Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-93/2022 13.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabeh tərəfindən qəbul edilmiş 18 dekabr 2019-cu il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********733900 saylı” qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 2-1(118)-595/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh vergi orqanı mal qalığının olub-olmamasını müəyyən etmək üçün xx.xx.2019-cu il tarixində İddiaçı MMC-nin Sumqayıt şəhəri, Çerkasski 498 ünvanında yerləşən anbarda olmuş, lakin anbar bağlı olduğundan müşahidə apara bilməmişdir. Cavabdeh vergi orqanı tərəfindən bununla bağlı xx.xx.2019- cu il tarixində akt tərtib edilmişdir.
2. Bundan sonra cavabdeh xx.xx.2019-cu il tarixli **********761500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir.
3. Cavabdeh kameral vergi yoxlaması apararaq 2019-cu il oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablamış və “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********733900 nömrəli qərar qəbul etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********733900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın qanunsuz və əsassız hesab edilməsi, ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. xx.xx.2019-cu il tarixdə vergi orqanının nümayəndələri müəssisənin təsərrüfat subyekti kimi qeydiyyatdan keçirtdiyi Sumqayıt şəhəri, Çerkasski 498 ünvanında yerləşən anbarında olmuşlar. Lakin həmin vaxt iddiaçının icarəyə götürdüyü anbarda heç bir mal qalığı olmadığından qapı bağlı olmuşdur. Faktiki olaraq mal qalığı müəssisənin digər təsərrüfat subyektində - ünvan 2 ünvanında yerləşən anbarda olmuşdur. Bu barədə Çerkasski 498 ünvanında yerləşən təsərrüfat subyektini icarəyə verən şəxs vergi işçilərinə məlumat vermiş və bu barədə vergi orqanının nümayəndələrinin iştirakı ilə xx.xx.2019 tarixli akt tərtib edilmişdir. Sonradan həmin aktın surəti icarəyə verən tərəfindən X2 təqdim olunmuşdur. xx.xx.2019-cu il tarixində ünvan 2 ünvanında yerləşən obyekti qeydiyyata qoymaq məqsədilə tərəflərindən vergi orqanına müraciət olunmuş və xx.xx.2019-cu il tarixində **********-11001 saylı qeydiyyat kodu ilə obyekt qeydiyyata alınmışdır. Buna baxmayaraq vergi orqanı əməkdaşları müəssisənin direktoru X3 ilə əlaqə yaratmamış, təsərrüfat subyektinin qeydiyyat məsələlərini tam araşdırmamış və müəssisənin digər obyektində (ünvan 2) nəzarət tədbiri keçirmədən anbarda mal qalığının mövcud olub-olmaması araşdırılmamışdır. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq 18 dekabr 2019-cu il tarixdə müəəsisəyə **********733900 saylı qərarla 404411.51 manat məbləğində əlavə vergi hesablanmışdır. Vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Bununla əlaqədar iddiaçı tərəfindən **********777300 saylı xx.xx.2019-cu il tarixli şikayət məktubu ilə vergi orqanına müraciət olunmuşdur. Vergi orqanı müəssisənin faktiki olaraq istifadə etdiyi anbarda hər hansı bir araşırma aparmamış və ətraflı araşdırma aparmadan 18 dekabr 2019-cu il tarixli **********733900 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir.
6. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, vergi ödəyicisinin 2019-cu ilin iyulsentyabr ayları üzrə 2896211,79 (ƏDV ilə birlikdə) manat dəyərində mal idxal etməsinə baxmayaraq, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 231958,55 (ƏDV ilə birlikdə) manat dövriyyə göstərildiyindən 2664253,24 manat kənarlaşma yaranmışdır. Operativ nəzarət idarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli **********044100 nömrəli xidməti məlumatda vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamış, anbarın qapısı bağlı olduğundan mal qalığının yoxlanılması mümkün olmamışdır. Obyekti icarəyə verən X4 ilə tərtib edilmiş akta əsasən icarədar icarəçinin 10 gündən çoxdur ki, anbara gəlmədiyini, telefon zənglərinə cavab vermədiyini, aylardır icarə haqqını ödəmədiyini bildirmişdir. Vergi Məcəlləsinin 37.1- ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. xx.xx.2019-cu il tarixli **********761500 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılaraq 2019-cu il oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının "vergilərin hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********733900 nömrəli qərarı göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
7. Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2020-ci il tarixli 2-1(118)-595/2020 nömrəli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərarı qəbul edərkən cavabdeh qanunvericiliyin tələblərini pozmamışdır. İddiaçı mal qalığının müəssisənin digər subyektində olduğunu bildirsə də, həmin dövrdə sözügedən anbarda əlavə dövriyyə kimi nəzərə alınaraq hesablama aparılmış mal qalığının olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir.
9. İddiaçı məhkəmə qərarından apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsi və iddianın tam təmin edilmədi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikaytətində iş üzrə birinci instansiya məhkəməsinin qərarının mətninə istinad edilərək göstərilir ki, məhkəmə qanunsuz və əsassız olaraq şifahi məhkəmə icraatında iddiaçının nümayəndəsinin iştirakını təmin etməmişdir və xx.xx.2020-ci il tarixində keçiriləcək məhkəmə iclası barədə lazımi qaydada xəbərdarlıq etməmiş və məhkəmə iclasında əlavə sübutlar təqdim etməsinə və sübutların tədqiqində iştirakına şərait yaratmamışdır. Halbuki, məhkəmə iddiaçının nümayəndəsinin hansı səbəbdən iştirak etmədiyini araşdırmamış və onun məhkəmə iclıasında iştirakı üçün lazımi tədbir görməmişdir, bu məsələni aydınlaşdırmaq üçün ən azından məhkəmə iclasını təxirə salmamışdır. Digər tərəfdən, məhkəmənin müvafiq qərarı cavabdehin iddia ərizəsinə yazdığı etirazının tam köçürülməsidir. Məhkəmənin irəli sürdüyü bu “dəlil” tamamilə qanunsuz, əsassız və ziddiyyətlidir. Belə ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. xx.xx.2019-cu il tarixdə Vergi orqanının nümayəndələri müəssisənin təsərrüfat subyekti kimi qeydiyyatdan keçirtdiyi Sumqayıt şəhəri Çerkasski 498 ünvanda yerləşən anbarında olmuşlar. Lakin həmin vaxt iddiaçının icarəyə götürdüyü anbarda heç bir mal qalığı olmadığından qapı bağlı olmuşdur. Faktiki olaraq mal qalığı müəssisənin digər təsərrüfat subyektində; ünvan 4 ünvanında yerləşən anbarda olmuşdur. Bu barədə Çerkasski 498 ünvanında yerləşən təsərrüfat orqanının nümayəndələrinin iştirakı ilə xx.xx.2019 tarixli akt tərtib edilmişdir. Sonradan subyektini icarəyə verən şəxs vergi işçilərinə məlumat vermiş və bu barədə vergi həmin aktın surəti icarəyə verən tərəfindən X2 təqdim olunmuşdur. xx.xx.2019-cu il tarixli aktda deyilir ki, “Biz aşağıda imza edənlər bu aktı tərtib edirik ki, Güvən Ceramic MMC-yə məxsus Sumqayıt şəhəri, Çerkassi küçəsi 498-də yerləşən əsas sahəsi 600 kv. metr olan anbarda mal qalığının olub-olmadığını müəyyən etmək üçün həmin anbarı icarəyə verən X1 iştirakı ilə anbarın bağlı olduğunu müşahidə etmişlər. İcarəyə verən Abbasov Ədalət həmin müəssisənin uzun müddətdi anbara gəlmədiyini icarə haqqını ödəmədiyini bildirmişdir. Müəssisənin rəhbəri ilə əlaqə saxlasalar da (tel:050-609-50-96tel:***-***-**-**) telefona cavab verməmişdir.” Anbarı icarəyə verən kimi deyə bilər ki, son 10 gündə anbarı icarəyə götürən icarəyə götürdüyü yerə çox az-az gəlir. Qapı bağlı olur. Onda olan məlumata görə aşağıda göstərilən ünvanda mal satır: ünvan 5 05.11. 2019-cu il tarixində ünvan 6 ünvanında yerləşən obyekti qeydiyyata qoymaq məqsədilə tərəflərindən vergi orqanına müraciət olunmuş və xx.xx.2019-cu il tarixində **********-11001 saylı qeydiyyat kodu ilə obyekt qeydiyyata alınmışdır. Buna baxmayaraq vergi orqanı əməkdaşları müəssisənin direktoru X3 ilə əlaqə yaratmamış, təsərrüfat subyektinin qeydiyyat məsələlərini tam araşdırmamış və müəssisənin digər obyektində (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ Dadaş Bünyadzadə küçəsi 2D) nəzarət tədbiri keçirmədən anbarda mal qalığının mövcud olub olmaması araşdırılmamışdır. Buna baxmayaraq qanunsuz və əsassız olaraq 18 dekabr 2019-cu il tarixdə müəssisəyə “Vergilərin, social sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********733900 saylı qərarla 404411,51 manat məbləğində əlavə vergi hesablanmışdır. Vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Bununla əlaqədar iddiaçı tərəfindən **********777300 saylı xx.xx.2019-cu il tarixli şikayət məktubu ilə vergi orqanına müraciət olunmuşdur. Cavabdehin iddiaya etirazının əsas dəlilləri bundan ibarət olmuşdur ki, “cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Belə ki, vergi ödəyicisinin 2019-cu il iyul-sentyabr ayları üzrə 2896211,79 (ƏDV ilə birlikdə) manat dəyərində mal idxal edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 231958,55 (ƏDV ilə birlikdə) manat dövriyyə göstərildiyindən 2664253,24 manat kənarlaşma yaranmışdır. əlavə olaraq qeyd edilmişdir ki, operativ nəzarət idarəsindən daxil olmuş 15.11. 2019-cu il **********044100 nömrəli xidməti məlumatda vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamış, anbarın qapısı bağlı olduğundan mal qalığının yoxlanılması mümkün olmamışdır. Obyekti icarəyə verən X4 ilə tərtib edilmiş akta əsasən icarədar icarəçinin 10 gündən çoxdur ki, anbara gəlmədiyini, telefon zənglərinə cavab vermədiyini, aylardır icarə haqqını ödəmədiyini bildirmişdir. Beləliklə iddiaçı tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılaraq 2019-cu il oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********733900 nömrəli qərarı göndərilmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(105)-258/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2020-ci il tarixli 2-1(118)-595/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(105)-258/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1447/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)- 258/2021 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Ali Məhkəmənin iş üzrə qərarında göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli araşdırılmamış, apellyasiya şikayətinin dəlillərinə, eləcə də iddiaçının təqdim etdiyi vəsatət və sübutlara qiymət verilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlilləri ilə bağlı ətraflı araşdırma aparmalı, iddiaçının malın dövriyyəsi ilə bağlı təqdim etdiyi sənədləri araşdıraraq apellyasiya dəlillərinə qiymət verməli, iddiaçıya məxsus Qaradağ rayonu ərazisində yerləşən anbara yerində baxış keçirməklə həmin anbarda mal qalığı olub-olmamasını, olduğu təqdirdə ekspertiza təyin edərək həmin mal qalığının dəyərini və müvafiq vergilərin vaxtında ödənilib-ödənilmədiyini müəyyən etməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
18. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər.
19. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
20. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.
21. Vergi Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.
22. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir.
23. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.
24. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir.
25. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.
İnzibati Prosessual Məcəllə:
26. İnzibati Prosessual Məcəllənin 11.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
27. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, iş üzrə təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə uyğun olaraq aparımış aradırma nəticəsində apllyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamış, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərarının qəbul edilməsi zamanı qanunvericiliyin tələblərini pozması müəyyən edilməmişdir.
30. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətinin iddiaçının nümayəndəsinin iş üzrə keçirilmiş xx.xx.2020-ci il tarixli məhkəmə iclası barədə lazımi qaydada xəbərdarlıq edilməməsi və məhkəmə iclasında əlavə sübutlar təqdim etməsinə və sübutların tədqiqində iştirakına şərait yaradılmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclası iddiaçının nümayəndəsinin iştirakı ilə keçirilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və iddiaçının nümayəndəsi bu barədə bildirişin kötüyünə imza etməklə (cild 1, dəh 126). məhkəmə iclasının vaxtı barədə məlumatlı olsa da, xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Həmin tarixdə cavabdehin nümayəndəsinin iştirakı ilə işə mahiyyəti üzrə baxılması qurtarmış və məhkəmə qərarının xx.xx.2022-ci il tarixdə elan olunacağı bildirilmişdir. Göründüyü kimi, iddiaçının müvafiq dəlilləri iş materialları ilə təkzib olunur.
31. İddiaçının apellyasiya şikayətinin yoxlama dövründə faktiki olaraq mal qalığının müəssisənin digər təsərrüfat subyektində - ünvan 4 ünvanında yerləşən anbarda olması ilə bağlı dəlillərinə, habelə Ali Məhkəmənin İnzibati Kollegiyasının iddiaçıya məxsus həmin anbara yerində baxış keçirməklə anbarda mal qalığı olub-olmamasını, olduğu təqdirdə ekspertiza təyin edərək həmin mal qalığının dəyərini və müvafiq vergilərin vaxtında ödənilib-ödənilmədiyinin müəyyən edilməli olması ilə bağlı göstərişinə münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarından görünür ki, həmin obyekt iddiaçının müraciətinə əsasən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
32. Təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin təqdim etdiyi “obyektin onlayn ləğv ərizəsi” üzrə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin arayışından görünür ki, həmin obyekt (anbar) vergi ödəyicisinin (iddiaçının) müraciəti əsasında xx.xx.2020-ci il tarixdə - hələ hazırkı iş üzrə birinci instansiya məhkəməsində icraat davam edən zaman ləğv edilmişdir. Təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi də öz izahatında hazırda həmin anbar mövcud olmadığından ona baxış keçirilməsinin və ekspertiza təyin edilməsinin mümkün olmadığını bildirmişdir.
33. Bundan əlavə cavabdehin nümayəndəsinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli 0250615, 0250614, ******* saylı inzibat xəta haqqında protokollardan görünür ki, həmin protokollar ergilər Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən Vergi Məcəlləsinin 50-ci maddəsinə müvafiq olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Dadaş Bünyadzadə 2D ünvanında yerləşən İddiaçı MMC-yə məxsus anbarlarda “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarların icrası zamanı İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə (sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, anbarlara, satış sahələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə) tərtib edilmişdir.
34. Qeyd edilən hallar isə, ən azından müvafiq dövrdə (xx.xx.2020-ci il tarixdə), habelə qeyd edilən anbarın uçotdan çıxarıldığı xx.xx.2020-ci il tarixdə 2019-cu ilin iyul-sentyabr ayları üzrə idxal edilmiş mallardan yaranmış 2664253,24 manat kənarlaşma üzrə malların apellyasiya şikayətində göstərildiyi kimi - faktiki olaraq mal qalığının müəssisənin digər təsərrüfat subyektində olması barədə dəlillərini təkzib edir.
35. İddiaçının apellyasiya şikayətinin digər dəlillərinə, o cümlədən iddiaçının malın dövriyyəsi ilə bağlı təqdim etdiyi sənədlərin araşdırılaraq apellyasiya dəlillərinə qiymət verilməli olması ilə bağlı kassasiya instansiyası məhkəməsini qərarında göstərilən hüquqi mövqe ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad edilən normalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir.
36. Cavabdeh vergi orqanı mübahisələndirilən qərar və hərəkətlərinin qanuniliyini onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin 2019-cu il iyul-sentyabr ayları üzrə 2896211,79 (ƏDV ilə birlikdə) manat dəyərində mal idxal edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 231958,55 (ƏDV ilə birlikdə) manat dövriyyə göstərildiyindən 2664253,24 manat kənarlaşma yaranmışdır. Əlayə olaraq qeyd etmişdir ki, Operativ nəzarət idarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli **********044100 nömrəli xidməti məlumatda vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamış, anbarın qapısı bağlı olduğundan mal qalığının yoxlanılması mümkün olmamışdır. Obyekti icarəyə verən X4 ilə tərtib edilmiş akta əsasən icarədar icarəçinin 10 gündən çoxdur ki, anbara gəlmədiyini, telefon zənglərinə cavab vermədiyini, aylardır icarə haqqını ödəmədiyini bildirmişdir.
37. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunanlara əsasən xx.xx.2019-cu il tarixli **********761500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir.
38. İnzibati orqan yuxarıda qeyd edilənlərə əsaslanaraq iddiaçı tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün kameral vergi yoxlaması apararaq 2019-cu il oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləğinin hesablanması barədə xx.xx.2019-cu il tarixli **********733900 nömrəli Qərar qəbul etmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində, o cümlədən iş üzrə məhkəmə araşdırması zamanı cavabdeh vergi orqanının qərarında istinad edildiyi kimi, 2019-cu il iyul-sentyabr ayları üzrə 2896211,79 (ƏDV ilə birlikdə) manat dəyərində malın idxal edilməsini, həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 231958,55 (ƏDV ilə birlikdə) manat dövriyyə göstərilməsini mübahisələndirməmişdir. Cavabdeh tərəfindən bu barədə müvafiq sənədlər iddia ərizəsinə etiraza əlavə edilərək birinci instansiya məhkəməsinə təqdim edilmişdir (cild 1, səh 27-82).
40. İddiaçının yeganə dəlili vergi oranının qərarında kənarlaşma kimi qeyd edilmiş 2664253,24 manat dəyərində (ƏDV ilə birlikdə) mal qalığının yoxlama zamanı onun dgər təsərrüfat subyektində - ünvan 4 ünvanında yerləşən anbarda olması olsa da, bununla əlaqədar yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi barədə cavabdehin xx.xx.2019-cu il tarixli məktubuna qanunla müəyyən edilmiş 5 gün müddətində cavab verməmiş və hər hansı sənəd təqdim etməmiş, yalnız xx.xx.2019-cu il tarixli məktubunda bu barədə bildirmiş, vergi orqanının müvafiq qərarını xx.xx.2020-ci il tarixdə təqdim edilmiş iddia ərizəsi ilə mübahisələndirdiyi halda, yuxarıda qeyd edilən xx.xx.2020-ci il tarixli 0250615, 0250614, ******* saylı inzibat xəta haqqında protokollardan göründüyü kimi sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, anbarlara baxış keçirilməsinə mane olmuş, xx.xx.2020-ci il tarixdə isə qeyd edilən anbarı uçotdan çıxarmışdır.
41. Təkrar apellyasiya baxışı zamanı iddiaçıya sorğu verilərək cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilən yoxlama zamanı ünvan 4 ünvanında yerləşən anbarda mal qalığının mövcud olub-olmaması, olubsa həmin mal qalığının nədən ibarət olmasını təsdiq edən sənədlərin, habelə həmin anbarın qeydiyyatının vergi orqanında ləğv edildiyi xx.xx.2020-ci il tarixədək nə kimi malların olub olmamasını təsdiq edən sənədlərin təqdim məhkəməyə təqdim edilməsi tələb olunsa da iddiaçı tərəfindən mal qalığına dair sorğuda göstərilənlərə uyğun hər-hansı sənəd təqdim edilməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixli ərizə ilə yalnız 2019-cu ilin iyul ayından 2020-ci ilin aprel ayınadək idxal edilmiş mallara dair gömrük bəyannamələrinin surətlərini təqdim etmişdir.
42. Belə olan halda iddiaçının birinci apellyasiya baxışı zamanı təqdim etdiyi “müvafiq sənədlərin iş materiallarına əlavə edilməsi və qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli ərizə və ona əlavə edilən sənədlər (mal qalığının mövcudluğuna və satılmasına dair maliyyə sənədləri, mallarış satışına dair 2019-cu ilin dekabr ayından başlayaraq vergi orqanına təqdim edilmiş aylıq hesabatlar, elektron qaimə fakturalar, kassa nəzarət çekləri), habelə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş gömrük bəyannamələri ilə, həqiqətən də 2019-cu il iyul-sentyabr ayları üzrə idxal edilmiş 2896211,79 (ƏDV ilə birlikdə) manat dəyərində maldan kənarlaşma kimi qeyd edilmiş 2664253,24 manat dəyərində (ƏDV ilə birlikdə) mal qalığının cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilən yoxlama zamanı ünvan 4 ünvanında yerləşən anbarda olması, habelə məhz həmin malların sonrakı dövrlərdə satılaraq vergisinin hesablanması və ödənilməsi öz təsdiqini tapmır.
43. Məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, vergi orqanın qərarı qanunun tələblərinə uyğun qəbul edildiyindən onun ləğv edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan təmin edilə bilməz.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 2-1(118)-595/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.