZE 13279835 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının əri mərhum X6 Bakı şəhəri, Q,Şərq küçəsi, ev 13-də qeydiyyatda olmuşdur, yəni qanunvericiliklə sonuncunun yaşayış yeri kimi qeyd edilən ünvan tanınmışdır. Beləliklə, məhkəmə araşdırması ilə cavabdeh inzibati orqanın hər hansı bir qanunsuz hərəkətə yol verdiyi müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 1118/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1118/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Məhəmmədəli Rzayev