Məhkəmə qərarları › İş №2-1(105)-926/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-926/2025

12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-926/2025 12.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı və vəkili Vəkil2, Cavabdehin nümayəndələri X4 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, 2-1(118)- 1798/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür (AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi).

2. H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.

3. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 29 may 1981-ci il tarixli, 578 nömrəli “attestat” a əsasən iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil almış, ona “təmirçi-çilingər” ixtisası verilmişdir.

4. İddiaçının təqdim etdiyi 26 sentyabr 1983-cü il tarixli, MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan Boruyayma Zavodunun Boruyayma sexində, xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Sumqayıt Mərkəzi Domna təmir xüsusi tikinti quraşdırma trestinin Metallurgiya sexində (xx.xx.1993-cü il tarixdən Sumqayıt “Domnatəmir” Tikinti İdarəsi, xx.xx.2002-ci il tarixdən isə "xxxx" ASC adlandırılmışdır) işləmişdir.

5. İddiaçı 07 iyun 2024-cü il tarixdə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A-153228/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı 12 il 6 aydan az (1 il 7 ay 12 gün (xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1986xx.xx.1986-cı il və xx.xx.1993-xx.xx.1993-cü tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, əmək kitabçasında xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Domnatəmir” xüsusi tikinti quraşdırma trestinin Metallurgiya sexində avadanlıqların təmiri üzrə quraşdırıcı çilingər, xx.xx.1986-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində polad konstruksiya avadanlıqların təmiri üzrə quraşdırıcı, xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində isə qaynaqçı və qaz qaynaqçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı Mərkəzi Domna təmir trestinin ("xxxx" ASC) xx.xx.1994-cü il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin 07 mart 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Buna görə də, iddiaçının ümumi iş stajı 25 ildən az (19 il 9 ay 10 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və 2015-2024-cü illər üzrə 7 il 10 ay)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24339,58 manat təşkil edir.

7. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci il tarixdən ********* nömrəli şəhadətnamə, xx.xx.2006-cı il tarixdən ********** nömrəli Şəhadətnamə əsasında vergi ödəyicisi kimi uçotdadır və hazırda da fəaliyyəti aktivdir. Fiziki şəxs kimi vaxtaşırı olaraq sığorta haqları ödəmişdir. Domna Təmir Tikinti İdarəsində fəaliyyəti olmadığından və müəssisənin arxiv sənədləri arxivə təhvil verilmədiyindən oradan güzəştli şərtlərlə işlədiyi peşələr barədə arayışın əldə edilməsi mümkün olmamışdır. Əmək kitabçasında həmin müəssisədə işlədiyi peşələr barədə müvafiq qeydlər aparılmışdır. Qeyd edir ki, xx.xx.1985-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Domnatəmir” Xüsusi Tikinti Quraşdırma Trestində işlədiyi elektrik və qaz qaynaqçısı, quraşdırıcı çilingər peşələri 2 nömrəli siyahının XXXİİİ fəsli “Ümumi peşələr” bölməsinin 23200000-19906 və 23200000-11620 şifrlərinə əsasən), həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının 35-ci “Ümumi peşələr” bölməsinin 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.8-ci bəndinin a) yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verir.

9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, 2-1(118)-1798/2025 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim Rahim Həsənov).

11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən 12 il 6 aydan az xüsusi iş stajı vardır. Belə ki, iddiaçının əmək kitabçasında xx.xx.1983-xx.xx.2003-cü ilədək "xxxx" ASCdə işləməsi ilə bağlı qeydlər vardır. Cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı sözügedən müəssisənin nəzdində olmuş Mərkəzidomna təmir trestində 1994-cü ildən sonrakı illərə münasibətdə iddaçının işləməsi ilə bağlı məlumatlar aşkar etməmişdir. İcraat materiallarına əlavə edilmiş arxiv məlumatlarından görünür ki, ASC-nin nəzdində olmuş həmin müəssisənin arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin, müvafiq müəssisədə həmin ərəfədə işləmiş digər şəxs X6 barəsində DSMF və Azərboru ASC-nin birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan da görünür ki, Mərkəzidomna təmir tresti Azərbaycan Boruyayma Zavodunun ərazisində yerləşməklə, müəssisənin fəaliyyət sahəsinə uyğun olaraq domna sobalarının təmiri üzrə həmin zavodda xidmət göstərmişdir. Xidmət göstərdiyi domna sobalarına tələbat olmadığından müəssisənin xx.xx.1994-cü ildən fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının Mərkəzidomna təmir trestində 1994-cü ildən sonra işləməsinə dair kifayət qədər şübhəli məqamlar olduğundan, onun həmin müəssisədə işlədiyi illərin iş stajına daxil edilməsi məqsədəmüvafiq deyildir. Belə olan halda iddiaçının güzəştli iş stajı 12,5 ildən az təşkil edir. Ona görə iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir.

12. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, əmək kitabçası mötəbər hesab edilir. Müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması isə iddiaçının təqsiri ilə bağlı olmayan bir haldır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək etirazı iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, Mərkəzi Domna təmir tresti mübahisələndirilən dövr ərzində fəaliyyətdə olmuş, 1994-cü ildə isə trestin sadəcə olaraq adı dəyişdirilmişdir, hal-hazırda da zavodun tərkibində işləyən şəxslər var. Özü Sumqayıt Mərkəzi Domna təmir xüsusi tikinti quraşdırma trestində 2003-cü ilədək işləmişdir. 2003-cü ildən isə VÖEN-i mövcuddur. Həftənin şənbə və bazar günləri maşın bazarında ticarətlə məşğul olur, hazırda da VÖEN-i var və ticarətlə məşğul olmağa davam edir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının 2003-cü ildən VÖEN-ə sahib olduğu müəyyən edilmişdir. Bu hal müəssisənin fəaliyyəti dayandırıldığından iddiaçının əlavə fəaliyyətlə məşğul olması qənaətinə gəlməyə imkan verir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının "xxxx" ASC-də işlədiyi xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək və xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrlər müəssisənin fəaliyyətinin xx.xx.1994-cü il tarixdən dayandırılması əsası ilə tərəflərindən güzəştli iş stajı kimi qəbul edilmir.

19. Cavabdehin hər iki nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.

TƏTBİQ EDİLƏN HÜQUQ:

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısı

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

29. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

31. Belə ki, işə baxan məhkəmə tərəfindən işin halları tam araşdırılmamış, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

32. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir.

33. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajı; 2) azı 12,5 il güzəştli iş stajı.

34. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının hərbi xidmət (xx.xx.1981xx.xx.1983-cü il), təhsil (xx.xx.1980-xx.xx.1981-ci il) və əmək kitabçasının (xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.2003-cü il) yuxarıda qeyd olunan məlumatları nəzərə alındıqda onun sığorta stajı 22 il 01 ay 23 gün təşkil edir.

35. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 21 may 2024-cü il tarixli, **********012300 nömrəli məktubu, eləcə də, DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 07 iyun 2024-cü il tarixli, 3-17-1/2-134268/2024 nömrəli məktub məlumatlarından görünür ki, iddiaçı 1997-ci ildən vergi ödəyicisi kimi qeydiyyata alınmış və adına VÖEN verilmişdir. Onun tərəfindən 2008, 2009, 2011-2024-cü illərin müvafiq aylarında sığortaedən kimi məcburi dövlət sosial sığorta haqları ödənilmişdir.

36. Qeyd olunan dövrdən 7 il 10 aylıq müddət iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət kimi “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə müvafiq olaraq sosial sığorta stajına daxil edilmişdir.

37. Cavabdeh hazırda iddiaçının həm ümumi, həm də güzəştli iş stajını mübahisələndirir.

38. Belə ki, cavabdeh ümumi iş stajı kimi iddiaçının hərbi xidmət, təhsil dövrlərini, əmək kitabçası üzrə Azərbaycan Boruyayma Zavodunun Boruyayma sexində işlədiyi xx.xx.1983-xx.xx.1984-cü il tarixləri arasında dövrü və Sumqayıt Mərkəzi Domna təmir xüsusi tikinti quraşdırma trestinin Metallurgiya sexində işlədiyi dövrün xx.xx.1985xx.xx.1993-cü il tarixləri arasındakı hissəsini, eləcə də, sığortaedən kimi MDSS ödədiyi 2015-2024-cü illər üzrə 7 il 10 aylıq dövrü, ümumilikdə, 19 il 9 ay 10 günlük dövrü qəbul edir.

39. Müvafiq olaraq güzəştli iş stajı kimi isə Azərbaycan Boruyayma Zavodunun Boruyayma sexində və Sumqayıt Mərkəzi Domna təmir xüsusi tikinti quraşdırma trestinin Metallurgiya sexində təmirçi-çilingər, elektrik-qaynaqçısı və qaz qaynaqçısı vəzifələrində işlədiyi xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.1986-cı il və xx.xx.1993-xx.xx.1993cü tarixləri arasındakı 1 il 7 ay 12 günlük dövrü güzəştli iş stajı kimi qəbul edir.

40. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZB- 01/386 nömrəli güzəştli arayışdan və əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan Boruyayma Zavodunun Boruyayma sexində təmirçi-çilingər vəzifəsində işləmiş, həmin vəzifə 2 nömrəli Siyahının 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 4-cü Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bəndinin a) fəhlələr yarımbəndində qeyd edilən “təmirçi-çilingərlər” (2040400a—18559 kodla), eyni zamanda NK-nın 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının eyni adlı 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.8-ci bəndinin a) fəhlələr yarımbəndində təmirçiçilingər adı ilə qeyd edilmişdir.

41. Qeyd olunan dövr mübahisələndirilməyərək iddiaçının həm ümumi, həm də güzəştli iş stajına daxil edilmişdir.

42. Cavabdeh əmək kitabçasında iddiaçının işlədiyi qeyd edilən Mərkəzi Domna təmir trestinin ("xxxx" ASC) xx.xx.1994-cü il tarixindən sonra fəaliyyətdə olmadığı səbəbilə xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrü mübahisələndirərək həmin dövrü nə ümumi, nə də güzəştli iş stajına daxil etmir, bu baxımdan, ümumi iş stajının 25 ildən az, güzəştli iş stajının isə 12,5 ildən az olduğunu hesab edir.

43. İmtina məktubu, iddia tələbinə etiraz və apellyasiya şikayətinin dəlillərində cavabdeh qeyd olunan faktın "xxxx" ASC-nin 07 mart 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edildiyini bildirir.

44. Cavabdehin nümayəndəsi tərəfindən "xxxx" ASC-nin əməkdaşının iştirakı ilə tərtib edilmiş həmin aktda qeyd edilmişdir ki, X1 işlədiyi Mərkəzi Domna təmir tresti Azərbaycan Boruyayma Zavodunun ərazisində yerləşməklə, müəssisənin fəaliyyət istiqamətinə uyğun olaraq domna (marten) sobalarının təmiri üzrə həmin zavoda xidmət göstərmişdir. Mərkəzi Domna təmir tresti Rusiya Federasiyasının Sumqayıt Filialı kimi fəaliyyət göstərmişdir. Xidmət göstərdiyi domna sobalarına tələbat olmadığından müəssisə xx.xx.1994-cü il tarixdən fəaliyyətini dayandırmışdır.

45. Birinci instansiya məhkəməsi iş üzrə əlavə araşdırma aparmadan yalnız sözügedən aktda qeyd olunanlara istinad edərək, mübahisələndirilən dövrlərin iddiaçının iş stajına daxil edilməməsinə dair cavabdehin mövqeyini əsaslı hesab etməklə iddianı rədd etmişdir.

46. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, əvvəla, cavabdehin istinad etdiyi aktda qeyd edilən hal iddiaçının deyil, başqa şəxsin pensiya işinə dair inzibati icraat zamanı müəyyən edilmişdir. Digər tərəfdən, aktın ASC-nin əməkdaşı tərəfindən imzalanmış olması hələ qeyd olunan halın təkzibedilmiş şəkildə təsdiqi kimi qəbul edilə bilməz.

47. Belə ki, iddiaçı məhkəmə iclasında izahatında Mərkəzi Domna təmir trestinin mübahisələndirilən dövr ərzində fəaliyyətdə olduğunu, 1994-cü ildə isə trestin sadəcə olaraq adının dəyişdirildiyini, hal-hazırda da zavodun tərkibində işləyən şəxslər olduğunu bildirmişdir.

48. Əmək kitabçasının 4-7-ci səhifəsinin 3-cü qrafasının qeydlərindən də görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Sumqayıt Mərkəzi Domna təmir xüsusi tikinti quraşdırma trestinin Metallurgiya sexində işləmiş, xx.xx.1994-cü il tarixdə isə idarənin adı dəyişdirilərək “Azərmetallurgiya” İstehsalat Birliyi Domna Təmir Tikinti İdarəsi adlandırılmışdır.

49. Kollegiyanın Mərkəzidomna təmir trestinin xx.xx.1994-cü il tarixindən sonra fəaliyyətdə olub-olmadığı barədə məlumatın verilməsinə dair sorğusuna cavab olaraq isə “X13” Qapalı Səhmdar Cəmiyyəti X2 xx.xx.2025-ci il tarixli, AZB-01/188 nömrəli məktubunda qeyd edilmişdir ki, “Mərkəzidomnatəmir” Tikinti Quraşdırma İdarəsi ‘‘Azərboru” ASC-nin (keçmiş Azərbaycan Boruyayma zavodu) ərazisində müstəqil müəssisə kimi fəaliyyət göstərmiş, marten (poladəritmə) sobalarının, yayma və boruyayma dəzgahlarının, digər əsas avadanlıqların təmiri və quraşdırılması üzrə xidmət göstərmişdir. Qeyd edilən müəssisənin fəaliyyətinin dəqiq hansı tarixdə dayandırılması barədə "xxxx" ASC-də hər hansı bir məlumat yoxdur. Lakin, 1994-cü ildən başlayaraq müəssisənin istehsal gücünün azalması nəticəsində istehsal sahələrində fəaliyyət tədricən dayanmağa başlamış, 1997-ci ildə ilk əvvəl Marten sexi, daha sonra Yayma sexi fəaliyyətini dayandırmışdır. Boruyayma sexi isə fasilələrlə fəaliyyətini davam etdirsə də, 2003-cü ildən başlayaraq bu günədək isə davamlı olaraq fəaliyyətini davam etdirir və elə həmin dövrdən başlayaraq avadanlıqların təmiri və quraşdırılması işləri "xxxx" ASC-nin öz işçiləri tərəfindən həyata keçirilir. Həmçinin, arxiv sənədlərinin olmaması səbəbindən müəssisə barədə təsdiqedici sənədlərin təqdim olunması qeyri-mümkündür. Qeyri-dəqiq məlumat əsasında tərtib edilmiş və "xxxx" ASC-nin sabiq əməkdaşı tərəfındən imzalanmış 07 mart 2023-cü il tarixli Aktın isə nəzərə alınmaması xahiş edilmişdir.

50. Məktubun məzmunundan göründüyü kimi iddiaçının işlədiyi “Mərkəzidomnatəmir” Tikinti Quraşdırma İdarəsi cavabdehin bildirdiyi kimi fəaliyyətini tamamilə dayandırmamış, yalnız bəzi sexlərlə istehsal gücü azaldığından onlar fəaliyyətini dayandırmış, müəssisə iddiaçının işlədiyi 1985-2003-cü illərdə ümumilikdə hüquqi şəxs kimi mövcud olmuş, xx.xx.1993-cü il tarixdə adı dəyişdirilərək Sumqayıt “Domnatəmir” Tikinti İdarəsi adlandırılmış, xx.xx.2002-ci il tarixdən təşkilatı-hüquqi forması dəyişdirilərək "xxxx" ASCyə çevrilmişdir.

51. Bununla bağlı qeydlər, yəni iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin müəssisədə işləməsi faktı ən əsası əmək kitabçasında təsbit edilmişdir.

52. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin sözügedən dəlili iddiaçının həmin dövrdə qeyd olunan müəssisədə işlədiyinə şübhə yaradan hal deyildir.

53. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

54. Həmçinin, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu.

55. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

56. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

57. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

58. Kollegiya qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

59. Beləliklə, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Mərkəzidomna təmir trestində işlədiyi 9 il 6 ay 20 günlük dövr cavabdeh tərəfindən mübahisələndirilməyən 19 il 9 ay 10 günlük dövrlə birgə nəzərə alındığında 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir.

60. Güzəştli iş stajı ilə bağlı isə cavabdeh eyni əsasla (müəssisə xx.xx.1994-cü il tarixdən fəaliyyətini dayandırdığından) xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1993cü il və xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövrü mübahisələndirir.

61. Cavabdehin qeyd olunan dəlilinin isə əsassızlığına yuxarıda hüquqi qiymət verilmişdir.

62. Əmək kitabçasının qeydlərindən görünür ki, iddiaçı yuxarıda qeyd olunan mübahisələndirilən dövrdə Mərkəzi Domna təmir trestində “quraşdırıcı-çilingər”, "elektrik qaynaqçısı", "qaz qaynaqçısı” peşələrində işləmişdir.

63. Həmin dövlərlə bağlı iş materiallarında iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli arayış olmadığından kollegiya tərəfindən bununla bağlı “X13” QSC-nin X3 sorğu verilmişdir.

64. Sorğuya cavab olaraq X2 23 oktyabr 2025-ci il tarixli, AZB-01/201 nömrəli məktubundan görünür ki, həmin müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir və bu sahələrdə çalışan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirdiklərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. İddiaçının xx.xx.1985-xx.xx.2003-cü il tarixləri arasındakı dövrdə "Mərkəzidomnatəmir” Tikinti Quraşdırma İdarəsində işlədiyi “quraşdırıcı-çilingər”, "elektrik qaynaqçısı", "qaz qaynaqçısı” peşələrini işlədiyi sexdən və istehsalat sahəsinin iş şəraitindən asılı olaraq 1 nömrəli Siyahının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” - (1030200a-1753a), (1030300a-1753a), (1030400a-1753a); həmçinin, 2 nömrəli Siyahının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları” - (2040200a-14587), (2040300a-14587), (2040400a-14587), eləcə də, həmin Siyahının 33-cü Ümumi peşələr bölməsində “qaz qaynaqçıları” - (23200000-11620), “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” - (23200000-19906) peşələrinə uyğunlaşdırmaq mümkündür.

65. Göründüyü kimi iddiaçının işlədiyi müəssisənin hüquqi varisi olan müəssisə tərəfindən qeyd olunan dövrlər güzəştli iş stajı kimi təsdiq edilmişdir.

66. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının Mərkəzi Domna təmir trestində işlədiyi xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1993-cü il və xx.xx.1994xx.xx.2003-cü il tarixləri arasındakı 17 il 09 ay 21 günlük dövr də güzəştli iş stajı kimi qəbul edilməlidir.

67. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 25 ildən artıq ümumi, 12,5 ildən artıq güzəştli iş stajına malikdir.

68. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan xüsusatlarını nəzərə almadan iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, 2-1(118)-1798/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar