Məhkəmə qərarları › İş №2-1(105)-92/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-92/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-92/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər X12 və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 1 saylı regional ərazi filialına qarşı “güşətli şərtlərlə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(085)-3426/2017 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona xx.xx.2008-ci il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq orta aylıq əmək haqqı əsas götürülməklə (2004-2005-ci illər üzrə) hesablanması və pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi İİK-nın 2-1(105)-558/2017 saylı, xx.xx.2017ci il tarixli qərarı ilə Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)- 2381/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi İİK-nın 2-1(105)-558/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə qərarı cavabdeh tərəfindən icra edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsi xx.xx.2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə vəsatətlə müraciət edərək məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı rəsmi məlumatlara əsasən, xx.xx.2007-ci il tarixdən hazıradək ünvan 1 ünvanında pasport qeydiyyatında olduğu halda və Abşeron rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan Qanunun 30.1-ci bəndinin tələblərinə zidd olaraq onun xx.xx.2017-ci il tarixli ərizəsini şöbədə qeydiyyatdan keçirməklə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin Pensiya üzrə komissiyasının xx.xx.2017-ci il tarixli 1204 nömrəli qərarına əsasən xx.xx.2008-ci il tarixdən 52 yaşının tamam olduğu gündən qeyd olunan Qanunun 9.8-ci maddəsinin şərtlərinə, o cümlədən 1 №-li Siyahısı”na istinad etməklə və 2006-cı ilədək əmək kitabçası üzrə hesablanmış 31 il 11 ay əmək stajına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2008-ci il tarixdən 107,62 manat məbləğində hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun faizlər tətbiq edilməklə xx.xx.2017-ci il tarixdən 191,72 manat müəyyən edilmiş, xx.xx.2017-ci il tarixdən ödənişinə başlanılmış, ötən dövrlər üzrə hesablanmış 11980,0 manat məbləğ 2 ay ərzində ödənilmişdir. Pensiya işinə tikilmiş və seriya nömrəsi olmayan əmək kitabçasının xx.xx.2017-ci il tarixli notariat qaydada təsdiq olunmuş surətinə əsasən, İddiaçı 1973-1976-cı illərdə “Kaspmorstroy” trestinin 445 №-li Tikinti İdarəsində (SU-445) fəhlə işləmiş, 1976- 1978-ci illərdə hərbi xidmətdə omuş, 1978-1988-ci illərdə “Elektroçentrolit” zavodunda tökmə çıxardan, 1989-1992-ci illərdə “Dəmirbeton” trestinin Şıxlar karyer qum zavodunda betonçu, 1992-1997-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti “xxxx” Dövlət Şirkəti İstehsal Texnoloji Komplektləşdirmə İdarəsində yükləyici, 1998-2001-ci illərdə Azərnəqliyyatyoltikinti ASC-nin Avtomobil bazasında çilingər-mexanik, 2001-2006-cı illərdə “X3 İnc” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin “Aura” gəmisində mexanik və baş mexanik işləmişdir. “Elektroçentrolit” (sonra “Mərkəzielektriktökmə” zavodu adlandırılıb) zavodunun hüquqi varisi olan “xxxx” ASC-nin xx.xx.2011 -ci il tarixli 29 №-li araşdırıcı arayışında İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Mərkəzielektriktökmə” zavodunun metaltökmə sexində xüsusi zərərli əmək şəraitində, tam iş günü rejimində tökmə çıxardan peşəsində çalışması, həmin peşənin vətəndaşa yuxarıda qeyd olunmuş 1-ci Siyahı ilə əmək pensiyası hüququ yaratdığı qeyd olunmuşdur. Qeyd edildiyi kimi, İddiaçı iş stajlarının, o cümlədən 1998-2001-ci illərdə Azərnəqliyyatyoltikinti ASC-nin Avtomobil bazasının, xüsusilə pensiya məbləğinin yenidən hesablanması üçün bilavasitə nəzərə alınan 2002- 2006-ci illərdə “X3 İnc” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin icarəyə götürdüyü “Aura” gəmisinin tabe olduğu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin əlçatan olmasına baxmayaraq müvafiq təşkilatlar üzrə stajların şöbə tərəfindən yoxlanmaması şübhə yaratmış, pensiya işinə tikilmiş və verilmə tarixi, nömrəsi barədə heç bir məlumat qeyd edilməyən əmək haqqı arayışına vurulmuş dairəvi möhürün, həmçinin 1992-1997-ci illər üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti “xxxx” Dövlət Şirkəti İstehsal Texnoloji Komplektləşdirmə İdarəsinin və 1998-2001-ci illər üzrə Azərnəqliyyatyoltikinti ASCnin Avtomobil bazasının adından iş stajlarını təsdiq edilməsi barədə əmək kitabçasına vurulmuş dairəvi möhürün də saxtalaşdırılması nəticəsində vətəndaşa təyin olunmuş və ödənilmiş pensiyası qanunsuz hesab edilməlidir. Belə ki, İddiaçı iş stajlarından sonuncusunu, xüsusilə pensiya məbləğinin yenidən hesablanması üçün bilavasitə nəzərə alınan 2001-2006-cı illərdə “X3 İnc” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin “Aura” gəmisində mexanik və baş mexanik işləməsi faktının şöbə tərəfindən yoxlanmaması şübhə yaratdığından “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə sorğu edilmiş, Cəmiyyətin xx.xx.2019-cu il tarixli cavabında (əlavə edilir) İddiaçı həmin Cəmiyyətdə işləməsi və əmək haqqı aldığı təsdiqlənməmiş, vətəndaşın işləməsinə dair sənədlərin mövcud olmadığı bildirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, 2004-2008-ci illərdə İddiaçı mütəmadi olaraq Rusiya Federasiyasına gedib qayıtmışdır. Bununla bağlı Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Xidəmətinin məlumatına əsasən İddiaçı 2004-cü ildə 8 ay, 2005-ci ildə 9 ay, 2006-cı ildə 9 ay, 2007-ci ildə 5 ay və 2008-ci ildə 6 ay müddətində Azərbaycan Respublikası ərazisində olmamışdır ki, bu da bir daha həmin dövrlərdə qeyd edilən gəmidə işləmədiyini təsdiq edir. Məlumat üçün bildirmişdir ki, İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması barədə daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən fakta görə xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi açılaraq istintaqı aparılır. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi xx xxxxxx 2019- cu il ********* saylı məktubu ilə X9 pensiya təyin olunması üçün əsas olmuş məhkəmə qərarının əsaslandığı sənədlərin saxtalaşdırılmasına əsaslı şübhələr olduğundan həmin iş üzrə qanuni qüvvədə olan məhkəmə qərarları cinayət təqibi üzrə yekun qərarın qəbul edilməsini mümkünsüz etdiyindən həmin qərarların ləğv olunması üçün məhkəməyə müraciət edilməsini xahiş etmişdir. Əlavə məlumat üçün bildirmişdir ki, X4 bənzər işi üzrə cinayət işi yekunlaşdırılaraq (Cinayət işinin nömrəsi 1(101 )-1005/2019) Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Mahmudovun sədrliyi ilə cinayət işi davam etdirilir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(085)- 3426/2017 saylı qərardadı ilə ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2- 1(85)-3426/2017 saylı qərarı ləğv edilmiş, iş üzrə məhkəmə icraatı təzələnmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-3426/2017 saylı inzibati iş üzrə icraat İddiaçı və digərlərinin barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə “cinayət təqibinə xitam verilməsinə dair qərar” və ya “məhkəmənin ittiham hökmü” qanuni qüvvəyə mindiyi vaxtadək dayandırılmışdır. (hakim C.Məmmədov) Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(085)-3426/2017 saylı qərardadının ləğv edilməsini xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)459/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Şikayətin dəlilləri İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “X3 inc” şirkətinin Azərbaycan nümayəndəliyinin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyil. Əvvəla qeyd olunan şirkət Azərbaycanda fəaliyyət göstərib. Lakin həmin vaxt həmin şirkətin VÖEN 9 rəqəmli olmuşdur. Sonradan fəaliyyət göstərmədiyi üçün yenidən müraciət edib 10 rəqəmli VÖEN almamışdır və bu səbəbdən də həmin şirkətin adı sistemdə çıxmır. Bir qayda olaraq bu cür şirkətlər haqqında məlumatlar Milli Gəlirlər Departamentində olur. Digər tərəfdən məhkəmə qərarında qeyd edir ki, iddiaçı işlədiyi müddət ərzində müəyyən vaxtlarda xaricdə olmuşdur. Bununla bağlı bildirir ki, şirkət beynəlxalq şirkət olduğu üçün həmin şirkətin işləri ilə bağlı xaricdə olmuşdur. Bundan başqa qeyd olunan qərar 2017-ci ildə qəbul olunmuş və həmin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermək müddəti ötmüşdür. Tərəflərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər; Sözügedən normanın təhlili göstərir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. İPM-nin 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilir. İş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********506900 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, dövlət reyestrində “X3 İNC” şirkətinin Azərbaycan Nümayəndəliyinin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi məhkəmənin sorğusuna xx.xx.2020-ci il tarixli 128-14762 nömrəli cavab məktubunda göstərmişdir ki, Qəribov X7 RPİ QŞVB tərəfindən qeydiyyata alınmadığı üçün onun barəsində heç bir məlumat verilə bilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin xx.xx.2020-ci il tarixli 018-2973-1220 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, xx.xx.1956-cı ildə Ağcəbədi rayonunda anadan olmuş Qəribov X5 rayon Polis Şöbəsindən xx.xx.2007-ci il tarixdə aldığı AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə hal-hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Azəryolelmitədqiqatlayihə" İnstitutu Məhkəmənin sorğusuna xx.xx.2020-ci il tarixli 92 nömrəli cavabında bildirmişdir ki, İddiaçı 1992-1997-ci illərdə AR Nazirlər Kabineti yanında "xxxx" Dövlət Şirkəti İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsində və 1998-2001-ci illərdə "xxxx" ASC-nin Avtomobil Bazasında əmək fəaliyyətinin olub-olmaması barədə idarələr tərəfindən İnstitutun arxivinə heç bir sənəd təqdim olunmamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya almaları barədə daxil olmuş məlumat əsasında xx.xx.2019-cu il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Məhkəmə kollegiyası hesab edir ki, işin yixarıda sadalanan halları, eləcə də əldə edilmiş sübutlar yeni açılmış hal hesab edilir və birinci instansiya məhkəməsi düzgün olaraq ərizəni təmin edərək iş üzrə icraatl təzələmişdir. 3 illik müddətlə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək kollegiya qeyd edir ki, mübahisə edilən qərar iş materiallarından göründüyü kimi xx xxxxxx 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. Cavabdeh tərəf isə yeni açılmış hallara dair ərizə ilə məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə, yəni 3 illik müddət ötürülmədən müraciət etmişdir. İcraatın təzələnməsi ilə yanaşı birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, İddiaçı 2-1 (85)-3426/2017 nömrəli inzibati iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılması Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində İddiaçı barəsində olan Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə başlanılmış araşdırılma yekunlaşaraq məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü çıxarıldıdan sonra mümkün olacaqdır. Belə ki, qeyd olunan cinayət işi üzrə aparılmış araşdırmanın nəticəsi olaraq İddiaçı tərəfindən hazırki, inzibati iş üzrə sübut qismində tədqim etdiyi sənədlərin həqiqiliyinə (saxta olmamasına) istintaq və ya cinayət işinə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Həmin sənədlərə hüquqi qiymət verildikdən sonra 2- 1(085)-1403/2018 saylı inzibati iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılması mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı pensiya təyin olunması üçün əsas olmuş rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, habelə həmin sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi və s. əməllərə görə cinayət işi başlandığından, həmin işin nəticəsinin hazırkı işlə birbaşa əlaqəsi olduğundan birinci instansiya məhkəməsi yeni açılmış hallarla bağlı iş üzrə təzələnmiş icraatı dayandıraraq düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(085)-3426/2017 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(085)- 3426/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 5 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 6 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar