Məhkəmə qərarları › İş №2-1(105)-92/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-92/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-92/2022 04.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Əhmədov Elman Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair Sumqayıt İnzibati Məhkəməsinin N0 noyabr 2020-ci il tarixli, 2-N(NN8)-N25N/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı məhkəməyə müraciət edərək, 04.04.N92-ci ildən 2N.07.N96-cı ilədək N saylı hərbi hissənin tərkibində xidməti ilə bağlı veteran kimi tanınaraq müharibə veteranı statusunun və veteran vəsiqəsi verilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 26.02.N7N-ci il təvəllüdlüdür. Qubadlı rayonu Hərbi Komissarlığı tərəfindən xidmətə çağırılmış, N saylı hərbi hissədə xidmət etmiş, ümumilikdə 04.04.N92-ci ildən 2N.07.N96-cı ilədək Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin verdiyi arayışlarda təsdiq olunur ki, o, N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə hərbi hissəyə əsgər qəbul edilmişdir. O 04.04.N92-ci ildən 2N.07.N96-cı ilədək həmin hərbi hissənin tərkibində xidmət etmişdir. Bu faktı döyüş yoldaşları da təsdiq edə bilər. Onun 04.04.N92-ci ildən 2N.07.N96-cı ilədək hərbi hissə tərkibində xidmətinə və xidməti ilə bağlı ona müharibə veteranı statusunun verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin, ona ünvanlanan MN-nin şəxsi Heyət Baş İdarəsinin 29.06.2020-ci il tarixli l/M-90N2 saylı cavab məktubunda bildirilmişdir ki, müraciətinə baxılmış və müsbət qərar qəbul edilməmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, müqavilə yolu ilə gəlmiş İddiaçı N () N-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli N №-li əmrilə hərbi hissənin N-ci ərazi müdafiə atıcı bölüyündə atıcı vəzifəsinə təyin olunmuş, 0N.NN.N92-ci il tarixdən xidmət yerində olmadığı üçün 3-cü taburun könüllü hərbi qulluqçusu, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N7 dekabr N92-ci il tarixli 42 №-li əmrilə şəxsi heyətinin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün hərbi komissarlığa göndərilmişdir. N №li hərbi hissə komandirinin yanvar-dekabr N93-cü il, yanvar-dekabr N94-cü il və iyul N96-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Buna görə cavabdeh etirazında iddiaçının hərbi xidmətdən qanunu əsaslarla buraxılmadığına görə iddianın təmin edilməməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-N25N/2020 saylı, N0 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin N0 noyabr 2020-ci il tarixli, 2-N(NN8)-N25N/2020 saylı qərarının ləğv edilib, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 202N-ci il tarixli qərarı ilə (hakimlər X7-məruzəçi, X5 və Babayeva Hökümə Çingiz qızı 2-N(N05)- N84/202N saylı iş) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin N0 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 202Nci il tarixli qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N02)N40N/ 202N saylı, 07 sentyabr 202N-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 202N-ci il tarixli, 2-N(N05)-N84/202N saylı qərarı lıəğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim X4, hakimlər X2 və XN). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissənin şəxsi heyətinin siyahısında olmuşdur. Buna görə də onun döyüş əməliyyatlarında iştirak etməsi mübahisə predmeti deyildir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş Əsasnamənin müddəalarına görə Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. Müdaiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 0N.08.20N-cu il tarixli 9/2-N083N №-li məktubunda göstərilir ki, müqavilə yolu ilə gəlmiş İddiaçı N () №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli N №-li əmrilə hərbi hissənin N-ci ərazi müdafiə atıcı bölüyündə atıcı vəzifəsinə təyin olunmuş, 0N.NN.N92-ci il tarixdən xidmət yerində olmadığı üçün 3-cü taburun könüllü hərbi qulluqçusu, siravi İddiaçı N №-li hərbi hissə komandirinin N7 dekabr N92-ci il tarixli 42 №-li əmrilə şəxsi heyətinin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün hərbi komissarlığa göndərilmişdir. N №-li hərbi hissə komandirinin yanvar-dekabr N93-cü il, yanvar-dekabr N94-cü il və iyul N96-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı hərbi xidmətdən qanuni əsaslarla buraxılmadığına görə birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, maddi hüquq normalarını pozmaqla düzgün hüquqi nəticəyə gəlməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı iddia edir ki, Müdafiə Nazirliyinin 24 iyun N96-cı il tarixli sərəncamı ilə təxris olunduğunu bildirir. Lakin N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrində həmin hərbi hissənin 3-cü taborunun yerində olmayan şəxsi heyətinin siyahısı göstərilmişdir ki, sıravi İddiaçı adı həmin siyahıda 5-ci yerdədir. Yəni iddiaçı həmin dövrdə xidməti yerində olmamış və xidməti yerini qanunsuz olaraq tərk etmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onun N92-ci ilin aprel ayından N96-cı ilin iyun ayına qədər hərbi xidmətdə olmasını və Qarabağda gedən döyüşlərdə iştirak etməsini bildirmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin N2-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (N2.N). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (N2.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin N0 noyabr 2020-ci il tarixli, 2- N(NN8)-N25N/2020 saylı qərarı ləğv edilməklə iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddia tələbinin təmin edilməli olmasına dair cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı N92-ci il 0N noyabr tarixdən xidmət yerində olmadığı üçün N nömrəli hərbi hissə komandirinin N92-ci il N7 dekabr tarixli, N nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün hərbi komissarlığa göndərilmişdir. İddiaçının şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün hərbi komissarlığa göndərilməsi isə onun qanunla müəyyən edilmiş qaydada ehtiyata və ya istefaya buraxıldığını özüözlüyündə ehtiva etmir. Məhkəmə kollegiyası tərəfindən cavabdehin qeyd olunan dəlillərinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müvafiq sorğular verilmiş və bununla əlaqədar Azərbaycan Respublikasının müdafiə nazirinin 24 iyun N96-cı il tarixli N4N nömrəli əmrinin təsdiq edilmiş surəti və N nömrəli hərbi hissə komandirinin N7 dekabr N92-ci il tarixli N nömrəli əmrindən (qeyri-məxvi) arxiv çıxarışı cavabdeh tərəfindən məhkəmə kollegiyasına göndərilmişdir. Məhkəmə kollegiyasına təqdim olunmuş N №-li hərbi hissə komandirinin N7 dekabr N92-ci il tarixli 42 №-li əmrinin arxiv çıxarışına əsasən müəyyən olunur ki, 3-cü taborun könüllü hərbi xidmətdə olan hərbiçisi sıravi İddiaçı 0N.NN.N92-ci ildən yerində olmadığı üçün tutduğu vəzifəsindən azad edilərək şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyat üçün hərbi komissarlığa göndərilmişdir. Bundan əlavə iddiaçının iş materiallarına əlavə edilmiş H3 ******* №-li hərbi biletin “müharibə dövründə xidmətkeçmə” adlanan N7-ci bəndində onun 2N.07.N96-cı il tarixli N6 №-li əmrlə hərbi hissə siyahısında çıxarılması qeyd olunsa da, bununla əlaqədar məhkəmə kollegiyasının sorğusuna cavab olaraq bildirilmişdir ki, Müdafiə Nazirinin 2N.07.N96-cı il tarixli N6 №-li əmri Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamış, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində 2N.07.N96-cı il tarixli N6 №-li əmr öz əksini tapmamışdır (i/v N24). Əksinə həmin vaxt əsgərlərin qanuni əsaslarla ehtiyata buraxılması Azərbaycan Respublikasının Müdafiə Nazirinin 24.06.N96cı il tarixli əmri ilə olmuşdur (i/v N26). Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı döyüş əməliyyatlarinda iştirak etmiş olsa da, onun xidmət etdiyi hərbi hissədən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması iş materialları ilə təsdiq olunmur. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilən apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin N0 noyabr 2020-ci il tarixli, 2-N(NN8)-N25N/2020 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Məhkəmə qərarından təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN3-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar