Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-920/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X11inə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X11inə qarşı “cavabdeh tərəfindən onun əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspert müayinəsinə təqdim edilmiş Y00103996AYN nömrəli göndəriş əsasında onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq (31-81 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1464/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X11 X5 və Ortopediya İnstitutunun 19 may 2022-ci il tarixli arayışına əsasən iddiaçıya aktiv hərəkətin olmaması diaqnozu qoyulmuşdur. “Psixi Sağlamlıq Mərkəzi” X11in 7 dekabr 2022-ci il tarixli arayışına əsasən iddiaçıya üzvi mənşəli (müharibə zamanı partlayış travması nəticəsində) dissosiativ pozuntu funksional tutmaları ilə (F06.5 kəkələmə F98.5 Anamnezində intihar fikirlərilə) diaqnozu qoyulmuşdur. Xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən açılan güllə nəticəsində xəsarət almışdır. Ştatlı Hərbi-Həkim Komissiyasının qərarı ilə iddiaçı barəsində “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 2682 nömrəli rəyinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də, Həkim Psixiatr Komissiyasında müayinə olunarkən ona “üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, intihar cəhdləri və nitq qüsuru - F07.0” diaqnozu müəyyən edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı məktubun surətindən görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müraciətiniz əsasında Siz xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişlərdə qeyd edilmiş diaqnozlar həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 tömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspert müayinəsinə təqdim edilmiş Y00103996AYN nömrəli göndəriş əsasında iddiaçının orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq (31-81 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildə həqiqi hərbi xidmətdə, 2019-2021-ci illərdə müddətdən artıq xidmət edən hərbi qulluqçu olmaqla hərbi xidmət keçmişdir. 2020-ci ildə 44 günlük vətən müharibəsi zamanı sentyabr ayının 28-də qolundan güllə yarası almışdır. Eyni zamanda partlayış zamanı psixoloji travma almışdır. Həmçinin, müharibədə aldığı xəsarətlə əlaqədar qulağında zədələnmə, gözündə zəifləmə müşahidə olunmuşdur. 2022-ci ildə ilkin olaraq Sumqayıt Psixiatriya Xəstəxanasının E00022346ZİA nömrəli göndərişi əsasında psixi xəstəliklə əlaqədar əlilliyin təyin olunması üçün tibbi sənədləri cavabdeh təşkilata göndərilmişdir. Həmçinin, qolunda, qulağında, gözündə və ödündə olan yanaşı xəstəliklər də həmin göndərişdə göstərilmişdir. Lakin, cavabdeh Agentlik iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Həmin imtinadan sonra iddiaçıya bildirilmişdir ki, barəsində tərtib edilmiş göndərişdə qolundan aldığı xəsarət əsas xəstəlik kimi, səhhətində olan psixoloji pozuntular isə yanaşı xəstəlik kimi göstərilməlidir. İddiaçı səhhətində olan xəstəliklərlə bağlı üç dəfə Maştağa qəsəbəsində yerləşən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında, həmçinin, Səhiyyə Nazirliyinin Buzovnada yerləşən X1 və digər tibb müəssisələrinin nevrologiya şöbələrində stasionar müalicə almışdır. xx.xx.2023-cü il tarixli Abşeron Rayon Mərkəzi Xəstəxanasının Y00103996AYN nömrəli göndərişi əsasında ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyi olan şəxs statusunun verilməsi üçün zəruri sənədləri cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən alınan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2022ci il tarixdə və xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olarkən sənədlər və sağlamlıq vəziyyətinin müayinəsi əsasında iddiaçıya təyin edilmiş diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Poliklinikasının xx.xx.2023-cü il tarixli 961 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, iddiaçıya səhhətində olan problemlə əlaqədar “orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli dıssosiativ pozuntu, funksional tutmalarla, kəkələmə ilə, anamenizində intihar fikirlərlə. Odlu silah yaralanması (xx.xx.2020), sol orta və mil sinirinin posttravmatik neyropatiyası, ətrafın pararezi ilə nəticələn qalıq əlaməti, funksiyanın mülayim pozulması ilə. Sol saidin aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasına, mil və dirsək sümüklərinin yuxarı 1/3-nin açıq, qəlpəli, yerdəyişmiş sınıqlardan eksternal fiksatorla sonrakı kafi bitişik sınıqlar. Partlayış travması (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltılı nitqin hər iki qulaqda 2 metr məsafədən eşitməsi" əlamətləri ilə "xolesistektomiyadan (xx.xx.2019) sonrakı bərkimiş dəri çapığı. Sağ gözün sadə miopik astiqmatizmi Em və M1, 0D nəticəsində görmə itiliyinin 0.6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1,0 olmaqla" diaqnozu qoyulmuşdur. Həmin şəhadətnaməyə əsasən, yuxarıda göstərilən diaqnoz xəstəlikdir, hərbi travmadır, hərbi xidmət dövründə alınmışdır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19.01 2023-cü il tarixli TQS № 027 nömrəli ambulator kitabçadan çıxarışına əsasən, iddiçıya səhhətində olan problemlə əlaqədar “sol yuxarı ətrafın mononeyropatiyası, sol yuxarı monoparez, partlayış travması” diaqnozu qoyulmuşdur. Həmin xəstəlik üzrə "postravmatik sefalgik sindrom” ağırlaşma və “hidrosefaliya, qıcolma sindromu" yanaşı xəstəlik diaqnozu qoyulmuşdur. Bu diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’'nın 7.6.2-cı bəndində göstərilmiş “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular" (F07.8) əlamətlərinə uyğun gəlir. X9 xx.xx.2023-cü il tarixli beyin KT müayinəsinin nəticəsinə əsasən, iddiaçıya səhhətində olan problemlə əlaqədar “lateral və İİİ ventikullar genişlənmə, sağ lateral ventrikul 22 mm, sağ lateral ventrikul 25 mm, İİİ ventrıkul 14 mm (hidrosefaliya)” diaqnozu qoyulmuşdur. Bu diaqnoz Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarının 6.1ci bəndində göstərilmiş “hidrosefaliya” (G91) xəstəliyinin əlamətlərinə uyğun gəlir. Uniklinikanın xx.xx.2023-cü il tarixli müayinə nəticələrinə əsasən, iddiaçıya səhhətində olan problemlə əlaqədar “daxili mədəcik sisteminin kompensasiya olunmuş hidraseforik hidratasiyası” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Psixi sağlamlıq vəziyyəti" X11i də xx.xx.2022- ci il tarixli müayinə zamanı iddiaçıya "üzvi mənşəli (müharibə zamanı partlayış travması nəticəsində) dissosiativ pozuntu funksional tutmaları ilə F06.5"; “kəkələmə F98.5” və “anamnezidə intihar fikirlərilə" diaqnozları qoyulmuşdur. TƏBİB-in "X5 və ortopediya institutu”nda xx.xx.2022-ci il tarixdə müayinə zamanı ona "odlu silah yaralanmasından sonra sol mil və dirsək sümüyünün yuxarı üçdə birinin bitişmiş sınığı, kontikal qatın qalınlaşması, sol bil bilək və sol əl barmaqlarının düz vəziyyətdə qalması, aktiv hərəkət yoxdur, sol orta və mil sümüyünün neyropatiyası, daimi ağrı sindromu, sol yuxarı ətrafın funksiyasını kəskin pozulması" (S52.4; Y36.4; G56.1; G56.3; R52.2; Z73.6) diaqnozları qoyulmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni: qarışıq dissosiativ (konversion) pozuntular. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Dəqiqləşdirilməmiş depressiv epizod kəkələmə (hıqqana-hıqqana danışmaq). Dirsək və mil sümükləri diafizlərinin müştərək sınıqları. Mil sinirininin zədələnməsi. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. Həmçinin bildirmək istəyirik ki, İddiaçı xx.xx.2023-cü il tarixli əyani müayinəsi həyata keçirilmiş və Abşeron rayon sakini xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmiş və ona diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir (xx.xx.2022-ci il tarixli 9198 nömrəli XHŞ). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması apanlaraq müəyyən olunmuşdur ki, idiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 961 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli dissosiativ pozuntu, funksional tutmalarla, kəkələmə ilə, anamnezində intihar fikirlərlə. Odlu silah yaralanması (xx.xx.2020), sol orta və mil sinirinin posttravmatik neyropatiyası, ətrafın parezi ilə nəticələnən qalıq əlaməti, funksiyanın mülayim dərəcədə pozulması ila. Sol saidin aşağı 1/3-nin dəlib-keçən qüllə yaralanmasına, mil və dirsək sümüklərinin yuxarı 1/3-nin açıq, qəlpəli, yerdəyişmiş sınıqlarından eksterenal fiksatorla fiksasiyasından sonrakı kafi bitişmiş sınıqları. Partlayış travması (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 2 (iki) metr məsafədən eşitməsi ilə’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Xolesistektomiyadan (xx.xx.2019) sonrakı bərkimiş dəri çapığı. Sağ gözün sadə miopik astiqmatizmi Em və M 1,0D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1,0 olmaqla diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 11535 nömrəli Tibbi rəyində diaqnoz “üzvi mənşəli (müharibə zamanı partlayış travması nəticəsində) dissosiativ pozuntu funksional tutmaları ilə, kəkələmə, anamnezində intihar fikirlərilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 14046/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz "üzvi mənşəli (müharibə zamanı partlayış travması nəticəsində) dissosiativ pozuntu, funksional tutmaları, kəkələmə ilə. Anamnezində intihar fikirlərilə” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, zəif eşitmədən, zəif görmədən, kəkələmədən, sol qolunda ağrılardan, əllərin uyuşmasından, hərəkət məhdudluğundan, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Ünsiyyət zamanı sualları həvəssiz cavablandırmış, zahirən həyəcanlı, əhvalının dəyişkən olması izlənilmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuşdur. Sol yuxan ətraf əzələlərində hipotrofiya izlənməmiş, parez əlamətləri qeyd olunmamış, hərəkətlər tam həcmdə olmuşdur. Təqdim olunan sənədlərdə intihar fikirləri qeyd olunsa da, müayinə zamanı anamnestik və kliniki olaraq öz təsdiqini tapmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “üzvi dissosiativ pozuntu, depressiv daxilolmalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1464/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiann təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir. Belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən halların müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən əyani müayinə barədə qərardad qəbul edilməmiş və ekspertiza həyata keçirilməmişdir. Həmçinin yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətini təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İzibati icraat haqqıda” Azəbaycan Respublikası Qanununa və Azəbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və(vəya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 6.1 Hidrosefaliya-G91 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2 baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular-F06 Qiymətləndirmə: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti
9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri 9.1 Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri-H60-H95 Qiymətləndirmə:9.1.3 eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə;9.1.4 eşitmə zəifliyi İV dərəcə, ikitərəfli;9.1.5. eşitmənin ikitərəfli tam itirilməsi;9.1.6 psixi pozulmalarla müşayiət olunan eşitmənin tam itirilməsi və nitqin tam olmaması
10. Görmənin və eşitmənin kombinə olunmuş pozuntuları, eləcə də artikulyasiyanın (nitqin) və səs əmələgəlmənin pozuntuları 10.1 Görmənin və eşitmənin kombinə olunmuş tam itirilməsi-H00-H95 6.5 Serebral iflic və digər paralitik sindromlar 6.5.1 serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya)-G81-G83 “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin edilməsindən imtina olunması əsası kimi diaqnozun əlillik əlaməti təyin etməsi üçün əsas olmaması halı çıxış etmişdir. Birinci instansiya məhkəməsinin qərraı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş, həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi Dirsək və mil sümükləri diafizlərinin müştərək sınıqları, partlayış travması, sol saidin yuxarı 1/3-ni dəlib keçən güllə yaralanması said sümüklərinin yerdəyişmiş sınığına görə aparılmış eksternal fiksatorla osteosintezindən sonrakı vəziyyət sol orta və mil sinirinin posttravmatik neyroptiyası (XBT kodu S52.4),ağırlaşmaları Üzvi dissosiotiv pozuntu,orta dərəcədə ifadə olunmuş üzvü mənşəli (müharibə zamanı partlayış travması) nəticsində disatativ pozuntu (XBT kodu F06.5), Yuxarı ətrafın digər mononevropatiyaları, yuxarı ətrafların posttravmatik neyropatiyası (sol orta və mil sinirinin posttravmatik neyropatiyası) (XBT kodu G56.8), kəkələmə (F98.5), Xroniki postravmatik baş aörısı,posstravmatik sefalgik sindromu (XBT kodu G44.3), Sust tetraplegiya, sol yuxarı ətrafın monoparezi əzələ gücü proksimalda 5.0 distalda 2.0 baldır (XBT kodu G82.3) yanaşı xəstəlikləri İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli neyrosensor ağıreşitmə (XBT kodu H90.6), Hiposefaliyanın digər növləri, hidrosefaliya qıcolam tutmaları ilə (ayda 2-3 dəfə) (XBT kodu G91.8) kimi qeyd edilmişdir. Həmçinin, Mərhəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş müvafiq şəhadətnamənin məzmunundan görünür ki, iddiaçı barəsində qoyulmuş diaqnoz xəstəlik “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli dissosiativ pozuntu, funksional tutmalarla, kəkələmə ilə, anamnezidə intihar fikirlərlə. Odlu silah yaralnması (xx.xx.2020), sol orta və mil sinirinin posttravmatik neyropatiyası, ətrafın parezi ilə nəticələnən qalıq əlaməti funskiyasının mülayim dərəcədə pozulması ilə, sol saidin aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasına, mil və dirsək sümüklərinin yuxarı 1/3-nin açıq, qəlpəli yerdəyişmiş sınıqlarından eksternal fiksatorla fiksasiyasından sonrakı kafi bitişmiş sınıqları. Xolesistektomiyadan sonrakı bərkimiş dəri çapığı, partlayış travması, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə,pıçıltı nitqini hər iki qulaqda iki metr məsafədən eşitməsilə,sağ gözün sadə miopik astiqmatizmi Em və M 1.0D nəticəsində görmə itiliyinin 0.6-ya qədər azalması korreksiya 1.0 olmaqla,sol gözün görmə itiliyi 1.0 olmaqla” kimi qeyd edilmiş, habelə səbəbli əlaqəsi kimi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” kimi əks olunmuşdur. İş materiallarında olan ambulator kartadan çıxarış məlumatından görünür ki, iddiaçı qeyd edilən diaqnoz xətəliklərlə bağlı diaqnostik müayinələrdən keçmiş,yaşayış yerində ambulator nevropatoloqun,psixiatrın nəzarətinə yazılır İş materiallarından görünür ki, iddiaçı qeyd edilən diaqnoz xəstəliklərlə bağlı müalicələr almışdır. İş materiallarında olan “Psixi Sağlamlıq Mərkəzi” X11 tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, iddaçı müayinə olunub, onun barəsində “Üzvi mənşəli (müharibə zamanı partlayış travması nəticəsində) dissiotiv pozuntu funksional tutmalar ilə F06.5, kəkələmə F98.5 anamnezində intihar fikirləri ilə” diaqnoz qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli və 16 sentyabr 2024-cü il tarixli həkim-psixiatr komissiyasının rəyinin məzmunundan görünür ki, iddiaçı müayinə olunub, onun barəsində “Üzvi (İİ Qarabağ müharibəzi zamnaı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, intihar cəhdləri, nitq qüsuru ilə F07.0” diaqnoz qeyd edilmişdir. Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi, həkim-psixiatr rəyləri əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişin tərtib edilmə tarixi və cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın tarixi nəzərə alınmaqla, hazırki iş üzrə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi meyarları”na uyğun olaraq həyata keçirilməlidir. Bu baxımından qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz, ağırlaşmaları və yanaşı xəstəlikləri (XBT kodu F06,G82.3, H90.6, G91.8) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq 187 nömrəli Qərarda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan patofunksional pozuntuların, qiymətləndirmə əlamətlərinin olmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin ekspert, həkim-mütəxəssis rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Başqa sözlə deək, indiki halda cavabdeh inzibati orqan iddiaçıda hansı əlamətlərin olmaması ilə bağlı heç bir tibbi sənəd və ya digər sübut (iddiaçının əyani müayinəsinin nəticələrinə dair) təqdim etməmiş, habelə həmin əlamətlərin nədən ibarət olmasına heç bir aydınlıq gətirməmiş, həmin halı ümumi söz şəklində ifadə etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliklər, ağırlaşmaları və yanaşı xəstəlikləri müvafiq Qərarla təsdiq edilmiş meyarlara əsasən əlilliyin təyin edilməsi üçün əsas hesab edildiyindən, habelə cavabdehin istinad etdiyi hallar iş materialları (ekspert rəyi, mütəxəssis rəyi və s. tibbi sənədlər) əsasında təkzib olunduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1464/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.